DÜNYA SİMVOLU
ƏDƏBİYYATDA
Araşdırma
İnsan dünyada var olandan və ağlı yaşadığı aləmi dərk edəndən bəri bu möcüzənin sirrini anlamağa can atır: niyə mövcuddur, niyə bu aləmə gəlib, bu cahan niyə insanla dolub-daşır, dünya insanları eyni bərabərdə bəsləmək üçün hansı gücə malikdir? Bu və ya bu kimi digər fəlsəfi suallar hər bir bəşər övladının düşüncələrində özünə yer tutmamış deyildir. Hər kəs, demək mümkündür ki, yaşadığı aləmin, cahanın möcüzəvi olduğunu yaxşı bilir.
Amma heç kəs bu suala cavab tapmağa çalışmır. Çünki istəsə də bu suala cavab tapmağa müvəffəq ola bilməyəcəyinə əmindir. Lap qədim dövrlərdən “sirrli-sehirli” təyinini qazanmış dünyanın sirrini-sehrini açmağa ən ağıllı başlar belə müvəffəq ola bilməyiblər.
Əgər söhbətimizin mövzusu dünyadırsa, biz bu fəlsəfi anlama folklorumuzda nə dərəcədə yanaşıldığına nəzər salaq. Kiçik janr örnəkləri: alqış-qarğışlar, inanc-sınamalar, ovsunlar və s.dən tutmuş dünya haqqındakı mifoloji anlam yüklü əfsanə və mif mətnlərinədək olan örnəklərdə bu əsrarəngiz məfhum haqqında geniş təsəvvürlər vardır.
Öncə dünyanın yaranması haqqındakı mif mətlərinə diqqət edək. Dünyanın əvvəlcə sudan ibarət olduğu, daha sonra torpaq, hava, od kimi nemətlərin dünyaya bəxş olunduğu haqqında bir-birindən maraqlı, həm də bir o qədər də əhəmiyyətli mətnlər qədim insanın dünya haqqındakı təsəvvürlərini aydınca ifadə edir. Dünyanın su basandan sonra Nuh peyğəmbərin canlıları xilas etmə motivi qədim insanın dünyanın faniliyi haqqındakı düşüncələri ilə yanaşı, ümidsizlikdən uzaq nikbin baxışlarını da əks etdirir.
Dünyanın faniliyini tez-tez xatırlayarıq. “Gəlimli-gedimli dünya, bir üzü ölümlü dünya” - deyən Ulu Dədə Qorqud dünyaya nikbin baxmayıb. O, dünyanın faniliyinə inanıb. Dastanda bu dünya üçün mücadilənin mənasız olduğu Qorqud dilindən tez-tez xatırladılır. Dünyaya gəlmək dünyadan getməyin açarıdır. Əsas nəticəsi isə ölümdür. Fani dünya anlamı şifahi sözlü yaradıcılığmızda aşıqlarımızın, ozanlarımızın da dilinin əzbəri olub. Bu baxımdan ölməz Aşıq Alı da dünyanın faniliyindən mütəəssir olub:
Yığdım bu dünyanın malın-dövlətin,
Əllini aşırdım, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?!
Aşıq Ələsgər də dünyanın faniliyini öz təbirincə izah edib, dünyada həddən ziyadə çaba göstərməyin əbəs olduğunu deyib. O deyib ki, nə vara, nə dövlətə güvənmək boşdur. Bu dünya ən böyük xəzinələr sahibini də ilan kimi udub. Qəlbini təmiz tut, ey insan, sənin kimi ahu gəzən yüz şahmarı fələk öz kəməndinə salıb bu dünyada:
Yığılar məxluqat, qurular məhşər,
Boyunlarda kəfən, əllərdı dəftər.
Onda vay halına, yazıq Ələsgər,
Özün getdin, sözün qaldı dünyada.
