Dostluq körpülərinin
qurulması
əsas çağırışlardandır
Dövlət başçısı İlham
Əliyevin Birləşmiş
Ərəb Əmirliklərinə
(BƏƏ) işgüzar səfəri
çərçivəsində keçirdiyi görüşlərdə,
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma
mərasimində səsləndirilən
fikirlər Azərbaycanın
qətiyyətli mövqeyinin,
ədalətə və
beynəlxalq hüquqa
söykənən müstəqil
siyasətinin uğurlarının
növbəti təqdimatı
oldu
Dövlət başçısı İlham
Əliyev tarixi Zəfərimizin və suverenliyimizin bərpasının
reallıqları fonunda
bu çağırışı
səsləndirmiçdir ki,
müstəqil, prinsipial
xarici siyasət bizim əsas istiqamətimizdir. Bundan sonra da xarici
siyasətdə geriyə
heç bir addım olmayacaq. Dostlarımızın bütün
qitələrdə sayı
artır. Biz indi, İkinci Qarabağ müharibəsindən
və suverenliyimizi bərpa edəndən sonra daha fəal
xarici siyasət aparacağıq. Vaxtilə
mövcud olmadığımız
bölgələrlə indi
çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri
nəzərdən keçirilir,
eyni zamanda, müxtəlif sahələrdə
əməkdaşlıq üçün
yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz
yerindədir və daha da inkişaf
edir və edəcək.
Ümumiyyətlə, istər Qərb, istərsə də Şərq dövlətləri
ilə qarşılıqlı
faydalı əməkdaşlıq
əlaqələrinin qurulması
müstəqil Azərbaycanın
xarici siyasətinin prioritet xəttini təşkil edir. Bunun üçün təkcə cari ilin ötən dövründə cənab
İlham Əliyevin xarici səfərlərinə,
iştirak etdiyi tədbirlərin mahiyyətinə
və say tərkibinə, keçirdiyi
görüşlərdə müzakirə olunan məsələlərlə bağlı
Azərbaycanın mövqeyinə
verilən önəmə
diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev ənənəvi olaraq hər il keçirilən
Davos Dünya İqtisadi Forumunun
56-cı iclasında iştirak
etdi, qarşı tərəflərin müraciətləri
əsasında bu və ya digər
ölkələrin, tanınmış
şirkətlərin liderləri
ilə görüşlər
keçirdi, dövrün
çağırışları ətrafında geniş fikir mübadiləsi apararaq Azərbaycanın bütün sahələrdə
malik olduğu imkanların əməkdaşlıq
əlaqələrinin genişləndirilməsinə
yeni üfiqlər açdığı diqqətə
çatdırıldı. Həmçinin
cənab İlham Əliyevin Forum çərçivəsində
“Euronews” televiziyasına
müsahibəsi Azərbaycan
həqiqətlərinin, dünyaya
nümunə olan sülh quruculuğu modelinin, ölkəmizin uğurlarını, müstəqil
siyasətini həzm edə bilməyən dairələrin atdıqları
addımları şərtləndirən
amillərin təqdimatı
oldu. Prezident İlham Əliyev həmin müsahibədə
Avropa Parlamentinin daim ölkəmizə tənqidi münasibətinə
Azərbaycanın reaksiyasına
diqqəti yönəldərək
bir daha bildirdi ki, biz
reaksiya verməyi dayandırmışıq. Keçmişdə
biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın
müstəqil siyasətini
həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının,
xüsusi qüvvələrin
fəaliyyətinin nəticəsidir.
Artıq uzun illərdir ki, biz Avropa Parlamenti
və Avropa Şurasının Parlament
Assambleyası ilə istənilən əməkdaşlığı
dayandırmışıq. Biz Avropa Komissiyası
ilə əməkdaşlıq
edirik və bununla kifayətlənirik.
Ermənistanın özünün
Azərbaycanla əlaqələri
yüksək qiymətləndirdiyi
bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana
qarşı “təcavüzkar
mövqedə” olmağımızda
ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə
salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin
üzvləri özlərində
cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini
yenidən nəzərdən
keçirəcəklər.
