Prezident İlham Əliyev Laçından dünyaya yeni mesajlar verdi

 

28 may 2025-ci il tarixində Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistanın  Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə  üçlü Zirvə görüşü keçirildi. Bu Zirvədə  Prezident İlham Əliyevin açılış nitqi səmimiyyət, həmrəylik, əməkdaşlıq, güclü gələcək vurğusu kimi mühüm cəhətləri ilə yadda qaldı.

Prezident  Zirvə görüşündə üç qardaş ölkənin bir arada olmasının həmrəyliyinin önəmini vurğuladı. Bu tarixi görüşün işğaldan azad edilmiş Laçında keçirilməsi birlik həmrəyliyin simvolu kimi qiymətləndirildi. 30 il ərzində işğal altında qalan torpaqların azad edilməsi 44 günlük müharibədə iki qardaş ölkənin Azərbaycanın haqlı davasını dəstəkləməsi, Cənab Prezidentin bu ölkələrin rəhbərlərinə xalqlarına minnətdarlıq ifadə etməsi ilə birləşdi. Bu, Azərbaycan Liderinin regional əməkdaşlığın dostluğun güclənməsinə verdiyi önəmi göstərir.

Prezident İlham Əliyevin nitqi Azərbaycan, Türkiyə Pakistan arasındakı strateji tərəfdaşlıq qardaşlıq münasibətlərinin təntənəli şəkildə vurğulanması ilə yadda qalır. Çıxışın bir neçə əsas istiqamətini aşağıdakı kimi şərh etmək olar:

 

1. Ədalət suverenlik: Prezident İlham Əliyev məhz Laçında Zirvə görüşünün keçirilməsinin rəmzi əhəmiyyətini qeyd edərək, 30 illik işğalın ardından Azərbaycan torpaqlarının bərpasını beynəlxalq hüquqdan irəli gələn haqların təmin olunmasını vurğulayır.

2. Qardaşlıq həmrəylik vurğusu: Türkiyə Pakistanın Azərbaycanın haqlı mübarizəsinə verdiyi qeyd-şərtsiz dəstəyə minnətdarlıq ifadə olunur. Bu həmrəyliyin regionda beynəlxalq aləmdə əhəmiyyətli nəticələr doğurduğu doğuracağı bildirilir. Prezident  Azərbaycanın tarixi, müstəqillik mübarizəsi qardaş ölkələrlə olan əlaqələri haqqında geniş bir perspektiv təqdim etdiyi görünür. İkinci zirvə görüşünün əməkdaşlıq bağlarını daha da gücləndirmək məqsədini güddüyü vurğulanır.

3. Tarixi haqsızlıqlara qarşı mübarizə: Preziden İlham Əliyev 107 il əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyətinin 2 il sonra süqutu, Qərbi Zəngəzurun Ermənistana verilməsi bu kimi hadisələr Azərbaycan xalqının tarix boyu qarşılaşdığı ədalətsizliklər kimi qiymətləndirilir. Ermənistanın işğalçılıq siyasətinin bunun nəticəsində baş verən soyqırımların, xüsusilə Xocalı soyqırımının Azərbaycan xalqına vurduğu ziyanı da ön plana çıxarır. Cənab Prezident Azərbaycanın güc toplaması beynəlxalq müstəvidə daha güclü mövqe əldə etməsi ilə bağlı ruh yüksəkliyi yaradan yeni  mesajlar verir.

4. İkinci Qarabağ müharibəsi böyük Zəfər: 44 günlük müharibənin uğurları, Azərbaycan Ordusunun irəliləyişi, Şuşanın azad olunması antiterror əməliyyatı nəticəsində separatizmin sona çatması vurğulanır. Bu, ölkənin hərbi, siyasi iqtisadi gücünün nəticəsi kimi təqdim olunur.

5. Bərpa, qayıdış inkişaf: İşğaldan azad edilmiş ərazilərdə sürətli quruculuq infrastruktur layihələrinin həyata keçirilməsi, insanların geri dönüşü ölkənin yeni inkişaf mərhələsinin təzahürü olduğu qeyd olunur. Ölkə başçısı bu proseslərin bölgənin geosiyasi vəziyyətini dəyişdirdiyini yeni reallıqlar yaratdığını qeyd edir.

6. Gələcəyə yeni mesaj: Son olaraq Azərbaycan, Türkiyə Pakistan dövlətləri arasındakı birliyin qardaşlığın əhəmiyyətini qeyd edərək, üç ölkənin bu qədər güclü həmrəylik nümayiş etdirməsinin dünya miqyasında yeni reallıqlar yaratdığını ifadə edir.

Prezidentin çıxışı Azərbaycan-Türkiyə-Pakistan ittifaqının regional qlobal gücə çevrilməkdə olduğunu, bu birliyin verdiyi mesajların isə beynəlxalq aləmdə diqqətlə izlənildiyini nümayiş etdirir.

Cənab Prezidentin Laçından verilən yeni  mesajların dünya miqyasında əhəmiyyətli olacağına inamı, regional əməkdaşlığın dostluğun güclənməsinin simvolu kimi qiymətləndirilə bilər. Bu, həm Azərbaycanın müstəqillik mübarizəsinin qardaş xalqların dəstəyinin önəmini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin nitqi həm siyasi baxımdan strateji əhəmiyyət daşıyır, həm xalqın tarixi yaddaşına gələcəyə olan inamına mühüm mesajlar ötürür!

 

Rufiz Qonaqov,

 

"Perespektiv" Siyasətin Texnologiyaları İctimai Birliyinin İdarə Heyətin sədri, Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

İki sahil.- 2025.- 31 may (№ 93).- S.5.