Tolerantlığımıza
kölgə salmaq istəyənlərin məqsədi
nədir?
Artıq heç
kim üçün sirr deyil ki,
bu gün Azərbaycan dünyada dini dözümlülük
və tolerantlıq məkanıdır. Bircə
faktı qeyd edək ki, bu
gün ölkəmizdə
2258 məscidlə yanaşı,
16 kilsə, 7 sinaqoq da fəaliyyət göstərir. Müxtəlif
dinlərə məxsus
insanlar bu məkanlarda dini ayinlərini sərbəst
şəkildə icra
edirlər. Müsəlman,
xristian, yəhudi dinlərinin daşıyıcıları
da bu barədə
dəfələrlə fikirlərini
bilidiriblər və qeyd ediblər ki, Azərbaycanda dini zəmində heç bir ayrı-seçkilik yoxdur.
Bir sözlə, Azərbaycan dünyanın
nadir ölkələrindəndir
ki, bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir
ailə kimi yaşayırlar. Hətta ölkəmizdə bütün
dini icmalara eyni qayğı göstərilir, onlara dövlət tərəfindən
maddi yardımlar da ayrılır. Elə 2025-ci ilin ilk günlərində
Prezident İlham Əliyevin ölkəmizdəki
dini qurumlara maliyyə yardımı məqsədilə imzaladığı
Sərəncamı buna
misal göstərmək
olar. Şübhəsiz,
hər il təkrarlanan bu yardımlar Azərbaycanda sivil birgəyaşayış
normalarına həssas
münasibətin mövcudluğuna
dəlalət edir. Bununla həm də ölkəmizdə müxtəlif dini icmaların fəaliyyətinə
və inkişafına
şərait yaradılır.
Bu mənada demək olar ki, bizim tolerantlığımız
insan haqlarından, dini etiqada azadlığından
dəm vuran dünyanın bir sıra ölkələrinə
də nümunə ola bilər.
Amma bəzi beynəxalq qurumlar nədənsə bu adi həqiqətləri dərk etmək istəmirlər. Yəni, onlar ölkəmizdə dini azadlıqların pozulmasını iddia edirlər. Bu məsələdə ABŞ-ın
Beynəlxalq Dini Azadlıqlar Komissiyası
(USCIRF) öndə gedir.
Sözügedən qurum
bu ilin iyun
ayında bununla bağlı növbəti
dinləmələr keçirmək
niyyətindədir. Verilən
məlumata görə,
bu dəfə də hədəfdə Azərbaycanda “erməni dini-mədəni irsinin məhvi və dini azadlıqların pozulması” gündəmdə
olacaq. Bu isə həmin qurumun ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirməsindən xəbər
verir. Daha doğrusu, USCIRF növbəti
anti-Azərbaycan hesabatı
təqdim etmək niyyətindədir. Halbuki,
bu qurumun rəsmiləri bilməmiş
deyillər ki, tolerantlığın hökm
sürdüyü Azərbaycana
qarşı belə iddiaların heç bir əsası yoxdur.
Yuxarıda sadaladığımız
faktlar bir daha sübut edir ki, Azərbaycanda
heç bir halda vətəndaşların
dini azadlıq hüququ pozulmur. Bu mənada ölkəmizə qarşı
irəli sürülən
absurd iddia heç bir fakta əsaslandırılmadığından
saxta və əsassızdır.
O ki qaldı, erməni dini-mədəni
irsinin məhvi məsələsinə. Qafqaz
Müsəlmanları İdarəsinin
sədri Şeyxülislam
Allahşükür Paşazadəyə
istinadən qeyd edək ki, ermənilərin
işğaldan azad olunan ərazilərdə mövcud olan alban kilsələrinin erməni kilsəsi adlandırılması düzgün
deyil. Onun sözlərinə görə,
həmin kilsələr
1883-cü ildə Rusiya
imperiyası tərəfindən
ermənilərə verilib,
lakin heç vaxt onların olmayıb, onlar həmin kilsələri özününküləşdirməyə çalışıblar. Bununla
bağlı Rus Pravoslav Kilsəsinə və Roma Papasına müraciətlər olunub.
Beynəlxalq konfranslarda
bu fakt dünya
ictimaiyyətinin diqqətinə
çatdırılıb. Hazırda
Qarabağda məscidlərlə
yanaşı, alban kilsələri də təmir olunur. Bakıda yerləşən
erməni kilsəsi də təmir edilib. “Tolerantlığın
ünvanı – Azərbaycan”
layihəsi çərçivəsində
Heydər Əliyev Fondu eyni zamanda,
Romada, Parisdə bir sıra dünya
əhəmiyyətli dini
abidələrin bərpasına
töhfələrini verib.
Ümumiyyətlə, ermənipərəst mövqeyi
ilə seçilən
USCIRF Ermənistanın törətdiyi
cinayətlərə həmişə
göz yumur. Xatırladaq ki, Ermənistanın işğalı dövründə
Qarabağ və Şərqi Zəngəzurdakı
67 məsciddən (Şuşada
13, Ağdamda 5, Füzulidə
16, Zəngilanda 12, Cəbrayılda
5, Qubadlıda 8, Laçında
8) 65-i tamamilə, 2-si qismən
dağıdılaraq yararsız
halına salınıb.
Üstəlik, bu qurum nədənsə Ermənistandan azərbaycanlıların
etnik və dini nifrət zəminində tamamilə
qovulması, bu ölkədə vaxtilə
dövlət qeydiyyatından
keçmiş 300-ə yaxın
məscidin və azərbaycanlılara məxsus
bütün digər dini və mədəni
irsin dağıdılması
faktlarını görməzdən
gəlir. Əgər
ABŞ insan hüquqları
və dini irs məsələsində
səmimidirsə, Ermənistandan
qovulmuş azərbaycanlıların
qayıdış hüququna
yardım ifadə etməli, Ermənistanda dağıdılan Azərbaycanın
dini və mədəni irsinin bərpasına dəstək
verməlidir. Şübhəsiz,
bu qurumun iddialarının arxasında
onları bəsləyən
erməni diasporu dayanır. Sual olunur: sülh çağırışları fonunda belə məntiqsiz iddialar kimlərə lazımdır?
Şübhəsiz, rəsmi
İrəvana və Cənubi Qafqazda Ermənistanın əli ilə möhkəmlənmək
istəyən, təcavüzkar
ölkəni silahlandırmaqda
davam edən Fransa, Hindistan, Yunanıstan kimi havadarlarına.
USCIRF-in bu ermənipərəst mövqeyi
müxtəlif ölkələri
dövlət çevrilişlərinə,
vətəndaş müharibələrinə
məruz qoyan, həmişə ikili standartlardan çıxış
edən ABŞ-ın Beynəlxalq İnkişaf
Agentliyinin (USAID), həmçinin
"Amerikanın səsi"
radiosunun, "Azadlıq
radiosu”nun ənənəvi anti-Azərbaycan
fəaliyyətlərini xatırladır.
Görünür, USCIRF-in
də fəaliyyətinə
xitam verilməsinin vaxtı çatıb.
Qvami Məhəbbətoğlu
İki
sahil.- 2025.- 31 may (№ 93).- S.7.