Qisas qiyamətə qalmadı:
İlahi ədalət öz yerini tapdı
Əllərini xalqımızın qanına
batırmış qatillər
Azərbaycan qanunları
ilə mühakimə
edildilər və layiqli cəzalarını
aldılar
İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, işğalçı dövlət hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradıldı. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşayiət olundu.
2021-ci ilin noyabr
ayında sərhəddə
birinci silahlı toqquşmalar baş verdi. Müharibədən
sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabr ayında
sərhəddə oldu.
2023-cü ilin mart ayında Azərbaycanın
Qarabağ bölgəsində
yerləşən Ermənistan
silahlı qüvvələrinin
birləşmələri, qeyri-qanuni
erməni silahlı dəstələri Şuşa
istiqamətində təxribatlar
törətdi, aprel və may ayında
isə şərti dövlət sərhədi
istiqamətində Azərbaycan
ordusunun mövqeləri
atəşə tutuldu.
Reallıq budur ki, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata
zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı
qüvvəsini və
texnikasını bizim
ərazimizdən çıxarmadı.
2023-cü ilin 19-20 sentyabr
tarixlərində Azərbaycan
Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində
suverenliyimizi tam bərpa olundu. Cəmi 23 saat 43 dəqiqə ərzində
erməni separatçıları
ağ bayraq qaldırmağa məcbur oldular. Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bu məqamı da xüsusi qeyd etdi: “Biz kriminal
rejimin ünsürlərini,
başda duranlarını
ittiham etmişik, biz onları məsuliyyətə cəlb
edirik və edəcəyik. Bəziləri
artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar. Antiterror tədbirlərinin
bir gün ərzində uğurla başa çatdırılması
yenilməz ordumuzun malik olduğu imkanların təqdimatı
oldu.”
Antiterror tədbirlərindən
sonra Azərbaycanın
hüquq-mühafizə orqanları
Qarabağda qondarma qurumun "prezidentləri"
olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət
naziri" Ruben Vardanyanı həbs edərək Bakıya gətirdi. İstintaqı
Baş Prokurorluq və DTX əməkdaşlarından
ibarət birgə istintaq qrupu tərəfindən aparılan
cinayət işi üzrə separatçı
rejimin ümumilikdə
15 nəfər üzvü
məsuliyyətə cəlb
olundu. Separatçılar
sülh və insanlıq əleyhinə,
müharibə cinayətlərində,
terrorçuluqda, terrorçuluğu
maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə
yaratmaqda və digər cinayət əməllərində təqsirləndirilirlər.
Bu qatillər bir zamanlar Qarabağda,
digər işğal etdikləri ərazilərimizdə
azərbaycanlılara divan
tutmaları, o cümlədən
Gəncədə, Tərtərdə,
Bərdədə terror
törədərək mülki
insanlarımızı qətlə
yetirmələri ilə
öyünürdülər. Vətən müharibəsində
Araikin Gəncəni vurmaq əmrini özünün verdiyini necə əda ilə videokamera önündə etiraf etməsini hər kəs xatırlayır. Separatçının qatil
xələfi Serjik Sarkisyan da 2000-ci ildə britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində
Xocalı soyqırımını
törətmələrini boynuna
almış, yüzlərlə
günahsız insanın
ölümünə səbəb
olduğuna görə
heç bir peşmanlığı olmadığını
həyasızcasına dilə
gətirmişdi. Canilər
elə düşünürdülər
ki, xalqımıza qarşı törətdikləri
bu qanlı əməllər cəzasız
qalacaq. Beynəlxalq ictimaiyyətin bu cinayətlərə göz
yumması, susqunluğu
isə erməni qatillərini daha da ruhlandırırdı. Amma Azərbaycan hər zaman bəyan edirdi ki, torpaqlarının işğalı, etnik təmizləmə ilə
barışmayacaq, xalqımıza
qarşı qətliamlar,
soyqırımlar törədən
qatilləri, terrorçuları
cəzasız qoymayacaq.
