Doktor Cavad Heyət-

Böyük mütəfəkkir

 

Cavad Heyət-100

 

Bu il mayın 24-də o sahili, bu sahilli Azərbaycanın böyük oğlu, İranda bütün türk dünyasında fədakar alim-cərrah ədəbiyyatşünas kimi tanınan, yüksək  dəyərləndirilən, Azərbaycan türk varlığını əsərlərində 1979-cu ildən sahibi-naşiri olduğu "Varlıq" jurnalında  tədqiq tərənnüm edən Doktor Cavad Heyətin anadan olmasının 100 illiyi tamam olur.

Doktor Cavad Heyət hələ sovetlər dönəmində, 1982-ci 1987-ci illərdə Azərbaycanın görkəmli tibb professoru, beyin cərrahı  Nurəddin Rzayevin dəvəti ilə  Bakıya gəlməyə nail olmuş, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov başqa görkəmli alim ədiblərimizlə yaxın tanışlıq dostluq əlaqələri qurmuşdu.  Ölkəmiz müstəqillik qazandıqdan sonra tez-tez Azərbaycan Respublikasına səfər edən Cavad Heyət bizim tanınmış elm mədəniyyət xadimlərimizin, yaradıcı  ziyalılarımızın çevrəsində sevilən dəyərləndirilən həmvətənimizə çevrilmişdi. Onun milli istiqlal şairimiz Bəxtiyar Vahabzadə ilə dostluğu böyük şəxsiyyətlərin böyük dostluğunun nümunəsi  idi. Bu dostluq, eyni zamanda, xarici səbəblər üzündən güneyliquzeyliyə bölünmüş Azərbaycan xalqının vahidliyinin, birliyinin bölünməzliyinin təcəssümü idi. Müstəqillik illərində Cavad Heyət Azərbaycanın bir çox universitetlərinin elmi qurumlarının fəxri doktoru seçilmiş, onun 70 illiyi, 80 illiyi, 85 illiyi ölkəmizdə yüksək səviyyədə qeyd edilmiş, bir çox kitabları Bakıda  nəşr edilmiş, eləcə haqqında bir sıra kitablar, məqalələlər yazılmışdı.

Bu sətirlərin müəllifinin 1993-cü ildə Naxçıvan Dövlət Universitetində Doktor Cavad Heyətlə tanışlıqdan başlanan dostluğu Tehranda diplomatik xidmətlə əlaqədar çalışdığı 1996-2001-ci illərdə daha da yaxın səmimi olmuş bu mənəvi bağlılıq böyük şəxsiyyətin vəfatınadək davam etmişdir.

Doktor Cavad Heyət 13 avqust 2014-cü ildə Bakıda vəfat etmişdir.  Azərbaycan Milli Elmlər Akademiyasında avqustun 14-də bu böyük mütəfəkkirlə vida mərasimi keçirilmiş, vəsiyyətinə uyğun olaraq Bakıda, dövlət səviyyəsində təşkil edilən mərasimlə İkinci Fəxri xiyabanda dəfn edilmişdir.

Ulu Öndər Heydər Əliyev Cavad Heyətin şəxsiyyətini, milli-mədəni sahədəki fəaliyyətini yüksək qiymətləndirirdi 1994-cü  ildən başlayaraq bir neçə dəfə onu qəbul edərək səmimi söhbətlər etmiş, aralarında dostluq münasibəti yaranmışdı. Cavad Heyət 2007-ci il iyunun 23-də Tehranda AZƏRTAC-ın müxbirinə verdiyi  müsahibədə  Heydər Əliyevin onu özünə dost bilməsini yüksək dəyərləndirərək deyirdi ki, mən bu bu dahi insanın fikirlərindən, sözlərindən, prinsiplərindən həmişə bəhrələnmişəm. O, həqiqətən öndər, dahi şəxsiyyət idi. Azərbaycanı bəlalardan xilas etmiş Heydər Əliyev ən böyük adlara layiqdir.

Prezident İlham Əliyev Cavad Heyətə diqqət qayğı göstərirdi.  2005-ci il iyunun 27-də onu qəbul etmiş, fəaliyyətini yüksək dəyərləndirmiş ölkəmizə tez-tez səfərə gələn bu fədakar alimimizə Bakının mərkəzində ev hədiyyə etmişdi. Həyatının son 9 ilini Bakıya gələndə Nizami küçəsindəki geniş  evində keçirən Doktor Cavad Heyətin qapısı həm bütün xəstələrinin, həm dostlarının üzünə açıq idi. Cavad Heyət Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə çox sevinirdi. O, yuxarıda adı çəkilən müsahibəsində demişdi: ” Mən inanıram ki, Azərbaycan Prezident Heydər Əliyev yolu ilə sonadək inamla irəliləyəcəkdir. Çünki İlham Əliyevin bu şərəfli missiyada güvəndiyi Azərbaycan xalqı, bəhrələndiyi Heydər Əliyev dühasıdır”.

