Milli kimliyimiz 150 ilin aynasında
Rəşad
Məcid: Yubiley ilini yeni baxışlara və yanaşmalara
kökləmək hər bir qələm sahibinin üzərinə
düşən missiyadır
Təklif: Yaxşı
olar ki, ayrıca ali jurnalistika məktəbi yaradılsın
Azərbaycan milli
mətbuatı bu il 150 illik şərəfli
yolun zirvəsinə çatır. Həsən
bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi”dən başlayan və bu gün rəqəmsal
dövrün çağırışları
ilə davam edən bu tarixi
yol təkcə jurnalistikanın inkişaf
salnaməsi deyil, həm də milli özünüdərk,
dövlətçilik təfəkkürü
və cəmiyyətin
ideoloji formalaşma prosesinin ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin yubileyin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı
Sərəncam bu sahəyə verilən dəyərin rəmzidir. Azərbaycan Mətbuat Şurasının sədri
Rəşad Məcidlə
söhbətimizdə həm
yubileyin əhəmiyyəti,
həm də müasir medianın qarşısında dayanan
vəzifələr, islahatlar
və jurnalistikanın
gələcəyi ilə
bağlı məqamları
müzakirə edirik.
Jurnalistlərimiz təkcə
xarici dildə yazıb-yaratmalı deyil, eyni zamanda, yaradıcılıqlarını
beynəlxalq aləmin
anladığı tərzdə
qurmalıdırlar
-Milli mətbuatın
150 illik yubileyi medianın keçmişinə
ehtiram olmaqla yanaşı, müasir media siyasətində hansı yeni baxışların və
yanaşmaların formalaşmasına
zəmin yaradır?
- Yubiley ilini yeni baxışlara və yanaşmalara kökləmək hər bir qələm sahibinin üzərinə düşən missiyadır.
“Əkinçi” nəyi
rəhbər tuturdu? Cavab birmənalıdır:
xalqın oyanışını,
milli şüurunun formalaşmasını, milli
özünüdərki. Ondan
sonrakı nəşrlər
də məhz bu amallar uğrunda
mübarizə apardılar.
Onlar “Əkinçi”nin,
müəyyən mənada,
məişət müstəvisində
gündəmə gətirdiyi
mövzuları cilalayaraq
vahid məfkurə halına saldılar. Nəticədə XIX əsrin
sonu – XX əsrin əvvəllərində mövcud
olmuş milli nəşrlərimiz 1918-ci il
müstəqilliyinin ideoloji
bazasının formalaşmasına
mühüm töhfə
verdilər. Bu gün müstəqillik. Dövlətimiz “Əkinçi”yə
və Həsən bəy Zərdabinin roluna məhz qeyd etdiyim prizmadan
qiymət verir. Ona görə də müstəqillik illərində milli mətbuatımızın yubileylərinin
keçirilməsi ənənəsinə
sahibik. Keçmiş
gələcək üçün
mənəvi istinadgah
rolunu oynamalıdır
və oynayır. Buna söykənərək
gələcəyə daha
fundametal nəzərlərlə
baxmalıyıq. Məqsədimiz
dünyanın media məkanına inteqrasiya olmalıdır. Jurnalistlərimiz
təkcə xarici dildə yazıb-yaratmalı
deyil, eyni zamanda, yaradıcılıqlarını
beynəlxalq aləmin
anladığı tərzdə
qurmalıdırlar. İnteqrasiyanın
mürəkkəb sxematikasının
mövcudluğu şəraitində
ayaqda qalmağın, rəqabətə davamlılığın
başlıca şərti
məhz budur. Hesab edirəm ki, hazırda kifayət qədər potensiala malikik. Ən əsası isə Prezident İlham Əliyevin şəxsində Azərbaycan
dövlətinin qarşıya
qoyduğu vəzifələrin,
o cümlədən mediadan
gözləntilərin reallaşdırılması
üçün əzmi
və iradəsi, dəqiq müəyyənləşdirilmiş
strateji xətti var. Bir sözlə,
150 illik yubiley məndə nikbinlik yaradır.
