Qərbi Azərbaycanda milli mətbuatımızın əsl salnaməsi...

 

Qərbi Azərbaycanda milli dildə mərkəzi mətbuat orqanı olan “Kommunist” qəzeti 221-ci – sonuncu nömrəsindən sonra 1939-cu ilin sentyabrın 26-da “Sovet Ermənistanı” qəzeti adı altında nəşr olunmağa başlamışdır. 1939-cu ildə cəmi 79 nömrəsi işıq üzü görən qəzet gündəlik 4 səhifədən ibarət böyük formatda çap olunurdu. Qəzetin redaktoru isə tanınmış ictimai xadim, təcrübəli jurnalist Cəfər Vəlibəyov təyin edilmişdi. 50 ilə yaxın “Sovet Ermənistanı” adı altında nəşr olunan qəzet müxtəlif vaxtlarda mövcud olan siyasi-ideoloji maneələrə baxmayaraq, 1989-cu ilə kimi uğurla fəaliyyət göstərmiş, Qərbi Azərbay­can­da milli mət­buatı­mızın əsl salnaməsinə çevrilmişdir. Qərbi Azərbaycanda milli mətbuat tariximizdə mühüm mərhələ təşkil edənSovet Ermənistanıqəzeti 1940-cı ilin iyun ayından kiril əlifbası ilə çap olunmuşdur. Həmin illərdə digər mətbuat orqanları kimiSovet Ermə­nis­tanıqəzeti rep­ressiya dövrünü ört-basdır edir, kolxoz quruluşunun üstünlüklərini təbliğ edirdi. Amma bütün bunlara baxmayaraq, Qərbi Azərbaycanda milli mətbuatın zəngin ənənələrini yaşadıb inkişaf etdir­məkdəSovet Ermənistanıqəzetinin böyük xidmətləri olmuşdur.      

 

1940-cı ildə Nəcəf Məmmədov, Adil Axundov, Abdulla Mirzəyev, Hüseyn Nəcəfov, Yusif Abbasov, Sal­man Rəhimov, Mirəli Seyidov, Əkbər İrəvanlı, Lətif Hüseynov, Cəfər Misgərov, Məmməd Xəlilov başqa gənclərin qəzetin redaksiyasında müx­­təlif şöbələrdə işə cəlb edilməsi bu mətbu orqanın fəaliy­yətinin daha da canlandırıl­masına, öz ətrafına geniş oxucu kütləsinin onlarla fəal müxbirin toplanmasına stimul vermişdir. Bu jur­nalistlər qəzet səhifələrində öz çıxışları ilə oxucuların rəğbətini qazanmış­dılar. Bu baxımdan 1940-cı ildə mətbuatda fəallığı ilə seçilən jurnalistlər arasında Fəxri fərmanla təltif olunan azərbay­canlılar­dan qəzetin məsul redaktoru Cəfər Vəli­bəyovun, mə­sul redak­tor müavini Yusif Abba­sovun, təbliğat şöbəsinin müdiri Salman Rə­hi­movun, müxbir Qəşəm Şahba­zovun, “Zərbəçi kolxozçuqə­ze­tinin məsul redak­toru Fərman İsma­yı­lovun, “Maldarlıq cəbhəsindəqəzetinin məsul redakto­ru Xuda Xudayevin adları­na rast gəlinir.

 

Qəzetin ilk müxbirlərindən olan bir müddət bu mətbu orqanda iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışan Nəcəf MəmmədovunSovet Ermənistanıqəzetinin 20 illiyi münasibəti ilə bağlıKeçmişdən xatirələradlı məqaləsində qəzetin ilk tex­niki he­yəti müx­birləri haqqında verdiyi məlumatlar maraqlı əhəmiyyətlidir. Məqa­lədə qə­­zetin böyük çətinliklər bahasına əlverişli olmayan şəraitdə nəşrə hazırlanması, bu işdə fəallıq gös­tə­rən şəxslərin xidmətləri haqqında maraqlı məlumatlar verilmişdir. Bu məlumatlardan aydın olur ki, qəzeti yığmaq üçün ixtisaslı lino­topçiyə böyük ehtiyac ol­du­ğundan bu işi icra etmək üçün Bakı Birləşmiş Baş Mətbəəsindən bir mütəxəssis İrəvana dəvət olun­muşdur. 1940-cı ildə Ba­kı Birləşmiş Baş Mətbəəsi tərəfindən əvvəllərAzərnəşr”in mət­­bəəsində, son­­ra isəKom­mu­nistqəzeti mət­bəəsində linotipçi vəzi­fəsində çalışan Mə­hər­rəm Sultanov İrə­va­na göndəril­miş­dir. O, 40 il müddətində İrə­vandaSovet Ermənistanıqə­zetinin mate­rial­la­rını yığmış, qə­­zetin vaxtlı-vaxtında oxucularına çatdırılması üçün mətbəə işinin bütün çətin­lik­lə­rinə mə­tanətlə tab gəti­rib böyük əzmkarlıqla çalışmışdır.       

 

1941-ci ilə kimi qəzet öz ətrafında ən aktiv fəhlə-kəndli müxbirlərini cəm etmiş on­larla işgüzar təmasını daha da möhkəmlətmişdir. Regionlarda qəzetin ən aktiv xüsusi müx­bir­ləri İrəvandaEtibar Rəcəbli, Tahir Abbasov, Cəfər Misgərov, ZəngibasardaSadıq Əliyev, Hüseyn Nəcəfov, VedidəMirzə Bəşirov, Fərman İsmayılov, AmasiyadaMəm­məd Rəhim Xəlilov, Lətif Hüseynov, GümrüdəMəmməd Əliyev, ƏştərəkdəƏli Baba­yev, QafandaƏsəd Əsədov, Cəmil Əliyev, DilicandaSalman Həsənov, ÇəmbərəkdəHüseyn Musta­fa­yev, Haqverdi Tağıyev, Həsən Tağıyev, Rəis Məmmədov təmsil edirdilər.

 

 

 

Qəzet özünün 20 illiyinə xüsusi nömrə buraxmasa da, 1941-ci il 105-ci sayının 3-cü səhifəsini bu əlamətdar hadisəyə həsr etmişdir. Ermənistan Kommunist bolşevik partiyası Ve­di rayon komitəsinin katibi Məm­­məd Məmmədov, Basarkeçər rayon icraiyyə komitəsinin katibi Talıb Musayev, Kali­ni­no rayon icraiyyə komitəsinin katibi Əli Qurbanov, Amasiya rayon icraiyyə komitəsinin təş­kilat şöbəsinin müdiri Həsən Hüseynovun qəzetdə birgə dərc etdirdikləri məqalədə azər­baycanlılar yaşayan bölgələrdə bir sıra problemlərin aradan qal­dırılması müxtəlif sahələr­də uğurlu inkişafın əldə olunmasına böyük diqqət gös­tərilmə­sində, gənc azərbaycanlı kadr­ların ha­zır­lanmasında onlara əməli köməkliklərin göstərilməsi istiqamətində geniş tədbirlərin hə­ya­ta keçirilməsindəSovet Ermənistanıqəzetinin böyük rol oynadığı barədə məlumat ve­ri­lir. Yuxarıda ad­larını qeyd etdiyimiz şəxslər mü­təma­di ola­raq qəzetlə əməkdaşlıq edir vaxtaşırı onun səhifələrində çıxış edirdilər.

