Xalqın birlik güc simvolu

 

Dəmir yumruq

 

Azərbaycanın müasir tarixinin ən qürurverici parlaq səhifələrindən olan 8 Noyabr-Zəfər Gününü qeyd edirik. Bu tarix 30 illik işğal dövrünün reallıqlarını, həmçinin 44 günlük Vətən müharibəsində yaşananları özündə ehtiva edir. Azərbaycan xalqı 30 il bu günü səbirsizliklə gözlədi. Xalqımız əmin idi ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı zirvələrə ucaldan Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar.

Təbii ki, hər bir uğurun arxasında böyük səylər, qətiyyət dayanır. Bu gün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar 30 ildən sonra Zəfər Gününü qeyd etməyimizdən qürurludur, qalib ölkənin vətəndaşı olmaqları ilə fəxr edirlər. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əlyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı daha da qüdrətləndirdi, beynəlxalq nüfuzunu artırdı, imzalar arasında imzasının olmasına nail oldu,  Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdırıldı.

30 il Azərbaycan dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qaldı. Lakin bu yanaşma heç ölkəmizi ruhdan salmadı, əksinə real faktlara, tarixi ədalətə söykənən təbliğatını uğurla davam etdirdi, bütün sahələrdə gücləndi, ədalətin zəfər çalacağına əminliyini ifadə etdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapdı. Təbii ki, bu, Azərbaycanın böyük diplomatik uğuru idi. Əgər Ermənistan onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə müharibə baş verməzdi. Ermənistan özündə belə inam yaradırdı ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh təhlükəsizlik üçün əsas təhdiddir hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Ermənistanın təxribatına növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad,  Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər həmrəy oldu. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Vətən müharibəsinin rəmzinə çevrilən  Dəmir yumruqəməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun tarixi ədalət zəfər çalsın. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günün hər günündə xalqa müraciətlərini xatırlasaq cəbhədən xoş xəbərlərin gəldiyini görürük. Bu, ordumuzun qələbə əzmini daha da artırırdı.  Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək  ərazi bütövlüyümüzü bərpa etdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri rayonun 90 kəndi, Füzuli şəhəri rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri daha 5 adsız yüksəklik azad olundu. Rəşadətli Azərbaycan əsgər zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər zabitlərimizin, şəhidlərimizin qanı canı bahasına azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi kapitulyasiyası ilə nəticələndi. Azərbaycan xalqının əzmi iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi düşmən üzərində tarixi zəfər çaldı.

Şuşa şəhərinin işğaldan azad edilməsi uzun illər davam edən həsrətin sona çatması, ədalətin tarixi haqqın bərpası idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu xəyal kimi görünən arzunu reallığa çevirdi. Noyabrın 8-də işğaldan azad edilən Şuşa xalqımızın milli iradəsinin, qəhrəman əsgər zabitlərimizin şücaətinin təntənəsinə çevrildi. Şuşa əməliyyatı Vətən müharibəsinin ən çətin, eyni zamanda ən qürurlu mərhələsi idi. Ordumuz dağlıq sıldırım relyefdən keçərək düşməni strateji əhəmiyyət daşıyan şəhərdən çıxardı bununla da Qarabağ Zəfərinin ən ali məqamını yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu Qələbə danışıqlar masasında deyil, məhz döyüş meydanında qazanıldı. Şuşanın azadlığı ilə xalqın milli qüruru özünə qayıtdı. Şuşa Zəfəri ilə xalqımızın birliyi, ordumuzun gücü, dövlətimizin siyasi iradəsi bütün dünyaya nümayiş etdirildi.

Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə qısa müddətdə həyata keçirdiyiDəmir yumruqəməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər mütəxəssislər tərəfindən öyrənilir. 2020-ci ilin  10 dekabr tarixində  Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirdi.

Dəmir yumruqgücümüzlə yanaşı, milli birliyin gücün rəmzidir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik həmrəylik haqlı olaraqDəmir yumruqkimi səciyyələndirilir. Ölkə Prezidenti İlham Əliyev düşmənin başı üstündə tutduğu yumruğunu xalqımızın birlik güc simvoluna çevirdi. Bu birlik sayəsində qazandığımız Qələbə milli varlığımızı, kimliyimizi, milli ruhumuzu yaşadır, əbədi edir. “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklərsöyləyən Prezident İlham Əliyev onu da qeyd edir ki, mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq yaxınlaşdırdıq.

44 günlük İkinci Qarabağ müharibəsindəki Zəfər, bir günlük  antiterror əməliyyatı, ərazilərimizin işğalçılardan azad olunması, separatçı rejimin çökməsi, bütün bunlar azərbaycanlıları  Dəmir yumruqbizim Zəfər salnaməmizin rəmzi idi. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı da edir ki, “Dəmir yumruqhər zaman yerində olacaq.

Xalqımızın qüdrətinin milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə  8 noyabr dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü kimi təsis edildi. 8 noyabr, həmçinin dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq Şuşa Şəhəri Günüdür. Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi, Azərbaycanın, türk dünyasının İslam dünyasının mədəniyyət paytaxtı olan Şuşa hazırda digər işğaldan azad edilmiş ərazilərimiz kimi  quruculuq dövrünü yaşayır. Bu günün statistikasına əsasən 6 şəhər, 2 qəsəbə 20-dən artıq kənd sakinlərinə qovuşub. Müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli ardıcıl tədbirlər həyata keçirilir. Burada son dörd il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları digər sosial infrastrukturun tikintisi davam etdirilir. Azad edilmiş ərazilərimizdəağıllı şəhər”, “ağıllı kəndkimi innovativ yanaşmalar tətbiq edilir. Dövlət başçısı İlham Əliyevin  tarixi Zəfərimizin ilk günündən bəyan etdiyi kimi, Qarabağ Şərqi Zəngəzur cənnət məkana çevriləcək.

Tarixi Zəfərimizin beşinci ilində səfər etdiyim cənnət Qarabağımız Şərqi Zəngəzurumuzda şahidi olduğum bərpa-quruculuq işlərindən qürur duydum. Azad olunmuş torpaqlarımız dövlətimizin gücü ilə yenidən qurulur, dirçəlir. ADNSU-da 7 istiqamət üzrə hazırlanan yüksəkixtisaslı mühəndis kadrların Qarabağımız Şərqi Zəngəzurumuzun cənnətməkana çevrilməsində fəal iştirakını arzulayıram.

Zəfər Günün mübarək, Azərbaycan! Zəfər Günün mübarək, Azərbaycan xalqı! Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Onların yazdıqları qəhrəmanlıq dastanı indiki gələcək nəsillərə vətəpərvərlik çağırışıdır.

 

Tamilla Naibova,

Azərbaycan Dövlət Neft

Sənaye Universitetinin dosenti,

kimya üzrə fəlsəfə doktoru

 

İki sahil.- 2025.- 8 noyabr, ¹204.- S.9.