Bu fikirləri
xatırlatmağımız təbii ki, səbəbsiz deyil. Bu gün dünya
dövlət başçısı
İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na
layiq görülməsinin
fonunda bir daha Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil
siyasətinin, sülh
quruculunun uğurlu nəticələrinin şahidinə
çevrilib. Prezident İlham Əliyevin Birləşmiş Ərəb
Əmirliklərinə səfəri
çərçivəsində bu mükafatın təqdimolunma mərasimi keçirildi. Bu mərasim, eyni zamanda, Azərbaycan-Birləşmiş
Ərəb Əmirlikləri
münasibətlərinin də
dünəninə, bugününə
və gələcəyinə
bir baxış oldu. Bu fikirlər
iştirakçı ölkələrin
liderlərinin videomüraciətlərində
də öz əksini tapdı. Vurğulandı ki, Şeyx Zayed Mükafatı güclü
mənəvi mesaj daşıyır. O, qardaşlığın
təhlükəsizlik, inkişaf
və insan ləyaqətinin təmin edilməsi üçün
universal prinsip və praktiki təməl olduğunu bir daha təsdiqləyir.
Bu mükafat Şeyx Zayed bin Sultan Al Nəhyanın
dözümlülük, qarşılıqlı
hörmət və dinc birgəyaşayışa
əsaslanan davamlı
irsini təcəssüm
etdirir. Dövlətimizin
başçısı İlham
Əliyev çıxışında
“Dinlərarası dialoqun
inkişafına verdikləri
töhfəyə, həmçinin
sivilizasiyaların bir-birinə
daha da yaxınlaşması
istiqamətində göstərdikləri
səylərə görə
Əl-Əzhərin böyük
imamı, doktor Əhməd Əl-Tayyibə
və Roma Papası, Zati-müqəddəsləri
Leoya dərin minnətdarlığımı bildirmək istəyirəm.
Mərasimə ünvanladıqları
xoş müraciətlərində
bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini
vurğulayan bütün
həmkarlarıma da minnətdarlığımı bildirirəm. Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb
edir. Biz 30 ildən artıq müddətdə müharibə
şəraitində olmuşuq.
İndi isə artıq altı aydır ki, sülh şəraitində
yaşayırıq” söyləyərək
onu da əlavə
etdi ki, biz sülh şəraitində
yaşamağı öyrənirik.
Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz
müstəqillik əldə
edəndən bəri
heç vaxt sülh şəraitində
yaşamamışıq və
indi bunu sürətlə öyrənirik.
ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi
tarixi Zirvə Görüşündən sonrakı
altı ay tərəfdaşlıq, əməkdaşlıq
və uzunmüddətli,
dayanıqlı sülhə
doğru irəliləyiş
ayları olmuşdur. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar
olunmasına verdiyi töhfəyə görə
Amerika Birləşmiş
Ştatlarının Prezidenti
Donald Trampa da minnətdarlığını
bildirən cənab İlham Əliyev vurğuladı ki, o,
2025-ci il avqustun 8-də
üçtərəfli Zirvə
Görüşünə ev
sahibliyi etmişdir. Həmin Zirvə Görüşünün nəticəsi
olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış,
həmçinin Birgə
Bəyannamə imzalanmışdır.
Prezident Tramp şahid qismində həmin sənədi də imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə
son qoyulmuşdur.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev videomüraciətində
bu məqamı xüsusi qeyd etdi ki, bu
gün dəyişkən
dünyada məsuliyyətli
liderlərə, sarsılmaz
siyasi iradəyə və problemlərin dialoq vasitəsilə həllinə böyük
ehtiyac duyulur. Hazırkı mürəkkəb
beynəlxalq vəziyyətdə
bu tərzdə qəbul edilən ibrətamiz qərarlar dövlətlər və xalqlar arasında sabitlik bünövrəsini
və güclü etimad yarada bilər.
Lakin sülh kimi qiyməti olmayan nemət öz-özünə yaranmır.
Sülh cəsarəti,
digərini dinləmək
və ən çətin şəraitdə
belə güzəştlər
yolunu tapmaq, qəbul edilmiş qərarlar üzrə məsuliyyət daşımaq
bacarığını tələb
edir.
Tarix göstərir
ki, uzunmüddətli və dayanıqlı artım yalnız güzəştlər, qarşılıqlı
hörmət və ehtiram mühiti yolu ilə əldə
oluna bilər. Şeyx Zayedin “İnsan Qardaşlığı
Mükafatı”nın laureatlarını – Azərbaycan
Respublikasının Prezidenti
Zati-aliləri İlham
Əliyevi və Ermənistan Respublikasının
Baş naziri Zati-aliləri Nikol Paşinyanı səmimiyyətlə
təbrik etmək mənim üçün böyük şərəfdir.
