TDT-nın əməkdaşlıq coğrafiyası genişlənir

 

Macarıstanın ev sahibliyi iləŞərq Qərbin Görüş Nöqtəsimövzusunda  keçirilən  Türk Dövlətləri Təşkilatının (TDT)  Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşü   Qlobal Cənubla Qlobal Şimalı birləşdirən körpü oldu

 

Ötən ilin iyulunda  Şuşada keçirilən  Türk Dövlətləri Təşkilatının qeyri- rəsmi Zirvə görüşündə «Bizim ailəmiz türk dünyasıdır»  müdrik kəlamı  türk dünyasının  birlik həmrəyliyinin əbədiliyini bəyan edən Prezident İlham Əliyev bu sözləri ilə «Qarabağ Azərbaycandırreallığını da təsdiqlədi.  Zirvə görüşü ilə Cənubi Qafqazda marağı olan öz çirkin niyyətlərini Ermənistan guya onun tərkib hissəsi kimiQarabağ layihəsiüzərindən həyata keçirmək istəyənlərin xəbis niyyətlərinə son qoyuldu. Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzu daha da möhkəmləndi.  Dövlətlərarası inteqrasiyanı sürətləndirmək, qarşıya qoyulan hədəflərə çatmaq üçün yeni güc kimi formalaşan TDT-nın ildə bir dəfə  Zirvə görüşlərinin  təşkili təşəbbüsünü irəli sürən Prezident İlham Əliyevin böyük coğrafiyanı əhatə edən, artıq  beynəlxalq aləmdə güc mərkəzi kimi formalaşan  türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi hərbi qüdrətinin artması naminə gördüyü işlər yüksək dəyərləndirildi. Zəngin təbii resursları diqqət çəkən , enerji layihələrinin  nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi ilə Qlobal Cənubun ayrılmaz tərikb hissəsi olan,   müasir infrastruktura malik, Mərkəzi Asiyanı, Qafqazı Aralıq Qara dəniz limanları ilə birləşdirən  ölkəmizin  ənənəvi dəyərlərə sadiqliyi, eyni etnik köklərə malik qardaş dövlətlərlə  təmaslarının güclənməsi ilə  bir həqiqət növbəti dəfə təsdiqləndi: XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır”.

 

Bu reallığı Azərbaycanın simasında təsdiqləyən  amillərə diqqət yetirək. Dövlət başçımızın  Sərəncamı ilə 2021-ci ildə Şuşanın «Azərbaycanın mədəniyyət paytaxtı”» elan olunması, Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci ilin Azərbaycanda «Şuşa İli»nin elan edilməsi, TÜRKSOY tərəfindən Şuşanın 2023-cü il üçün «Türk dünyasının mədəniyyət paytaxtı”», ICESCO tərəfindən isə 2024-cü il üçün «İslam dünyasının mədəniyyət paytaxtı» elan olunması türkçülüyün uğurlarındandır.  Azərbaycanla  Türkiyənin əsrlərə söykənən  qardaşlığının rəsmi təsdiqi, müttəfiqlik aktı olan   Şuşa Bəyannaməsinin imzalanması ölkəmizin TDT- yerini mövqeyini daha da möhkəmləndirir. Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsinin qəbulu türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolunun ən yüksək dəyərini özündə əks etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, türk ölkələri ilə əlaqələrin genişləndirilməsi,  TDT-ın gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.

 

Şuşa  görüşündəki çıxışında TDT-  müşahidəçi kimi təmsilçiliyini  «Kədərli tarixi təcrübələrimizə əsaslanaraq, sülhə hörmət naminə qlobal əməkdaşlığı bərpa etmək üçün ünsiyyət qarşılıqlı fəaliyyət dövrünə üstünlük verərdik. Bu mübarizədə sizə güvənirik. Biz Türk Dövlətləri Təşkilatına Qərb ilə Şərq arasında əməkdaşlıq üçün çox vacib bir təşkilat kimi baxırıq» sözləri ilə yüksək dəyərləndirən  Macarıstanın Baş naziri Viktor Orban çıxışında ölkəsinin  Avropa İttifaqına sədrliyinin prioritetlərindən danışmaqla  yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə bir daha təşəkkürünü bildirdi.

 

Bu günlərdə  Macarıstana  işgüzar səfəri çərçivəsində  mətbuata bəyanatlarla çıxış edən  Prezident İlham Əliyev   Baş nazir Viktor Orban  TDT çərçivəsində birgə fəaliyyətlərini məmnunluqla  ifadə etdilər.

 

«Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub» sözləri ilə dövlət başçımıza səmimi minnətdarlığını, təşkilatın  növbəti   toplantısına ev sahibliyini məmnunluqla  bildirən  Baş nazir ölkəsinin TDT- müşahidəçi kimi təmsilçiliyini Qlobal Cənubun  əhatə dairəsinin genişləndirilməsi kimi  dəyərləndirdi: «Bizi sevindirən digər bir amil odur ki, bu gün beynəlxalq diplomatiyada qasırğanın hökm sürməsi, vəziyyətin gündən-günə dəyişməsi, təhlükələrin çağırışların artması fonunda dost ölkələr bir araya gələrək beynəlxalq münasibətləri müzakirə edirlər

 

