Azərbaycan
hədəflərə çağırış
məkanıdır
Ölkəmizin Qlobal Cənubun güc, mühüm layihələr mərkəzi
olması sarsılmaz qardaşlığın rəmzi
olan Azərbaycan –Türkiyə- Pakistan liderlərinin Laçında
keçirilən Zirvə
görüşü ilə
növbəti dəfə
təsdiqləndi
Xarici siyasətini
ikitərəfli və
çoxtərəfli əməkdaşlıq
prinsipləri əsasında
davam etdirən Azərbaycanın uğur diplomatiyasına daha bir səhifə yazıldı. Bütün
dünya ictimaiyyətinin
maraq və diqqətlə izlədiyi Azərbaycan, Türkiyə
və Pakistan arasında Laçında
keçirilən Zirvə
görüşü qardaşlıq,
dostluq simvolu kimi əbədiləşdi.
Qloballaşan dünyamızda
siyasi gərginliyin artması, müharibələrini
insanlara yaşatdığı
dəhşətlərin qarşısını
alınmasının vacibliyi
sözdə etiraf edilsə də, qərəzli dairələrin
regional maraqlarının
qurbanına çevrilən
ölkələrdə hələ
də qan axıdılır, şəhər
və kəndlər dağıdılır.
Dünyanın siyasi
masasında hələ
də həllini gözləyən problemlərə
fərqli yanaşmaların
mövcud olduğu bir zamana təsadüf
edən, xalqımızın
böyük tənətənə
ilə qeyd etdiyi 28 May- Müstəqillik Günündə
Laçında Azərbaycan,
Turkiyə, Pakistan arasında keçirilən
ikinci Zirvə görüşü beynəlxalaq
aləmdə narahatlıq
doğuran problemlərin
həlli yollarına baxış oldu. Bir daha təsdiqləndi
ki, Azərbaycan ifadəsi təkcə coğrafi məfhum deyil, dünya siyasətinin aparıcı
dövləti, hədəflərə
çağırış məkanıdır. Başqa
sözlə deyilsə,
xəritədə balaca
görünsə belə
Azərbaycanın yerləşdiyi
məkandan daha böyük, önəmli
bir dövlət olması təsdiqləndi.
Bütün dünyada
törədilən ən
qanlı hadisələri
ilə insanlara dəhşətlər yaşadan
RKK kimi təşkilatın
özünü buraxdığı,
silahlarını təhvil
verdiyi, Pakistanla Hindistan arasında yaranan qısamüddətli
müharibənin rəsmi
İslamabadın uğurlu
Qələbəsi ilə
sona çatdığı,
Azərbaycanın tam və mütləq suverinliyinin bərpa edildiyi məqamda keçirilən Zirvə görüşü hər
üç dövlətin
siyasi hakimiyyətinin iradəsinin məntiqi nəticəsi idi. Göz oxşayan, qardaşlıq simvolu olan üç dövlətin bayraqları
sülh fəlsəfəsinin,
qardaşlığın rəmzi,
uğur diplomatiyası
kimi dalğalanırdı.
Bu birlik tarixi şəxsiyyətlərin
zəkasının, liderlərin
qətiyyətlərinin rəmzi
idi. İllər dəyişsə də bu görüşün məntiqi açıqlaması
humanizmin ifadəsidir : Diplomatiyanın danışdığı məkanda
sülh, ədalət,
əməkdaşlıq, siyasi
irad həmişə qalib gəlir. Azərbaycanın bölgədə
yaratdığı reallıqların
regiondan kənarda belə hadisələrə
təsiri, dünyanın
geopolitik siyasətində
bu üçlüyün
varlığının önəmi
bir daha təsdiqləndi.
Son illərdə
tarixi ənənələrə
söykənən üç
dövlət arasındakı
münasibətlərin möhkəm
təməl əsasında
inkişafı Laçın
Zirvə görüşü
ilə uğur səhifəsinə çevrildi.
