Səmərəli, sürətli, etibarlı polad yollar…
Rəqamsal
yeniliklərdə ADY-nin
imzası
Modern dəmir yolu
idarəetməsi: Şəffaflıqdan
beynəlxalq inteqrasiyaya
Müasir dövrdə
rəqəmsallaşma iqtisadiyyatın
bütün sahələrinə
nüfuz etdiyi kimi, nəqliyyat sektoru da bu
transformasiyadan kənarda
qalmır. Xüsusilə
dövlətə məxsus
strateji müəssisələr
üçün rəqəmsal
həllər təkcə
idarəetmənin təkmilləşdirilməsi
deyil, həm də xidmət keyfiyyətinin yüksəldilməsi,
şəffaflığın təmin olunması və beynəlxalq rəqabətə davamlı
olma baxımından vacibdir. Bu baxımdan
145 yaşlı “Azərbaycan
Dəmir Yolları”
QSC-nin (ADY) fəaliyyətində
rəqəmsal həllərin
tətbiqi əhəmiyyətli
strateji addım kimi qiymətləndirilə
bilər. ADY dəyişir
və müasirləşir, innovativ
və müsbət dəyişikliklərə açıq
şirkətə çevrilir. Bu kontekstdə, xüsusən
də son iki ildə biz
ADY-nin təqdim etdiyi xidmətlər sahəsində rəqəmsal
təşəbbüsləri müşahidə edirik.
ADY-nin tərəfdaşlarla
qarşılıqlı etimada
əsaslanan əlaqələrinin
qurulması və xidmət keyfiyyətinin artırılması, yəni
şəffaflıq təşəbbüslərinə
açıqlığı rəqəmsallaşmanın tətbiqini
asanlaşdırır. Bu
baxımdan rəqəmsallaşma
ADY-nin yalnız texnoloji yenilənməsinə
deyil, eyni zamanda, biznes modelinin transformasiyasına,
müştəri yönümlü
yanaşmanın formalaşmasına
və qlobal dəmir yolu şəbəkələri ilə
inteqrasiyanın sürətlənməsinə
mühüm töhfə
verir.
Rəqəmsal relslərlə irəli…
ADY-nin rəqəmsal
transformasiyası bir neçə əsas istiqaməti əhatə edir: istehsal proseslərinin və ofis funksiyalarının avtomatlaşdırılması, İnformasiya Texnologiyaları
(İT) infrastrukturunun inkişafı,
informasiya təhlükəsizliyinin
təmin edilməsi və işçilərin
İT bacarıqlarının artırılması. Əsas
diqqət əməliyyat
proseslərinin avtomatlaşdırılmasına
yönəldilir. İT infrastrukturunun
inkişafı və informasiya təhlükəsizliyi
transformasiyanın tərkib
hissəsidir.
Azərbaycanı qlobal
nəqliyyat qovşağına
çevirməyi qarşısına
məqsəd qoyan ADY
2024-cü ildə də
Şimal-Cənub, Şərq-Qərb
beynəlxalq nəqliyyat
dəhlizləri boyunca
yerləşən ölkələrlə
dəmiryol nəqliyyatı
infrastrukturunun rəqəmsallaşdırılması
üzrə əməkdaşlığı
genişləndirib, onlayn
tarif kalkulyatoru və “ADY Smart” platforması
ilə yük sahibləri üçün
səmərəli, sürətli
və “bir pəncərə” sisteminə
əsaslanan xidmətlər
paketi təqdim edib. Yükgöndərənlər
artıq “ADY Smart” vasitəsilə
yükün qeydiyyatından
başlamış daşınmasına
qədər bütün
prosesləri real vaxt rejimində izləmək imkanı əldə edib. “ADY Smart”ın təqdim
etdiyi yeniliklərdən
biri saatlarla davam edən yük əməliyyatlarının
müddətini 20 dəqiqəyə
qədər azaldan rəqəmsal iş icazəsi (naryad) sistemidir. Bu funksionallıq müştərilərə
naryadın ayrılması
üçün müraciəti
“ADY Smart” vasitəsilə elektron
qaydada, kağız sənədləşmə olmadan
birbaşa təqdim etmək, yük qaimələrini elektron formada hazırlamaq, eyni zamanda, emal
və maliyyə sənədlərini sürətli
qəbul etmək imkanı verir.
