Türk Dövlətləri Təşkilatı:
Budapeşt zirvəsi və yeni çağırışlar
Türk dünyasının
böyük coğrafi
əhatə dairəsi
və ortaq mədəni-siyasi yaddaşı
son illərdə təkcə tarixi bağlılıqla deyil, həm də çağdaş geosiyasi
ehtiyaclarla yenidən formalaşır. Bu baxımdan mayın 21-də
Budapeştdə keçirilən
Türk Dövlətləri
Təşkilatının (TDT) Dövlət Başçılarının
qeyri-rəsmi Zirvə
görüşü türk
dünyasında yeni bir dövrün başlanğıcını simvolizə
edir. Bu sammit sadəcə rəsmi protokol və ya ənənəvi
görüşlərdən fərqli olaraq, türk dövlətləri
arasında strateji əməkdaşlığın, qarşılıqlı anlaşmanın
və inteqrasiyanın
dərinləşdirilməsi baxımından önəmli
məqamdır. Avropanın
siyasi mərkəzlərindən
birində keçirilən
bu tədbir türk dünyasının
qlobal geosiyasi kontekstdə daha fəal iştirakının
göstəricisidir və
yeni çağırışlara
adekvat reaksiya vermək üçün
birgə platformanın
formalaşmasına xidmət
edir.
Qeyri-rəsmi statusa
malik olmasına baxmayaraq, Budapeşt Zirvəsi qarşıdakı
rəsmi sammitlərin
səmərəli və
nəticəyönümlü keçirilməsi üçün
zəmin yaradır, türk dünyasının
gələcək strateji
prioritetlərinin formalaşmasına
təsir göstərir.
Bu görüş, eyni zamanda, türk
dövlətləri arasında
inteqrasiyanın siyasi,
iqtisadi, təhlükəsizlik
və humanitar sahələrdə daha mütəşəkkil və
effektiv quruma çevrilməsi üçün
vacib addımdır.
“Bakı Xəbər”
qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyevin və “Bakı Qeyri-Hökumət
Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyninin “İki sahil”ə açıqlamalarında,
bu tarixi Zirvə görüşünün
müxtəlif aspektlərinə
toxunulur.
Türk Dövlətləri
Təşkilatının qeyri-rəsmi
sammitləri artıq Azərbaycan formatı kimi tarixə düşüb
Aydın Quliyev
hesab edir ki, TDT-nin qeyri-rəsmi
sammitləri bu gün artıq təşkilatın tarixində
Azərbaycan formatı
kimi qalacaq. Ekspertin sözlərinə
görə, bu təşəbbüs ilk dəfə Azərbaycan tərəfindən irəli
sürülüb və
məhz bu əsasda ötən il Şuşada keçirilən qeyri-rəsmi
Zirvə görüşü
təşkilat üçün
yeni bir mərhələnin başlanğıcını
qoyub:
"Qeyri-rəsmi statusuna
baxmayaraq, Şuşada
qəbul olunan Qarabağ Bəyannaməsi
təşkilatın gələcək
fəaliyyət strategiyasında
mühüm dönüş
nöqtəsi oldu. Ənənə bu gün də Budapeştdə davam etdirilir və bu, heç şübhəsiz ki, Azərbaycanın diplomatik
iradəsinin və təşəbbüskarlığının nəticəsidir".
Ekspert qeyd etdi ki, Budapeştdə
Zirvə görüşünün
keçirilməsi Azərbaycanın
təşəbbüsü ilə mümkün olub. Macarıstanın təşkilata müşahidəçi
statusu qazanmasında da Azərbaycanın rolunun həlledici olduğunu xatırladan həmsöhbətimiz, bu tədbiri Qarabağ Zirvə görüşünün
məntiqi davamı kimi dəyərləndirdi.
Hazırkı qlobal vəziyyətə toxunan ekspert vurğuladı ki, dünyada və xüsusilə də Avropada yeni dünya düzəninin formalaşdığı
bir dövrdə Türk Dövlətləri
Təşkilatının özünü
aktivləşdirməsi son
dərəcə zəruridir:
"Budapeşt sammiti
qeyri-rəsmi olsa da, qəbul edilən qərarların əhatə dairəsi və mesajlarının çəkisi baxımından
qlobal diqqət mərkəzində olacaq.
Bu, eyni zamanda, təşkilatın
daxilində inteqrasiyanın
dərinləşməsi üçün
yeni bir mərhələnin başlanğıcıdır".