...jurnalistika informasiya
yayıcılığında sosial şəbəkələrə
uduzur
-Mətbuatın bu
gün də “dördüncü hakimiyyət”
statusunu qoruyub saxlaya bilməsi üçün jurnalistikanın
hansı əsas dəyərlərə qayıtması
və nələri yenidən nəzərdən
keçirməsi zəruridir?
- Əlbəttə, ən vacib məsələ
peşəkarlıqdır. Jurnalistikamız, sözün
əsl mənasında,
peşəkar olmalı
və peşəkar yaradıcılıq təqdim
etməlidir. Şablon
çıxsa da deyim ki, informasiya
əsrində yaşayırıq.
Hər kəs bu və ya
digər şəkildə
informasiya yayıcısı
qismində fəaliyyət
göstərmək imkanına
malikdir. Məsələn,
adi bir şəxs
yolla getdiyi yerdə üzləşdiyi
durumu mobil telefonun yaddaşına köçürüb onu
özünə məxsus
sosial şəbəkə
hesabında, yaxud bloqunda ictimailəşdirə
bilər. Belə bir klişeləşmiş
fikir də var ki, jurnalistika
informasiya yayıcılığında
sosial şəbəkələrə
uduzur.
Media orqanı, konkret olaraq, jurnalist informasiya
bolluğu şəraitində
öz məhsulunun əlahiddəliyini təmin
etməlidir
Əslində, durumun təqsirkarı, müəyyən
mənada, medianın özüdür. Media orqanı,
konkret olaraq, jurnalist informasiya bolluğu şəraitində
öz məhsulunun əlahiddəliyini təmin
etməlidir. Yəni, cəmiyyət üzvləri
tam dərk etməlidirlər
ki, jurnalistin qələmə
aldığı mövzu
hansısa sosial şəbəkə istifadəçisinin
yazdıqlarından daha
üstündür, daha
etibarlıdır. Bunun yolu
isə peşəkarlıqdan,
peşəkar fəaliyyətdən
keçir. Əlbəttə,
insanlar görsələr
ki, medianın diqqətə
çatdırdığı ilə hansısa Əlinin, ya Vəlinin profilində yazdığı arasında
elə bir fərq yoxdur, o zaman onların nəyinə lazımdır, məsələn,
“İki sahil” qəzetini alıb oxusunlar. Eləcə də, “525-ci qəzet”i
və başqasını
izləməyə ehtiyac
qalmayacaq. Deməli, peşəkarlığın da fərqli standartlarını
nəzərdən keçirmək
zərurəti var. Əlbəttə,
bir çox məsələləri zaman özü
tənzimləyir. Yəni,
vaxt keçdikcə problemlərin aradan qalxacağını düşünürəm.
Amma zamanı qabaqlamaq,
hər bir halda, faydalıdır. Çox dinamik dövrdə yaşayırıq. Zamanı
qabaqlamaq medianın dördüncü hakimiyyət
kimi özünü təsdiqləməsi baxımından
mühüm şərtdir.
Digər tərəfdən,
hesab edirəm ki, hazırda Azərbaycan mediasında IV hakimiyyət
adına iddialı mənzərə müşahidə
etmək mümkündür.
Ölkəmizdə peşəkar
jurnalistika məktəbi
kimi özünü təsdiqləmiş, bu ampluada oturuşmuş
media orqanlarımız var. Əminəm
ki, onlar arxayınlaşmır,
öz fəaliyyətlərini
daim təkmilləşdirir,
yeni media trendlərinin tətbiqi
sahəsində ardıcıl
iş aparır, cəmiyyətdə qazandıqları
inam və etibarı daim möhkəmləndirirlər.
Şərt o deyil
ki, özünütəsdiq yalnız çətin dövrlərin dirəniş
əzmi kimi meydana çıxsın
-Sizcə,
150 illik media tariximizdə
“Əkinçi”dən
başlayan maarifçilik
xətti bu günün mediasının
ideoloji əsaslarında
hansı formada yaşadılmalıdır?
