Strateji tərəfdaşlığa
əsaslanan Azərbaycan-BƏƏ
əlaqələri yüksələn xətlə inkişaf edir
Son illərdə Azərbaycanın Avropa, türk dövlətləri ilə yanaşı, ərəb dünyası ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin bu ölkələrə, həmçinin o ölkələrin liderlərinin Azərbaycana səfərlərinin dinamikliyi əlaqələrimizin yüksələn xətlə inkişafından xəbər verir.
Ötən il
Birləşmiş Ərəb
Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri, eyni zamanda, dövlətimizin başçısı İlham
Əliyevin bu ölkəyə işgüzar
səfəri oldu. Şeyx Məhəmməd
bin Zayed Al Nəhyanın Azərbaycana
rəsmi səfəri
dost ölkənin Prezidentinin işğaldan azad edilmiş ərazimizdə, Füzuli
Beynəlxalq Hava Limanında qarşılanması
ilə yadda qaldı. Qarabağın tacı, diplomatik mərkəzə çevrilən
Şuşa Azərbaycan
və Birləşmiş
Ərəb Əmirlikləri
prezidentlərinin təkbətək
və geniş tərkibdə görüşlərinə,
sənədlərin imzalanmasına
şahidlik etdi. İki ölkə arasında imzalanan sənədlər əlaqələrin
gələcək inkişafında
yol xəritəsi oldu.
İki ölkənin
birgə səyləri
nəticəsində Azərbaycan-BƏƏ
əlaqələri bundan
sonra da yüksələn xətlə
inkişaf edəcək.
Bu baxımdan dövlətimizin başçısının
fevralın 2-də Birləşmiş
Ərəb Əmirliklərinə
işgüzar səfəri
özündə bütün
məqamları ehtiva edir. Prezident İlham Əliyev səfər çərçivəsində
Əbu-Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Müsəlman Ağsaqqalları Şurasının
baş katibi Məhəmməd Əbdülsalam
ilə görüşdü.
Azərbaycan-BƏƏ ikitərəfli
əlaqələrinin strateji
tərəfdaşlığa əsaslandığı vurğulandı,
ölkələrimiz arasında
əməkdaşlığın bütün sahələrdə,
o cümlədən siyasi,
iqtisadi, enerji, həmçinin bərpaolunan
enerji, mədəni, humanitar və digər istiqamətlərdə
inkişafından məmnunluq
ifadə olundu. Münasibətlərimizin genişlənməsində
hər iki Prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin,
görüşlərinin önəmi
vurğulandı.
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
O qeyd edib
ki, Azərbaycan ilə BƏƏ arasında
diplomatik münasibətlər
1992-ci ildə qurulub. Ölkələrimiz arasında
əlaqələr əsasən
beynəlxalq təşkilatlar,
xüsusilə də
BMT və İslam Əməkdaşlıq Təşkilatı
çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin
inkişafı, iki ölkə arasında münasibətlərin yeni
istiqamətlər üzrə
imkanların yaradılması
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonrakı
dövrə təsadüf
edir. Qarşılıqlı
dostluq və hörmət prinsiplərinə
əsaslanan Azərbaycan-BƏƏ
əlaqələri hər
zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkir.
“Azərbaycan-BƏƏ əlaqələrinin inkişafında
enerji sektorunun xüsusi payının olması şübhəsizdir.
Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm
rol oynayan Azərbaycan bu sahədə imkanlarını
daha da şaxələndirir
və elektrik enerjisi, əsasən də yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi
planlaşdırır. O da
məlumdur ki, iqlim diplomatiyasında dönüş nöqtəsi
kimi dəyərləndirilən,
dünyanı Bakıya
toplayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
- COP29-un Azərbaycanda keçirilməsi
barədə qərar
da məhz BƏƏ-də qəbul edilmişdir. İki ölkə arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq
yüksək səviyyədədir”,
- deyə deputat bildirib.
O deyib: “Ölkələrimiz
arasında əlaqələrin
inkişafında hüquqi
baza olan sənədlərin imzalanması
xüsusi əhəmiyyət
kəsb edir. Dövlətimizin başçısının
BƏƏ-yə işgüzar
səfəri zamanı
da prezidentlərin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə
məxsus qeyri-nəzarət
payının müəyyən
hissəsinin Əbu-Dabi
Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə
satışı ilə
bağlı alqı-satqı
müqaviləsinə dair
sənəd imzalandı.