Həmsöhbətimiz vurğuladı ki, Türk Dövlətləri
Təşkilatının gələcəkdə
yalnız iqtisadi və humanitar sferada deyil, müdafiə və təhlükəsizlik sahələrində
də mütəşəkkil
və effektiv bir struktur kimi
formalaşması strateji
zərurətə çevrilib:
"Azərbaycan Prezidenti
İlham Əliyev dəfələrlə bəyan
edib ki, türk dünyası bizim üçün doğma bir ailədir. Bu, təkcə siyasi mesaj deyil, Azərbaycanın
uzunmüddətli inteqrasiya
siyasətinin mahiyyətini
ifadə edən prinsipial bir yanaşmadır."
Ekspert bildirdi ki, bu gün
Azərbaycan Mərkəzi
Asiyadan başlayaraq Türkiyə üzərindən
Avropaya qədər uzanan böyük bir türk əməkdaşlıq
xəttinin əsas dayağına çevrilib.
Orta Dəhliz, Şərq-Qərb nəqliyyat
marşrutu kimi strateji layihələrin həyata keçirilməsində
Azərbaycan-Türkiyə tandemi
və ümumilikdə
türk dövlətləri
arasında həmrəyliyin
möhkəmləndirilməsi həlledici rol oynayır.
Sonda Aydın Quliyev əlavə etdi ki, Budapeşt
sammitində müzakirə
edilən məsələlər
gələcəkdə rəsmi
Zirvə görüşlərində
daha güclü və təsirli qərarların qəbul olunmasına zəmin yaradacaq: "Xüsusilə
Azərbaycanla Macarıstan
arasında əməkdaşlıqda
yeni mərhələnin
başlanması və
dost ölkənin gələcəkdə təşkilatın
tamhüquqlu üzvünə
çevrilməsi ehtimalı
bu prosesin strateji nəticələrindən
biri ola bilər".
Budapeştd Zirvə
görüşü türk
dünyasının Avropaya
inteqrasiyasında yeni mərhələnin başlanğıcıdır
Rauf Zeyni Macarıstanda keçirilən
Türk Dövlətləri
Təşkilatının qeyri-rəsmi
Zirvə görüşünü
tarixi əhəmiyyətli
hadisə kimi qiymətləndirdi. Onun fikrincə, bu görüş yalnız regional deyil, qlobal siyasi kontekstdə
də ciddi diqqətə layiqdir:
"İlk dəfədir
ki, Türk Dövlətləri Təşkilatının
Zirvə toplantısı
Macarıstanda – Avropanın
siyasi mərkəzlərindən
birində keçirilir.
Bu, özü-özlüyündə
çox böyük əhəmiyyət kəsb
edir. Azərbaycan ictimaiyyəti bu tədbiri olduqca önəmli və tarixi bir hadisə
kimi qiymətləndirir".
İctimai Birliyin
sədri hesab edir ki, bu
Zirvə görüşü
təşkilat daxilində
inteqrasiya prosesinin dərinləşdirilməsi və
qarşılıqlı əməkdaşlığın
yeni müstəviyə
keçirilməsi baxımından
önəmli rol oynayacaq. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin və digər liderlərin çıxışları təkcə
türkdilli ölkələrə
deyil, bütövlükdə
dünya ictimaiyyətinə
mühüm mesajlar çatdırdı: "Cənab
Prezident İlham Əliyevin çıxışı
və orada verilən mesajlar böyük tarixi əhəmiyyət daşıyır.
Bu sammitdə səslənən fikirlər
türk dövlətlərinin
birliyini daha da möhkəmləndirməklə
yanaşı, dünyaya
da ciddi çağırışlar idi".
Həmsöhbətimiz qeyd edir ki,
Macarıstanın türk
dövlətləri ilə
inteqrasiyaya marağı
yeni deyil və bu prosesin
başlanğıcı illər
əvvələ gedib
çıxır: "Macarıstan
rəhbərliyi vaxtilə
öz tarixi köklərinə söykənərək
türk dünyası
ilə inteqrasiyanı
seçdi. Bu gün isə bu seçimin məntiqi nəticəsini
görürük. Baş
nazir Viktor Orbanın mayın 20-də
mətbuata bəyanatında – istənilən
çətinlik zamanı
həmişə Prezident
Əliyev bizim yanımızda olub ifadəsi bu əməkdaşlığın nə qədər səmimi və davamlı olduğunu bir daha sübut
edir."
Sonda Rauf Zeyni bu cür
zirvə görüşlərinin
Türk birliyinin daha da gücləndirilməsində
strateji rol oynayacağını bildirib:
"Bu Zirvə görüşü təkcə
bu günə deyil, gələcəyə
hesablanmış bir addımdır. O, həm dövlətlərarası, həm
də xalqlararası əlaqələrin möhkəmləndirilməsinə
böyük töhfə
verəcək”.
Nigar Orucova
İki
sahil.- 2025.- 28 may (№ 91).- S.7.