Azərbaycan milli neft tarixinə əsaslı töhfə

 

Uzun illər Azərbaycan Neft Sənayesində çalışmış neftçi-geoloq Rafiq  Abdullayevin  “Azərbaycan nefti - tarixə baxış” II cildlik kitabı nəşr olunmuşdur

 

Dünya tarixinin, o cümlədən  qədim və zəngin Azərbaycan tarixinin çox mühüm dövrünü enerji resurslarının, ilk növbədə, ən qiymətli təbii sərvətlərdən biri sayılan neftin kəşf olunması, hasilatı, emalı və istifadəsi tarixi təşkil edir. Azərbaycan istər quruda istərsə dənizdə neftşıxarmanın vətəni sayılır. Neft bir təbii sərvət olaraq əcdadlarımıza neolit dövründən məlumdur. Dünya elmi neft qaz kimi təbii sərvətlərin insanlara təxminən 8000 il bundan öncə məlum olduğunu təsdiq edir.

Qədim şumerlər neftiesiradlandırırdılar ki, onun da mənasınurlu sudeməkdir. Dünya neft qaz sənayesinin inkişafında Vətənimiz Azərbaycanın  müstəsna rolu olmuş bu gün belədir. Təsadüfi deyildir ki, neft-qaz sənayesinin tarixindəilk dəfəsözünün ən mühümləri bizim ölkəmizə aiddir.Təbii sərvətlərlə çox zəngin olan Azərbaycan torpağı tarixin bütün mərhələlərində qonşu xalqların dövlətlərin maraq dairəsində olmuş bunun nəticəsi olaraq çoxsaylı hərbi təcavüzlərin işğalların obyektinə çevrilmişdir. Bu hərbi təcavüz işğallar zamanı neft ondan alınan müxtəlif məhsullar xalqımızın düşmənlər üzərində əldə etdiyi qələbədə həlledici rol oynamışdır. Qeyd etmək lazımdır ki, XIX əsrin ikinci yarısından başlayaraq neft, xüsusilə Azərbaycan nefti ölkələri özlərinin müstəmləkələrinə çevirən böyük dövlətlər onların maliyyə maqnatlarının əsas rəqabət sahəsinə çevrilir onlar Azərbaycan nefinə böyük maraq göstərməyə başlayırlar. 1873-cü ildən başlayaraq Bakı neftinə maraq göstərən Avropa dövlətlərinin maliyyə dairələi, ilk növbədə Nobellər, Rotşildlər, ingilis kapitalı, çar Rusiyasının o cümlədən, milli kaptalın nümayəndələri buraya yatırım qoyur bu maraq hətta ABŞ-ın ən böyük maliyyə maqnatı Con Pokfellerin diqqətini cəlb edir. Artıq hamıya məlumdur ki, XIX əsrin əvvəlində Bakı nefti dünya neft hasilatının 52 faizini, çar Rusiyasında hasil edilən neftin 95 faizini verirdi. O dövrdə çar Rusiyasının maliyyə naziri olmuş Sergey Vittenin sözləri ilə desək: “Bakı nefti çar Rusiyası iqtisadiyyatı üçün məlhəm rolunu oynayırdı təbii olaraq sual olunur: Bu təbii sərvətin yerləşdiyi yer ərazi necə müəyyən edilir, necə hasil edilir bu sahə ilə məşğul olan elm sahəsi necə adlanırdı? Qeyd etməliyik ki, bütün bu sualların cavabı Azərbaycan milli neft sənayesində uzun illər ərzində çalışan, öz ixtisasının mükəmməl bilicisi olan, milli tariximizin qızıl səhifəsi sayılan Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan həyata keçirilən neft strategiyasının - “Əsrin müqaviləsi”nin hazırlanması imzalanması prosesinin bilavasitə iştirakçısı olmuş neftçi-geoloq, çox istedadlı fədakar tədqiqatçı Rafiq Abdullayev tərəfindən yazılıb hazırlananAzərbaycan nefti-tarixə baxışiki cildlik əsərində verilmişdir. Ensiklopedik xarakter daşıyan bu əsərin I cildi V ikinci cildi isə IV fəsildən ibarətdir.