2021-ci ilin iyun ayında Azərbaycan-Türkiyə
dostluğunun, qardaşlığının
və müttəfiqliyinin
rəsmiləşdirilməsi məqsədilə Şuşa
Bəyannaməsinin, həmin
ilin iyul ayında isə Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Bakı Bəyannaməsinin
imzalanması əlaqələrin
sonrakı inkişafının
yol xəritəsi oldu. Üçtərəfli
formatda davam edən əməkdaşlıq
platforması genişlənərək
bütün sahələri
əhatə etdi. İllərdən bəri
Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri, habelə müdafiə nazirlikləri
arasında sıx əməkdaşlıq müxətlif
sahələr üzrə
də inikşaf edir. Bəyannamə çərçivəsində beynəlxalq platformalarda birlikdə mövqe bildirən hər üç dövlətin
rəsmiləri arasındakı
dialoq və əməkdaşlıq dünya
siyasətinə uyğun
formalaşdırılır, təkmilləşdirilir.
Ötən il iyulun 3-də Astanada Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş
naziri Məhəmməd
Şahbaz Şərif
arasında keçirilən
ilk üçtərəfli
görüşdə bu
cür əməkdaşlığın
mütəmadi xarakter
daşıyacağını bildirən dövlət rəsmiləri Laçın
görüşü ilə
vədlərinə sadiq
qaldılar. 44 günlük
Vətən müharibəsində
qardaş Türkiyə
və Pakistanın Azərbaycana göstərdikləri
siyasi və mənəvi dəstək
xüsusi vurğulandı.
Bunun Azərbaycan xalqı və dövləti tərəfindən
yüksək qiymətləndirildiyi
qeyd olundu.
Ölkələrimiz arasındakı siyasi əlaqələrin ruhuna uyğun üçtərəfli
formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar,
energetika, kənd təsərrüfatı, təhsil,
humanitar və digər sahələrdə
əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
İqtisadi-ticari əlaqələrin
hazırda artan dinamikası müsbət hal kimi qeyd
edildi. Azərbaycanın
Orta Dəhliz layihəsinin əsas halqa kimi əməkdaşlıq
məkanına çevrilməsi,
layihədə Pakistanın
da hər üç ölkə arasında iqtisadi-ticari əlaqələrin təşviqi
töhfə kimi dəyərləndirildi. Müdafiə
və müdafiə sənayesi sahələrində
əməkdaşlıq məsələlərinə
toxunuldu, 2021-ci ildə
üç ölkənin
xüsusi təyinatlılarının
iştirakı ilə
«Üç qardaş-2021»” şüarı altında
keçirilən təlimlərin
əhəmiyyəti vurğulandı
və bu cür təlimlərin davamlı olacağı bildirildi. Eyni səmimiyyət, qarşılıqlı
anlaşma mühitinin
genişlənməsinin vacibliyi
Laçın görüşündə
daha ətraflı diqqətə çatdırılıdı.
Ermənistanın işğalından
azad edildikdən sonra bərpa olunan, yeni siması
ilə qonaqları heyran edən Laçında keçirilən
Zirvə görüşündəki
çıxışı ilə
ölkələrimizin oxşar
tarix, mədəniyyət
və milli-mənəvi
dəyərlər əsasında
bir-birinə bağlılığını
qardaşlığın simvolu
adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi,
Azərbaycan, Türkiyə
və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və
ədalət tərəfdarı
olub. 44 günlük Vətən müharibəsinin
ilk günlərindən
Türkiyənin və
Pakistanın ölkəmizə
göstərdikləri siyasi
və mənəvi dəstək qardaş yardımı isə xalqlarımızın birlik
və həmrəyliyinin
təzahürü idi.