- Hesab
edirəm ki, sualınıza
qismən cavab verdim. Yəni, mediamızın dünya mediasına inteqrasiyasının
vacibliyindən söz
açdım. Eləcə
də maarifçilik xəttinin 1918-ci ildə dövlət müstəqilliyinin
əldə edilməsindəki
rolunu vurğuladım.
Əlavə olaraq onu deyim ki, maarifçilik
özlüyündə geniş
anlayışdır. “Əkinçi”
və ondan sonrakı nəşrlər
milli özünüdərkin və milli şüurun təşəkkülündə, eləcə də itirilmiş dövlətçilik
ənənələrinin bərpasında
fəal rol oynadılar. Nəzərə
alaq ki, milli mətbuatımız
eyni missiyasını
1991-ci ildə əldə
etdiyimiz ikinci müstəqillik zamanı
da təkrarlamışdı. Müstəqillik illərində
mediamızın demokratik
cəmiyyət, hüquqi
dövlət quruculuğu
yolunda böyük əzmlə çalışdığını
gördük. Gördük
ki, jurnalistlərimiz milli dəyər
və prinsiplərin carçısı kimi fəaliyyət göstərərək,
mühüm ictimai missiya yerinə yetirirlər.
Media cəmiyyətdən gələn
sosial sifarişləri
dəyərləndirməli,
onların mənfi
və müsbət tərəflərini ayırd
etməyi bacarmalı,
müsbət məqamların
təbliğatçısına çevrilməli, mənfiləri
tənqid etməlidir
Bu baxımdan media orqanlarımızın,
jurnalistlərimizin haqq
davamız olan İkinci Qarabağ müharibəsindəki iştirakı
xüsusi vurğulanmalıdır.
Ümumən, “Əkinçi”nin müəyyənləşdirdiyi
təməldə millilik
var və təməl
prinsipləri, hətta,
totalitar sovet hakimiyyəti də arxa palana keçirə
bilmədi. Mətbuatımız
həmin dövrdə
ana dilimizin fəal təbliğatçısına çevrildi, eybəcərliklərə
qarşı barışmaz
mübarizə apardı.
Bütün bunlara rəğmən, fikrimcə,
medianın sabit axarı da önəmlidir.
Yəni, şərt o
deyil ki, özünütəsdiq
yalnız çətin
dövrlərin dirəniş
əzmi kimi meydana çıxsın. Hər bir media orqanı, jurnalist gündəlik fəaliyyətini
düzgün qurmalı,
tələb və təklif kriteriyalarını
nəzərə almalıdır.
Həm də ona görə ki, bir çox məqamları tənzimləyən
cəmiyyətin özüdür.
Media cəmiyyətdən gələn
sosial sifarişləri
dəyərləndirməli, onların mənfi və müsbət tərəflərini ayırd
etməyi bacarmalı,
müsbət məqamların
təbliğatçısına çevrilməli, mənfiləri
tənqid etməlidir.
Yəni, kurs bu olmalıdır və mövcud düzəndə hansısa
mürəkkəb ideoloji
sxematikaya bir o qədər gərək yoxdur. Çünki həyat özü də sadə reallıqlar üzərində
qurulub.
-Yeni media dövründə jurnalistin
ictimai məsuliyyətini
gücləndirmək və
jurnalist peşəsinin
nüfuzunu artırmaq
üçün hansı
hüquqi, təlim-tərbiyəvi
və peşəkar yanaşmalar önə çəkilməlidir?
- Hesab
edirəm ki, mediamızın
hüquqi bazası kifayət qədər təkmildir və günün tələbləri
ilə səsləşir.
Bu baxımdan 2022-ci ilin
sentyabrında qəbul
edilmiş “Media haqqında”
Qanun xüsusi vurğulanmalıdır.
Sənəd özündə
müasir mediaya və jurnalist fəaliyyətinə peşəkar
münasibəti rəhbər
tutur. Əgər təlim-tərbiyəvi yanaşmalardan
danışırıqsa, daha
çox təlimə
diqqət yetirək. Fikrimcə, düzgün təlim nəticəsində
əldə edilmiş
bilik və bacarıq həm də iş etikasını formalaşdırır.