I cildinGirişhissəsi buraya daxil edilən V fəslin hər birisi bir neçə yarımfəsillər şəklində yazılmışdır. Əsərin II cildi isə VI fəsildən başlayır buraya tarixi xronologiya, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı əlavələrdən ibarət 1209 səhifəlik ikicildlik bu əsərdə Azərbaycanda neft sənayesinin bütün sahələrinin tarixi xronoliji ardıcıllıqla öz əksini tapmışdır. Müəllif bu əsəri yazarkən bütün mənbələrdən, ilk növbədə, bu sahənin bütün xüsusiyyətlərini bilən professional mütəxəssis kimi yanaşaraq mövcüd elmi ədəbiyyatdan,rəsmi dövlət arxiv sənədlərindən, bütün dövrlərə aid mətbuat materiallarından istifadə etməklə böyük əmək sərf edərək möhtəşəm bir elmi işi başa çatdıra bilmişdir. Monoqrafiyanın 611 səifəlik I cildində müəllif Azərbaycan neft geologiyası geofizikasının, qazma sənayesinin, neft emalı, neft-kimya sahələrinin, neftin qazın nəqlinin digər infrastruktur sahələırinin yaranması inkişafı tarixinin çox geniş mənzərəsini yaratmışdır. Əsərin I fəsliAzərbaycanda neft geologiyasının yaranması inkişafıadlanır bu fəsil 17 paraqrafdan ibarətdir. Bu fəsildə müəllif ən qədim zamanlardan bu günədək həm dünyada geoloji biliklərin meydana gəlməsi,bu geoloji biliklər haqqında məlumat verən qədim, antik, ilk orta əsrlər yeni ən yeni dövr  müəllifləri: qədim yunan,roma,ərəb fars türk Avropa müəllifləri  haqqında məlumatlar verməklə yanaşı, geologiyanın bir elm sahəsi kimi yaranması formalaşması haqqında, həm neft-qaz geologiyasının, xüsusilə Şimali Azərdaycanda bu elm sahəsinin XIX-XX əslərdə müstəqil bir elm sahəsi  kimi yaranması inkişafı tarixini  bütün təfərrüatı ilə istinad etdiyi mənbələr sənədlər əsasında verə bilmişdir. Monoqrafiyanın I cildində  müəllif, XIX əsrin II yarısından başlayaraq çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Sovet Rusiyası SSRİ dövləti hakimiyyəti dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasında neft-qaz geologiyası elm sahəsinin yaranması, formalaşması inkişafı prosesini, Azərbaycan Respublikasında həm quruda həm Xəzər dənizi sularının təkində neft qaz yataqlarının yaranması, Abşeron yarmadasında palçıq vulkanlarının meydana gəlməsi buradaYanardağQırməkitəbiət abidələrindən, onların yaranmasından bəhs edir. Monoqrafiyanın II fəsliAzərbaycanda neft geofizikası sahəsinin yaranması inkişafıadlanır o, 3 paraqrafdan ibarətdir. Burada müəllif XIX əsrin II yarısından başlayaraq bu günədək Şimali Azərbaycanda neft-qaz geofizikası elm sahəsinin yaranması inkişafı tarixinin bütün mərhələlərini tarixi-xronoloji ardıcıllıqla vermişdir.