 

Mətbuatın sürətli inkişafına onun işinin tərkibinin dərinləşməsinə kütləvi fəhlə-kəndli hərəkatı çox böyük köməklik göstərmişdir. Araşdırmalardan aydın olur ki, 1941-ci ilin may ayına kimi qəzetlə daim əməkdaş­lıq edən fəhlə-kəndli müxbirlərinin sayı 800-dən artıq ol­muşdur. Qəzetin fəaliyyətini izlədikdə bütün bölgələrdə fəh­lə-kəndli müx­birlərinin sayının ilbəil daha da artdığı nəzərə çarpır. Re­dak­siya kəndli müxbirlərindən hər gün 35-40 məktub alırdı. Bu da hər ay orta hesabla 800-850 məktub edirdi. Redaksiya təkcə 1940-cı ildə 6167 müxbir mək­tubu almışdır ki, bun­lar­dan da 4924 məktub qəzetin səhifələ­rində çap olun­muş­dur. “So­vet Er­mənistanıqə­zetinin redaksi­yası təkcə Qərbi Azərbaycanın müxtəlif bölgə­lə­rin­­dən de­yil, eyni zamanda keçmiş İttifaqın müxtəlif şəhərlərindən, xüsusilə Azər­bay­candan il ərzində minlərlə məktub alırdı.Redak­siyanın mək­­tublar şöbəsi on­ları çeşidləyib, ayda bir neçə dəfəBizə yazırlarrubrikası altında qə­zetin səhifələrində dərc edir­dilər. Yer­lərdən redaksiyaya məktub axınının belə çox olması Qərbi Azərbay­canda yaşa­yan azərbay­canlıların bu qəzetə olan inamının göstəricisi idi. Qəzetin səhifələrində dərc olunmuş həmin məktubları nəzərdən keçirdikdə onların böyük əksə­riy­yəti yerlərdəki haq­sızlıq­lardan, soy­daşlarımızın üzləşdiyi problemlərdən, pozulmuş hüquqların­dan digər sahələrdə baş verən neqativ hallar­dan bəhs edildiyi məlum olur. Soydaşlarımızın pozulmuş hüquqları öz həllini tap­madığı təq­dirdə, şika­yətçinin əli hər yerdən üzüləndən sonra, mək­tubla axırıncı ümid yeri kimi inan­dıqları-gü­vəndikləriSo­vet Ermənistanıqəzetinə üz tutur­dular. “Sovet Ermənista­nıqəzeti­nin redak­siyasında mü­ra­ciətlərə diqqət çox güclü idi. Ya­zılarasoydaşlarımızın ümid güvən yeriamalı ilə yana­şılırdı. Həllini tapan bütün mək­tublarSovet Ermənis­tanı”nın köməyi ilərub­rikası adı altında qəzetdə dərc edilirdi.

 

Lakin qəzet əldə edilən bu uğurlarla kifayətlənmirdi. Qəzet onun müxbirləri mət­buatın ən gözəl nümunələrini yaratmaqla üzərilərinə düşən missiyanı şərəflə yerinə yetirmə­yə ça­lı­şırdılar. Qərbi Azərbaycanda fəhlə-kəndli müxbirlərinin qəzetlə əməkdaşlığını daha da güc­lən­dir­mək, qəzetin səhifələrində çap edilən materialların keyfiyyətinə ciddi fikir vermək məq­­sədi ilə qəzetin redaksiyası tərəfindən bölgə müxbirləri üçün müntəzəm tədbirlər həyata keçirilirdi.

 

Ümu­miyyətlə, belə müxbir müşavirə konfransları həm qəzetin ətra­fında cəm olan fəhlə-kəndli müxbirlərinin yeni həyat quruculuğu uğrunda mübarizə əhval-ruhiyyələrini daha da artırırdı.

 

Dövrün sosial həyatda yaratdığı çətinlik problemlər qəzetin çapının zəifliyi kağız qıtlığında da özü­nü göstərirdi. 1941-ci illərdə qəzetin həcmində bəzi nömrələrində səhifə­lərin sayı fərqli gös­tərilir. 1941-ci ilin sonlarından başlayaraq qəzet həftədə 4 dəfə iki səhifə həcmində çıxmış­dır. 12 aprel 1942-ci il 87-ci nömrəsindən etibarən isə qəzet həftədə 5 dəfə iki səhifədən iba­rət çap olunmuşdur. Qəzet 1944-1945-ci illərdə həftədə 4 dəfə iki səhifə həcmində çıxmışdı. Həmin illərdə həftədə 4 dəfə nəşr olunan qəzetin üç nömrəsi iki, bir nöm­rəsi isə 4 səhifə həcmində çap olunurdu. 1946-cı illərdə qəzetin həftədə 4 dəfə iki səhifə həc­mində çap olunmasına da rast gəlirik.

 

Böyük Vətən müharibəsi illərində qəzet partiyanın siyasi tribunasına çevrilərəkHər şey cəbhə üçün, hər şey qələbə üçünşüarı ətrafında kütlələri səfərbərliyə alırdı. Qəzet mü­haribə illərində cəb­hədə mərdliklə vuruşan, qəhrəmanlıq göstərən ad-san qazanan Qər­bi Azərbay­candan olan azərbay­canlı döyüşçülərin gös­tərdikləri şücaət igidlikləri, eyni za­manda azər­baycanlı zəhmətkeşlərin fədakar əməyini vaxtaşı­rı öz səhifə­lərində işıqlan­dırmışdır.

 

Sovet Ermənistanıqə­ze­tinin müxbirləri fərq qoymadan qeyri-millətlərin əsgər za­bit­lərinin cəbhələrdəki igidliklərini öz səhifələrində işıqlandırırdı. Qəzet öz oxucularına sovet xalqının alman faşist işğalçılarına qarşı apardığı mühari­bənin gedişindən, cəbhə epi­zodlarından Qərbi Azərbaycanın müxtəlif bölgələrindən olan azər­bay­can­lı əsgər zabitlərin göstərdikləri igidlik qəhrəmanlıqlarından ətraflı məlumat verir, ar­xa cəbhədəki döyüşçü­ləri yeni-yeni əmək qəhrəmanlıqları göstərməyə ruhlandırırdı.

 

 

 

Müha­ribə ərəfəsində Qərbi Azərbaycanda yaşayan ziyalıların bir qismi repres­siya qur­banı olmuş, bir qismi isə o cümlədən qəzetin əməkdaşları Lətif Hüseynov, Yusif Abbasov, İbrahim Əli­yev, Cəlal Sərdar başqaları döyüşən ordu sıralarına çağrılmışdı. İrəvanda Azər­baycan ictimai, ədəbi mühitində bir qədər sönüklük yaranmışdır. Həmin vaxtlardaSovet Ermənistanıqəzetində diqqəti cəlb edən məqamlardan biri qələm sahiblərinin insanları dö­yüşə ruhlandıran, sabaha inamla baxmağa nikbin olmnağa səsləyən poetik nümunələridir. “Sovet Er­mə­nistanıqə­­ze­ti çox vaxt yerli şair yazıçılarla yanaşı Bakıda yaşayıb-yaradan şairlərin şeirlərini, bədii nü­munələrini dərc edirdi. Böyük Vətən müha­ribəsi illə­rin­də qəzet Vətənin müdafiəsində qəh­rə­manlıqla vuruşanlara Səməd Vurğunun Həzi Aslanova həsr etdiyiQəh­rəmanın ölümü”, Süleyman RüstəminVə­tən”, Abdulla ŞaiqinVətən gənclə­rinə”, Əyyub AbbasovunGü­nəş”, İslam QaradağlınınSovet topçusuşeir­ləri, Məm­məd RahiminOnu Don qucaqladı”, Hüseyn CavadovunAzər­baycan xalqının gene­ralları”, Əli ZeynalovunGörüş”, Abbas TahirinTerekdən El­bayaoçerkləri dərc olun­muş­du. Qəzet xalq təsərrüfatının bütün sahə­lərində çalışan əmək adam­ları sırasında irəlidə gedən­lərin sayı­nın artmasına, nöqsan kəsir cəhətlərin kəskin tən­qid edilərək aradan qal­dırıl­ma­sına ciddi fikir verirdi. Böyük Və­tən müha­ribəsi illərindəSovet Ermənistanıqəzetinə Cəfər Vəlibə­yo­vun redaktorluq etdiyi 1941-1945-ci illərdə qəzet müharibə illərinin arxa cəbhədəki dö­yüş möv­qelərindəki ritmini əks etdirmiş, “Hər şey cəbhə üçün, hər şey qələbə üçünrubrika­la­rı altında səfərbərlik vətənpər­vərlik ruhunda xeyli məktub, oçerk, şeirlər sair müha­ri­bə mövzusuna dair təsirli yazılar çap etmişdir.