Prezident İlham
Əliyev: Azərbaycan
da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub
Zirvə görüşündə
üç ölkə
arasında möhkəmlənən
siyasi əlaqələrin
dünya siyasətinə
təsirini yüksək
dəyərləndirən Prezident
İlham Əliyev dövlətlərarası əlaqələrdə
əməkdaşlığı möhkəmləndirən birgə
layihələrin və
proqramların regional əhəmiyyətini də
diqqətə çatdırdı:
«Azərbaycan Türkiyə
iqtisadiyyatına 20 milyard
ABŞ dollarından çox
sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız
bölgəmizin deyil,
geniş coğrafiyanın
enerji xəritəsi dəyişib. Ölkələrimiz
enerji təhlükəsizliyinin
təmin edilməsində
əhəmiyyətli rola
malik olub və bu gün
bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində
geniş layihələrə
start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə
Asiya ilə Avropanı birləşdirən
nəqliyyat yolları
strateji əhəmiyyət
daşıyır. Multimodal
yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə
yaxından iştirakının
əməkdaşlığımıza daha da təkan
verəcəyinə əminik.»
Dövlət başçımız
müdafiə sahəsində
əməkdaşlığı ölkələrarası tərəfdaşlığımızın
önəmli sahəsi
adlandırdı. Vurğulandı
ki, üç ölkə arasındakı
hərbi əməkdaşlıq
geniş coğrafiyada
sülhün və sabitliyin möhkəmlənməsinə
önəmli töhfədir.
Müasir dövrün
əsas tələbi olan rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar, turizm əlaqələrinin
genişlənməsi, yeni
əməkdaşlıq sahələri
ilə bağlı təkliflərlə, birgə
layihələrlə münsibətlərdə
yeni səhiflər formalaşdırılacaq. Bu
əlaqələr beynəlxalq
platformalarda və təşkilatlarda dövlətlərarası
həmrəyliyə əlavə
güc, stimul yaradacaq. Birləşmiş
Millətlər Təşkilatı,
İslam Əməkdaşlıq
Təşkilatı, İqtisadi
Əməkdaşlıq Təşkilatı,
Asiyada Qarşılıqlı
Fəaliyyət və
Etimad Tədbirləri
üzrə Müşavirə
(AQEM), habelə D-8 kimi
beynəlxalq platformalarda
birgə səyləri
daha da möhkəmləndirəcək.
Türkiyənin terrorçuluqla
mübarizə istiqamətində
əldə etdiyi uğurları, PKK terror qruplaşmasının özünü
ləğv etməsi və tərksilah ilə bağlı qərarını Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, bu dövlətin gücünün
nümunəsi kimi dəyərləndirən Prezident
İlham Əliyev vurğuladı ki, bu tarixi hadisə
yalnız Türkiyə
üçün deyil,
ümumilikdə bölgədə
sülh və əmin-amanlıq üçün
önəmli məsələdir.
«Pakistan və Hindistan arasında son gərginliyi böyük narahatlıq hissi ilə, eləcə də sülhün və sabitliyin bərpa olunacağı ümidi ilə yaxından izlədik. Bu gərgin dönəmdə
ilk gündən Pakistanla həmrəyliyimizi
açıq şəkildə
ifadə etdik. Münaqişənin dialoq
və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə,
BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə əsaslanan
həllini dəstəkləyirik»
sözləri ilə qardaş ölkənin haqq, ədalət naminə göstərdiyi mübarizliyi dəstəklədiyini
bildirən Prezident İlham Əliyev Azərbaycanın daim sülhün və sabitliyin tərəfdarı
olduğunu qətiyyətlə
söylədi.
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan:
Qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan,
eyni mədəniyyət mühitindən bəhrələnən
ortaq idealları bölüşən üç qardaş
ölkəyik
Çıxışına «Təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin
arasındakı bağları
daha da gücləndiririk.
Birliyimizi strateji tərəfdaşlığa çevirməyə
yönəlmiş hər
bir addımın arxasında olduğumuzu xüsusilə vurğulamaq
istəyirəm» sözləri
ilə körpü salan, Ermənistanın işğalından azad edilən torpaqlarımızda
aparılan quruculuq işlərinin uğurlu davamını açılışında
iştirak etdiyi və heyərtlə izlədiyi Laçın Hava Limanının simasında dəyərləndirən
Türkiyə Prezidenti
Azərbaycanda müşahidə
etdiyi yenilikləri bölgənin uzun illərdən bəri həsrət qaldığı
inkişafa və dünya ilə inteqrasiyasına mühüm
töhfə adlandırdı.