Digər mühüm
nailiyyət beynəlxalq
daşımaları sürətləndirən
vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir. Bu həll bir neçə
sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir
və sərhədi keçərkən ortaya çıxa biləcək
riskləri azaldır.
Hesab-faktura olduğu kimi qonşu ölkələrin mövcud
İT sistemlərinə ötürülür
və “vahid daxiletmə” prinsipi ilə işləyən avtomatlaşdırılmış məlumat mübadiləsini
təmin edir. Bütövlükdə bu
dəyişikliklər gömrük
proseslərini sadələşdirir,
beynəlxalq ticarətin
inkişafına dəstək
verir və iqtisadi əlaqələri
gücləndirir. Daşımaların
idarə edilməsi, real vaxt rejimində
yüklərin monitorinqinin
optimallaşdırılması üçün ADY tərəfindən
infrastrukturun modernləşdirilməsi
və informasiya sistemlərinin yenilənməsi
işləri davam etdirilib. Rəqəmsal həllər logistika proseslərini sadələşdirir
və beynəlxalq müştərilərlə əlaqələri
gücləndirərək Azərbaycanı
regionda daha cəlbedici nəqliyyat mərkəzinə çevirir.
Analoji rəqəmsallaşma
prosesləri Şərq-Qərb
və Şimal-Cənub
dəhlizlərində həyata
keçirilir. Yük məlumatlarının mübadiləsini
və “Track&Trace” rəqəmsal xidmətlərini
təmin etmək üçün “Global DTC” şirkətinin
yaratdığı beynəlxalq
logistika platformasına
inteqrasiya ADY-nin dəstəklədiyi təşəbbüslər
sırasındadır.
Bundan başqa,
ADY tərəfindən istehsal
proseslərinin təhlili
aparılıb və şirkətin əməliyyat
fəaliyyətini avtomatlaşdıran
üç əsas sistemə – “Yükdaşımaların
idarə edilməsi”,
“Yük-kommersiya işlərinin
idarə edilməsi” və “Lokomotiv briqadalarının idarə
edilməsi”nə olan tələbləri müəyyən edən konseptual çərçivə
yaradılıb.
ADY 2024-cü ilin noyabrında
müştərilərinə daha rahat və
effektiv xidmət təqdim etmək məqsədilə yenilənmiş
korporativ veb-saytını
istifadəyə verib.
Sayt həm sərnişinlərin, həm
də biznes tərəfdaşların Azərbaycan
Dəmir Yollarının
xidmətlərindən daha
rahat yararlanmasını
təmin edir.
Əgər rəqəmsal
innovasiyadan danışırıqsa,
o zaman “ADY Mobile” mobil tətbiqinin mühüm rolunu qeyd etmək
lazımdır. Tətbiq
sərnişinlərə səyahətlərini
daha rahat təşkil etməyə
imkan verir. Hazırda qatarla səyahətə üstünlük
verən sərnişinlərin
təxminən 70%-i onlayn
ödənişi seçir.
ADY artıq loyallıq
proqramını tətbiq
etməyə başlayıb.
Loyallıq proqramı
“ADY Mobile” vasitəsilə bilet
alışı zamanı
3% keşbek qazanmaq, həmçinin tətbiqdə
qeydiyyatdan keçmək,
3 dosta tətbiqdə qeydiyyatdan keçmək üçün dəvət
göndərmək və
sorğu və qiymətləndirmələrdə iştirak etməklə bonuslar əldə etmək imkanı verir.
