Qayıdış ünvanlarının sayının artması

Zəfər Gününün sevincinə sevinc qatır

 

Regionlarımızın, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin inkişafı, yenidən qurulması, insanların rahat yaşayışı üçün bütün zəruri addımların atılması, vətəndaş məmnunluğunun təmin edilməsi dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Prezident İlham Əliyevin 2003-cü ildə səsləndirdiyiİqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdırçağırışına uyğun olaraq regionların malik olduğu potensialdan səmərəli istifadə edilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir.

Artıq regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramı uğurla icra edilib. Tarixi Zəfərimizdən sonra yeni reallıqların qarşıya qoyduğu çağırışlara əsasən təsdiqlənənAzərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərbütün bölgələrimizin sosial-iqtisadi inkişafını başlıca hədəf kimi müəyyənləşdirib. İqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmin olunması Azərbaycanın yeni inkişaf yolunun əsasını təşkil edir. 2030-cu ilədək olan dövr üçün ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması qarşıya əsas hədəf kimi qoyulub. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit yaşıl artımölkəsidir. Dövlət başçısı İlham Əliyevin azad edilmiş ərazilərlə yanaşı, bütün regionlarımızın inkişafını diqqətdə saxlaması, mövcud potensialdan səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm addımlar atması diqqətdən kənarda qalmır. Bu baxımdan ölkə Prezidentinin oktyabrın 28-də Sabirabad, İmişli, Cəbrayıl Zəngilan rayonlarına səfərləri özündə bütün məqamları ehtiva edir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Crossmedia.az-a açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, sənaye parklarının aqroparkların yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, rayonlarda məşğulluğun təmini, investisiyaların müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Aqroparkların yaradılması həm kəndlərdə yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Dövlət başçısı İlham Əliyev Sabirabad Sənaye Məhəlləsində bir sıra istehsal müəssisələrinin fəaliyyəti ilə tanış oldu. Ölkədə sənaye məhəllələrinin yaradılması dövlətimizin başçısının 2014-cü ildə imzaladığıSənaye məhəllələrinin yaradılması fəaliyyətinin təşkili haqqındaFərmanla müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye xidmət sahələrində fəaliyyət göstərən kiçik orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi əhalinin istehsal xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Sabirabad Sənaye Məhəlləsi dövlətimizin başçısının 2017-ci ildə imzaladığı Sərəncamla yaradılıb. Prezident İlham Əliyev, həmçinin İmişlidəPromaltMəhdud Məsuliyyətli Cəmiyyətinin arpa emalı müəssisəsinin açılışında da iştirak etdi. Hər bir bölgədə atılan addımlar malik olduqları potensialdan səmərəli istifadənin təmin edilməsinə ölkənin dayanıqlı inkişafına töhfələr verilməsinə xidmət edir.

Vüqar Rəhimzadə vurğulayıb ki, son beş ilin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın Böyük Qayıdış Proqramı çərçivəsində öz doğma yurd-yuvalarına qayıdışlarının gerçəkləşdirilməsi idi. Artıq 6 şəhər, 2 qəsəbə 20 kənd sakinlərinə qovuşub. Dövlət başçısı İlham Əliyevin Cəbrayıl rayonuna səfəri zamanı sakinlərinə qovuşan kəndlərimizin sırasına Horovlu kəndi daxil oldu. Ölkə Prezidenti kənddə görülən işlərlə tanış oldu, sonra kəndə köçən sakinlərlə görüşüb onlara evlərin açarlarını təqdim etdi. Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib. Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoymuşdu. Dövlətimizin başçısı birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Horovluda fərdi evlərin sosial obyektlərin tikintisi ilə tanış olmuşdular. Bu gün artıq ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Kənddaxili yollara asfalt döşənib. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirildi. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmışƏsgər”, “Şığı”, “Orta”, “GülqasımXəlifəkəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq. Bundan başqa, kənddə ikimərtəbəli inzibati bina inşa edilib. Dövlət başçısı İlham Əliyev Horovlu kənd sakinləri ilə görüşündəDüz beş il bundan əvvəl bu ərazi işğaldan azad edildi bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq. Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. 8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıbsöyləyərək onu da əlavə etdi ki, Azərbaycan xalqı mərd, qəhrəman, iradəli, öz torpağına bağlı olan xalqdır. Biz sübut etdik ki, işğalla barışmaq fikrində deyildik, halbuki bunu dəfələrlə bəyan etmişdik. Döyüş meydanında 300-dən çox şəhər, qəsəbə, kənd azad edildi Ermənistan kapitulyasiya aktına imza ataraq təslim olmağa məcbur oldu. O gündən bu yana quruculuq işləri ilə məşğuluq. Bu gün bütün Qarabağ Şərqi Zəngəzur tikinti meydançasıdır. Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, öz vətəninə, doğma torpağına qayıdıblar. Qalanlar isə müxtəlif işlərdə işləyən vətəndaşlardır. Böyük Qayıdışın əyani sübutu bu gün gözünüzün önündədir. Belə gözəl şərait yaratmaqla Azərbaycan dövləti bir daha öz siyasətini göstərir.