Buna görə də
jurnalistikamızın ayrı-ayrı
sahələr üzrə
ixtisaslaşmasını vacib
sayıram. Rəhbərlik
etdiyim Mətbuat Şurası bu məqamın üzərində
dayanır və ayrı-ayrı dövlət
qurumları, eləcə
də müəyyən
sahə üzrə ixtisaslaşmış şirkətlərlə
birgə media təmsilçiləri
üçün müsabiqələrin
təşkilinə böyük
önəm verir. Ümumən, media təmsilçilərimizin
ixtisaslaşmalarının dərinləşməsinə ciddi
ehtiyac var. Nəzərə
alaq ki, ixtisaslaşmış
jurnalist həm də ixtisaslaşdığı
sahənin eksperti, bəlli bir istiqamət üzrə cəmiyyətdə rəy
formalaşdıran şəxsdir.
Məsələn, bir
çox tanınmış
hərbi ekspertlərimiz
ilk addımlarını məhz
jurnalistika sahəsində
atıblar və bu gün də
cəmiyyətimizin palitrasının
zənginləşməsinə layiqli töhfə verirlər.
Hansısa sosial şəbəkə profilində
bilgi yayılır. Jurnalist ona şübhəli
yanaşmağı bacarmırsa...
-Sosial
medianın təsirinin
artdığı indiki
dövrdə yanlış
informasiya və manipulyasiya hallarına qarşı jurnalistikanın
özünü müdafiə
etməsi üçün
hansı təkliflər
irəli sürərdiniz?
- Məsələyə
daha çox cəmiyyətin yanlış
informasiyaların təsirindən
qorunmasının vacibliyi
kontekstində yanaşardım.
Çünki jurnalistin
yaydığı yanlış
informasiya özünün
mənfi təsirlərini
ictimaiyyətdə göstərir.
Əvvəldə peşəkarlıqdan
söz açdıq.
Məsələn, hansısa
sosial şəbəkə
profilində bilgi yayılır. Jurnalist ona şübhəli yanaşmağı bacarmırsa,
yaxud bunu ağlından keçirmirsə,
duymursa, ortada, yumşaq desəm, xoşagəlməz durum var. Təəssüf
ki, bu durumun ayrı-ayrı elemetlərini
görürük. Burada
bir çox məqamlardan söz açmaq, bir sıra problemləri sadalamaq mümkündür.
Ayrı-ayrı xarakterik
tendensiyaları diqqətə
çatdırmaq da həmçinin.
Ancaq onların hamısının üzərində
dayanmağa ehtiyac yoxdur. Həm də ona görə
ki, belə hallar mövzular şəklində
qoyulmalı və müzakirə olunmalıdır.
Məsələn, Mətbuat
Şurasının Sosial
Media ilə Əlaqələr
Komissiyası bir müddət əvvəl bir məlumat yaydı. Məlumatda Gəncədə baş vermiş yeniyetmənin ölümü ətrafında
yayılmış yanlış
bilgilərin cəmiyyətdə
doğurduğu ajiotaj
diqqətə çatdırıldı,
müvafiq tövsiyələr
ünvanlandı. Şuranın
Etika Komissiyasının da ayrı-ayrı
hadisələrlə bağlı
münasibəti olub.
Muzeyin ya Şuşada, ya da Xankəndidə təşkili
milli mətbuatımızın 150 illik
yubileyinə mühüm
töhfə olardı
Ümumən, Mətbuat Şurası
cəmiyyətin total şəkildə
yanlış məlumatlandırılması
təmayüllərinə qarşı
ictimai qınaq metodları ilə mübarizə aparır. Bütün bunların fonunda yenə ön plana peşəkarlıq
gəlir. Nəzərə
alaq ki, peşəkarlığın
ən böyük göstəricisi həssaslıq
və duyumdur. Jurnalist hər bir durumu hiss etməlidir. Yazdığı
yazının cəmiyyət
üzvlərində doğura
biləcəyi mənfi
və ya müsbət ovqatı hesablamağı bacarmalıdır.
