İndi qurub-yaratmaq vaxtıdır

 

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, quruculuq-abadlıq işlərini gücləndirən xalqın iradəsi, dəstəyidir

 

«Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlərhər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun

Dövlət başçısı İlham Əliyev 2023-cü ilin 28 May- Müstəqillik Günündə doğma yurd-yuvasına qovuşan laçınlılara görüşündə 2011-ci il dekabrın 24-də ad günündə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində laçınlılarla görüşünü xatırladaraq bildirmişdir ki, o görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, hamımız bu gün xoşbəxtlik içində yaşayırıq. Böyük nikbinliklə yaşayırıq. Qürur hissi ilə yaşayırıq. Çünki İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq gənc nəsil, uşaqlar, bax, bu Zəfər qüruru ilə yaşayacaqlar. İndi isə qurub-yaratmaq vaxtıdır.

Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik buna nail olacağıq.

Tarixi Zəfərimizdən ötən beş ildə gündəmin əsas mövzularından biri işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləridir. Çünki Böyük Qayıdışı tam tərkibdə səbirsizliklə gözləyirik. Bu ərazilərimizin malik olduğu resurslardan səmərəli istifadə etməklə dayanıqlı inkişafımıza geniş imkanlar yaranacaq. Azərbaycan hər zaman ilklərə imza atması ilə diqqətdə olur. Son beş ildə ölkəmizin bu yenilikləri sırasında işğaldan azad edilmiş ərazilərimizin «ağıllı şəhər» «ağıllı kənd» layihələri çərçivəsində bərpasını qeyd edirik. Zəngilan rayonunda «ağıllı kənd» layihəsi çərçivəsində yenidən qurulan Ağalı kəndi 2022-ci ildə sakinlərini qarşıladı. Bu mühüm hadisəni Böyük Qayıdışın ilk addımı kimi dəyərləndirən cənab İlham Əliyev bir daha tarixi Zəfərimizdən sonra aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin miqyası fonunda bildirdi ki, hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, qədər böyük nəzərdə tutulur. Dövlət başçısı bu çağırışı da etdi ki, biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik Ağalı kəndinin timsalında bunu görürük. Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən tibb sahəsində digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik.

Prezident İlham Əliyevin «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında» Sərəncamında da qeyd olunduğu kimi, Azərbaycan öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoydu. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Həyata keçirilən məqsədyönlü genişmiqyaslı layihələr Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Dövlət başçısı İlham Əliyev soydaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün zəruri addımları atır. İmzalanan hər bir sənəd bu hədəfin tamamilə gerçəkləşməsinə xidmət edir. Ölkə Prezident onu da qeyd edir ki, əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək.

Bu gün Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər 90 kəndin Baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə 20-dən artıq kəndə insanlar geri qayıdaraq məskunlaşıb.

Bu gün qürurla qeyd edirik ki, Qarbağımız Şərqi Zəngəzurumuz şəhərsalmanın Azərbaycanın təcrübəsini dünyaya təqdim edir. Həmçinin son beş ildə bu ərazilərimiz beynəlxalq tədbirlər üçün ideal məkan kimi seçilir. Bu sırada Şuşada, Xankəndidə, Laçında. Ağdamda Zəngilanda keçirilən bir sıra beynəlxalq əhəmiyyətli tədbirləri qeyd edə bilərik. Ağdam, Zəngilan Xankəndi şəhərlərində Azərbaycan Milli Şəhərsalma Forumları, Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü, Laçında Azərbaycan, Türkiyə Pakistan liderlərinin Zirvə Görüşü sair bu ərazilərimizin malik olduğu imkanların dünyaya təqdimatı oldu. Reallıq budur ki, müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli ardıcıl tədbirlər həyata keçirilir. Burada son beş il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları digər sosial infrastrukturun tikintisi davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. «Yaşıl enerji» zonası elan edilmiş 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ Şərqi Zəngəzurda Günəş külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada «ağıllı şəhər», «ağıllı kənd» kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Regionda iqtisadi inkişafın məşğulluğun təmin edilməsi məqsədilə sənaye parkları, iqtisadi zonalar yaradılır. Bütün bunlar yerli istehsal imkanlarının genişləndirilməsi yeni yerlərinin açılması ilə yaşayış məntəqələrinin dayanıqlı inkişafına töhfə verir. Eyni zamanda salınan yeni yol infrastrukturu sayəsində Qarabağ Şərqi Zəngəzurun Bakı ölkənin digər əraziləri ilə birbaşa əlaqələndirilməsi bu regionların sürətli iqtisadi sosial inkişafına xidmət edir. Hazırda Böyük Qayıdış Proqramı çərçivəsində artıq 50 minə yaxın insan bu ərazilərdə yaşayır, işləyir təhsil alır.