Monoqrafiyanın I cildinin III fəsliAzərbaycanda neft quyularının qazılmasının tarixiadlanır 6 paraqrafdan ibarətdir. Abşeron yarımadasında neft quyularının mövcudluğu barədə hələ IX əsrdə ərəb mənbələrində rast gəlinsə , lakin bu quyuların daha qədim dövrlərdə qazıldığı istifadə olunduğu heç bir şübhə doğurmur. Əsrlərdən neftin əldə edilməsi üçün quyuların qazılmasında kankan üsulunun texnikası o dövr üçün yüksək səviyyəyə çatdırılsa da, yüzillərlə dəyişməz olaraq qalırdı.Bu fəsildə müəllif Şimali Azərbaycanda neft quyularının qazılmasının ən sadə üsullarından başlayaraq bu günədək tətbiq edilən ən müasir texnologiyanın verdiyi nəticələrdən bəhs edir ilk dəfə dünyada neft quyularının həm quruda həm dənizdə məhz Azərbaycanda həyata keçirildiyini ayrıca olaraq qeyd edir. Monoqrafiyanın IV fəsliAzərbaycanda neftin qazın emalının tarixiadlanır bu fəsil 5 paraqrafdan ibarət olub adından da göründüyü kimi, Azərbaycanda neft-qazın emalı sənayesinin yaranması inkişafı tarixinə həsr olunmuşdur. Ərəb mənbələri Abşeronda neft emalının hələ XII əsrin əvvəllərində mövcud olduğunu qeyd etmişlər. Bu fəsildə müəllif Azərbaycan Milli Neft Sənayesinin bu sahəsinin yaranması ilə bərabər, həm dünya ölkələrində neft emalı sənayesinin yaranması inkişafı tarixinə yer vermişdir. Nəşr olunmuş  monoqrafiyanın I cildinin V fəsliAzərbaycanda kimya neft-kimya sənayesinin inkişafı tarixiadlanır. Bu fəsil Azərbaycanda Milli Neft Sənayesinin yeni sahəsinin - neft-kimya sənayesinin yaranması inkişafı tarixinə həsr edilmişdir. Bu fəsilə müəllif qədim orta əsrlərdə Şərq Avropa olkələrində əlkimya adladan dövrdən əvvəl, onun mövcüd olduğu dövr ənənəvi kimya ilə məşğul olan orta əsr vəXIX əsr daxil olmaqla  yeni dövr Şərq Avropa müəllifləri haqqında çox dəqiq sanballı məlumatlar verə bilmişdir. Bu fəsildə müəllif  həm bu sahənin mühüm bir istiqamətinın-neft-kimya elminin yaranması inkişafı tarixini əlavə etmişdir.

Əsərin  II cildi VI fəslillə başlayır o  Azərbaycanda neftin, neft məhsullarının qazın nəqli saxlanılması tarixiadlanır . 13 paraqrafdan ibarət bu fəsildə müəllif Şimali Azərbaycanda ən qədim zamanlardan başlayaraq bu günədək hasil edilən neft neft məhsullarının ölkə daxilində dünya bazarlarına ixracı tarixinə həsr etmişdir. Burada müəllif, tarixi İpək Yolundan başlayaraq müasir beynəlxalq Əsas İxrac Neft kəmərləri vasitəsilə Azərbaycandan neft neft məhsullarının nəqli məsələlərinin tarixinə geniş yer vermişdir. Müəllif bu fəsildə neft neft məhsullarının nəqlinin əsasən dənizlə, dəmir yolları, yük maşınları habelə, boru kəmərləri vasitəsilə daşınması ixracı məsələləri tarixini bütün genişliyi ilə  dərindən araşdırmışdır. Təqdim olunan əsərin diqqəti cəlb edən xüsusiyyətlərindən biri odur ki, burada müəllif Azərbaycan Milli Neft Sənayesinin bütün sahələrinin inkişaf tarixinə tarixi-xronoloji ardıcıllıq prinsipini gözləmək şərtilə nəzər salmış obyektiv elmi fikir söyləyə bilmişdir.

Monoqrafiyanın VII fəsli şox maraqlı məsələyə: böyük dövlətlər arasında enerji resursları uğrunda mübarizə tarixinə həsr edilmişdir bu belə adlanır: “Neft qaz bazarları uğrunda mübarizə”. Bu fəsil neft tarixinin iki dövrünü əhatə edir: XIX əsrin 80-ci illəri - XX əsrin 20-ci illərinədək Azərbaycan neftinin neft məsullarının dünya bazarındakı rolunu müstəqillik əldə etdikdən sonra müasir dövrdə Azərbaycan nefti qazının dünya neft bazarlarında oynadığı mühüm rolu ehtiva edir. Bu fəsildə müəllif dünya ölkələrinin Azərbaycan neftinə olan maraqlarından, onun neft qaz satışı bazarlarına çıxarılmasından bəhs edir son 150 il ərzində bu sərvətlərin Azərbaycan xalqının siyasi sosial həyatında müasir dövrdə Azərbaycan Respublikasının enerji ehtiyatlarının dünya ölkələrinin iqtisadi həyatında oynadığı rola geniş yer vermişdir.