Sərnişindaşıma prosesinin sadələşdirilməsi
üçün nəzərdə
tutulan layihələrdən
biri də “Sima-Pay” sisteminə inteqrasiyadır. Test olunan bu layihə Abşeron dairəvi dəmir yolunda biometrik yoxlama sisteminin tətbiqini nəzərdə tutur. Sərnişinlər üz
tanıma kimi biometrik vasitələrdən
istifadə edərək
hər hansı təmas olmadan turniketlərdən rahat keçə biləcəklər.
Yeniliklərdən biri
ölkədaxili sərnişin
qatarlarına minik zamanı fiziki şəxsiyyət vəsiqəsinə
olan tələbin aradan qaldırılması
ilə bağlı olub. Artıq “My.gov.az” portalından QR kod vasitəsilə elektron vəsiqəni təqdim etmək kifayətdir.
Bakı, Sabunçu,
Sumqayıt, Gəncə,
Qəbələ vağzallarında,
Koroğlu, Bakıxanov,
Pirşağı, Goran,
Ağstafa stansiya və dayanacaqlarında, eləcə də Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı marşrutları ilə hərəkət edən qatarlarda sürətli
“W-Fi” internet bağlantısı
mövcuddur. Bu xidmət 2025-ci il yanvarın 3-dən Bakı–Balakən–Bakı reyslərini yerinə yetirən qatarlarda da aktiv edilib.
ADY-nin rəqəmsallaşma
səyləri 2024-cü ilin
oktyabr ayında Asiya İnkişaf Bankı tərəfindən
maliyyə dəstəyi
alıb. Bank Azərbaycanda
dəmiryol sisteminin rəqəmsallaşdırılmasına, ölkənin dəmiryol şəbəkələrinin təhlükəsizliyinin,
etibarlılığının və səmərəliliyinin
artırılmasına dəstək
məqsədilə 47 milyon
dollarlıq krediti təsdiqləyib. Kredit məbləği kompleks rəqəmsallaşma tədbirlərinə,
o cümlədən yük
əməliyyatlarının idarə edilməsi, aktivlərin saxlanması və təmiri, investisiyaların planlaşdırılması,
həmçinin daşınma
qiymətləri və
vergi hesablamalarına çıxış sisteminin
yaradılmasının təmin
edilməsinə yönəldiləcək.
2024-cü ildə, həmçinin
ADY-də yeni müasir İT ofisi fəaliyyətə başlayıb.
Yeni ofis Azərbaycan Dəmir Yollarının ilk innovativ və dinamik məkanıdır.
Yeni İT ofisinin inkişafı ADY-nin müasir işəgötürən
brendini möhkəmləndirməyə
kömək edir və şirkəti istedadlı kadrlar üçün daha cəlbedici edir.
Kağızdan ekrana: ADY xidmətləri
bir toxunuşda
ADY-nin strategiyasına
uyğun olaraq, əməliyyat səmərəliliyinin
artırılması, vətəndaşlara
və biznes müştərilərinə göstərilən
xidmət keyfiyyətinin
yüksəldilməsi məqsədilə
yeni elektron xidmət portalı
(portal.ady.az) istifadəyə verilib. İnnovativ platforma istifadəçilərə
bir sıra xidmətlərə görə
onlayn şəkildə
müraciət etmək,
sorğularının statusunu
izləmək və cavabları operativ əldə etmək imkanı yaradır. Platforma ADY-nin rəqəmsal transformasiya
yolunda atdığı
mühüm addımlardan
biri olmaqla dəmiryol xidmətlərinin
daha rahat, müasir, şəffaf və innovativ şəkildə təqdim
olunmasını təmin
edəcək.
