Etibarlı
tərəfdaşın dəyəri
məhz bu cür ölçülür
Macarıstanın Baş naziri Viktor Orban bildirdi
ki, bu dostluq
sayəsində biz özümüzü daha az mürəkkəb vəziyyətdə, həssas
vəziyyətdə hiss
edirik
«Əgər biz
qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə
görə Azərbaycan
dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz
ehtiyatlarımızın işlənilməsi
nəzərdə tutulur.
Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın
çox böyükmiqyaslı
yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində
6 min meqavat gücündə yaşıl
enerji istehsal edəcəyik. 500 meqavat son iki il
ərzində yaradıldı,
6 min meqavat beş il ərzində
təmin ediləcək.
Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə,
təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət
etmək üçün
imkan yaradacaq ki, bunun da
əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır.» Bu günlərdə Macarıstanda
işgüzar səfərdə
olan dövlət başçısı İlham
Əliyev bu ölkənin Baş naziri Viktor Orbanla
keçirdiyi məhdud
və geniş tərkibdə görüşlərdə,
mətbuata bəyanatında
xüsusi diqqət göstərdiyi məsələlərdən
biri Azərbaycanın
enerji sektorunda qazandığı uğurlar,
dünyanın enerji təhlükəsizliyinin təminatına
verdiyi töhfələr
oldu.
Macarıstan Azərbaycanı
enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin
gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın
enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan
enerji sahələrindəki
uğurları, Macarıstanın
enerji təminatını
şaxələndirmək məqsədilə
ölkəmizin layihələrinə
dəstəyini daha da artırır. Bu əməkdaşlıq,
həmçinin Cənub
Qaz Dəhlizi layihəsinin uğurlu həyata keçirilməsi
ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin
edilməsi baxımından
mühüm əhəmiyyət
kəsb edir. Macarıstanın enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir
və ölkələr
arasında qarşılıqlı
faydalı layihələrin
həyata keçirilməsinə
şərait yaradır.
Azərbaycan xüsusilə
Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən
Avropaya enerji ixracını artırmaqla
bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Bu kontekstdə
yaşıl enerji sahəsində imzalanmış
müqavilələr və
layihələr xüsusilə
diqqət çəkir.
Buxarestdə Azərbaycan,
Macarıstan, Rumıniya
və Gürcüstan
Hökumətlərinin yaşıl
enerji sahəsində imzaladıqları strateji tərəfdaşlıq Sazişi
ölkələrimiz arasında
enerji ötürülməsini
və yeni enerji layihələrinin həyata keçirilməsini
nəzərdə tutur.
Bu təşəbbüs,
həmçinin Xəzər
dənizinin böyük
külək enerjisi potensialının Avropa bazarlarına daxil edilməsinə imkan verəcək və Avropanın enerji təhlükəsizliyini daha
da şaxələndirəcək.
Bu layihələr, xüsusən Qara dənizdən keçəcək
sualtı elektrik enerjisi xəttinin çəkilməsi Avropa
ilə Azərbaycan arasında enerji daşımalarını artıracaq
və bərpaolunan enerji resurslarının istifadəsini təşviq
edəcək. Enerji sahəsindəki bu yeni əməkdaşlıq
Azərbaycanın Avropa
İttifaqı ilə
daha yaxın əlaqələr qurmasına
və qlobal enerji təhlükəsizliyinə
olan töhfəsini artırmasına imkan yaradıb. Bu, yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan önəmli addımlardır ki, Avropanın enerji bazarını daha müxtəlif və dayanıqlı etmək məqsədini güdür.
Cənab İlham
Əliyev Budapeşt səfəri
zamanı bu reallıqlara da diqqəti yönəltdi ki, Macarıstan şirkətləri Azərbaycanın
əsas iki neft və qaz
layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli”
və “Şahdəniz”
yataqlarında. Gələn
ilin əvvəlində
növbəti kontrakt imzalanacaq. Azərbaycanın qurudakı
neft yataqlarında Macarıstan şirkəti
fəaliyyətə başlayacaq.
Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Macarıstanın
tələbatı səviyyəsində
qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız
kifayət qədər
genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Azərobaycan bu gün 12 ölkəyə
təbii qaz ixrac edir. Onlardan
10-u Avropa ölkəsidir,
8-i isə Avropa İttifaqı üzvüdür.
Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı
ölkə və etibarlı tərəfdaş
kimi tanıyır.
Azərbaycanın malik
olduğu enerji resurslarından səmərəli
istifadə etmək məqsədilə iştirakçısı
və təşəbbüsçüsü
olduğu enerji layihlərinin uğurlu icrası hazırda ölkəmizin dünyanın
enerji təhlükəsizliyinin
təminatında oynadığı
rolda özünün
aydın ifadəsini tapır. Həyata keçirilən uğurlu
enerji siyasəti ölkəmizin etibarlı
tərəfdaş kimi
mövqeyini daha da möhkəmləndirir. Çıxışlarında «Biz
artıq özümüzü
etibarlı ölkə
olaraq təsdiq etmişik, o ölkə ki, öz öhdəliklərinə
hörmət edir. Qeyd etmək istəyirəm ki, hasilatın pay bölgüsünə dair
1994-cü ildə xarici
şirkətlərlə imzalanmış
ilk sazişdən bu günə qədər müqavilələrdə
bir söz belə dəyişdirilməyib.
Bu isə bizim mövqeyimizin təzahürüdür. Biz
öz öhdəliklərimizə
hörmət edirik və tərəfdaşlarımızdan
öz öhdəliklərinə
hörmət etməyi
gözləyirik» söyləyən
dövlət başçısı
İlham Əliyev onu da əlavə
edir ki, etibarlılıq vacib amil idi. İkincisi
isə əlbəttə
ki, Azərbaycanda olan siyasi və
iqtisadi sabitlik, neft, qaz və
elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında
gözəl nəticələrimizdir. Azərbaycan təkcə neft və qaz deyil,
eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng
potensial və təcrübə, bütün
bu amillər mühüm enerji şirkətlərini cəlb
etməyə və yenilənən enerjiyə
investisiya yatırmağa
imkan verir.
Ulu Öndər
Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır.
Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi,
regional çərçivədən
çıxaraq beynəlxalq
miqyas alması Azərbaycanın etibarlı
tərəfdaş kimi
möhkəmlənən mövqeyinin
göstəricisidir. Cənab
İlham Əliyev bu məqamı xüsusi qeyd edir ki, özümüzü
enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki,
bu məsələdə
geridə qalmasın, lider,
aparıcı ölkə
olsun. Burada söhbət yenilənən,
bərpa olunan enerjidən gedir.
«Əsrin müqaviləsi»nin imzalandığı
1994-cü ildən ötən
dövrün
təhlili belə
bir ümumiləşdirməyə
əsas verir ki, Azərbaycan hər bir hədəfə ardıcıllıqla nail olur. Qarşıya hədəflər qoyulur, onlara yüksək səviyyədə nail olmaqla yeni hədəfəlr
müəyyənləşdirilir. «Əsrin müqaviləsi»ndən sonra regional çərçivədə başlanan
əməkdaşlıq illər
keçdikcə coğrafiyasını
genişləndirərək beynəlxalq miqyas aldı. Bu gün
bunun bir daha şahidi oluruq. 2017-ci ildə «Yeni əsrin müqavmləsi»nin imzalanması Azərbaycanın
beynəlxalq münasibətlər
sistemində möhkəmlənən
mövqeyinin, etibarlı
tərəfdaş kimi artan nüfuzunun təqdimatı
oldu. 2014-cü ildə
təməli qoyulan Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də tam tərkibdə istifadəyə
verildi. Artıq bu gün Cənub
Qaz Dəhlizinin əsas seqmentləri olan
TANAP-ın və TAP-ın tərkibinin genişləndirilməsi əsas
hədəflər sırasındadır.
