Qərbi Azərbaycan həqiqətləri
dünyaya çatdırılır
Qərbi azərbaycanlıların
öz ata-baba torpaqlarına təhlükəsiz
və ləyaqətli
qayıdışı tarixi
ədalətin bərpası
ilə yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin, barışığın bərəqrar
olması üçün
atılan mühüm
addım, vacib şərtdir
Azərbaycan 2020-ci ildə
qırx dörd günlük Vətən müharibəsindəki tarixi
Zəfəri ilə ərazi bütövlüyünü,
2023-cü ilin sentyabrında
lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etdikdən sonra xalqımızda belə bir qəti inam
yarandı ki, erməni millətçilərinin
riyakar və məkrli siyasəti nəticəsində öz
doğma torpaqlarından
didərgin salınan Qərbi Azərbaycandan olan soydaşlarımız
ölkəmizin başçısının
milli maraqlara söykənən, qətiyyətli,
prinsipial siyasəti sayəsində tezliklə
öz ata-baba yurdlarına qayıdacaqlar.
Prezident İlham
Əliyev 2024 cü il sentyabrın 30-da Aşıq Ələsgərin
Bakıda abidəsinin
açılış mərasimindəki
çıxışında XX əsrdə xalqımızın
məruz qaldığı
deportasiyalar haqqında
danışarkən bildirib:
“Bu gün biz Azərbaycan xalqının əyilməz
ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında
görürük. O torpaqları
heç vaxt görməyən Qarabağdan,
Şərqi Zəngəzurdan
olan soydaşlarımız
həvəslə, səbirsizliklə
o qayıdış gününü
gözləyirlər, Böyük
Qayıdış proqramının
icrasını səbirsizliklə
gözləyirlər. Əslində
bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar
bu gün Qarabağa qayıdırlar.
Mən əminəm ki, biz eyni
mənzərəni Qərbi
Azərbaycana qayıdış
dövründə də
görəcəyik”. Azərbaycanlıların
zaman-zaman Qərbi Azərbaycandan, yəni indiki
Ermənistan ərazisindən
qovulması tarixin ən böyük ədalətsizliyidir. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və
1988-1991-ci illərdə xüsusilə
şiddətli və amansız olub. Aparılmış etnik təmizləmə nəticəsində
azərbaycanlılar həmin
ərazilərdən sürgün
edilib və hazırda o yerlərdə
ancaq ermənilər yaşayır. İndi Ermənistan adlanan ərazidə azərbaycanlılara
məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi
şəkildə dağıdılıb,
yer adları dəyişdirilib.
1987-ci ildə Ulu
Öndər Heydər
Əliyevin Moskvada öz vəzifəsindən
istefa verməsindən
sonra ermənilər fəallaşaraq SSRİ dövlətinin
himayəsi altında Qərbi Azərbaycandan azərbaycanlıların kütləvi
deportasiyasını təşkil
etdilər. Belə ki, 1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin
respublikamıza qərəzli
münasibətindən istifadə
edən Ermənistan Azərbaycana qarşı qeyri-qanuni ərazi iddiaları irəli sürməklə yanaşı,
azərbaycanlıların yeni
deportasiyasına başladı.
Həmin il noyabrın 23-dən dekabrın
1-dək Ermənistanın 22 rayonundan 200 mindən artıq azərbaycanlı,
18 min müsəlman kürdü, min nəfər rusdilli əhali silah gücünə öz doğma ocaqlarından qovulub. Bu zaman
225 azərbaycanlı vəhşicəsinə
qətlə yetirilib, minlərlə qadın, uşaq və qoca müxtəlif xəsarətlər alıb,
on minlərlə ailənin əmlakı talan edilib.
Prezident İlham
Əliyev 2022-ci il dekabrın 24-də Qərbi
Azərbaycandan olan bir qrup ziyalı
ilə görüşü
zamanı Qərbi Azərbaycan İcmasının
qarşısında mühüm
vəzifələr qoyub.