 

1945-ci ildə müharibə qurtardıqdan sonra müharibənin vurduğu ağır yaraları sürətlə sa­ğalt­maq, dağılmış xalq təsərrüfatını sürətlə bərpa etmək, şəhər kəndləri yenidən qur­maq, mü­ha­ribədən sonrakı beşillikləri müvəffəqiyyətlə yerinə yetirmək uğrunda səfərbərliyə al­maq­da partiyanın genişləndirdiyi təşkilatçılıq işinin kütləvi izahat işinin ayrılmaz hissəsi idi.

 

Böyük Vətən müharibəsindən sonra əvvəlki illərlə müqayisədəSovet Ermənistanıqə­ze­tində dönüş nöqtəsi yaranmışdır. Müharibədən sonrakı quruculuq dövrü mətbuatın inki­şafını stimullaşdıran qüvvəyə çevrilmişdir. Həmin dövrdəSovet Ermənistanıqə­ze­ti xalq təsərrüfatının ayrı-ayrı sahələrindən müntəzəm təsirli yazılar verməklə yanaşı, ədə­­bi-mədəni mühitlə bağlı yazılar da vermişdir. Həmin dövrdə qəzetin əsas heyətini fəhlə-kəndli müx­­birlər təşkil etsə , qəzet öz səviyyəsini operativliyini qoruyub saxlaya bilmişdir.

 

1946-cı ildə qəzetin ən fəal bölgə müxbirləri sırasında özünə yer almış Ağa Ağayev, Əli Dünyamalıyev (Keşişkənd), Səməd Novruzov (Amasiya), Nurəli Qurbanov (Qafan), Əli Hə­sənov (Qarabağlar), Elman Məmmədov (Noyemberyan), Oktay Məmmədov (Kalinino) başqaları öz üzərilərinə düşən missiyanı şərəflə yerinə yetirmişdilər. Qəzetin müxbirləri yer­lərdə aparılan abadlıq, inşaat, kolxoz quruluşunun inkişafı s. əlaqədar olan mühüm işlərə dair ən kiçik məlumatı belə mətbuat vasitəsi ilə oxuculara çatdırmağa çalışırdılar.

 

QəzetdəMəktəb həyatı”, “Xarici ölkələrdə”, “İrəvan”, “Sovet Ermənistanında”, “Par­tiya həyatırubrikaları altında xeyli məqalə məktublar dərc edilmişdir.

 

Dövrü mətbuat bu illərdə zəhmətkeşlərin kommunist tərbiyəsində böyük rol oynamış­dır. “Sovet Ermənistanıqə­ze­ti respublikada baş verən hadisələri öz səhifələrində hərtərəfli əks etdirirdi. Müxbirlərin sayını artırmaq, onların bilik səviyyəsini yüksəltmək, tarixi qərarla­rın hə­ya­ta keçirilməsini təmin etmək üçün müntəzəm olaraq tədbirlər həyata keçirilirdi. Bu məna­da, müxbir konfrans müşavirələrinin keçirilməsi ənənəyə çevrilmişdi. Bu cür təd­bir­lərdə mü­vafiq qu­rumların nümayəndələri kəndli-fəhlə müxbirləri qarşısında çıxış edirdilər. Mə­sələn, qəzet 1947-ci ilin iyul ayının əvvəlində fəal oxucu fəhlə-kolxozçu müxbirlərinin respublika mü­şavirəsi keçirildiyini bildirir. “Sovet Ermənistanıqəzetinin 1947-ci il 153-cü nömrəsində hə­min müşavirənin çağrılması gedişinə dair ətraflı məlumat verənMüxbir oxucu­larımızın respublika müşavirəsisərlövhəli yazıdan aydın olur ki, iyul ayının 27-də keçirilən müşavirədə İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun, İrəvan Azərbaycanlı Peda­qoji Məktəbi­nin İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı texnikumunun müəllim tələbə­lərindən, o cümlədən şəhər ra­yon təş­ki­lat­larından 400-ə qədər müxbir oxucu iştirak etmişdir.

 

1951-ci ilin iyul ayında qəzetin 30 illik yubileyi tamam olmuşdur. Qəzetin bu yubileyi altı ay­dan sonra 1952-ci ilin yanvar ayının 14-də İrəvanda L.P.Beriya adına Təbliğatçı evində qə­zetin redaksiya kollektivinin, bir sıra mətbuat işçilərinin müvafiq dövlət qurumlarının işti­rakı ilə qeyd edilmişdir.

 

Sovet Ermənistanıqəzeti ötən əsrin 50-ci illərinədək çətin şəraitdə fəaliyyət göstər­mişdir. Ötən əsrin ikinci yarısından başlayaraq qəzetdə bir sıra sahələrdə yeniləşmə sahələri­nə ciddi diqqət yetirilmişdir. Qəzetin ilk dəfə olaraq 1954-cü ilin yanvarın 17-dən 12-ci nöm­rəsindən etibarən gündəlik böyük formatda nəşri təmin edilmişdir. Amma belə bir xoş dövr uzun sürməmiş, bir müddətdən sonra qəzet yenidən həftədə dörd dəfə böyük formatda 4 səhifə həcmində öz fəaliyyətini davam etdirmişdir.

 

 

 

Fəhlə-kəndli müxbirlərinin formalaşması onların fəallığının artırılması məqsədi ilə müntəzəm olaraq fəhlə-kəndli müxbirlərinin qurultayları keçirilirdi. 1956-cı il noyabr ayının 30-da Ermənistan Ali Sovetinin iclaslar salonunda Ermənistan fəhlə-kəndli müxbirlərinin qurultayı keçirilmişdir. Qəzetin 1956-cı il 141-ci nömrəsində hə­min qurultayın çağırılması gedişinə dairErmənistan fəhlə kəndli müx­birlərinin qurul­tayısərlövhəli yazıda ətraflı məlumat verilmişdir. Həmin məlumatdan aydın olur ki, noyabr ayının 30-da çağırılan iki gün davam edən qurultayda partiya ictimai təşkilatlardan, fəh­lə-kəndli müxbiri, qəzet, jur­nal radio işçilərindən 518 nəfər nümayəndə qismində iştirak et­mişdir. Qurultayda 7 nəfər azərbaycanlı nümayəndə iştirak edirdi ki, bunlardan da “Sovet Ermənistanıqəzetinin redaktoru Cəfər Vəlibəyovu, qəzetin Gümrü bölgəsi üzrə müxbiri Əli Mirzəyevi, Keşişkənd bölgəsi üzrə müxbiri Ağa Ağayevi, Basarkeçər rayo­nun­dan Qəşəm As­lanovu, Üçmüədzindən Aydın Vəliyevi, Qafandan Həsən Hüseynovu, Sisian­dan Həsən Məhər­rə­movu göstərmək olar. Qurultayda keçmiş İttifaq respubli­ka­larının tanın­mış mətbuat nüma­yən­dələri, o cümlə­dən BakıdanKommunistqəzetinin re­dak­toru Xasay Vəzi­rov da iştirak etmişdir. Həmin qurultayda ermənidilli mətbuat orqanlarının uğurları qeyd edildiyi halda, Qərbi Azərbaycan­da yeganə milli mətbuat orqanı olanSovet Ermənistanıqəzeti isə müxbirlər hərəkatına lazımi diqqət yetirilməməkdə, fəhlə kolxozçuların qəzet səhifələrində çox az çıxış etdik­ləri bəhanə gətirilərək qərəzli tənqid hədəfinə çevrilmişdir. Əslində qəzetin tənqid hədəfinə çevrilməsinə heç bir əsas yox idi. Birincisi erməni şovinist dairələri müvafiq qurumları tərəfindən müx­təlif dövrü nəşrlərə yaradılan əlverişli şərait Azərbaycan dilində çıxan bu mərkəzi mətbuat orqanına yaradılmamışdır. Digər tərəfdən isə qəzet öz imkanları daxilində mövcud dövrün tələblərinə uyğun olaraq öz fəaliyyətini təmin edirdi.

