SOCAR-ın nəzdində Əməliyyat Texnologiyaları
Akademiyası fəaliyyətə
başlayıb
SOCAR ilə "Honeywell" şirkəti
arasında əməkdaşlıq
çərçivəsində Bakı Ali Neft Məktəbində yaradılan
Əməliyyat Texnologiyaları
Akademiyasının açılışı
olub.
Akademiya
SOCAR-ın 2035-ci ilə
kimi təsdiqlənmiş
Korporativ Strategiyasına
uyğun olaraq insan kapitalının inkişafı və rəqəmsallaşma istiqamətində
növbəti mühüm
addım hesab olunur.
Yeni yaradılan Akademiya SOCAR-ın istehsalat sahələrində rəqəmsal
transformasiyanın sürətləndirilməsinə,
əməliyyat təhlükəsizliyinin
və etibarlılığının
artırılmasına, eləcə
də mühəndis-texniki
heyətin müasir avtomatlaşdırma və
idarəetmə sistemləri
üzrə bilik və bacarıqlarının
sistemli şəkildə
inkişaf etdirilməsinə
xidmət edəcək.
Akademiya real istehsalat mühitini simulyasiya edən müasir təlim infrastrukturu vasitəsilə əməkdaşlara
mürəkkəb avtomatlaşdırma
proseslərini təhlükəsiz
şəraitdə öyrənmək
və sınaqdan keçirmək imkanı yaradır. Açılış
mərasimində qonaqlar
təlim-simulyasiya avadanlıqlarının
iş prinsipi, həmçinin mərkəzin
təmirdən əvvəlki
və sonrakı vəziyyəti barədə
ətraflı məlumatlandırılıblar.
Bu təşəbbüs SOCAR-ın
istehsalat proseslərinin
rəqəmsallaşdırılması ilə yanaşı, əməkdaşlarının da rəqəmsal bacarıqlarının
inkişafına verdiyi
prioritetin, eləcə
də gələcəyə
və innovasiyaya fokuslanan yanaşmasının
daha bir real göstəricisidir.
Qeyd edək ki, qlobal texnologiya şirkəti olan "Honeywell" qabaqcıl
avtomatlaşdırma, təhlükəsizlik
və mühəndislik
həlləri üzrə
ixtisaslaşıb.
İki sahil.- 2026.-
4 fevral, №8.- S.5.