Bölgədə davam edən müharibənin çətinliklərindən, Macarıstanın iqtisadiyyatına mənfi təsirindən  bəhs edən Baş nazir yaranan vəziyyətin region  dövlətlərinə vurduğu zərərləri açıqlamaqla Avropa iqtisadiyyatının mürəkkəb dövrünü, enerji böhranını yaşadığını da diqqətə çatdırdı. «Biz dənizə çıxışı olmayan bir ölkəyik. Bizim nailiyyətimiz ondan ibarətdir ki, biz Rusiya ilə enerji münasibətlərini qoruyub saxladıq. Bizim üçün istisna tətbiq edilmişdir. Ancaq Ukrayna bizə məhdudiyyətlər tətbiq edir. Türkdilli dövlətlərin dəstəyi olmasaydı, bu gün bizim enerji təhlükəsizliyini təmin etməyimiz çox çətin olardı» sözləri ilə  TDTilə əməkdaşlığını yüksək dəyərləndirən  Baş nazir Azərbaycana Macarıstan sərmayələrinin artrılacağını da vurğuladı.

 

Dost, strateji tərəfdaş  ölkə olan Macarıstanla  əməkdaşlığı dünyada baş verən siyasi proseslərə   mövqe yaxınlığı baxımından dəyərləndirən Prezident İlham Əliyev hər iki ölkənin xalqları arasındakı oxşarlıqları da diqqətə çatdırdı. Dünya siyasətinə yaxın mövqeləri dəyərləndirdi : «Oxşarlıqlardan biri Sizin qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim çıxışımız yoxdur. Bir Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik

 

Ermənistanla Azərbaycan arasındakı sülh sazişinin hələ masada olduğunu bildirən Prezident İlham Əliyev müqavilənin imzalanmasının əsas şərtlərini diqqətə çatdırdı: «Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir

 

Bəyanatlarda  iki ölkə arasındakı energetika sahəsində uğurlu əməkdaşlıqla bağlı  mövcud vəziyyətə aydınlıq gətirildi. Bildirildi ki,   Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft qaz layihəsində pay sahibidir. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Keçən ildən etibarən Macarıstana təbii qaz ixrac edən Azərbaycanın qurudakı neft yataqlarında dost ölkənin şirkəti fəaliyyətə başlayacaq.

 

Prezident İlham Əliyev Avropa məkanında  müstəqil siyasət aparan  Macarıstanda dövlətçiliyin  milli maraqların hər şeydən üstün tutulduğunu, qabağcıl təşəbbüslərdə iştirakını bu ölkənin diplomatik uğuru kim dəyərləndirdi: «Yenə deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə. Sizə bütün dost macar xalqına bu istiqamətdə yeni uğurlar arzulayırıq

 

Cənab İlham Əliyevin vurğuladığı kimi,  Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə etibarlı tərəfdaş kimi tanıyır. Prezident İlham Əliyev  «Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır» söyləməklə dost ölkə ilə digər sahələr üzrə  əlaqələrin  davamını uğurlu  əməkdaşlıq adlandırdı.

 

Macarıstanın təşəbbüsü ilə  Budapeştdə  Şərq Qərbin Görüş Nöqtəsimövzusu ilə bağlı  keçirilən  TDT-nın  Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşü türk dövlətləri ilə   əməkdaşlığın  daha da möhkəmləndirilməsinə  yeni stimul kimi dəyərləndirilir. XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda  bu tədbirin Avropa İttifaqının üzvü olan  Macarıstanda keçirilməsi göstərir ki, TDT-nın məqsədi, gələcək hədəfi Şərq Qərb arasında körpünü  daha da möhkəmləndirmək, Qlobal Cənubla Avropa  məkanında qarşılıqlı anlaşma mühiti formalaşdırmaqdır.

 

Prezident İlham Əliyev bu tədbiri  Azərbaycanın təşəbbüsü ilə Şuşada təşkil olunan  ilk qeyri-rəsmi Zirvə görüşünün davamı adlandırdı.  Təşkilatın daha geniş sferada gücləndirilməsini şərtləndirəcək Türk İnvestisiya Fondunun rəsmi  fəaliyyətə başlamasını dövlətlərarası  əməkdaşlığın təkmilləşdirilməsinə  yönələn addım kimi dəyərləndirən Prezident İlham Əliyev türk dövlətləri ilə   nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi naminə görülən işləri  diqqətə çatdırdı.  Vurğuladı ki, son illərdə Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına  ayrılan investisiyalar sayəsində açıq dənizlərə çıxışı olmayan Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan üzәrindәn tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatı kimi, maraq doğuran, Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti ötən  il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan ölkəmizin  Bakı gəmiqayırma zavodunda hazırda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılacaq. Respublikamızda 8-cu  beynəlxalq hava limanına 9-cu  aeroport əlavə olunacaq. COP29-un təşkili ilə Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa nail olan Bakıda iqlim gündəliyi ilə bağlı qəbul olunan ciddi qərarların beynəlxalq səviyyədə dəstəklənməsi ölkəmizin diplomatik səylərinin məntiqi nəticəsidir. Həmin tədbirdə  10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki Zərər Fondu işlək vəziyyətə gətirildi. TarixəBakı sıçrayışıkimi daxil olan COP29-un keçirildiyi müddətdə Azərbaycan, Qazaxıstan Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində  imzalanan strateji tərəfdaşlıq sazişi TDT-nin uğuru adlandırıldı. Həmin sazişin reallaşması ilə  ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaranacaq.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2025.- 28 may (¹ 91).- S.9.