Bu onun məsuliyyətidir.
Sosial media isə böyük ölçüdə,
daha doğrusu, prinsip etibarilə məsuliyyətsiz məkandır.
Bu məkanın bütün
təmsilçilərindən həssaslıq tələb
etmək doğru deyil. Deməli, peşəkar media malik olduğu
keyfiyyətləri ön
plana daşımalıdır ki, sosial media iştirakçılarının
neqativ yüklü paylaşımları cəmiyyətin
ümumi ahəngini pozmasın. Bu yolla jurnalist həm özünü, həm də cəmiyyəti qoruyacaq.
Mətbuat Şurasının
bir neçə təşəbbüsü var
-Yubiley
kontekstində mətbuat
tariximizin tədqiqi, sənədləşdirilməsi və yeni nəslə ötürülməsi istiqamətində
hansı layihələr
həyata keçirilə
bilər?
- Mətbuat
Şurasının bir
neçə təşəbbüsü
var. Bunlardan birincisi elektron və çap formatında “150 illik Azərbaycan mətbuatı” biblioqrafik məlumat kitabının nəşridir. Kitabda Azərbaycanda 150 il müddətində
işıq üzü
görmüş qəzet
və jurnalların
ilk sayları, ideya istiqamətləri, ölçü
və tirajları, loqoları, redaksiyaların
tərkibi, ünvanları,
eləcə də onlar haqqında digər yığcam məlumatların toplanılması,
çapı və
PDF formatda hazırlanması
nəzərdə tutulur.
Əlbəttə, bunun
üzərində ayrıca
İşçi qrupu
işləməlidir. İkinci
təşəbbüsümüz dəyərli həmkarımız,
tədqiqatçı jurnalist
Müsəllim Həsənovun
təklifindən qaynaqlanır.
Məlumat üçün
bildirim ki, Azərbaycan
Kommunist Partiyası Mərkəzi Rəyasət
Heyəti 1925-ci il martın
16-da “İlk türk qəzetinin
50 illiyi haqqında” qərar çıxarıb.
Həmin ilin sentyabrında Azərbaycan
Xalq Komissarları Şurası da yubileyin keçirilməsi ilə bağlı xüsusi qərar verib, yubiley komissiyası yaradıb. Komissiyaya türk mətbuatının
tarixinin öyrənilməsi
və Bakıda sərgi təşkili üçün Moskva, Sankt-Peterburq
və Tiflis arxivlərində
saxlanılan qəzetlərin
nüsxələrini toplamaq
tapşırılıb. Komissiya
üzvləri həmin
şəhərlərdə axtarışlar aparıb,
Azərbaycan mətbuatının
tarixi üçün
bu gün də əhəmiyyətini
itirməyən sənədlər
toplayıblar. Bütün
bunların vacibliyini nəzərə alaraq, həmin sənədlər
əsasında tədqiqat
aparıb “Əkinçi”nin
50 illiyinə həsr edilmiş kitab hazırlamaq
fikrimiz var. Daha bir təşəbbüsümüz
mətbuat muzeyi ilə bağlıdır.
Hesab edirik ki, muzeyin ya Şuşada,
ya da Xankəndidə təşkili milli mətbuatımızın
150 illik yubileyinə mühüm töhfə olardı.
-Media sahəsində ixtisaslaşmış
kadrların hazırlanması
ilə bağlı jurnalistika fakültələri
ilə media qurumları
arasında əməkdaşlığın
gücləndirilməsi necə
həyata keçirilməlidir?
- Ümumən,
jurnalistikanın ali təhsil səviyyəsində
ixtisaslaşması vacibdir.
Əlbəttə, ayrı-ayrı
kafedralar var və onların fəaliyyəti
və konsepsiyası ümumi işə fayda verir. Ancaq
fikrimcə, jurnalistikaya
ümumən informasiya
işinin tərkib hissəsi kimi yanaşmaq mütləqdir.
