Qarabağın tacı Şuşa

 

Şəhərin işğaldan azad edildiyi 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd olunur

 

Şuşa döyüşləri Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürdü. Noyabrın 7-də qəhrəman hərbçilərimiz şəhərin qayalıqlarına dırmaşaraq, yüngül silahlarla Şuşaya daxil oldular. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünmüşdülər.

Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindənİsgəndərballistik raketləri atılsa da, Azərbaycan hərbçiləri erməni qoşunlarını məhv edərək, düşməni şəhərdən qovdu noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olundu. Şuşanın azad olunduğu gün dövlət başçısı tərəfindən tariximizdə Zəfər Günü kimi təsbit edildi. Şəhər azadlığına qovuşandan sonra burada bərpa, quruculuq yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verildi ölkə əhəmiyyətli açılışlar həyata keçirildi. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi mədəni abidələrin bərpası ilə yanaşı, həm tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən dirçəlir.

Qeyd edək ki, Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən olan Şuşanı 28 il əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərib, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib. Buna baxmayaraq, Şuşa sınmayıb, əyilməyib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mənfur düşmən qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Müzəffər Ali Baş Komandan Şuşada Cıdır düzündə çıxışında deyib ki, Azərbaycanı Şuşasız, Şuşanı isə Cıdır düzü olmadan təsəvvür etmək mümkün deyil. Bir vaxtlar bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunaraqYallıgedən düşmənin indi burada izi-tozu da qalmayıb: “Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi”.

Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmin il dövlət başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibətilə müraciətində 2022-ci iliŞuşa İlielan etdiyini bildirdi. Beləliklə, Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində Şuşada həyat yenidən dirçəlməyə başladı. “Vaqif Poeziya GünləriXarıbülbülfestivalı bərpa olundu. Qarabağın tacı olan Şuşa iyirmi doqquz ildən sonra yenidənXarıbülbülmusiqi festivalına ev sahibliyi etdi. Prezident İlham Əliyev həmin günləri ölkəmizin tarixində əlamətdar günlər kimi dəyərləndirdi. Ölkəmizin başçısı uzun illərdən sonra Cıdır düzündəXarıbülbülfestivalının keçirilməsi münasibətilə xalqımızı təbrik edərək bildirdi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq.

Son beş ildə Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərinə səfər edib, orada həyata keçirilən təmir, bərpa yenidənqurma işləri ilə tanış olublar. Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasının, yaşayış komplekslərinin inşası, Mamayı, Yuxarı Aşağı Gövhər Ağa məscidlərinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin, Şirin su hamamının bərpası görülən işlərin sadəcə bir neçəsidir. Artıq Şuşaya keçmiş məcburi köçkünlərin bir qrupu qayıdıb bu proses davam edir. Şuşa şəhərinin 2023-cü il üçünTürk dünyasının mədəniyyət paytaxtıelan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə Şuşada TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu iclası keçirilib. Şuşa həm ötən ilİslam dünyasının mədəniyyət paytaxtıadına yiyələnmişdir. “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək deyib: “Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli dahi mədəniyyət xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin fəaliyyəti hər zaman böyük diqqət cəlb edirdi”.

Birmənalı demək olar ki, Şuşa əməliyyatı Qarabağ Zəfərinin zirvəsidir. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. Dövlətimizin başçısı 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından Azərbycan xalqına Şuşa müjdəsini verərək demişdir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır bu gün biz bunu döyüş meydanında sübut edirik”.

Xatıradaq ki, 2023-cü il iyulun 31-də Prezident İlham ƏliyevAzərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqındaSərəncam imzalayıb. Sərəncama əsasən, hər il Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd olunur.

 

Sevinc Azadi

 

İki sahil.- 2025.- 7 noyabr, ¹203.- S.6.