Bu gün Laçının həyatında başlanan yeni dövrdən səbəbsiz bəhs etmirik. Azərbaycanın hərbi-siyasi Qələbəsinin Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Ağdam, Kəlbəcər Laçın bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. 2020-ci ilin 20 noyabr tarixində Ağdam, 25 noyabrda Kəlbəcər 1 dekabrda Laçın Azərbaycana qaytarıldı.

Digər azad edilmiş ərazilərimiz kimi, Laçın da həyatının yeni dövrünə qədəm qoydu. Bu torpaqdda görülən işlərin miqyasının böyüklüyü 2023-cü ildə Laçın şəhərinin doğma sakinlərinə qovuşmasında aydın ifadəsini tapdı. 2022-ci il avqustun 26-da isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqına bu müjdəni çatdırdı: «Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”»

Dövlət başçısı İlham Əliyev 2022-ci ilin sentyabrında Laçın rayonuna səfər etdi. Bu səfər Azərbaycan Bayrağının ucaldılması ilə yadda qaldı. Cənab İlham Əliyev həmin səfər zamanı çıxışında bu çağırışı etmişdir ki, indi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə qələbə qazanırıq, həyatda da qələbə qazanırıq bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir. Fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq!

Qeyd edək ki, doğma sakinlərinə qovuşan Laçın şəhəri ilə yanaşı, rayonun Sus, Zabux digər kəndləri var. Soydaşlarımızın bu ərazilərdə rahat yaşayışını təmin etmək üçün bütün zəruri addımlar atılır. 2025-ci il Laçın rayonunun həyatında əlamətdar hadisələrlə yadda qaldı. Belə ki, 28 May-Müstəqillik Günündə Azərbaycan, Türkiyə Pakistan liderlərinin Zirvə Görüşü keçirildi. Həmçinin Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liderlərin Zirvə Görüşündə «Qarşılıqlı sevgi, hörmət etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən ortaq idealları bölüşən üç qardaş ölkəyik. Təxminən 350 milyon əhaliyə 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin arasındakı bağları daha da gücləndiririk. Birliyimizi strateji tərəfdaşlığa çevirməyə yönəlmiş hər bir addımın arxasında olduğumuzu xüsusilə vurğulamaq istəyirəm» söyləyərək onu da qeyd etdi ki, bölgəmizdə baş verən hadisələr ölkələrimiz arasındakı həmrəyliyin qədər vacib olduğunu gündən-günə daha aydın şəkildə göstərir. Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının azad olunması ilə artıq bölgənin sabitlik, rifah inkişaf mərkəzinə çevrilməsini arzulayırıq. Bu gün açılışını etdiyimiz Laçın Hava Limanının bölgənin uzun illərdən bəri həsrət qaldığı inkişafa dünya ilə inteqrasiyasına mühüm töhfə verəcəyinə inanıram. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə vurğuladı ki, zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda daha geniş coğrafiyada sülhə firavanlığa töhfə verəcək. Bu üçtərəfli format həm zamanında təşkil edilib, həm mühüm əhəmiyyətə malikdir. Bu, bizə zəruri siyasi məsuliyyətlə yanaşı, qarşılıqlı maraq doğuran sahələrdə birgə irəliləmək üçün təkan verir.

Qeyd edək ki, həmin gün Laçın şəhərində Müstəqillik Gününə həsr edilmiş tədbir keçirildi. Azərbaycan, Türkiyə Pakistan liderləri tədbirdə iştirak etdilər. Cənab İlham Əliyev bayram tədbirindəki çıxışında bir daha bildirdi ki, Azərbaycan, Türkiyə Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə , ağır günlərdə hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə Görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür. O da vurğulandı ki, iizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha birliyimizi, qədər zəngin mədəniyyətə malik olmağımızı göstərir. Azad edilmiş Laçından üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq.

Dövlət başçısı İlham Əliyevin azad edilmiş ərazilərimizə səfərləri daim mühüm sosial obyektlərin açılışı təmləqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu baxımdan Laçın rayonuna səfərlər diqqətdən kənarda qalmır. İşğaldan azad edilmiş şəhər kəndlərimiz Baş plan əsasında bərpa edilir. Laçın şəhərində istehsalat, xidmət tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi diqqət mərkəzindədir. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji səmərəli kənd təsərrüfatı, tikinti, yüngül qida sənayesi, balıqçılıq, tingçilik digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar.