Dünyanın üzü qara, fani, nankor olduğunu Aşıq Ələsgər digər şeirində daha da qabardır:
Şagirdlikdə can çürütdüm,
Hərgiz ustad olmadım.
Nəfs öldürdüm, düz dolandım,
Dostumdan yad olmadım.
Ələsgərəm, qan ağladım,
Ölüncə şad olmadım,
Əzəl gündən fələk mənə
Qara baxdı dünyada.
Ölməz Səməd Vurğun da yaradıcılığı boyunca dünyaya nikbin gözlə baxmır. Hər şey öz axarı ilə getsə də dünyanın çarxı dönəndə dönür. S.Vurğunun bəzən fələk adlandırılan anlayışın dünya kimi qəbul etməsini elə onun “Dünya” şeirində də görürük. “Bir yandan boşalır, bir yandan dolur, Sirrini verməyir sirdaşa dünya” – deyərkən Vurğun dünyanın sirli-sehirli mövqeyini xatırladır.
Əzəldən belədir çünki
kainat,
Cahan daimidir, ömür amanat.
Əldən-ələ keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən
yaşa, dünya!
Lakin ölməz Bəxtiyar Vahabzadə dünyanın
dövrünü, dünyanın
öz qanunları içərisində hərəkətini haqlı sayır, nə olursa, olsun, dünya öz axarında getməlidir. Hər kəs, hər nəsnə dünyanın bu axarına tabe olmalıdır, deyən şair bu axarı
fırlanmaq adlandırır
və deyir ki:
Fırlandıqca bu dünya yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular
yenə car olur.
Bu dünyanın xeyri
də, şəri də təkrar olur,
Niyə
təkrar olmasın? Axı dünya fırlanır?!
Və bundan Məmməd Araz da vəcdə gələrək dünyanın
gedişini haqlı sayır. O da dünyanın
get-gəlinin təbii
olduğunu qəbul edir, dünyadakıların
öz işlərini ona uyğun hesablamalarını tövsiyə
edir. Dünya insanla deyil, insan dünya ilə ayaqlaşmalıdır
– fikrini əsas tutur:
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına
həvədi dünya
Əbədiyə qəh-qəh çəkər
əbədi dünya
Dünya
sənin,
Dünya
mənim,
Dünya
heç kimin...
Həyatı, ömrü mübarizlərdə
keçən Cənubi
Azərbaycan şairəsi
Hökumə Billuri isə dünyadan sanki ikiəlli yapışır. Çəkdiyi
içgəncələr, yaşadığı
mübariz həyat yolunun çətinliyinə
baxmayaraq o, nəinki dünyadan küsüb, hətta onu sevib, ona minnətdar
olub, onu şeirlərində əzizləyib:
Mənim
sevimli dünyam,
Sən ey ana ürəkli,
Sən ey ata diləkli,
Sən ey müdrik baxışlı
Milyon-milyon naxışlı
Sazlı,
avazlı dünyam!
Baharlı, yazlı dünyam!
Səni
sevəcəyəm mən,
Səni
nə qədər varam,
Mənim
sevimli dünyam!
“Ötən günlərimin
son nişanəsi, Dağılmış
dünyamda dünyam
var mənim” deyən şairənin dünya sevgisi olduqca möhtəşəmdiir. Dünyanı
sevib ona sevgisini, şükranını
daim ünvanlayan Hökumə Bülluri bunu şeirlərində rəngarəng istiqamətdə
əks etdirmişdir.
İstər şifahi ədəbiyyatda,
istərsə də yazılı ədəbiyyatda
dünya motivi onun təsvir edən insanın – müəllifin dünya haqqınddakı təsəvvürləridir.
Şifahi ədəbiyyatda
təsvir olunan dünya mövzusu isə qədim etnik yaddaşdakı dünyaya
baxışın təzahürüdür.
Aytən Cəfərova,
Naxçıvan Müəllimlər
İnstitutu,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
İki sahil.- 2025.- 29 oktyabr, ¹196.- S.8.