 

1959-cu ildə jurnalistlərin vahid bir təşkilatda birləşməsi məqsədi ilə SSRİ Jurnalistlər İttifaqı yaradıldı. Bu baxımdan keçmiş İttifaq respublikalarında da jurnalistlər ittifaqları təşkil edilməyə başladı. 1959-cu ilin aprelin 6-da Qərbi Azərbaycan jurnalistlərinin birinci təsis qu­rultayı keçirildi. Qurultayda 280 nəfərdən artıq mətbuat nümayəndəsi təmsil olun­muş­dur. Qurultayda bir çox respublikalardan, o cümlədən Azərbaycan Jurnalistlər İttifaqın­danBakıaxşam qəzetinin şöbə müdiri Sabir Məmmədov da iştirak çıxış etmişdir. Azər­baycanlı nü­mayəndələrdənSovet Ermənistanıqəzetinin redaktoru Cəfər Vəlibəyov, Basar­keçər rayon unda çıxanBolşevik uğrundaqəzetinin redaktoru İsmayıl Əliyev çıxış et­miş­dir. Qurultay­da Qərbi Azərbaycanın mətbuat cəbhəsindəki vəziyyəti təhlil edilmişdir. “Sovet Ermənistanıqəzetində qurultayın gedişi barədə geniş məlumat verilmişdir. Qərbi Azər­baycanda medianın inkişaf istiqamətləri göstərilmiş jurnalistlərə tövsiyələr veril­mişdir. Gənc jurnalistlərin ide­ya səviyyəsini, onların yaradıcılıq təşəbbüsünü inkişaf etdir­mək, jurnalistikanın problemləri onun forma, üslub janrlarını genişləndirmək bu sahəyə dair bir sıra məsələlər Jurnalistlər İttifaqının qarşısında duran ən mühüm vəzifə idi.   

 

1957-ci ildə Qərbi Azərbaycanda 10 respublika qəzeti nəşr edilirdi ki, bunların da bir­də­fəlik tirajı 204500 nüsxə, bundan başqa 4 şəhər, 29 rayon qəzeti, 8 çoxtirajlı qəzet, 11 jurnal çıxırdı ki, bun­ların da birdəfəlik tirajı 58000 nüsxə təşkil edirdi. Respublikada Azər­baycan dilində cəmi bir gün­dəlik mərkəzi qəzet iki rayon qəzeti nəşr edilirdi. Qərbi Azər­baycanda mətbuatın in­kişafı üçün böyük imkanlar yaradıldığı, ilbəil yeni qəzet jurnallar çap edildiyi halda Azər­baycan dilli yeganə mərkəzi mətbuat orqanı olanSovet Ermənistanıqəzeti cəmi 4-5 ra­yonda çap edilən bölgə qəzetlərinin Azərbaycan şöbələri bu qayğılardan məhrum idi. Er­mə­nistanın mü­vafiq qurumları tərəfindən Rusiyanın Moskva, Sankt-Peter­burq, Kiyev şəhə­rinin universi­tet­lərində peşəkar jurnalistika mətbuat məsələləri üzrə yüksək ixtisaslı elmi kadr­lar hazır­la­maq, hətta keçmiş İttifaqın nüfuzlu qəzetlərinin redak­siya­larında təcrübə keç­mək üçün erməni millətindən olan gənclər göndərildiyi halda, bir nəfər olsun azər­baycanlı təhsil almağa, bu məqsədlə ezamiyyətə göndərilmirdi. Bu ayrı-seçkilik mət­buat işçi­lərinin təltif edilmə­sində özünü göstərirdi. Məsələn, 1962-ci il 5 may “Pravda” qəzetinin 50 illiyi mətbuat günü ilə bağlı Qərbi Azərbaycanda fəaliyyət göstərən bir sıra mətbuat, nəşriyyat, radio te­leviziya işçilərinin bir qrupuSSRİ orden medalları ilə təltif edildiyi hal­da, onlardan yalnız bir nəfər azərbaycanlı, “Sovet Ermənistanıqəzetinin redaktor müavini S.ŞərifovƏməkdə fərqlənməyə görəmedalı ilə təltif edilmiş­dir. Ermənilərdən isə bir nəfəri “Lenin” ordeni, 4-ü “Şərəfni­şanı, 18-i Əmək igidliyinə görə,14-ü Əməkdə fərqlən­məyə görə medalı ilə təltif edil­mişdir. Fəxri fərmanla təltif edil­miş 117 nəfərdən isə 3 nəfəri azər­baycanlı idi. Bunlardan Əliyeva Lətifə Rəcəb qızı (“Sovet Er­mənistanıqə­ze­tinin korrek­toru), Əsgərov Rza İbrahim oğlu (“Sovet Ermənistanıqəzeti­nin mədəniyyət məişət şöbəsi­nin müdiri), Məmmədov İsrafil Süleyman oğlunu (“So­­vet Er­mənistanıqəze­tinin par­tiya hə­yatı şöbəsinin müdiri) qeyd etmək olar.

 

Azərbaycan dilində çıxan əvvəlki nəşrlərdə mövcud olan problemlər hələ 1964-cü illər­dəSovet Ermənistanıqəzetində yaşanmaqda davam edirdi. Belə ki, redaksiyanı daimi binası olmadığı üçün yenə ünvanlar tez-tez dəyişirdi. Qəzetdə mövcud olan bir sıra prob­lemlərə baxmayaraq, azərbaycanlı oxucular öz doğma qəzetləri ilə təmaslarını daha da güc­ləndirirdilər. Həmin dövrdə qəzet jur­nalla­rın nəşrinin ilbəil genişlənməsi, oxucuların mətbuata olan ma­ra­ğını daha da artırırdı. Mə­sələn, Zəngibasar rayonunun Yuxarı Necili, Sərvanlar, Mehmandar, Zəngilər, Dəmirçi, Vedi­basar rayonunun Böyük Vedi, Xalisa bir sıra başqa kəndlərində böyük həvəslə abunə ya­zılırdılar. Azərbay­canlı oxucuların əksəriyyəti ən azı beş-altı qəzet jurnala abunə yazı­lırdı. Təkcə 1964-cü il sentyabr ayının 1-dən 6-na qədər cəmi 5 gün ərzində Yuxarı Necili kən­dindənSo­vet Ermə­nistanıqəzetinə 106 nüsxə, Də­mirçi kəndindən isə 89 nüsxə abunə ya­zıl­mışdır. Abunə kam­paniyasının daha da ge­nişləndirilməsinə əngəl törədən ən başlıca sə­bəblərdən biri bölgələrdə abunəçilərə qəzet jurnalların vaxtlı-vaxtında çatdırıl­ma­­ması idi. Məsələn, Dərə­ləyəzin Qı­zıl­gül, Gülüdüz, Qa­baqlı, Qafan rayonunun Acıbac, Pəy­han, Müsəl­ləm bir çox bölgələrinə rayon mətbuat ya­­­yımı şöbələri tərəfindən qəzet jur­nallar abu­nə­çilərinə vax­tında çatdırıl­mırdı. Bu da qəzetə abunə kompaniyasının mütəşək­kil şəkildə apa­rılmasına imkan vermirdi. Həmin illərdə er­məni dilində çıxanSovetakan Hayastan” qəzeti 190 000, “Avanqard”, “Pioneryüz min tirajla çap edildiyi halda, Qərbi Azərbaycanda milli dildə ye­ganə mərkəzi mətbuat orqanı olanSovet Ermənistanıqəzetinin tirajı çox çətin­liklə 16000-ə yüksələ bilmişdi.“Sovet Er­­mənistanıqəzeti redaksiyası oxucularla qarşılıqlı kommuni­ka­si­yasını daha da gücləndir­­mək, daha məzmunlu, maraqlı, oxunaqlı çıxması üçün 1964-cü ildən başlayaraq hər ilin sonunda növbəti ildə qəzetin səhifələrində hansı guşələrin açıl­ması, hansı məsələlərə daha çox yer verilməsi, bu güzgüdə kimləri görmək istədikləri barə­də arzu is­tək­lərini qəzetin redaksi­­ya­­­sına bildirmək üçün oxuculara müraciət edirdi.