Qeyd edilməlidir ki, Birinci Qarabağ müharibəsi zamanı, ölkəmizin ən ağır günlərində dünya şöhrətli cərrah, TehrandaCavidklinikasının rəisi Doktor Cavad Heyət yaralanmış yüzdən çox vətəndaşımızın İranda müalicəsini təmin etmiş, onlarla Qarabağ qazisini həyata qaytarmış, Cənubi Azərbaycan həkimlərini Azərbaycanda İranın müxtəlif şəhərlərində yaralı əsgərlərimizin müalicəsinə cəlb etmiş, ölkəmizə tibbi dəstək sahəsində çox genişmiqyaslı fəaliyyət göstərmişdir. Ermənistanın Qarabağı işğalının xalqımıza divan tutulmasının ağrılarını yaşayan Doktor Cavad Heyətin bununla əlaqədar 1993-cü ildə Türkiyə Prezidenti Süleyman Dəmirələ göndərdiyi   məktubunu həm Varlıqdərgisində dərc etməsi İranda xoş qarşılanmasa da, ona ciddi maneələr törədilmədi. Bu  məktubun ruhu müəllifin umacağı olduqca təbii insani idi , bu hər zaman erməni təəssübşeşliyi mövqeyində dayanan İranın rəhbərliyinə ciddi ismarış idi.

Qeyd edilməlidir ki, Cavad Heyətin elmi maarifçilik fəaliyyətinin zirvəsində onun təşəbbüsü yaxın məsləkdaşlarının iştirakı ilə 1979-cu ilin aprelində - İranda şahlıq rejiminin devrilməsindən bir neçə ay sonra təsis edilənVarlıqdərgisi dayanır. “Varlıqdərgisinin Yazıçılar Heyəti bəyan edirdi ki, “bu məcmuə Azərbaycan xalqının milli mədəni varlığına, doğma dil ədəbiyyatına, geniş sahəli folklor el yaradıcılığına, iftixarlı keçmişinə, tükənməz bədii hünəri qüdrətinə yol açmaq onu təzə tarixi-ictimai şəraitdə daha insani, daha demokratik daha qabaqcıl ülgülər ilə erayə etmək (irəli sürmək) arzusu ilə ortaya çıxır”.

Varlıqdərgisinin ilk sayında Doktor Cavad Heyətin əqidə yoldaşlarının dərc etdikləri məqalələrdə keçmiş rejimdə Azərbaycan türkcəsində nəşrlərin qadağan edildiyi, belə bir dilin varlığını dilə gətirməyin yasaqlandığı, olan nəşrlərin naşirlərin təqib edildiyi, dilimizin ictimai salonlardan, məclislərdənqovulduğu”, danışmaq yazmağın cinayət sayıldığı kəskin tənqid edilirdi. Milli musiqimizin ifasının qadağan edildiyi qeyd olunurdu. Qeyd olunurdu ki, bir milyondan çox azərbaycanlının yaşadığı Tehran şəhərinin (1979-cu il nəzərdə tutulur, indi ən azı beş milyon nəfər olar -E.M)  televiziyasında Azərbaycan türkcəsində verilişlərə rast gəlinmir. Teatrımız son nəfəslərini verdi... Vurğulanır ki, “ yaxşı ki, dilimiz savadsız, namuslu zəhmətkeş kəndli işçilərimizin qeyrətinə əmanət oldu. Münəvvərlərimizin (aydınlarımızın)  əksəriyyəti çoxdan farslaşdılar, yadlara yarınmaq, xalqımız dilimizə ədavət yolunda, şairin dediyi kimi, düşmənləri belə keçdilər onları heyran qoydular.

Qeyd edilməlidir ki, Bəxtiyar Vahabzadənin məşhurAna dilişeirininVarlıqdərgisinin ilk sayında Şəhriyarın, Səhəndin şeirləri ilə yanaşı yer alması heç təsadüfi deyildi. Bu şeirin qayəsi dərginin ana dili uğrunda mübarizəsinə birbaşa xidmət edirdi:

 

...Bu dil tanıtmış bizə bu dünyada hər şeyi

Bu dil əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək,

Qoruyub, nəsillərə biz hədiyyə verək!...

