Qurudulmuş dondurmalar

 

YENİLİK, YOXSA TƏHLÜKƏ?

 

Son dövrlərdə qida bazarında diqqət çəkən xüsusilə sosial şəbəkələr vasitəsilə geniş auditoriyaya yayılan qurudulmuş dondurmalar istehlakçı marağını sürətlə özünə cəlb edir. Ənənəvi dondurmalardan həm dad, həm tekstura baxımından ciddi şəkildə fərqlənən bu məhsullar qeyri-adi görünüşü xırtıldayan dondurmaeffekti ilə fərqli istehlak təcrübəsi təqdim edir. Marketlərdə, ticarət mərkəzlərində onlayn satış platformalarında rəngarəng qablaşdırmalarla təklif olunan bu dondurmalar xüsusilə uşaqlar gənclər arasında populyarlıq qazanır.

Qurudulmuş dondurmalar qida sənayesində innovativ yanaşmanın nümunəsi kimi qiymətləndirilir alternativ desert bazarında öz yerini tapır. Lakin bu trend məhsullara maraq göstərilərkən balanslı yanaşma əsas şərt olaraq qalır. İstehlakçılar üçün əsas məsələ məhsulun təkcə cəlbedici görünüşü deyil, həm tərkibi, qida dəyəri sağlamlığa mümkün təsirləridir. Məhz bu yanaşma yeni qida trendlərinin təhlükəsiz şüurlu şəkildə qəbuluna imkan verir.

 

Şəkər mövzusu: Artım yox, sıxlıq effekti

 

Sağlam qida təbliğatçısı Asim Vəliyev mövzu ilə bağlıİki sahil”ə açıqlamasında bildirdi ki, qurudulmuş dondurmalarda şəkərindaha çox olmasıanlayışı bir qədər etiket oxunuşundan asılıdır: “Qurudulma prosesinin əsas mahiyyəti məhsulun tərkibindəki suyun çıxarılmasıdır. Bu texnologiyada su əvvəlcə dondurulur, daha sonra buz halından birbaşa buxarlanır, şəkər, yağ zülal kimi qida maddələri isə yerində qalır. Yəni istehsal prosesi şəkərin miqdarını artırmır, sadəcə məhsulu susuzlaşdırır. Nəticədə qramına düşən şəkər enerji dəyəri daha sıx görünür. Burada əsas incə məqam porsiya ölçüsüdür. Adi dondurma adətən həcm əsasında istehlak olunur. Qurudulmuş formada isə məhsul yüngül xırtıldayan olduğu üçün porsiya kiçik təsir bağışlayır, lakin enerji sıxlığı yüksək qalır insan fərqinə varmadan normadan artıq miqdarda yeyə bilir”.

 

Uşaqlar xroniki xəstəlikləri olanlar üçün həssas məqamlar

 

Ekspert qeyd etdi ki, uşaqlar xroniki xəstəlikləri olan şəxslər üçün əsas risk şəkərin miqdarı porsiyaya nəzarətin itirilməsi ilə bağlıdır: “Uşaqlarda bu, daha çox diş çürüməsi riskinin artması şirin dada alışma kimi davranış dəyişiklikləri ilə özünü göstərə bilir. Diabeti olan şəxslərdə insulin müqaviməti müşahidə edilən hallarda isə karbohidrat miqdarı hesablanmadan belə məhsulların istehlakı qanda qlükoza səviyyəsinə nəzarəti çətinləşdirə bilər.

Digər mühüm risk allergenlərlə əlaqədardır. Qurudulmuş dondurmaların əksəriyyəti süd tərkibli olur, bəzən isə qoz-fındıq, soya digər allergen maddələr əlavə edilir. Mövcud qaydalara əsasən, bu məlumatlar etiketdə mütləq göstərilməlidir xüsusilə allergiyası olan ailələr üçün etiket məlumatlarının diqqətlə oxunması vacibdir.

Risklərin bir qismi texniki xarakter daşıyır. Qurudulmuş dondurmalar aşağı rütubətli məhsullardır və aşağı su aktivliyi mikroorqanizmlərin çoxalmasını zəiflədir. Lakin bu, məhsulda mikroorqanizmlərin ümumiyyətlə olmadığı anlamına gəlmir. Bəzi patogenlər, xüsusilə salmonella kimi bakteriyalar aşağı rütubətli mühitdə yaşaya bilir, sadəcə aktiv şəkildə çoxalmır. Bu səbəbdən əsas təhlükə istehsal prosesində sanitariya qaydalarına əməl olunmaması və ya sonradan çirklənmə ehtimalı ilə bağlıdır”.

 

Diqqətdən qaçan detallar…

 

Asim Vəliyev diqqətə çatdırdı ki, qurudulmuş dondurma seçərkən etiket və qablaşdırmaya xüsusi diqqət yetirilməlidir: “Etiket Azərbaycan dilində olmalı, istehsalçı və ya idxalçı barədə məlumatlar, tərkib, xalis çəki, istehsal və son istifadə tarixi, eləcə də partiya nömrəsi aydın şəkildə qeyd edilməlidir. Allergenlərlə bağlı xəbərdarlıqlar görünən formada təqdim olunmalıdır. Qablaşdırma tam bağlı və zədəsiz olmalıdır. Qurudulmuş məhsul nəm çəkdikdə xırtıldayan teksturasını itirir, yapışqanlaşa bilər ki, bu da çox vaxt keyfiyyətin pozulduğuna işarə edir. Məhsul açıq satılırsa, qablaşdırması dəyişdirilibsə və ya mənşəyi, idxalçısı barədə məlumat yoxdur­sa, belə hallarda ehtiyatlı davranmaq tövsiyə olunur”.

 

Nigar Orucova

 

İki sahil.- 2026.-  4 fevral, ¹8.- S.8.