Uzun sürmüş münaqişəni rasional
şəkildə həll
etmək və sülhə nail olmaq naminə həmin siyasi liderlərin birgə səyləri, heç şübhəsiz, bu nüfuzlu mükafata layiqdir. Əldə olunmuş razılaşma problemin həllində məsuliyyətli yanaşmanın,
bütöv regionumuzda
sabitliyin təmin edilməsi istiqamətində
atılmış tarixi
addımın bariz nümunəsidir. Biz istənilən mübahisənin,
münaqişənin yalnız
beynəlxalq hüquq və mehriban qonşuluq əsasında siyasi və diplomatik vasitələrlə
həllinin tərəfdarıyıq.
Birləşmiş Ərəb
Əmirliklərinin rəhbərliyinin
beynəlxalq arenada humanist təşəbbüslərin
fəal şəkildə
təşviqinə, dialoqun
ardıcıl şəkildə
gücləndirilməsinə, Əbu-Dabinin qlobal sülh mərkəzinə
çevrilməsinə verdiyi
olduqca dəyərli töhfəsinə görə
təşəkkürünü bildirən Şavkat Mirziyoyev bu əminliyi
ifadə etdi ki, bu cür
nəcib və mərhəmətli işlər
beynəlxalq ictimaiyyətin
sülhün və təhlükəsizliyin təmin
edilməsinə yönəlmiş
ümumi səylərinə
yeni təkan verəcək.
Dövlətimizin başçısı İlham
Əliyev mükafatlandırma
mərasimini və münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən
səylərimizin qiymətləndirilməsinin
olduqca ruhlandırıcı
olduğunu önə
çəkərək bu
çağırışı diqqətə çatdırdı
ki, bizim nümunəmiz öyrənilməli
və hələ də müharibə vəziyyətində olanlar
üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə,
əzablara və qarşılıqlı etimadsızlığa
baxmayaraq, sülh mümkündür. Hər
iki tərəfdən
güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən
dəstəkləndiyi halda,
sülh mümkündür.
Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən
biri də multikulturalizmi həyat tərzinə çevirməsidir.
Bunun üçün
tolerant, multikultural dətərlərin inkişafına
davamlı töhfələr
verən Azərbaycanın
bu istiqamətdə atdığı addımların
xronologiyasına diqqət
yetirmək kifayətdir.
Şərqlə Qərbin
qovuşağında yerləşən
ölkəmiz müxtəlif
dinləri, mədəniyyətləri
bir araya gətirərək onların
arasında körpü
rolunu oynayır. Bu baxımdan Azərbaycanın ərəb
dünyası ilə dərin tarixi-mədəni
bağlılığı var. Ərəb ölkələri də mütəmadi olaraq Azərbaycanın ərazi
bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. İslamofobiya meyillərinə
qəti şəkildə
qarşı çıxan
Azərbaycan 2008-ci ildə
Prezident İlham Əliyevin təşəbbüsü
əsasında başladılan
“Bakı Prosesi” sayəsində müsəlman
ölkələri ilə
Avropa dövlətlərinin
nümayəndələrini bir araya gətirməklə
mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə
güclü təkan verib. Məhz bu proses çərçivəsində
Azərbaycan tərəfindən
Ümumdünya Mədəniyyətlərarası
Dialoq forumları təşkil edilir.
Azərbaycanla müasir dünyada öz inkişafı ilə seçilən Birləşmiş Ərəb
Əmirlikləri arasında
əlaqələr yüksələn
xətlə inkişaf
edir. Bu gün Birləşmiş
Ərəb Əmirlikləri
tarixi köklərinə
möhkəm bağlı
qalmaqla yanaşı, gələcəyə də
inamla baxan, sülh və ahəngdar şəraitdə
yaşayan bir cəmiyyətin necə qurulması baxımından
həqiqətən də
bir çox ölkələr üçün
nümunədir.
Azərbaycan və BƏƏ neft kapitalının insan kapitalına çevrilməsi
çağırışını yüksək səviyyədə
yerinə yetirən ölkələrdir. Ötən
il Prezident İlham Əliyev Birləşmiş Ərəb
Əmirliklərinə üç
dəfə səfər
etdi. Qarşılıqlı
əməkdaşlıq çərçivəsində
BƏƏ Prezidenti Şeyx
Məhəmməd bin
Zayed Al Nəhyan da ölkəmizdə rəsmi səfərdə
oldu. Liderlərin intensiv təmasları Azərbaycan-BƏƏ münasibətlərinin
yüksələn xətt
üzrə inkişaf
etdiyini göstərir.
Bu görüşlər
yalnız siyasi dialoqu möhkəmləndirmir,
eyni zamanda, iqtisadi və hərbi əməkdaşlığın
da dinamikasını artırır. Azərbaycan
və BƏƏ arasında
energetika sahəsində
tərəfdaşlıq prioritet
istiqamətlərdən biridir.