 

Yaşıdı, məslək könül dostu Bəxtiyar Vahabzadənin şəxsiyyəti yaradıcılığı Doktor Cavad Heyət üçün çox dəyərli idi. 1990-cı ildə Tehranda , səkkiz il sonra isə Bakıda çap etdirdiyiAzərbaycan ədəbiyyatı tarixinə bir baxışkitabının Bəxtiyar Vahabzadəyə ayırdığı bölümündə bu böyük istiqlal şairimizi İran türklərinə tanıdaraq yazırdı: “Bəxtiyar Vahabzadə məşhur şair, dramaturq, publisist ədəbiyyatşünas alimlərimizdəndir. Onun lirik fəlsəfi şeirləri təzadlarla dolu əsrimizin nəbzi ilə həmahəngdir. Kiçik böyük əsərlərində Bəxtiyar Vahabzadə həyat, ölüm, qəhrəmanlıq, vətəndaşlıq məsuliyyəti kimi məsələlərə cavab verməyə çalışmışdır. (Doktor Cavad Heyət. Azərbaycan ədəbiyyatı tarixinə bir baxış, Bakı, Azərnəşr, 1998, s.195)

Qeyd etmək lazımdır ki, yurnalın ilk sayında Doktor Cavad Heyətin  Azəri türkcəsinin tarixinə qısa bir baxışadlanan məqaləsi xüsusi maraq doğururdu. Bu məqalə, əslində,  Cavad Heyətin bu mövzuda gələcəkdə daha da genişləndirəcəyi fundamental elmi tədqiqatın əsas tezisləri sayıla bilərdi. Bu məqalədə Cavad Heyət türklərin türk dilinin meydana gəlməsini xülasə şəklində anladır. Qeyd edir ki, türk kəlməsitörəmək”dən gəlir. Bu adla dövlət ilk dəfə miladın VI əsrində indiki Monqolustan ərazisində meydana gələn Göytürk dövləti olmuşdur. İslamdan əvvəl türkcə danışanların hamısına türk deyilirdi... Türk ellərinin İrana gəlişi Sasanilər zamanında başlamışdır. Bu Ənuşirəvanın farscaya çevrilmiş qeydlərində zikr edilmişdir. İslamdan sonra 3 böyük mühacirət olmuşdur: 1-ci XI əsrdə Səlcuqlarla başlanmış türklər Anadoluya qədər irəliləmişlər burada Səlcuq dövlətini qurmuşlar. 2-ci mühacirət moğollarla başlamışdır. Moğollar türk deyildilər, amma orduları əsasən türklərdən ibarət idi. 3-cü mühacirət Əmir Teymurun zamanında olmuş, sonralar da davam etmişdir. Əmir Teymur Osmanlı padşahı İldırım Bəyazidə qalib gələndən sonra özü ilə Anadolu türklərindən ibarət olan 100 mindən çox əsiri gətirib Ərdəbil ətrafında yerləşdirmişdi. Bu əhali sonralar Şeyx Şəfinin övladlarının əsas dayağına çevrilmişlər. Səfəvilər dövründə Azərbaycan tamamilə türkləşmişdi. (“Varlıqdərgisi, Tehran, 1979-cu ilin apreli, birinci sayı, s.20)

İnqilabın ilk aylarından bir qədər sonra ölkənin daxili siasi həyatında gedən ziddiyyətli proseslər, mütərəqqi ruhanilərin, demokratik düşüncəli siyasətçilərin sıxşdırılması, xalqa vəd edilən azadlıqların, hətta Əsas Qanunda təsbit olunan milli haqların verilməməsi ölkə ziyalılarının böyük qismində xəyal qırıqlığı yaratdı. “Varlıq”dan sonra nəşr edilməyə başlayan onlarla mətbu orqanın sonrakı illərdə fəaliyyəti dayandırıldı. Milli-mədəni haqların təmin edilməsinə bəslənən ümidlər puç oldu. Belə bir şəraitdə Doktor Cavad Heyət şəxsi nüfuzu düzgün dəst-xətt seçməsi sayəsindəVarlıqnəşrini davam etdirməyə müvəffəq oldu. “Varlıqİranda Azərbaycan-türk varlığının nəzəri təcrübi məktəbinə, xalqımızın tarixi, dili mədəniyyətinə məqsədyönlü şəkildə atılan şər böhtanlara, iftira təxribatlara anında elmi əsaslandırılmış cavablar verən xitabət kürsüsünə çevrildi. Doktor Cavad Heyət 35 il ərzində bu dərgini həm yaşatdı, həm onu hər iki Azərbaycanın bir vuran nəbzinə çevirməyə nail oldu. “Varlıqdərgisi öz tarixi missiyasını davam etdirməklə Doktor Cavad Heyətin heç vaxt unudulmayacaq xatirəsini yaşadır.

 

Eynulla Mədətli,

tarix elmləri doktoru, fövqəladə səlahiyyətli səfir

 

İki sahil.- 2025.- 24 may, ¹89.- S.5.