Uşaqları rəqəmsal təhlükələrdən

NECƏ QORUYAQ?

 

Bir neçə saniyəlik videolar, uzunmüddətli təsirlər...

 

Məlumdur ki, rəqəmsal mühit müasir dövrdə informasiya əldə etməyi, əyləncəni öyrənmə prosesini daha əlçatan edib. Bir neçə saniyəlik videolarla uşaqlar yeni biliklər qazana, dil öyrənə, yaradıcılıq bacarıqlarını inkişaf etdirə bilirlər. Xüsusilə “YouTube Shorts”, “TikTok oxşar platformalar sürətli cəlbedici formatı ilə uşaqlar üçün asan istehlak olunan məzmun təqdim edir.

Lakin bu rahatlığın fonunda diqqətdən qaçan valideynlərin əksəriyyətinin narahatlığına səbəb olan mühüm bir məqam var- rəqəmsal platformaların alqoritm mexanizmi. Belə ki, sosial media platformaları istifadəçinin əvvəlki izləmə tarixçəsinə, bəyəndiklərinə izləmə müddətinə əsaslanaraq məzmun tövsiyə edir. Bu isə o deməkdir ki, azyaşlılar valideynlərinin telefonundan istifadə edərək sosial media platformalarında videolar izləyərkən həmin platformalardakı videolar təkcə uşağın maraqlarına deyil, eyni zamanda, böyüklərin əvvəlki istifadə vərdişlərinə görə formalaşır. Nəticədə uşaq üçün uyğun olmayan, yaşına zidd ya psixoloji baxımdan zərərli məzmunlar “YouTube Shorts”, “Tik Tok ya digər platformaların lentində asanlıqla qarşıya çıxa bilir.

Xüsusilə qısa video formatı riskləri daha da artırır. Çünki “Shorts” videolarında nəzarət zəifdir, məzmun sürətlə dəyişir bir videodan digərinə keçid saniyələr içində baş verir. Uşaq izlədiyini tam dərk etmədən ard-arda fərqli, bəzən isə aqressiv, qorxu yaradan ya etik çərçivələri aşan videolarla qarşılaşa bilər.

Mütəxəssislərin fikrincə, bu vəziyyətdə valideynlərin ilk addımı platformaların texniki imkanlarını düzgün istifadə etməkdir. YouTube”da məhdud rejim, uşaq profilləri “YouTube Kidstətbiqi alqoritmin daha təhlükəsiz istiqamətdə işləməsinə kömək edir. Eyni zamanda, valideynin şəxsi hesabı ilə uşağın baxış tarixçəsinin ayrılması tövsiyə olunur ki, uşaqların maraq dairəsindən kənar məzmunlu videolarla digər məzmunlar qarışmasın. Digər vacib məqam isə uşağın izlədiyi məzmunla bağlı açıq ünsiyyətin qurulmasıdır. Nəzərə alımalıdır ki, texniki nəzarət təkbaşına kifayət etmir. Alqoritmin işləmə mexanizmiminə diqqət yetirdikdə görünən odur ki, müvafiq videoların məzmunundan kənar başqa bir video izlənildiyi zaman alqoritm avrtomatik pozulur uşaqlar üçün xüsusi seçilmiş məzmunlardan əlavə digər videolar da onların qarşısına çıxmağa başlayır. Nəzərə alsaq ki, rəqəmsal mühitdə kifayət qədər çox zorakılıq, şiddət digər qeyri-etik məzmunlar ehtiva edən videolar mövcuddur sosial media platformasından istifadə edən istənilən uşağın alqoritmin dəyişməsi ilə bu kimi məzmunları izləməsi mümkündür. Bu səbəbdən uşağın izlədiyini bilmək, gördüyü videolar haqqında onunla danışmaq izah vermək rəqəmsal risklərin təsirini azaltmağa kömək edir.

Rəqəmsal mühit uşaqlar üçün böyük imkanlar yaratmaqla yanaşı, valideynlər üçün yeni çağırışlar formalaşdırır. “YouTube Shortskimi platformalarda təhlükəsiz məzmun axınının təmin edilməsi isə həm texnologiyanın düzgün istifadəsindən, həm ailədaxili rəqəmsal mədəniyyətin formalaşmasından asılıdır.

Media eksperti Səbinə İzzətli mövzu ilə bağlıİki sahil”ə açıqlamasında bildirdi ki, uşaqlar əksər vaxt sosial media platformalarına valideynlərinin telefonları vasitəsilə çıxış əldə edirlər: “Valideynlərin telefonundan “YouTube Shorts, yəni qısa “YouTube” videoları izləyirlər bunun kimi digər qısa videoların yayımlandığı platformalardakı videoları izləmiş olurlar. Amma nəzərə almaq lazımdır ki, “YouTube” digər oxşar media platformaları alqoritm əsaslı işləyir istifadəçinin əslində əvvəlki baxış davranışına əsasən məzmun tövsiyə edir. Bu səbəbdən uşağın əslində bir neçə saniyəlik baxdığı bir video sonradan uşaq üçün uyğun olmayan məzmunların artmasına gətirib çıxara bilir. Ona görə hesab edirəm ki, valideynlər ilk növbədə uşaqlar üçün ayrı rəqəmsal mühit yaratmalıdırlar. Mümkün olduğu hallardaYoutube Kidskimi uşaqlar üçün nəzərdə tutulan platformalardan istifadə etməlidirlər. Orada yaş filtrləri var, yəni yaş aralığını seçmək valideyn nəzarətini aktivləşdirilmək mümkündür.”

Səbinə İzzətlinin sözlərinə görə, əgər hər kəs üçün nəzərdə tutulmuşYouTube”dan istifadə olunursa, valideynlər mütləq şəkildə uşaq üçün ayrıca hesab yaratmalı, valideynin hesabına daxil olunmamalıdır: “Bununla yanaşı, uşağın baxış axtarış tarixçəsi, mütəmadi yoxlanmalıdır uyğun olmayan videolarmarağımda deyilşəklində yeni seçimlərlə uzaqlaşdırılaraq tənzimlənməlidir. Xüsusilə Shortsformatı fərqli nəzarətsiz keçidlər yaratdığı üçün bu kimi addımlar rəqəmsal mühitin təhlükəsizliyini təmin etməkdə mühüm rol oynayır. Bundan əlavə, hesab edirəm ki, “ekran müddətiməhdudlaşdırılmalıdır, yəni videoların avtomatik işə salınması mütləq şəkildə söndürülməlidir, fasilə xatırlatmaları aktiv edilməlidir. Bununla yanaşı, valideynlər maarifləndirici uşaqlara uyğun videolara baxış edərək alqoritmi düzgün istiqamətləndirməlidirlər.

Sonda qeyd etməkdə fayda var ki, texniki nəzarətlə yanaşı valideynlər uşaqlar ilə birlikdə onların baxdıqları videoları, məzmunları izləməli həmin kontenti, müzakirə etməli, izah etməlidirlər. Bu davranış uşaqların media savadlılığının formalaşması baxımından çox əhəmiyyətlidir.”

 

Şahnigar Əhmədova

 

İki sahil.- 2026.-  6 fevral, ¹9.- S.8.