Həmçinin Azərbaycan
Müdafiə Nazirliyi
ilə BƏƏ Müdafiə
Nazirliyi arasında müdafiə əməkdaşlığı
razılaşması barədə
niyyət məktubu da imzalandı. Prezidentlərin görüşündə
bu sənədlərin
ölkələrimiz arasında
əlaqələrin daha
da inkişafına təkan verəcəyinə
əminliklər ifadə
edildi”.
Deputat qeyd
edib ki, sözügedən səfər
çərçivəsində fevralın 3-də Prezident
İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin
Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı Qüvvələrinin
hərbi qulluqçularının
iştirakı ilə
Əbu-Dabidə keçirilən
“Sülh Qalxanı –
2026” birgə əməliyyat-taktiki
təlimini izlədilər.
Yaşayış məntəqəsi,
dağlıq ərazi
və dəniz mühitində keçirilən
birgə təlimdə
qanunsuz silahlı dəstələrin aşkarlanaraq
zərərsizləşdirilməsi, ələ keçirilmiş
gəmi üzərində
nəzarətin bərpası,
terrorçu ünsürlərin
zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi,
yaşayış məntəqəsində
ictimai təhlükəsizliyə
təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının
alınması, eləcə
də yanğınsöndürmə
fəaliyyətləri üzrə
tapşırıqlar yerinə
yetirildi. Təlimin əsas məqsədi ölkələrimizin hərbi
kontingentinin antiterror əməliyyatları üzrə
peşə bacarıqlarını
təkmilləşdirmək, dayanıqlı sülhün
təmin olunmasına töhfə vermək və qarşılıqlı
təcrübə mübadiləsi
aparmaqdır.
V.Rəhimzadə vurğulayıb ki, səfər çərçivəsində
Prezident İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın
görüşü də
diqqətdə oldu. Tərəflər ABŞ Prezidenti
Donald Trampın ev sahibliyi və
şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin
həyata keçirilməsi
istiqamətində əldə
olunan irəliləyişi
alqışladı, Ermənistan
və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində
müsbət dinamikanın
qorunub saxlanmasının
vacibliyini, hər iki cəmiyyətin sülhün faydalarına
real həyatda şahid olduqlarını vurğuladılar. Görüşdə
tərəflər vətəndaş
cəmiyyəti nümayəndələrinin
qarşılıqlı səfərlərini
alqışlayaraq etimad
quruculuğu tədbirlərinin
genişləndirilməsinin zəruriliyi, ikitərəfli
normallaşma prosesinə
dəstək məqsədilə
təmasları davam etdirmək barədə razılığa gəldilər.
“Azərbaycan hər zaman sülh, əməkdaşlıq,
birlik, təhlükəsizlik
çağırışları ilə diqqətdədir. Azərbaycan qütbləşən
dünyada yeni əməkdaşlıq formatlarının
yaradılmasına çağırışlar
edərək birliyin, həmrəyliyin yaradılmasına
çalışır. Ölkəmiz
addım-addım tarixi
sülh razılaşmasına
nail oldu. Ötən ilin iyulunda dövlətimizin başçısının Birləşmiş
Ərəb Əmirliklərinə
işgüzar səfəri
çərçivəsində də Azərbaycan və Ermənistan liderləri Əbu-Dabi şəhərində bir
araya gəlmişdilər.
Həmin görüş
regionda dayanıqlı
sülhün və təhlükəsizliyin təmin
edilməsinə doğru
atılmış addım
kimi dəyərləndirildi.
Görüşün konstruktiv,
qarşılıqlı anlaşma
mühitində keçməsi
bir daha təsdiqlədi ki, hər iki tərəf
real nəticələrin
əldə edilməsində
maraqlıdır. Bu səfərin ardınca dövlətimizin başçısı
İlham Əliyevin avqustun 8-də ABŞ-a reallaşdırdığı
işgüzar səfər
tarixi sülh razılaşması ilə
yadda qaldı. Ümumiyyətlə, regionda
sülhə, sabitliyə
aparan yolun xəritəsinin məhz Azərbaycan tərəfindən
tərtib edilməsi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin,
daim haqqın tərəfində olduğumuzun
təqdimatıdır. Azərbaycan
hər zaman sülhə hazırdır
və bunu sözdə deyil, əməldə təsdiqləyir”,
- deyə deputat bildirib.
İki sahil.- 2026.- 6 fevral, ¹9.- S.3.