Millət vəkili bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin Cəbrayıl Zəngilan rayonlarına səfəri zamanı yenidən inşa edilən kəndlərin açılışı, yeni yaşayış komplekslərinin təməlinin qoyulması bütün azad edilmiş ərazilərimizdə görülən işlərin aydın mənzərəsini yaradır. Qeyd edək ki, Cəbrayıl şəhəri sakinlərinə qovuşan şəhərlərimiz sırasındadır. Zəngilanın Ağalı kəndi isə ilk pilot layihə olaraqağıllı kəndlayihəsi çərçivəsində bərpa olunaraq sakinlərinə qovuşan ilk kənd oldu. Səfər zamanı dövlət başçısı İlham Əliyev Cəbrayıl məscidinin, Cəbrayıl şəhərində ikinci üçüncü yaşayış komplekslərinin, Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olanŞəmsÜfüqGünəş Elektrik stansiyalarının təməlini qoydu, Cəbrayıl rayonu ərazisində inşa olunanŞəfəqGünəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak etdi.

Azad edilmiş ərazilərimizin bərpasında prioritet məsələlərdən biri bura qayıdacaq soydaşlarımızın işlə təmin edilməsidir. Dövlət başçısı İlham Əliyev Horovlu kənd sakinləri ilə görüşündə qeyd etdi ki, Cəbrayıl rayonunda yerləri yaradılır. “Araz Vadisisənaye zonası artıq fəaliyyətdədir. Orada üç müəssisə fəaliyyət göstərir. Amma yaxın gələcəkdə onların sayı təqribən 20-yə çatacaq. Yəni, yerləri ilə bağlı burada heç bir problem olmayacaq. Burada kənd təsərrüfatı, heyvandarlıq ilə məşğul olmaq üçün şərait yaradılacaq. Ölkə Prezidenti bu çağırışı etdi ki, Qarabağda Şərqi Zəngəzurda işsizlik olmamalıdır.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin Zəngilan rayonuna səfəri mühüm məqamlarla yadda qaldı. Belə ki, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olan dövlətimizin başçısı rayonun Məmmədbəyli Ağalı kəndlərinin sakinləri ilə görüşdü, onlara mənzillərin açarları təqdim etdi. Dövlət başçısı qeyd etdi ki, birinci Böyük Qayıdış Proqramını Zəngilan rayonundan başlamışdıq. Bu gün Zəngilan şəhərində birinci yaşayış kompleksinin tikintisi yekunlaşır. Zəngilan məscidi tikilmişdir, gözəl bir memarlıq əsəridir. Konqres Mərkəzi, Zəngilan Beynəlxalq Hava Limanı tikilib. Bu bölgə çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq, qurduğumuz şəhərlər kəndlər bunu göstərir. Ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq. Biz düşməni torpaqlarımızdan qovmuşuq. İndi doğma torpağımızda qurub-yaradırıq, şərait yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri bərpa edirik. Biz, bu torpaqların sahibləri qayıtmışıq burada əbədi yaşayacağıq.

 

Vüqar Rəhimzadə

 

İki sahil.- 2025.- 30 oktyabr, ¹197.- S.4.