Türkiyə ilə Pakistan arasındakı dərin tarixi və humanitar əlaqələrin daha da möhkəmləndirməyin
əhəmiyyətini «Pakistan
ilə Hindistan arasında baş verən gərginliyin atəşkəslə nəticələnməsindən
məmnunluq duyduğumuzu
ifadə etmək istəyirəm» sözləri
ilə diqqət çatdırdı. Hindistanla
Pakistan arasında elan olunan atəşkəsin
davamlı sülhə
çevrilməsini arzıladı.
Hər üç ölkənin Avropa ilə Asiyanın kəsişməsində, son
dərəcə strateji
bir bölgədə yerləşdiyini, hüdudlarından
kənarda təhlükəsizlik
təhdidlərindən tutmuş
iqtisadi çətinliklərə,
enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzə
gəldiklərini vurğulayan
Türkiyə Prezidenti
sınaqlardan əminliklə
çıxmaq üçün
həmrəylik və
birgə fəaliyyətin
əhəmiyyətini zərurət
adlandırdı. Üçtərəfli
əməkdaşlığın daha uğurlu davamı üçün
ortaq gündəmi formalaşdıran ticarət,
investisiyalar, nəqliyyat,
enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələrimizin eyni
baxışını əks
etdirən güclü
çərçivənin hazırlanmasına daha diqqətlə yanaşılağığını
vurğuladı. Türkiyə,
Azərbaycan və Pakistan olaraq, mütəmadi üçtərəfli
Zirvə görüşlər
və nazirlər səviyyəsində toplantılar
təşkil etməklə
əməkdaşlığın institusional səviyyəyə
çatdıracağını, müdafiə sahəsində
əməkdaşlığın dərinləşdirilməsini, terrorla mübarizə və transsərhəd təhdidlərə qarşı
ortaq qətiyyətin vacibliyini əsas hədəf kimi diqqətə çatdırdı.
Əməkdaşlığın strateji aspekti olan nəqliyyat sahəsində «İnkişaf
Yolu»”, «Orta Dəhliz”» və «Şimal-Cənub Nəqliyyat
Dəhlizi»” kimi layihələrdə birgə
iştirakı dünyanın
nəqliyyat xəritəsinə
töhfə kimi dəyərləndirdi. «Beynəlxalq
sistemin yaşadığı
böhranın bu baxımdan açıq nümunəsini İsrailin
Fələstində qarşısıalınmaz
zülmü və bu zülm qarşısında
davam etdirdiyi ekspansionist siyasət təşkil edir» sözləri ilə qandan və göz yaşından doyan bölgəmizdə sülh və sabitliyin qorunmasına daha çox ehtiyac duyulduğunu vurğuladı.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz
Şərif: Pakistanın
bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var
Ötən il Astanada üçtərəfli
formatda təşkil olunan Zirvə görüşündə qarşıya
qoyulan vəzifələrin
Laçında xalqlarımızın
istəyinə uyğun
yeni səviyyəyə
qaldırılacağını əminliklə ifadə edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz
Şərif əsrlər
boyu təşəkkül
tapmış birgə
dəyərlərə və
qarşılıqlı dəstəyə
əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlı
olan əməkdaşlığın
bariz nümunəsi kimi Qarabağda, Kəşmirdə və Şimali Kiprdə təsdiqlənən birgə
fəaliyyəti bu sözləri ilə şərtləndirdi: «Bizim
gücümüz həmrəyliyimizə
və qarşılıqlı
hörmətə əsaslanır.