2025-ci il iyulun 9-da imzalanmış “Hərtərəfli
İqtisadi Tərəfdaşlıq
Sazişi” isə ikitərəfli iqtisadi münasibətlərdə keyfiyyətcə
yeni mərhələnin
əsasını qoyub.
Dövlət başçısı
İlham Əliyevin Birləşmiş Ərəb
Əmirliklərinə səfəri
çərçivəsində iki ölkənin iqtisadi və hərbi sahədə əlaqlərinin inkişafına
xidmət edəcək
sənədlər imzalandı.
Həmçinin Prezident
İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin
Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin
hərbi qulluqçularının
iştirakı ilə
Əbu-Dabidə keçirilən
“Sülh Qalxanı –
2026” birgə əməliyyat-taktiki
təlimini izlədilər.
Təlimin əsas məqsədi ölkələrimizin
hərbi kontingentinin antiterror əməliyyatları
üzrə peşə
bacarıqlarını təkmilləşdirmək,
dayanıqlı sülhün
təmin olunmasına töhfə vermək və qarşılıqlı
təcrübə mübadiləsi
aparmaqdır.
Günümüzün reallığı budur ki, Azərbaycanın istər regionda, istərsə də dünyada nüfuzu gündən-günə artır.
Prezident İlham Əliyevin yürütdüyü
müdrik və uzaqgörən siyasət nəticəsində ölkəmiz
beynəlxalq aləmdə
etibarlı tərəfdaş
kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu
beynəlxalq təşkilatların
Azərbaycanla əməkdaşlıqda
maraqlı olmaları da təsdiqləyir. Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin
dünya ölkələrinin
liderlərinin isə Azərbaycana səfərləri,
heç şübhəsiz,
dövlətimizin beynəlxalq
əlaqələrinin genişlənməsinə
töhfəsini verməkdədir.
Strateji tərəfdaşlıq
səviyyəsinə yüksələn
Azərbaycan-BƏƏ münasibətində
yeni səhifə açan səfərlərdən
biri təbii ki, Birləşmiş Ərəb Əmirliklərinin
Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ötən il Azərbaycana reallaşdırdığı
rəsmi səfər oldu. Bu səfər
Azərbaycanın işğaldan
azad edilmiş ərazilərindən-Füzulidən başladı, Şuşada
Prezidentlərin görüşləri,
sənədlərin imzalanması
keçirildi. Prezidentlər,
həmçinin azad Şuşada, Füzulidə
həyata keçirilən
genişmiqyaslı bərpa-quruculuq
işləri ilə tanış oldular. Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti
Şeyx Məhəmməd
bin Zayed Al Nəhyanın ölkəmizə
rəsmi səfəri
çərçivəsində atılan addımlar iki ölkənin münasibətlərinin təqdimatında
əhəmiyyətli rol
oynamaqla yanaşı,
tarixi Zəfərimizin
yaratdığı reallıqlar
əsasında azad edilmiş ərazilərimizdə
görülən işləri
daha yaxından izləmək imkanı yaratdı. Bu, münasibətlərimizin yüksələn
xətlə inkişafının
göstəricilərindən biridir. Azərbaycana dost, tərəfdaş ölkələrin dövlət
başçılarının azad edilmiş torpaqlarımızda görülən
işlərlə maraqlanmaları,
eyni zamanda, bərpa-quruculuq işlərinə
dəstəkləri dövlətimiz,
xalqımız tərəfindən
yüksək dəyərləndirilir.
Ərəb Dövlətləri
Liqasının bütün
üzvləri Azərbaycanın
4 il sədrlik etdiyi Qoşulmama Hərəkatının da
üzvləridir. Ölkəmizin
ədalətə və
beynəlxalq hüquqa
əsaslanan siyasəti
qurumun beynəlxalq hüfuzunun artmasında əhəmiyyətli rol oynadı. Azərbaycanın
quruma sədrliyi dövrü mühüm addımlarla yadda qaldı.
Qısa təhlil
Azərbaycanın xarici
siyasətinin prioritetləri
olan sülh, təhlükəsizlik, əməkdaşlıq
çağırışlarının reallıqda özünün
aydın ifadəsini tapmasının təqdimatıdır.