İnformasiya isə geniş anlam daşıyır, hətta
təhlükəsizlik amili
kimi çıxış
edir. Ona görə də
yaxşı olar ki, ayrıca ali jurnalistika məktəbi yaradılsın. Bu, daha səmərəli yanaşma
olar. Ali məktəblərin
jurnalistika fakültələrinin
media orqanları ilə
əməkdaşlığına gəldikdə, hesab edirəm ki, bu baxımdan Bakı Dövlət Universitetində
yaxşı ənənə
var. Media orqanlarımız bacarıqlı
tələbələri seçib
işə dəvət
edirlər və bu sevindiricidir.
Media nə qədər peşəkar olsa,
ona etimad və inam bir
o qədər yüksək
olacaq
-Medianın
ictimai rəyə təsir gücünü artırmaq üçün
jurnalistlər və oxucu auditoriyası arasında qarşılıqlı
etimadın bərpası
hansı vasitələrlə
təmin oluna bilər?
- Ümumən,
media orqanları ilə
oxucu, dinləyici və ya tamaşaçı
auditoriyası arasında
təmasların olması
vacibdir. Hələ sovet dövründə bununla bağlı xoş ənənə var
idi. Qəzetlərdə
ayrıca oxucu məktubları rubrikaları
olurdu. İndi də
media orqanlarına üz
tutan oxucularımız
var. Yəni, istər-istəməz,
jurnalistika cəmiyyətlə
iç-içədir və
başqa cür mümkün də deyil. O ki qaldı təmasların sistemləşdirilməsinə
və intensivləşdirilməsinə,
hesab edirəm ki, bu, hər bir
media orqanının fərdi
yanaşmasından asılıdır.
Məsələnin etimad
tərəfinə gəldikdə,
əvvəldə bu barədə söz açdıq. Media nə qədər peşəkar
olsa, ona etimad və inam bir o qədər
yüksək olacaq. Peşəkarlıq hər
mənada son dərəcə
vacib göstərici və meyardır.
REDAKSİYADAN: Azərbaycan milli mətbuatının
150 illik yubileyi yalnız tarixi bir mərhələ deyil, eyni zamanda
media sahəsinin gələcəyinə
aparan mühüm strateji dönəmdir. Rəşad Məcidlə
aparılan söhbət
bir daha göstərdi ki, “Əkinçi”dən başlanan
maarifçilik xətti
bu gün də jurnalistikanın ideoloji dayağı kimi yaşamaqdadır. Müsahibədə diqqət
çəkilən məsələlər
– peşəkarlıq, ixtisaslaşma,
sosial məsuliyyət,
beynəlxalq inteqrasiya,
texnoloji transformasiya və etik standartlar
– medianın ictimai nüfuzunun möhkəmləndirilməsində
əsas istiqamətlər
kimi səciyyələndirildi.
Rəşad müəllim
haqlı olaraq bildirir ki, jurnalist təkcə informasiya ötürücüsü deyil,
həm də ictimai şüura təsir edən mühüm vasitədir. Məhz bu baxımdan
jurnalistikanın gücü
onun cəmiyyətlə
qurduğu etimad körpüsündədir. Qəzetin
dəyəri, medianın
rolu, jurnalistin məsuliyyəti və oxucunun məmnuniyyəti bu körpünün iki tərəfində dayanan sütunlardır. Azərbaycan mətbuatının
zəngin və şərəfli yolu bu gün yeni mərhələyə qədəm
qoyur. Bu yolun davamlılığı isə
yalnız zəhmətkeş,
prinsipial və vicdanlı media nümayəndələrinin
səyləri ilə təmin oluna bilər. 150 illik yubileyin verdiyi ən böyük dərs – keçmişə
sayğı, bu günə məsuliyyət
və gələcəyə
inamdır.
Son olaraq Rəşad müəllim, mətbuatımızın
inkişafı uğrunda
göstərdiyiniz səmərəli
fəaliyyətə və
bu dəyərli müsahibəyə görə sizə təşəkkür edirik,
gələcək fəaliyyətinizdə
uğurlar arzulayırıq!
Yaqut Ağaşahqızı
İki
sahil.- 2025.- 28 may (№ 91).- S.10.