Xəzər hövzəsinin
zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri
üçün strateji
tərəfdaş kimi
qazandığı etimadı
yeni layihələrin reallaşmasında göstərdiyi
qətiyyəti ilə
təsdiqləyir. Avropa
İttifaqına daxil
olan ölkələrin
təbii qazla təminatı üçün
nəzərdə tutulan
neft-qaz boru kəmərlərinin siyasi,
iqtisadi əhəmiyyəti,
perspektivi ətrafında
aparılan müzakirələrdə
də Azərbaycan amilinə daim xüsusi önəm verilir. Neft və qaz
hasil edən ölkə kimi Azərbaycanda aparılan islahatlar respublikanın müasirləşdirilməsinə, istehsalın, xüsusilə
sənayenin şaxələndirilməsinə
yönəldilir.
Hazırda Azərbaycan
yaşıl enerji ixracına dair layihələr həyata keçirməklə özünün
neft-qaz tarixindəki uğurunu təkrarlayır.
Ötən il Azərbaycan dünyanın
mötəbər tədbirinə-COP29-a ev sahibliyi etməklə
bərpaolunan enerji sahəsində malik olduğu imkanları bir daha dünyaya
təqdim etdi. Enerji diplomatiyasında dönüş nöqtəsi
kimi dəyərləndirilən
həmin tədbir, eyni zamanda, çoxtərəfliliyin
təntənəsi oldu.
Azərbaycan bir daha nümayiş etdirdi ki, əməkdaşlığın
coğrafiyasının genişləndirilməsində
maraqlıdır və
bunu atdığı addımları ilə təsdiqləyir. «Bəli,
bizim üçün
COP29 böyük bir çağırış və
böyük imkan idi» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bizim
vəzifəmiz bu çağırışı uğura çevirməkdən
ibarət idi.
Budapeştdə keçirilən
Türk Dövlətləri
Təşkilatının Dövlət
başçılarının qeyri-rəsmi Zirvə görüşündə də
dövlət başçısı
İlham Əliyev diqqəti Azərbaycanın
ev sahibliyi etdiyi COP29 tədbirinə yönəldərək bildirdi
ki, təxminən 200 ölkənin yekdil qərarı ilə
2024-cü ilin noyabr ayında Azərbaycanda
COP29 kimi mötəbər
konfrans keçirilmişdir.
Hazırlıq üçün
cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək
səviyyədə təşkil
etməyə nail olduq. Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni
təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak
etmişdir. Azərbaycan
COP29-da Qlobal Cənubla
Qlobal Şimal arasında körpü qurmağa müvəffəq
oldu. Bakıda qlobal iqlim gündəliyi
ilə bağlı ciddi qərarlar qəbul edildi. Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə
maliyyə yardımının
100 milyarddan 300 milyard
ABŞ dollarına qədər
artırılmasını nəzərdə
tutan yeni maliyyə hədəfi barədə razılaşmadır.
Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi
barədə konsensusa
nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə
gətirildi. COP29 böyük
uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi
daxil olmuşdur. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət
başçıları tərəfindən
yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq
sazişi imzalanmışdır.
Bu saziş ölkələrimizdə istehsal
edilən yaşıl
enerjinin Xəzər-Qara
dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.
Dövlət başçısı
İlham Əliyevin son illərdə elə bir səfəri,
görüşü, çvxışı
yoxdur ki, Azərbaycanın bərpaolunan
enerji sahəsində malik olduğu imkanlara diqqət yönəldilməsin. Bir
mühüm məqamı
da xüsusi qeyd etməliyik ki, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də Qarabağın
və Şərqi Zəngəzurun, eləcə
də Naxçıvan
Muxtar Respubilkasının
yaşıl enerji zonasına çevrilməsi
prioritetdir.
Təkcə son
illərdə ənənəvi,
eyni zamanda, bərpaolunan enerji sahəsində qazanılan
uğurlara diqqət yetirdikdə bu mühüm məqam bir daha təsdiqini tapır ki, səylərin birləşdirilməsi
hədəflərə zamanında
nail olmağa əsas verir. Cənab İlham Əliyevin çıxışlarında
vurğuladığı kimi,
əlbəttə, görüləcək
işlər çoxdur.