Azərbaycan 30 il dünya güclərinin ikili standartlara əsaslanan siyasətini özünə qarşı
münasibətdə aydın
şəkildə görsə
də ruhdan düşmədi. Əksinə
sülh, ədalət,
beynəlxalq hüquq çağırışlarını davam etdirdi. Çünki ölkəmiz
hər bir məsələdə bu prinsiplərə söykənir,
onların ədalətli
həllinə öz töhfələrini verməyə
çalışıb, bu
gün də həmin siyasətini uğurla davam etdirir. “Zayed İnsan Qardaşlığı
Mükafatı”nın təqdim olunması mərasimində səsləndirilən
fikirlər də bunu təsdiq edir. Azərbaycana beynəlxalq baxış hər zaman yüksək səviyyədə
olub. Dünyada qütbləşmə prosesinin
getdiyi bir vaxtd ölkəmiz daim birləşdirici, sabitləşdirici actor kimi dünyanın diqqətində olub. Təkcə koronovirus infeksiyasına qarşı
mübarizə tədbirlərinin
aparıldığı dövrə
nəzər salmaq kifayətdir. Azərbaycan öncə türk dünyasının, sonra ümumilikdə dünyanın
birliyinə xidmət edən təşəbbüslərlə
çıxış etdi
və onu reallığa çevirdi.
Türk Dövlətləri
Şurasının, Qoşulmama
Hərəkatının koronovirus
infeksiyası ilə bağlı Zirvə Görüşləri keçirildi.
Qlobal problemlərin həllində birliyin, həmrəyliyin vacibliyi vurğulandı. Azərbaycanın
2024-cü ildə ev sahibliyi etdiyi COP29 tədbiri də mühüm məqamlıara
işıq saldı. Ölkəmiz bir daha çoxtərəfliliyin
tərəfdarı olduğunu
nümayiş etdirdi.
COP29 uğurlu nəticələri
ilə conrakı COP-lara geniş imkanlar, üfüqlər açdı. Bütün
bunların hamısı
Azərbaycanın ədalətli
mövqeyinin uğurlarıdır.
Azərbaycan 30 il ən yüksək
tribunalardan ədalət,
beynəlxalq hüquq çağırışını etdi. Bəzi dövlətlər bu çağırışları eşitməzdən gəldi,
beynəlxalq hüququn
mövcudluğunu belə
şübhə altında
qoydular. Təbii ki, maraqlar ədaləti,
beynəlxalq hüququ
üstələyəndə bu yanaşmaların olacağı heç kimdə təəccüb
doğurmur. Dövlət
başçısı İlham
Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsində də
bu reallıqlara xüsusi diqqət yönəltmişdir. Bildirmişdir
ki, biz elə
bir vəziyyətlə
üzləşirik ki,
beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün
üzvləri üçün
artıq mütləq
görünmür. Buna
görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə
etməkdən ibarət
idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün
hesab etdiyimizi həyata keçirmək idi. Gördüyümüz
hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün
bərpası beynəlxalq
hüquqa və ümumi dəyərlərə
uyğun idi. Beləliklə, beynəlxalq
münasibətlər bu
gün yeni eraya qədəm qoyur. Bu erada
vəziyyəti qanunun
aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın
müxtəlif yerlərində
görə bilərik.
Buna görə o, bir daha göstərir
ki, hər ölkə öz strategiya və siyasətini özünün
potensialına uyğunlaşdırmalıdır,
o cümlədən mümkün
qədər çox ölkələrlə, ilk
növbədə öz
bölgəsində, sonra
isə qlobal müstəvidə yaxşı
münasibətlər qurmalıdır.
Azərbaycan məhz buna nail oldu.
Ümumiləşdirilmiş
şəkildə qeyd
edə bilərik ki, Azərbaycan illərdir sülh istədi və bi istiqamətdə ardıcıl səylər
göstərdi və buna nail oldu.
Vaşinqton sülh razılaşması tariximizə
Azərbaycanın sülh
siyasətinin uğurlu
nəticəsi kimi yazıldı. “Zayed İnsan Qardaşlığı
Mükafatı”nın təqdim olunması mərasimində bu mükafatın laureatlarını
videomüraciət əsasında
təbrik edən liderlər bir daha vurğuladılar ki, bu, sadəcə,
siyasi və diplomatik addım deyil, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin
və qarşılıqlı
etimadın gücləndirilməsinə
xidmət edən həqiqətən də tarixi bir nailiyyətdir.
Bu nailiyyət bir daha sübut
edir ki, siyasi cəsarət səmimi iradə ilə birləşdikdə
münaqişəni fürsətə,
sülhü isə daimi seçimə çevirmək mümkündür.
Yeganə Əliyeva
İki sahil.- 2026.- 6 fevral, ¹9.- S.2.