 

Araş­dırmalardan aydın olur ki, hər ilin so­nunda qəzetin redaksiyası tərəfindən oxuculara ünvanla­nan belə mü­raciətlərdən sonra onun ünvanına daxil olan məktubların sayı ikiqat artmışdır. Qəzetdə dərc olunmuş oxucu məktub­larını nəzərdən keçirdikdə büyün epistolyar nümunələrdə oxucular qəzeti özlərinə doğma hesab edir, səmimiyyətlə öz ürək sözlərini ifadə edirlər.

 

Redaksiyaya qatar-qatar gələn hər bir məktubda səmimi bir ürək döyüntülərini hiss edirsən. Qəzetin ünvanına daxil olan bütün məktublar redaksiya heyəti tərəfindən nəzərdən keçirildik­dən sonra məq­sədə­uyğun tək­lif­lər, məsləhət tövsiyələr nəzərə alınaraq qəzetin səhifələrində öz əksini tapırdı. Bu da qzeti daha dolğun, məzmunlu oxunaqlı edirdi. Hər il qəzetin səhi­fə­lərində oxucu­lara yeni rubri­ka­lar altında yazılar təqdim olunurdu. Qəzet öz səhifələrində mövcud dövrün rəngarəng hə­ya­tı­nı diqqət mərkəzində saxlamaqla yanaşı, bəzən müstəqil fikir tribunası kimi çıxış edə bi­lirdi.

 

Böyük inkişaf yolu keçən qəzetin tarixində 1971-ci il yeni bir mərhələnin başlanğıcını qoyur. Qəzetin 1971-ci il 4 səhifədən ibarət böyük formatda çıxan 126-cı yubiley nömrəsi rəngli nəfis tərtibatı ilə seçilir. Yubiley nömrəsindəSovet Ermənistanıqəzetinin nəşrə baş­ladığı vaxtdan onun fəaliyyətində aktiv iştirak edən müxbir əməkdaşlarının foto­şə­kil­lərinin verilməsi həmin illərdə qəzetin keçdiyi inkişaf yolu haqqında geniş təsəvvür ya­ra­dır. Qəzetin ilk səhifəsində Ermənistan KP MK-nın, Ermənis­tan SSR Ali Sovetinin Rəyasət He­yəti Ermənistan SSR Nazirlər Sovetinin təbrik məktubu dərc edilib. Təbrik məktubunda deyilir: “Ermənistan Kommunist Partiyasının Mər­kəzi Ko­mi­təsi, Ermənistan SSR Ali Soveti­nin Rə­yasət Heyəti Ermənistan SSR Nazirlər SovetiSovet Ermənistanıqəzetinin redak­siyasını, müəlliflər kollektivini, bütün oxucularını qəze­tin 50 illiyi münasibətilə səmimiyyət­lə təbrik edir salamlayırlar, fəhlə-kəndli müx­birlərinə öz şərəfli vəzifələrini yerinə yetir­mək­­də yeni-yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayır­lar”. Bolşevizm kommunizm bay­ra­ğı arxasında bu cür saxta yalançı təbrikin səslən­dirilməsi əslində Qərbi Azərbaycanda ana dilində yeganə mərkəzi mətbuat orqanı olanSovet Ermənistanıqəzetinə qarşı edilən haqsızlıqları ört-basdır etməkdən ötrü gözəl vasitə idi. Qəzetin bu münasibətlə çıxan xüsusi nömrəsindəSovet Er­mənistanıqəzetinin nəşri tarixi ilə bağlı məlumatlar, qəzetin baş re­dak­torunun əsas yara­dıcı heyətinə mənsub, eyni zamanda keçmiş əməkdaşların xatirələri, fikir düşüncələri yer almışdır. 

 

1971-ci ildəSovet Ermənistanıqəzeti özünün 50 illik yubileyini mətbuat, radio televiziya işçiləri, fəhlə-kəndli müxbirləri, İrəvan şəhər ictimaiyyətinin tanınmış nümayəndə­lə­rinin iştirakı ilə təntənəli şəkildə qeyd olunmuşdur. Qəzetin redaktoru Həbib HəsənovSo­vet Ermənistanıqəzetinin bu dövr ərzində keç­di­yi yarıməsrlik şərəfli yolu haqqında məruzə etmiş, qəzetin Qərbi Azərbaycanda Azərbay­can ictimai, ədəbi-mədəni həyatında oynadığı rolun əhəmiyyətini qeyd etmişdir. Keçmiş SSRİ Ali Sovetinin deputatı İsa Alıyev çıxışında yaradıcı kollektivə uğurlar arzulamışdır. Qə­zetin 50 illik yubileyində Azərbaycan, Gürcüstan başqa respublikalardan gəlmiş qonaq­lar, aparıcı mətbuat orqanlarının nümayən­dələri, qəzet jurnalların redaktorları, elm mə­dəniyyət xadimləri iştirak etmişdir. Bakıda Azər­baycan dilin­də çıxanKommu­nistqəze­ti­nin redak­toru Ağababa Rzayev, Gürcüstanda çıxanSaxal­xo qanatlebaqəzetinin redaktoru A.Mşeve­lidze başqaları yubiliyarı təbrik etmişdi­lər. Qərbi Azərbaycan salnaməsini öz sə­hi­fələ­rin­də tarixə çevirənSovet Ermənis­tanıqəzeti­nin tarixində yubiley ili xüsusilə yadda­qalan olub. Yubiley münaibətilə 1971-ci ildə qəzet SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fər­­ma­nı­na əsasənŞərəf nişanıordeni ilə təltif edil­mişdir. Bu fərman 50 illik fəaliyyəti döv­ründə qəzetə onun əməkdaşlarına verilən ən yüksək qiymət idi. “Sovet Ermənistanıqə­zetinin 22 oktyabr 1971-ci il tarixli 50 illik yubiley nömrəsi nəfis tərtibatı rəngarəng in­formasiya zənginliyi ilə seçilir. Yubiley müna­sibəti ilə“Sovet Ermə­nistanıqəzetinin jur­na­list­lərindən əməkdaş­larından bir qrupuna uzun illər qəzetdə səmərəli fəaliyyətinə görə qəzetin redak­to­ru Həbib Həsənov, məsul katibi İsrafil Məmmədov, qəzetin keçmiş redaktoru Cəfər Vəli­bəyov, şöbə müdiri Rza Əsgərov Əməkdar jurnalist adına layiq görülmüş, şöbə mü­diri Əsgər Əsgərov, şöbə müdiri Cəlil Hüseynov, şöbə müdiri Tofiq Məm­mədov, xüsusi müxbirlər Ab­dulla İbra­himov, Dadaş Orucəli­yev, böyük ədəbi işçi Sabirə Qurbanova, kor­rektor Məmməd Əkbərov, linotipçi Məhərrəm Sultanov, makinaçı Laləzar Novruzova isə fəxri fərmanla təltif edil­miş­dilər.