TANAP, TAP genişlənməli, digər Avropa boru kəmərlərinə
də çıxışımız
olmalıdır.
Avropada interkonnektorların
sayı mütləq artırılmalıdır. Bütün
bu məsələlər
əlaqələndirilmiş şəkildə həyata
keçirilməli, komanda
işi davam etdirməlidir. Çünki
artıq yeni iştirakçılarımız, ideyalarımız, planlarımız
var. Bunları reallaşdırdıqca, bütün
işlərimiz uğurla
gedəcək.
Ölkəmizlə həm ənənəvi
enerji, həm də bərpaolunan enerji sahəsində əməkdaşlıqda
maraqlı olan dövlətlərin sayı
artır. Bu, ölkəmizin enerji siyasətinin uğurlarıdır.
Belə ki, daim bu fikir
qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma onlarda bu
resurslar heç də onların tərəqqisinə
xidmət etmir, əhali arasında təbəqələşmə prosesi gedir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkəmizin
iqtisadi strtaegiyasını
dünyanın qabaqcıl
ölkələrinin təcrübəsinə
istinadən işləyib
hazırlaması Azərbaycanın
dayanıqlı iqtisadi
inkişafının təmin
olunmasında öz sözünü deyir. Enerji layihələrinin uğurlu icrası Azərbaycanın dünyanın
enerji təhlükəsizliyinin
təminatında aparıcı
rolunu günbəgün
artırır. Həmçinin
bu layihələr dünyanın enerji xəritəsinin yenidən
tərtib olunmasında
əhəmiyyətli rol
oynayır. Bu mühüm məqamı da nəzərə alaq ki, hər
dövrün öz çağırışı
vardır. Azərbaycanın
dünyanın enerji təhlükəsizliyinin təminatında
artan rolu enerji diplomatiyamızın
mühüm uğurudur.
İkitərəfli əməkdaşlıq
əlaqələrinin yeni
priortetlər üzrə
inkişafı beynəlxalq
səviyyədə əlaqələrin
inkişafına geniş
imkanlar açır. Macarıstanın baş naziri Viktor Orban
«Biz dənizə çıxışı olmayan
bir ölkəyik. Bizim nailiyyətimiz ondan ibarətdir ki, biz Rusiya
ilə enerji münasibətlərini qoruyub
saxladıq. Bizim üçün istisna tətbiq edilmişdir. Ancaq Ukrayna bizə
məhdudiyyətlər tətbiq
edir. Türkdilli dövlətlərin dəstəyi
olmasaydı, bu gün bizim enerji təhlükəsizliyini
təmin etməyimiz çox çətin olardı. Ancaq biz əlimizdən gələni edəcəyik
ki, iqtisadiyyatımızın
dayanıqlılığı təmin olunsun» söyləyərək onu
da bildirdi ki, etibarlı tərəfdaşın dəyəri
məhz bu cür ölçülür.
Türk ölkələri
olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox pul sərf etməli olardı. Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il
də Macarıstanın
qaz təminatı təmin ediləcəkdir:
«Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım
olan həcmdə qaz veriləcəkdir. Macarıstanın MVM və
digər şirkətləri
Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini
artıra bilər. Mən şadam ki, müəyyən həcmdə qaz ehtiyatları və neft barelləri bizim ixtiyarımızdadır.
Ola bilər bu, Azərbaycan üçün çox böyük həcm deyil. Ancaq bizim
üçün bu, çox vacib bir məsələdir ki, Azərbaycanın neft yataqlarında payçıyıq. Bu, təkcə iqtisadi baxımdan deyil, sırf mənəvi baxımdan da vacibdir. Bu dostluq
sayəsində biz özümüzü daha az mürəkkəb vəziyyətdə, həssas
vəziyyətdə hiss
edirik.»
Yeganə Əliyeva
İki
sahil.- 2025.- 28 may (№ 91).- S.11.