Bu, təbiidir, çünki Türkiyədə
və Azərbaycanda qardaş xalqlarımız
bizə güclü dəstək olmuşlar. Sıravi vətəndaşlarımızın
coşqusu bizi valeh etməyə bilməzdi. Mən Pakistanın Hindistanla sonuncu münaqişəsindən
bəhs edirəm. Orada nəinki Pakistana qarşı tutarlı dəlillər təqdim olunmadı, hətta Pahalqamda baş vermiş insidentlə bağlı istənilən beynəlxalq
qurum tərəfindən
bitərəf və şəffaf tədqiqatın
aparılması təklifimiz
də rədd edildi»
Hər cür münaqişəyə qarşı
barışmaz olduğunu,
mərhəmətin, səbirin,
müdrikliyin bütün
münaqişələrin açarı
olduğunu qeyd edən Baş nazir əminliklə söylədi ki, təlatümlü dünyamızda
siyasi və təhlükəsizlik arxitekturaları,
bağlantı layihələri
və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir:
«Belə bir şəraitdə Pakistanın
bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz əzəmətli qaya kimi bizimlə
bərabər dayandınız
və biz tərəddüdsüz olaraq
sizə etibar edirik. Biz silahdaş
qardaşlar kimi sülhü, ədaləti
və mənəvi dəyərləri hər
zaman üstün tutacağıq.»
Zamanın sınağında
bərkimiş münasibətlərin
xalqların mənafeyinə
xidmət edəcəyinin,
regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcəyinin
Azərbaycanın simasında
sınaqdan çıxdığı
diqqətə çatdırıldı.
Üçtərəfli formatın
zəruri siyasi məsuliyyətlə yanaşı,
qarşılıqlı maraq
doğuran sahələrdə
birgə irəliləmək
şansı qazandırdığı
bildirildi. Pakistanla Hindistan arasında baş verən müharibədə rəsmi
İslamabadın yanında
olan prezidentlərə-
İlham Əliyevə
və Rəcəb Tayyib Ərdoğana qardaşlıq münasibətləri
üçün minnətdarlığını
bildirən Baş nazir ölkəsinin bütün xalqlara sülh arzuladığını,
münaqişələrin danışıqlar
əsasında, dinc yolla həllini ən güclü və məntiqli diplomatiya adlandırdı.
Terrorçuluğa qarşı
birgə mübarizədə
də səmimi dialoqun uğurla nəticələnəcəyin əminliyini «Ona görə də terrorun kökünü birdəfəlik kəsmək
bizim öhdəliyimiz
və niyyətimizdir»
sözləri ilə bildirdi.
Laçında keçirilən
Zirvə görüşü
regionun geosiyasi mənzərəsində mühüm
hadisə kimi yadda qaldı. Azərbaycanla eyni səviyyədə səslənən
Qlobal Cənub məfhumu coğrafi baxımdan Qarabağın
əsas qapısı hesab olunan bu
şəhərin simasında
təsdiqləndi. Zirvə
görüşü Azərbaycanın
suverenliyinin təsdiqi
olmaqla Ermənistanın
işğalından azad
edilmiş torpaqlarda aparılan bərpa-quruculuq
işlərinin beynəlxalq
ictimaiyyətə təqdimatı
baxımından da fərqləndi. Qüdrətli
Azərbaycanın ələbaxan
Ermənistan üzərində
Zəfəri, legitimliyi,
suverenliyinin tam və mütləq Qələbəsi bu görüşlə bir daha təsdiqləndi. Ölkələr arasındakı
siyasi, iqtisadi, diplomatik dəstəyin qardaşlıq münasibətlərinə
çevrilməsi yolları
açıqlandı. Görüşün
Cənubi Qafqazda və daha geniş
mənada deyilsə Avrasiya məkanında dəyişən güc balansı fonunda baş verməsi İslam həmrəyəlinin
daha bir təzahürü oldu. Hindistandan silah alaraq yeni müharibə
həvəsinə düşən
Ermənistana xəbərdarlıq,
strateji baxımdan gələcəyə yönəlmiş
diplomatik və geosiyasi addım kimi dəstəkləndi. Türkiyə və Pakistan üçün Cənubi Qafqazın yeni siyasi, iqtisadi
platforma olması bu görüşlə növbəti dəfə təsdiqləndi. Ölkəmizlə
bağlı deyilən
xoş sözlərlə
Azərbaycanın güc,
qlobal layihələr mərkəzi olması sarsılmaz qardaşlığın
əzmi ilə təsdiqini tapdı.
Xuraman İsmayılqızı
İki
sahil.- 2025.- 31 may (№ 93).- S.3.