 

XX əsrin 30-cu illərində bir müddət qəzetin redaksiyasında işləmiş, sonralar isə uzun müddət qəzetin redaktoru vəzifəsində çalışmış Cəfər Vəlibəyov qəzetdə dərc edilmişQar­daş­lıq rəmziadlı məqaləsində bu mətbu orqana verilən ictimai dəyəri bu fikirləri ilə belə ye­kunlaşdırır: “Sənin qəzetinin, onun qəzetinin, mənim qəzetimin, hamının sevdiyi qəzetin 50 illik yubileyi ərəfəsindəŞərəf nişanıordeni ilə təltif edilməsi, onun yarıməsrlik işinə veri­lən ən yüksək qiymətdir

 

Maraqlı faktlardan biri Azətbaycanın görkəmli şair yazıçılarının, elm xadimləri­nin, tanınmış ziyalılarının qəzetə göndərdiyi təbrik məktublarıdır. Qəzetin yubileyi müna­si­bə­ti ilə buraxılmış xüsusi nömrəsində Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovunYaşa çiçəkləri”, yazıçı Nurəddin BabayevinÜrəkdən-ürəyə”, Xalq şairləri Məmməd RahiminDostluq gülzarında”, Süleyman RüstəminSöz gülüstanıbaşlığı ilə dərc olunmuş təbrik məktublarında bu mətbu orqanın 50 ildə keçdiyi şərəfli yola qiymət verərəkSovet Ermə­nis­ta­nıqəzetinin nəinki Qərbi Azərbaycanda, eyni zamanda regionda milli mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin təbliğində inkişafında böyük rol oyandığını yüksək də­yər­­lən­dirmişlər. Xalq şairi Süleyman RüstəminSovet Ermənistanıqəzetinə ithaf etdiyi  şeir maraq doğurur.

 

Salam, dostumSovet Ermənistanı”,

 

Sən həmişə bu döyünən ürəyimdəsən.

 

Doğru olar desəm sənə söz gülüstanı,

 

Bu şöhrəti qazanmısan zəhmətinlə sən.

 

Yazıçı Nurəddin Babayev ömrünün 50-ci müdrik çağını yaşayan qəzetə təb­ri­kini belə təsvir edərək yazır: “Sovet Ermə­nis­ta­nı”nın səhifələrində çıxış etmək, belə bir şən gündə sizi sizin sevimli qəzetinizi təbrik etmək mənim üçün xoşdur. Ona görə xoşdur ki, mən hər şeydən əvvəl qəzetçiyəm. Qəzet mənim üçün bir günlük ömrü olan adi kağız parçası deyildir. Mənim əqidəmə görə qəzet oxucu üçün tədbirli bir dost, tələbkar bir müəllim, mehriban bir müsahib, ağıllı bir məsləhətçidir. Elə bu səbəbdən həmişə qəzetdən söz düşəndə mən onu bir insana bənzədirəm. Qəzet insan kimi günlərin bir günündə doğulur, yaşayır, ka­ma­la do­lur. Onun həqiqi şirin sözü səni valeh edir, tənqidi məzəmməti səni düşündü­rür!.

 

Sovet Ermə­nis­ta­nıqəzetinin Azərbaycanda yaşayan oxucuları ona adi bir respublika qəzeti kimi baxırlar. Ermənistanda yaşayan azərbaycanlı zəhmətkeşlərin iqtisadi mədəni cəbhədəki bütün qələbələrindənSovet Ermə­nis­ta­nıvasitəslə xəbər tuturuq. “Sovet Ermə­nis­­ta­nıqəzetinin 50 illik bayramı bizim bayramımızdır. Məhz Azərbaycan jurnalistləri adın­dan sevimli qəzetimizi, onun oxucularını təbrik edərkən demək istərdik ki, əlli yaş qəzet üçün kamillik dövrüdür. O, hər bir dövrdə, hər bir zamanda ən gözəl arzu istəklərinin tər­cümanı kimi yaşasın, var olsun”.

 

İrəvanda yaşayıb-yaradan, ədəbi-mədəni mühitin aparıcı simalarından olan şair, ictimai xadim, vaxtilə qəzetdə ədəbi işçi kimi çalışan HidayətSovet Ermənistanıqəzetinin əlli illik yubileyinə ithaf etdiyiSənin öm­rünadlı şeirində bu mətbuat orqanının keçdiyi keşməkeşli yola poetik təsvir verməklə həm bu barədə aydın təsəvvür yaradır.

 

Qızıl şəfəqboylananda üfüqlərdən yurdumuza,

 

Ulduz-ulduz doğulmusan.

 

Rəncbərdərdli, “Zəngisəsli

 

Bəstəkarım sən olmusan.

 

Sənin eşqin, sənin ömrün daim gənclik yaşındadır!

 

Sənin ömrün mübarizlər sırasında!

 

Sənin ömrün bir az kədər, bir az qəzəb

 

İllər ötür, dəyişirik nəsil-nəsil,

 

Sən qalırsan.

 

Bir nəslin yox, neçə nəslin

 

Zəhmətini, əməlini, arzusunu, istəyini

 

Zaman-zaman yaşadırsan.

 

Əslində həmin dövrdə HidayətRəncbərdərdli, “Zəngisəsli kimi dərin siyasi məna kəsb edən sözləri cəsarətlə şeirə gətirib, poetik ifadə vasitələrinə çevirmək tendensiyası hətta açıq mahiyyət kəsb edir. Həm Hidayəti jurnalist kimi səciyyələndirən xüsusiyyətlərindən biri bu idi ki, o, çoxlarının deyə bilmədiyi, görə bilmədiyi, deməyə cəsarəti çatmadığı fi­kir­ləri özünəməxsus müdriklik, mərdanəliklə ucadan deyə bilirdi. O, qəzetdə işlədiyi dövrdə hər zaman milli varlığımızın ən önəmli məsələlərini gündəmə gətirmişdir. Qəlbi xalqına xid­mət amalı ilə döyünən gənc jurnalistSovet Ermənistanıqəzetində əmək fəaliyyətinə başla­dığı gündən milli mətbuatımızın cəfakeşinə dönüb, onun keçdiyi yolu, onu yaradanların mü­qəddəs milli məramını öyrənməyə çalışmış, bu ənənələrdən bəhrələnərək onu jurnalistikada, mətbuat­da yaşadırdı.  

 

Tanınmış jurnalist, şair Əli VəkilovMənim qəzetimadlı şeiri ilə qəzetin 50 ildə qa­zan­­dığı nailiyyətləri böyük iftixar hissi ilə bu günün gələcəyin xoş xəbərli qaranquşu ad­lan­­dırmış­dır. Qəzetdə Qərbi Azərbaycanın ayrı-ayrı rayonlarından, müxtəlif idarə, müəssisə təşkilatlarından, ziyalılar tərəfindən yubiley münasibəti ilə qəzetə təbrik məktubları gön­də­­rilmişdi.

 

1953-cü illərdə Bakıya köçmüş burada ya­şayıb-yara­dan bir qrup İrəvan ziyalıları 1946-1947-ci illərdə qəzetin məsul redak­toru olmuş biologiya elm­ləri dok­toru, professor Rəhim Allahverdiyev, 1940-cı il­lərdə qəzetin ədəbi işçi­si məsul katibi müavini vəzifəsində çalışmış filologiya elmləri doktoru, profes­sor Mi­­­rəli Seyidov, 1954-cü illərdə qəzetin redkasiyasında təbliğat təşviqat şöbəsində ədəbi işçi vəzifəsində işləmiş filologiya elmləri doktoru, professor Teymur Əh­mə­dov, 1960-cı illərdə qəzetin Ba­sarkeçər üzrə bölgə müxbiri işləmiş tarix elmləri doktoru, professor Sə­fiyar Mu­sayev baş­qaları öz doğmaSovet Ermənistanıqəzetini 50 illlik yubileyi mü­nasibəti ilə təbrik edərək onun Qər­bi Azərbaycanda Azərbaycan ictimai, ədəbi-mədəni mühi­tində oy­na­dığı müstəsna rolunun əhə­miyyətini dəyərləndirərək yazırdılar: “Sevimli qəzeti­miz, sən xal­qı­mızın mənə­vi həyatın­da, inkişafında iqtisadi mədəni yüksəlişində çox böyük işlər gör­müşsən. Sən Ermə­nis­tan­da yaşayan azərbaycanlıların əmək qəhrəmanlıqlarının tə­rən­nüm­çüsü, mənəvi tərəq­qi­si­nin bayraqdarı olmuşsan. Əziz qəzetimiz, biz əminik ki, sən bun­dan sonra da qarşıda duran vəzi­fə­lərin öhdəsindən layiqincə gələcəksən. DoğmaSovet Ermə­nistanı”mız, biz yarım əsr­lik yubileyin günündə Bakıdan salam göndərir, sənə, sənin əmək­daşlarına, bizim köhnə qə­ləm dost­larımıza, müxbirlərə, qəzetin bütün oxucularına yeni mü­vəf­fəqiyyətlər can sağlığı ar­zu­layırıq”. Ümumiyyətlə, qəzetin nəşri tarixinin araşdırıcıları üçün yubiley nömrələri ən böyük mənbədir.