İcmanın əsas
məqsədi müxtəlif
vaxtlarda etnik mənsubiyyətinə görə
Ermənistan ərazisindən
kütləvi şəkildə
deportasiya olunmuş azərbaycanlıların və
onların varislərinin
ictimai-mədəni birliyinə
nail olmaqla onların hüquqlarının
beynəlxalq müstəvidə
bərpası, Ermənistan
ərazisində Azərbaycan
xalqının yaratdığı
zəngin tarixi-mədəni
irsin öyrənilməsi,
təbliğ olunması
və tam məhv olunmasının qarşısının alınması,
həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail
olunmasından ibarətdir.
Ümumdünya İnsan
Hüquqları Bəyannaməsi,
Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt və digər
mühüm beynəlxalq
konvensiyalarda öz əksini tapmış qayıdış hüququ
beynəlxalq hüququn
əsas normalarından
biri olmaqla, sülh və birgəyaşayışa xidmət
edən mühüm prinsipdir.
Prezident İlham
Əliyev bu günlərdə Qərbi
Azərbaycan İcmasının
və “Azərbaycan-Türkiyə
Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
ADA Universiteti və Beynəlxalq Münasibətlərin
Təhlili Mərkəzinin
tərəfdaşlığı ilə “Qərbi Azərbaycana qayıdış
insan hüquqlarının
aliliyinin mühüm şərti kimi” mövzusunda Ankarada keçirilən beynəlxalq
konfransın iştirakçılarına
ünavnaladığı müraciətdə
bildirib ki, Qərbi Azərbaycan məsələsi artıq
beynəlxalq gündəliyə
daxil edilmişdir:
“2020-ci il Vətən
müharibəsində qazanılmış
şanlı Zəfər,
2023-cü ildə suverenliyimizin
tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən
qurulması, keçmiş
məcburi köçkünlərin
öz evlərinə qayıdışı Qərbi
azərbaycanlılarda da
böyük ruh yüksəkliyi yaratmış
və onların daha mütəşəkkil
qaydada fəaliyyət
göstərməsinə imkan
vermişdir. Qərbi Azərbaycan məsələsi
artıq beynəlxalq gündəliyə daxil edilmişdir”.
Dövlət başçısı,
həmçinin qeyd edib ki, Qərbi
Azərbaycan İcmasının
beynəlxalq hüquqa
uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir
və dünya ictimaiyyəti tərəfindən
dəstəklənir: “Qərbi
azərbaycanlıların təhlükəsiz
və ləyaqətli
şəkildə, sülh
yolu ilə Ermənistandakı dədə-baba
torpaqlarına qayıdışının
təmin edilməsi regionda sülhün, insan hüquqlarının
və barışığın
bərqərar olması
üçün vacib
şərtdir”.
Ölkəmizin başçısının
elan etdiyi “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”
beynəlxalq hüquqa
əsaslanan sənəddir.
Reallıq odur ki, Qərbi Azərbaycan İcması,
eləcə də müxtəlif təşkilatlar,
ali təhsil müəssisələri, elmi-tədqiqat
institutları, QHT-lər
həmin çağırışa
cavab verərək bu missiyanın reallaşdırılması üçün
əllərindən gələni
əsirgəmirlər. Qərbi
Azərbaycan İcmasının
müraciətlərinin Birləşmiş
Millətlər Təşkilatının,
Avropa Şurasının
və digər nüfuzlu beynəlxalq qurumların rəsmi sənədi kimi yayılması, “Qərbi Azərbaycana qayıdış
insan hüquqlarının
aliliyinin mühüm şərti kimi” mövzusunda Ankarada beynəlxalq konfransın keçirilməsi və
s. Qərbi Azərbaycan
həqiqətlərinin bütün
dünyaya çatdırılıması
istiqamətində görülən
işlərin bariz nümunəsididr.
Zahid Rza
İki
sahil.- 2025.- 28 may (№ 91).- S.14.