Azərbaycanın tarixi ədalətə beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. Tarixi Zəfərimizdən sonra Qərbi Azərbaycana da qayıdacağımızdan bəhs edirik. Tarix araşdırılır, bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Dövlət başçısı İlham Əliyev «Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir» söyləyərək bu reallığı da diqqətə çatdırır ki, ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var: «XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə nəticəyə hesablanmış tərzdə aparacaqdır

Tarix faktlara əsaslanır. Ən əsası təbliğat real həqiqətlərə, tarixi faktlara söykənəndə daha uzunömürlü inandırıcı olur. Bu gün Azərbaycan Qərbi Azərbaycana qayıdışı tarixi faktlara əsaslanaraq tarixi ədalətin bərpası fonunda bəyan edir. Çoxəsrlik tariximizi vərəqlədikcə bu reallıqlar öz təsdiqini tapır ki, erməni millətçilərinin ayrı-ayrı dövrlərdə həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayının qat-qat olduğunu dünyaya təqdim edən faktlar, eyni zamanda, tariximizi unutmamağa bir çağırışdır. O çağırış ki, ermənilər daim havadarlarının dəstəyinə arxalanaraq, özlərini beynəlxalq ictimaiyyətə «yazıq, məzlum, döyülən əzilən» xalq kimi təqdim edib, dünya bu yalanları həqiqət kimi qəbul edərək, onları ərköyün uşaq kimi əzizləməkdən sanki zövq alıb. Amma unudulub ki, bir cinayətin cəzasız qalması növbəti cinayətə yol açır. Necə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı yaşandı. Tarixi vərəqləməklə bu qətliama qədər azərbaycanlıların türklərin müxtəlif zamanlarda ermənilərin soyqırımı deportasiya siyasətinə məruz qaldıqlarının şahidi olar, bu günə qədər vəhşiliyi, insanlığa qarşı terroru özləri üçün bir prinsipə çevirən ermənilərə «gözün üstə qarşın var» deyilməməsindən təəssüf hissi keçiririk. Aparılan araşdırmalar nəticəsində erməni vəhşiliyini təsdiqləyən çoxlu sayda yeni faktlar sənədlər toplanıb. Saxta tarix yazıb, illərdir dünyanı özlərinin inanmadıqları yalanlarına inandırmağa çalışan ermənilərin hər zaman fakt qarşısında aciz qaldıqları göz önündədir.

Bu gün işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinə şahidlik edir. 30 il işğal altında saxladıqları bu ərazilərimizdə törədilən vəhşiliklər dünyanın gözü qarşısındadır. Tez-tez diplomatlar, səyyahlar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri bu torpaqlarda olurlar. Onlar gördükləri mənzərələrdən dəhşətə gəlirlər. Əgər bu torpaqlar ermənilərin onların havadarlarının apardıqları yalan təbliğata uyğun olaraq mənfur düşmənə aid olsaydı bu vəziyyətə salınmazdı. Ermənilər bu ərazilərdə bir daşı daş üstə qoymayıblar. Azərbaycan xalqının izini bu ərazilərdən silmək üçün bütün tarixi dini abidələri yerlə-yeksan ediblər. Yenə unudublar ki, bu yanlış düşüncələri ilə tarixi inkar etmək imkanında deyillər. Gec-tez ədalət zəfər çalır. Azərbaycan 30 illik işğala 44 gündə son qoymaqla həm gücünü, qüdrətini nümayiş etdirdi, həm ədalətin, beynəlxalq hüququn mövcudluğunu sübut etdi.

30 illik işğal dövründə Qarabağ münaqişəsindən bəhs edərkən cənab İlham Əliyev daim bu çağırışı edirdi ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq unutmuruq: «Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün bu istiqamətdə görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil , dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi strateji hədəfimizdir biz tədricən bu hədəfə yaxınlaşmalıyıq

Hadisələrin gedişindən, tarixi faktlara əsaslanan təbliğatımızın sürətindən, görülən işlərin miqyasının genişliyindən göründüyü kimi, artıq hədəfə doğru addımlayırıq. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq.

Növbəti hədəfimizə diqqət yönəltməyimiz təbii ki, səbəbsiz deyil. Tarixi Zəfərimiz suverenliyimizin tam bərpasının reallıqları fonunda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri, soydaşlarımızın qayıdışı artıq tarixi ədalətə söykənən növbəti hədəfimizdən bəhs etməyi bir tələbə çevirir. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında Qərbi Azərbaycana qadyıdışımızdan böyük əminliklə bəhs edir. Biz Qərbi Azərbaycana qayıdacağıq!

 

Yeganə Əliyeva

 

İki sahil.- 2025.- 29 noyabr, ¹218.- S.4.