 

Sovet Ermənistanıqəzetində uzun illər çalışan, istedadlı jurnalist, bu mətbu orqanın veteranlarından olan Lətif HüseynovQəzetə bağlı ömür”, Ermənistan Ali Sovetinin deputatı olmuş Qənirə Zeynalova “Dostluğun aynası”, qəzetin oxucusu Mustafa XəlilovXoş xəbər­lər müjdəçisi”, əmək veteranı Əsgər İbrahimovun “İlk günlərdən oxuyuramadlı məqalələ­rin­də 60 il ərzində qəzetə verdikləri qiymətlə həyatımızın güzgüsü sayılan bu mətbu orqana olan istək arzularını ifadə etmişlər. Qərbi Azərbaycanda ədəbi mühitin ta­nın­mış nümayən­də­lə­rin­dən olan, sisianlı şair Rəhim ƏliyevinSovet Ermənistanıqəzetinin 60 illik yubile­yinə həsr etdiyi şeir maraq doğurur:

 

Səsisən, nəğməsisən bəstəkarın, şairin,

 

Doğmasan hamımıza, söhbəti, sözü şirin.

 

Səndən öyrəndiyimiz saya-hesaba sığmaz,

 

Altmış il yazdıqların min-min kitaba sığmaz.

 

Çörək, su kimi vacib səni hər gün alırıq,       

 

Bir azca gecikəndə intizarda qalırıq.    

 

Bu mənada, görkəmli akademik Budaq BudaqovSovet Ermənistanıqəzeti ilə bağlı müsahibələrinin birində yazırdı: “Sovet Ermənistanıilə dostluğum məktəb yaşlarından baş­layır. Poçtalyonun yoluna çıxdığım o günləri yaxşı xatırlayıram. Aspirant olduğum vaxtlarda onun səhifələrində müxtəlif səpkili yazılarım dərc olunub. “Sovet Ermənistanımənim ən çox sevdiyim mətbuat orqanlarındandır”.

 

Bu qəzetin adıSovet Ermənistanıolsa da, amalı xalqına, soydaşlarımıza sədaqətlə xid­­mət idi. Belə siqlətinə görə idi ki, bu qəzeti Qərbi Azərbaycanda hamı sevirdi. Bütün oxu­cular onu hər gün səbirsizliklə gözləyirdilər. Onun redaksiyasında çalışmaq arzusunda olan­lar isə saysız-hesabsız idi.

 

 Sovet Ermənistanıqəzetinin rəsmi dövlət orqanı olmasına baxmayaraq, Qərbi Azər­bay­canda ədəbi-mədəni mühitin işıqlandırılmasına həmişə xüsusi diqqət yetirmişdir. Qeyd et­mək lazımdır ki, “Sovet Ermənistanıqəzeti Qərbi Azərbaycanda yaşayıb-yaradan, ədəbiy­­ya­ta, incəsənətə maraq göstərən həvəskarlar üçün bir növƏdəbiyyat incəsənətqəzetinin funksiyasını həyata keçirmişdir. Qərbi Azərbaycanda yeni meydana gələn gənc ədəbi qüvvə­lərin üzə çıxarılmasında, onların yaradıcılıq imkanlarının daha da genişləndirilməsi istiqa­mət­ləndirilməsindəSovet Ermənistanıqəzetinin mühüm xidmətləri olmuşdur. QəzetinƏdəbiyyatsəhifəsi, “Oxucularımızın yaradıcılığı”, “İstirahət saatlarındarubrikaları Qərbi Azərbaycanda Azərbaycan ədəbi mühitinin canlanmasına ciddi təsir göstərmişdir. Müharibə­dən sonrakı dövrdə, xüsusən XX əsrin 50-ci illərinin ikinici yarısından sonraSovet Ermə­nistanıqəzetində ədəbiyyat incəsənət mə­sələlərinə diqqət daha da artırılmışdır. Bu, Həbib Həsənovun qəzetə redaktorluq yazıçı Əkbər İrəvanlının qə­zetin ədəbi şöbəsinə baş­çılıq etdiyi illərdə daha çox nəzərə çar­pır. Tarixin müxtəlif mərhələlərindəSovet Ermənis­­ta­nıqəzetinin ətraflı xüsusi ədəbi mühit formalaşmışdır. Redaksiya nəzdində ədəbiyyat dər­nəkləri birliklərinin fəaliyyət göstərməsi, qəzetin müxtəlif ədəbi janrlar sahəsində müsabi­­qələr təşkil etməsi, yaradıcılıqla bağlı müzakirələrə geniş yer ayırması, dəyirmi ədəbi masa­la­rın təş­kili yaxşı mənada Ermənistan Yazıçılar İttifaqının azərbaycanlı bölməsinin funk­siya­la­rını bərabər şəkildə öz üzərinə götürdüyünü göstərir. Qərbi Azərbaycanda yaşayıb-yara­dan şair yazıçıların əsas xirabə kürsüsüSovet Ermənistanıolmuşdur. “Sovet Er­mənistanıqəzeti Qərbi Azərbaycanda formalaşan gənc ədəbi qüvvələrin ilkin yaradıcılıq məktəbi olmuşdur. Yaradıcı gənclərSovet Ermənistanıqəzeti səhifələrində çap oluna-oluna püxtələşmiş ədəbi mühitin parlaq nümayəndələrinə çevrilmişdilər. XX əsrin 60-70-ci illərində Qərbi Azərbaycanda yaşayıb-yaradan şair yazıçıların böyük bir dəstəsi Qəşəm Aslanov, İsmixan Məmmədov, Məcnun Göy­çəli (Basarkeçər), Eldar İsma­yıl, Abbas Vəfa­­dağlı, Əhməd Paşayev, Zəki İslam (Çəmbə­rək), Şura Dilbazov, Səməd Sarallı (Böyük Qara­kilsə), Vəli Seyidov, Bilal Ənsər (Noyem­beryan), Musa Bağırov (Vedi), Aydın Uluxanlı (Zəngibasar), Məsim Məsimov, Lə­man Məm­mədov, Füzuli Həsənov (Meğri), Lətif Səmədov (Vedi), Alyoşa Bayramov, Firuz Nov­ruzov, Aftandil Ağbabalı, Rafiq Musa, Məcnun Şaba­nov (Ama­siya), Ramiz Məşədi­yev (İrəvan), Mənsurə Həsənova, Surxay Şahquliyev, Dün­yamalı Məftun (Qafan), Aydın Yəhya­­­yev, Fərhad Vəlizadə (İcevan) başqaları üçünSo­vet Ermənistanıqəzeti sözün əsl məna­­sında ədə­biyyat məktəbi olmuşdur.

