İrəvan Qazılığının bərpası: Zamanın tələbindən irəli gələn addım

 

2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpası, hazırda Qarabağ Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin yurd-yuvalarına qayıdışı Qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaradıb. Artıq onların yurd-yuvalarına qayıdışı məsələsi beynəlxalq gündəliyə daxil edilib. Elə may ayının 21-də AnkaradaQərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimimövzusunda konfransın keçirilməsi bunun sübutudur. Bütün bunlar bir daha təsdiq edir ki, Qərbi azərbaycanlılar doğma yurda qayıtmaqda israrlıdırlar.

 

Göründüyü kimi, son illər Qərbi Azərbaycana qayıdış məsələsi Azərbaycanın əsas prioritetlərdən birinə çevrilib. Hətta Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mayın 22-də Bakı şəhərində keçirilmiş əlahiddə toplantısında İrəvan Qazılığının fəaliyyətini bərpa edib. Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Bəxtiyar Nəcəfov İrəvan qazısı təyin edilib. İrəvan Qazılığı ilkin mərhələdə Qafqaz Müsəlmanları İdarəsinin binasında yerləşəcək.

 

Bu qərar Ermənistanda ajiotaj yaradıb. Hətta erməni sosial şəbəkələrində mediasında Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadəyə qarşı kampaniya başlayıb. Erməni ekspertlər dini liderin belə bir qərarının müsəlman ölkələri tərəfindən dəstəklənməsindən ciddi narahatlıq keçirirlər. Eçmiədzin kilsəsi Allahşükür Paşazadənin guya növbəti dəfə erməni xalqını erməni kilsəsini kin düşmənçiliklə hədəfə aldığını bildirib. Azərbaycana qarşı nifrəti ilə seçilən iranşünas Vardan Voskanyan isə Allahşükür Paşazadənin İrəvana qazı təyin etməsiniqeyri-qanunisayıb.

 

İlahiyyatçı Ağa Hacıbəyli mövzu ilə bağlıİki sahilqəzetinə açıqlamasında bildirdi ki, bu, dini etiqad azadlığının təmin edilməsi, Qərbi Azərbaycanda multikultural mühitin yenidən canlandırılması tarixi ədalətin bərpası baxımından əhəmiyyətli bir addımdır: “Həm Ermənistandan zorla çıxarılmış azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışına xidmət edən mühüm bir missiyadır”.

 

İlahiyyatçı daha sonra tarixi faktlara istinadən qeyd etdi ki, İrəvan şəhəri ətraf bölgələr tarixən Azərbaycan torpaqları olub bu ərazilərdəki dini mərkəzlərin fəaliyyəti xalqımızın tarixi varlığını sübut edən mühüm amillərdəndir: “Burada İrəvan Qazılığı fəaliyyət göstərib. Bu qazılıq xalqımızın dini-mənəvi mənafeləri ehtiyaclarının ödənilməsini təmin etməklə yanaşı, milli özünüdərkdə böyük rol oynayıb.  Amma azərbaycanlıların indiki Ermənistan ərazisindəki dədə-baba torpaqlarından 1918–1921, 1948–1953 1987–1991-ci illərdə mərhələ-mərhələ didərgin salınması, etnik təmizləmə deportasiyalar qazılığın da fəaliyyətini məcburi dayandırmasına səbəb olub. Hazırda Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb. Bundan istifadə edən Ermənistan İrəvan şəhərindəki Göy məscid istisna olmaqla, Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscidin hamısını məhv edib. Eyni zamanda, 500-dən artıq qəbiristanlıq dağıdılıb, azərbaycanlıların mədəni dini irsi sistemli şəkildə yer üzündən silinib. İrəvanın azərbaycanlılar tərəfindən tikilmiş Cümə məscidinin fars məscidi kimi təqdim olunması da erməni vandalizminin bariz nümunəsidir. İrəvanın Təpəbaşı məhəlləsindəki məscidimizin binasında isə ermənilər alkoqol satışı həyata keçirirlər. Belə bir şəraitdə Qafqaz Müsəlmanları İdarəsinin tarixi İrəvan Qazılığının fəaliyyətini bərpa etməsi təqdirəlayiqdir. Bunu həm zamanın tələbi kimi dəyərləndirmək olar. Bütün bu görülən işlər isə Qərbi azərbaycanlıları doğma torpaqlara qayıdışına əlavə stimul verir.  Zənnimcə, bu, həm hədəfə doğru atılan addımlardan biridir. Bu məqamda Prezident İlham Əliyevin mayın 26-da Bakıdaİslamofobiya: qərəzin ifşa olunması stiqmaların dağıdılmasımövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətindəki aşağıdakı sözlərini xatırlatmaq yerinə düşər: “Bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında İrəvan Qazılığının fəaliyyətinin bərpası barədə qərarın qəbul edilməsi tarixi ədalətin təmin olunması, Qərbi Azərbaycanda yerləşən mədəni dini-mənəvi irsimizin məhv edilməsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan vacib addımdır”.

 

A.Hacıbəyli daha sonra dedi: “O ki qaldı ermənilərin hay-küyünə, bəli, Ermənistan artıq Qərbi Qərbi Azərbaycanla bağlı hər bir addımı narahatlıqla izləyir. Hətta bu məsələ ilə bağlı qarayaxma kampaniyası aparır. Şübhəsiz, bu, erməni xislətindən irəli gəlir. Amma təcavüzkar ölkə unutmasın ki, artıq dünya onların yalanlarına inanmır”.

 

Qvami Məhəbbətoğlu

 

İki sahil.- 2025.- 28 may (№ 91).- S.12.