DOST-dan 98 faiz məmnunuq

 

Rekord xidmət, beynəlxalq tanınma

 

2025-ci ildə DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə ötən dövrdə 4,1 milyondan çox vətəndaşa xidmət göstərilib. Vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 98 faizdən çoxdur.

Bunu DOST Agentliyində 2025-ci ilin yekunları 2026-cı il üzrə hədəflərə dair keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.

Qeyd olunub ki, DOST Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb 2019-cu ilin may ayında ilk DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası vətəndaşlara 162 dövlət sosial xidmətininbir pəncərə”dən, modern çevik, şəffaf mexanizmlər üzərində təqdim edilməsinə imkan verir.

Mətbuat konfransında DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində işlərin davam etdiyi vurğulanıb. Bildirilib ki, 2025-ci ildə Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər Füzuli xidmət məntəqələri, bu ay isə Tərtər filialı istifadəyə verilib. Ümumilikdə indiyədək Bakı bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, “Smart DOST” xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işləri aparılır. 2030-cu ilədək 14 regional DOST mərkəzi 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub.

DOST Çağrı Mərkəzi 142 tərəfindən 2025-ci ildə 1,5 milyon, ümumən ötən dövrdə isə 8,3 milyondan çox vətəndaş müraciəti cavablandırılıb. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 95% təşkil edib. Çağrı Mərkəzinə zəng edənlərin cavab üçün orta gözləmə müddəti 51 saniyə, orta xidmət müddəti isə 3 dəqiqə 7 saniyə olub.

Fərid Məmmədov DOST Agentliyinin fəaliyyətinin beynəlxalq arenada da yüksək qiymətləndirildiyini qeyd edib. Bildirib ki, Agentlik indiyədək 36 beynəlxalq keyfiyyət mükəməllik sertifikatına layiq görülüb. Ötən il DOST modelinin Rumıniya, Serbiya Xorvatiyada tətbiqi məqsədilə bu ölkələrin müvafiq qurumları ilə işgüzar əlaqələr qurulub, "bir pəncərə" sisteminin tətbiqi istiqamətində Özbəkistan Moldova ilə əməkdaşlıq davam etdirilib.

Hesabat dövründə, həmçinin DOST Agentliyinin təşəbbüsü ilə Bakıda “SOCGOV 2025: Süni intellekt insan transformasiya üçünadlı beynəlxalq konfrans keçirilib. 20 ölkədən 430 nəfərə yaxın şəxsin iştirak etdiyi konfransın məqsədi yerli beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsi olub.

Mətbuat konfransında 2026-cı il üzrə qarşıda duran hədəflərdən bəhs olunub, media nümayəndələrinin sualları cavablandırılıb.

Daha sonra DOST Agentliyinin 3 istiqamət

- Böyük Britaniyanın “GCL International” sertifikatlaşdırma təşkilatının ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi) ISO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi şikayətlərin idarəedilməsi),

- Türkiyənin “MSC” sertifikatlaşdırma təşkilatının ISO 37001:2025 (Korrupsiyaya qarşı idarəetmə sistemi)

üzrə layiq görüldüyü sertifikatlar sertifikalaşdırma təşkilatlarının nümayəndələri tərəfindən Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədova təqdim olunub.

DOST Agentliyi hər üç istiqamət üzrə bütün mərhələləri uğurla keçib. ISO sertifikatları 2028-ci ilin sonunadək etibarlıdır. Bu standartların tətbiqi DOST Agentliyi DOST mərkəzlərinin işini daha da yaxşılaşdırmağa, xidmət keyfiyyətini yüksəltməyə imkan verəcək.

Xatırladaq ki, 2022-ci ildə DOST Agentliyi LRQA sertifikatlaşdırma təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2026.-  6 fevral, ¹9.- S.5.