 

Görkəmli ictimai xadimlər Hidayət Orucov, Rəhim Allahverdiyev, Həbib Həsənov, Mə­­hərrəm Bayramov, İsrafil Məmmədov, İbiş Abbasov, Səfiyar Musayev, Eldar Səfərov, Babək Məmmədov, Cahangir Əliyev, ta­nınmış ədəbiyyatşünas alimlər Teymur Əhmədov, Mirəli Seyidov, Əkbər İrəvanlı, Sadıq Şü­kürov, tarix elmləri doktoru, professor Sabir Əsə­dov baş­qalarıSovet Ermənistanıqəzetindən böyük ictimai, elmi mühitə vəsiqə almışlar. Tanınmış jurna­list­lər Mənzərə Sadıqova, Lətif Hüseynov, Bəxtiyar Sət­taroğlu, Salman Vilayətoğlu, Rza Əsgərov, Hüseyn Nəcəfov, Tofiq Məmmədov, Nüsrət Sadıqov, Abdulla İbrahimov, Allahyar Rəhimov, Kazım Novruzov, Cəlil Hüseynov, Ziyəddin Sultanov, Kərəm Həbibov, Vidadi Quliyev, Şaban Nəcəfov başqalarıSovet Er­mə­nis­tanıməktəbinin mühi­tində yetişib for­malaşmışlar. Qəzetin ahəngdar fəaliyyət göstərməsində qadın müxbir­lər­dən Rübabə Baba­ye­va, Mənzərə Sadıqova, Leyli Əliyeva, Sabirə Qurbanova, Tovuz Əliyeva, Elmira Qafarova, texniki işçilərdən Lətifə Əliyeva, Şamama Məmmədova, Əntiqə Əliyeva, Kifayət Həsənova, Laləzar Əliyeva başqaları mühün rol oynamış onların da əməyi yüksək qiymətləndiril­mə­lidir. Qəzetdə müxtəlif imzalara da rasr gəlmək mümkündür. Bu fakt bir daha təsdiqləyir ki, qəzetlə əməkdaşlıq edən Ramiz Məşədiyev, Qurban Əzizov, Fərhad İsgəndərov, Səməd Əs­gərov, Firuz Kazımov, Mirzə Yusifov, Hüseyn Həsənov, Məsim Şəmsiyev adlarını qeyd etmədiyimiz onlarla yaradıcı insanlar bu mərbuat orqanını yaşatmaq arzusunu gerçəkləşdirən qüvvələrə çevrilmişdilər.    

 

Sovet Ermənistanıqəzetində yazılar çoxşaxəli, müxtəlif məzmunlu idi. Azərbaycan­da yaşayıb-yaradan şair yazıçılar, elm, incəsənət, ictimai-siyasi xadimlər, rəhbər vəzifələr­də çalışan məmurlar da “Sovet Ermənistanıqəzeti ilə əməkdaşlıq edirdilər. Qəzetdə dərc olunan şair yazıçılardan Səməd Vurğun, Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Gülhüseyn Hüseynoğlu, Mirvarid Dilbazi, Qasım Qasımzadə, Nəbi Xəzri, Rəsul Rza, Xəlil Rza, Nigar Rəfibəyli, İlyas Əfən­diyev, Cabir Novruz, Qabil, Mehdi Hüseyn, Zeynal Xəlil, Şəmşad Rza, Əliağa Kürçaylı, Hü­seyn Razi, Müzəffər Nəsirli onlarla başqalarının adlarını çəkə bilərik. Görkəmli ədəbiyyatşünas alimlərdən Ka­mal Talıb­zadə, Mikayıl Rəfili, Hə­mid Araslı, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Əkbər İrə­vanlı, Kövsər Tarverdiyeva, Pənah Xəlilov, Cəlal Abdullayev, Ba­ğır Bağırov, İnayət Bektaşi başqalarıSovet Ermənistanıqəzetində mövcud dövr ədəbiyyatın qarşısında duran problemlərdən, yazıçı şairlərimizin yaradıcılığından bəhs edən dəyərli məqalələrlə çıxış et­mişlər.

 

Sovet Ermənistanıqəzeti incəsənət məsələlərinə, mədəniyyət tədbirlərinin daim işıq­landırılmasına xüsusi diqqət yetirmiş­dir.

 

Müxtəlif illərdə mədəniyyət incəsənət xadimlərindən Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Şövkət Ələkbərova, Qulu Əsgərov, Sara Qədimova, Firəngiz Əh­mə­­dova, Zeynəb Xanlarova, Lütfiyar İmanov, Cövdət Hacıyev, Səyavuş Aslan, Nəsibə Zey­na­lova başqalarının İrəvana etdik­ləri qastrol səfərləri qəzetin səhifələrində işıqlandırıl­mış­dır. Ümumiyyətlə, Azərbaycan ziyalılarının gör­kəmli nümayəndələrinin, elm in­cə­sənət xa­dim­­lərinin əksəriyyətinin İrəvana etdikləri səfər­ləri onların hər gəlişi gö­rüşləriniSo­­vet Er­mənistanıqəzeti böyük şövqlə işıqlan­dırırdı. Azərbaycan ziyalılarının, sə­nət adam­­­larının hər gəlişi nəinki İrəvan ədəbi ictimaiyyətində, sadə azərbaycanlılarda belə böyük maraq do­ğur­duğundan hər bir görüş böyük bir izdihama çevrilirdi. Müxtəlif illərdə İrəvanda səfərdə olmuş Azərbaycanın ədəbiyyatı, mədəniyyəti incəsənətinin görkəmli nümayəndə­­lə­­rindən Məm­məd Rahim, Novruz Gəncəli, Məmməd Aslan, Xəlil Rza, Cavad Cavadlı, Xalidə Hasi­lova, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Aybəniz Vəkilova, Bəkir Nəbiyev, Cövdət Ha­cıyev, Lütfiyar İmanov, Sara Qədimova onlarla başqalarıSovet Ermənistanıqəzeti re­dak­si­ya­sının qonağı olmuş, maraqlı söhbətlər müzakirələr aparmışdılar. Qəzet Azərbay­can­da ya­şayan ziyalı­lar arasın­da ünsiyyət yaran­masında, ədəbi-mə­dəni əlaqələrin daha da in­kişaf et­di­ril­məsində, milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oyna­mış­dır. Bir sözlə, “Sovet Ermənistanıqəzeti Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların mə­də­­niyyət mərkəzinə, ziyalıların baş qərargahına çevrilmişdir.   

 

Bununla yanaşı, müxtəlif dövrlərdə ayrı-ayrı adlarla nəşr olunanSovet Ermənistanıqəzeti Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların hüquqlarının qorunmasında, onların qar­şılaşdıqları problemlərin həll edilməsində çox böyük rol oynamış, bir növ soydaşlarımızın ictimai-siyasi, ədəbi-mədəni mərkəzinə çevrilmişdir.

 

Bir sıra problemlərə, maneələrə baxmayaraq, müxtəlif illərdəSovet Ermənistanıqə­zetinə redaktor funksiyasını yerinəyetirmiş Cəfər Vəlibəyov (1939-1945); 1947; 1949-1959), Salman Rəhimov (1942), Rəhim Allahverdiyev (1945-1947), Rza Və­libəyov (1948-1949), Həbib Həsənov (1960-1973), Məhərrəm Bayramov (1974-1981), Ca­hangir Əliyev (1982-1984), Zərbəli Qur­banov (1985-1989), İsrafil Məmmədovun (1988-1989), hər birinin özünə­məxsus xidməti bu gün böyük minnətdarlıqla yad edilir.

 

1989-cu ilə qədər fəaliyyət göstərən, erməni şovinizmi əhatəsində son dərəcə gərgin, mübariz tarixi bir yol keçmiş, Azərbaycan milli mətbuatı tarixində parlaq bir səhifə təşkil edənSovet Ermənistanıqəzeti siyasi təbliğatçılıq funksiyasından daha çox Qərbi Azər­­­­­bay­can­da xalqımızın milli maraqlarının ifadə olunmasına uğurla xidmət göstərmişdir.

 

Cəlal Allahverdiyev,

 

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

İki sahil.- 2025.- 28 may (¹ 91).- S.15.