Monoqrafiyanın II cildinin VIII fəsliNeftin qazın qədimdə istifadəsi tarixiadlanır o, 3 paraqrafdan ibarətdir. Burada müəllif təbii ki, ilk dəfə neft qazdan istifadə işinin qədim, antik, orta əsrlər, yeni ən yeni dövrlərdə  bu enerji resurslarının məkanı kimi Azərbaycan Respublikasında da həyata keçirildiyini ön plana çəkir bu işin hazırda dünya iqtisadiyyatına, siyasətinə beynəlxalq münasibətlərə necə təsir etdiyini qeyd edir.

Əsərin II cildinin sonuncu - IX fəsliNeft qaz amilinin neft-qaz sənayesinin digər sahələrinə infrastrukturunun inkişafına, habelə sənayenin başqa sahələrinin inkişafına təsiriadlanır. Bu fəsildə müəllif onun adından da göründüyü kimi, neft-qaz sənayesinin Azərbaycan Respublikasının iqtisadi həyatında oynadığı rol, onun ölkə iqtisadiyyatının başqa sahələrinə göstərdiyi təsirdən bəhs edir. Azərbaycan Respublikasında neft-maşınqayırma, energetika, metallurgiya digər. sənaye sahələrinin yüksək sürətlə əsaslı təşəkkül tapması inkişafı bir başa neft-qaz sənayesi ilə bağlı olduğunu qeyd edir  bu proses  gün davam edir.Bütövlükdə isə neftçigeoloq bu sahənin istedadlı  tədqiqatçısı Rafiq Abdullayevin çap olunmuş  II cildlikAzərbaycan nefti- tarixə baxışkitabı milli neft elmi tariximizin, milli neft sənayemizin yaranması inkişafı tarixinə həsr olunmuş ilk sanballı ensiklopedik əsərdir. Bu əsər müəllif tərəfindən aparılmış geniş hərtərəfli tədqiqat nəticəsində ərsəyə gəlmişdir. SOCAR-ın maliyyə yardımı ilə nəşr olunmuş bu II cildlik monoqrafiya Azərbaycan Milli Neft Sənayesinin tarixinə həsr olunacaq əsərlər yazılarkən bir mənbə olaraq həm ali orta təhsil ocaqlarında tədris olunan dərs vəsaitlərində isifadə oluna bilər. Bu məqamda əsərin nəşr olunması bu əsər əsasında vaxtilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azəbaycan Neft muzeyinin yaradılması ilə bağlı 4 fevral 2008-ci tarixli Sərəncamını qeyd etmək istəyirik. Cənab Prezidentin imzaladığı Sərəncamda deyilir: “Azərbaycanda neft sənayesinin təşəkkülünü, zəngin ənənələrini, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində bu gün davamlı artan potensialının əldə olunmasında müstəsna əhəmiyyətini, o cümlədən bəşər tarixinə verdiyi əvəzsiz töhfələri nəzərə alaraq, respublikamızın neft salnaməsinin öyrənilməsini təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Neft muzeyi yaradılsın.

2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Neft muzeyinin yaradılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.”

Bütün bunları nəzərə alaraq hesab edirik ki, Rafiq Abdullayevin çapa hazırladığıAzərbaycan nefti - tarixə baxışadlı monoqrafiyası nəinki bu sahənin mütəxəssisləri, habelə neft tariximizə maraq göstərən geniş oxucu dairəsi tərəfindən rəğbətlə qarşılanacaqdır. “Bu Sərəncam imzalandıqdan sonra 2008-ci il mart ayının 29-da Sərəncamdan irəli gələn məsələlər ARDNŞ- müzakirə olunmuş muzeyin yaradılması ilə bağlı əsas istiqamətlər müəyyən edilmişdir. Onu da qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı indi qüvvədədir onun yerinə yetirilməsi siyasi, elmi vətarixi əhəmiyyət kəsb edir. Bu muzeyin yaradılmasında Rafiq Abdullayevin nəşr olunmuş II cildlikAzərbaycan nefti-tarixə baxışkitabından tarixi-xronoloji ardıcıllığı gözləmək şərti ilə istifadə olunsa çox zəngin materiallar əsasında bütün dövrlər ,sahələr istiqamətlər üzrə ekpozisiyaların yalaradılması mümkündür.

 

İ.S.Quliyev,

AMEA-nın vitse-prezidenti, akademik

C.Ə.Bəhramov,

t.ü.f.d., dosent

 

İki sahil.- 2025.- 23 may, ¹88.- S.5.