Yeni rəqəmsal
platforma həm fiziki, həm də hüquqi şəxslər üçün
aşağıdakı 5 xidmət
istiqamətini əhatə
edir. Buraya vətəndaş müraciətlərinin
elektron qəbulu, yük vaqonlarının planlı
(depo və əsaslı) təmiri üçün müraciətlərin
qəbulu, yük vaqonlarının yuyulması
(deqazasiya edilməsi) üçün müraciətlərin
qəbulu, ümumi istifadəli dəmir yollarında müxtəlif
səviyyələrdə mühəndis
qurğu və kommunikasiyalarının keçirilməsinə
dair texniki şərtin (razılığın)
verilməsi üçün
müraciətlərin qəbulu
, dəmiryol infrastrukturunun
tikili və qurğularının, o cümlədən
dəmiryol xətlərinin
tikintisi və yenidən qurulması işlərinin layihələndirməsi
üzrə müraciətlərin
qəbulu daxildir.
Əvvəllər bu
xidmətlər yalnız
kağız daşıyıcılar
üzərindən həyata
keçirilirdi. Yeni sistem sayəsində isə fiziki və hüquqi şəxslər ADY-nin xidmətlərinə müraciət
etmək üçün
ofislərə getməyə,
kağız sənədlər
təqdim etməyə
ehtiyac duymayacaqlar. Həmçinin istifadəçilər
öz müraciətlərinin
hansı mərhələdə
olduğunu real vaxt rejimində izləyə, elektron poçt vasitəsilə bildirişlər ala biləcəklər. Bu, xüsusilə regionlarda yaşayan vətəndaşlara
vaxtlarına qənaət
etməyə və
ADY-nin xidmətlərindən
daha rahat istifadə etməyə imkan verir.
Aldım bir
dənə, açdım
min dənə…
ADY-nin
elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal
identifikasiya sistemi olan “digital.login” ilə uğurla inteqrasiya
edilib. Bu yenilik istifadəçilərə portala
daha sürətli, təhlükəsiz və
rahat şəkildə
daxil olmaq imkanı yaradır. İndi istifadəçilər
portalda xidmətlərə
daxil olmaq üçün artıq mövcud olan identifikasiya vasitələrindən
– SİMA İmza, Asan
İmza, SİMA Token
(Elektron İmza), İdentifikasiya nömrəsi
və BSXM (Bank Sertifikat
Xidmətlər Mərkəzi)
Elektron İmzadan istifadə edə bilirlər. Eyni zamanda, bu yenilik
“bir pəncərə”
prinsipi əsasında
təqdim edilən onlayn xidmətlərin daha genişləndirilməsinə
imkan yaradır.
Polad relslərdə
rəqəmsal izlər
Müasir dövrdə
rəqəmsallaşma təkcə
texnologiyanın deyil, idarəetmənin və xidmət mədəniyyətinin
də əsasını
təşkil edir. “Azərbaycan Dəmir Yolları” QSC-nin bu istiqamətdə atdığı addımlar
onu rəqəmsal iqtisadiyyatın fəal iştirakçısına çevirir.
Onlayn bilet sistemlərinin yaradılması,
yük daşımalarının
avtomatlaşdırılması, infrastrukturun rəqəmsal
nəzarətə alınması
və məlumatların
təhlükəsiz inteqrasiyası
ADY-nin fəaliyyətində
ciddi keyfiyyət dəyişiklikləri yaradıb.
Bu yeniliklər nəticəsində xidmətlər
daha əlçatan və şəffaf olmuş, operativlik və dəqiqlik artmış, resursların
idarə olunmasında
iqtisadi səmərəlilik
təmin edilmişdir.
Beynəlxalq standartlara
uyğunlaşma və
rəqabət qabiliyyətinin
gücləndirilməsi baxımından
da rəqəmsal həllər ADY-nin strateji üstünlüyə
çevrilmişdir. Beləliklə,
rəqəmsallaşma ADY üçün
yalnız texnoloji yenilənmə deyil, həm də davamlı inkişafın və beynəlxalq etimadın əsas dayağına çevrilmişdir.
Bu model bütövlükdə Azərbaycanın
nəqliyyat-logistika potensialının
yüksəldilməsində nümunəvi yanaşma kimi çıxış edir.
Yaqut Ağaşahqızı
İki
sahil.- 2025.- 31 may (№ 93).- S.6.