Budur, artıq
ilahi ədalət öz yerini tapdı. Ermənistanın
Azərbaycana qarşı
hərbi təcavüzü
nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər,
müharibə cinayətləri,
o cümlədən təcavüzkar
müharibənin hazırlanması
və aparılması,
soyqırımı, müharibə
qanunlarını və
qaydalarını pozma,
habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə,
hakimiyyəti zorla ələ keçirmə,
onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan
Respublikasının vətəndaşları
Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit
İşxanyan, David Babayan,
Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində
təqsirləndirilən şəxslərə
hökm oxunub. Hökmə əsasən təqsirləndirilən Araik
Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan qəti olaraq ömürlük azadlıqdan
məhrum etmə cəzasına məhkum olunublar. Həmçinin qeyd edilib ki,
təqsirləndirilən Arkadi
Qukasyanın, Bako Saakyanın ömürlük
azadlıqdan məhrumetmə
növündə cəza
nəzərdə tutan
cinayətlərin törədilməsində
ittiham olunmasına və həmin ittihamların məhkəmə
istintaqı zamanı sübuta yetirilməsinə
baxmayaraq, yekun məhkəmə qərarı,
yəni hökm çıxarılanadək həmin
təqsirləndirilən şəxslər
65 yaşına çatdığı
üçün Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsinin tələblərinə
əsasən onlara ömürlük azadlıqdan
məhrumetmə cəzası
təyin edilə bilməz. Hökmə əsasən təqsirləndirilən
Arkadi Qukasyan və Bako Saakyan
qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə
cəzasına məhkum
ediliblər. Hökmə
əsasən təqsirləndirilən
Madat Babayan isə qəti olaraq 19 il müddətinə
azadlıqdan məhrumetmə
cəzasına məhkum
edilib. Həmçinin,
Ermənistan vətəndaşlarının
məhkəməsində daha
7 nəfər təqsirləndirilən
şəxs müxtəlif
müddətlərə azadlıqdan
məhrum edilib. Hökmə əsasən Melikset Paşayan 19 il, Qarik Martirosyan
18 il, Davit Allahverdiyan 16 il, Levon Balayan 16 il, Vasili Beqlaryan
15 il, Qurgen Stepanyan 15 il, Erik Qazaryan 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək
ki, təqsirləndirilən
şəxslərin məhkəməsində
şahidlərin verdikləri
ifadələr, onların
etirafları əsasında
gizli qalan bir sıra məsələlər
üstü açıldı,
separatçıların həyata
keçirdikləri cinayətlər
ifşa olundu və sübuta yetirildi. Bakı Hərbi Məhkəməsində
Ermənistan Respublikası
vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə
iclaslarında təqsirləndirilən
şəxslərin ayrı-ayrılıqda
cinayətkar birliyin tərkibindəki rollarını
təsdiq edən sənədlər və sübutlar elan olundu. Proses zamanı separatçıların
işlədikləri cinayətlər
bir-bir özləri tərəfindən etiraf edildi.
Məlum olduğu
kimi, separatçıların
“lideri” Araik Arutyunyanın 1991-ci ilin dekabr ayında cinayətkar birliyə qoşulmaqla 20 sentyabr
2023-cü ilədək olan
müddət ərzində
cinayətkar birliyin tərkibində müxtəlif
funksiyaları icra etməklə cinayətkar
birlik tərəfindən
törədilmiş bütün
cinayətlərdə bilavasitə
və dolayı yolla iştirak etməsi məhkəmə
iclasında tədqiq olunmuş sübutlarla təsdiqlənib. Tədqiq
edilmiş materiallardan
birinə əsasən,
Araik Arutyunyanın
1990-cı illərdə Azərbaycana
qarşı törədilən
cinayətlərdə qardaşı
ilə birlikdə iştirak etdiyi, habelə Kərkicahan qəsəbəsində, Xocalıda
gedən döyüşlərə
qatıldığı təsdiqini
tapıb. Qeyd edilənlər onun sıravi iştirakçı
olmadığını, düşmən
ordusunun döyüş
qabiliyyətinin təmin
edilməsində, silahlı
dəstələrin fasiləsiz
təchizatında və
onların qanunsuz silahlı əməliyyatlar
aparmaq imkanlarının
saxlanılmasında birbaşa
rol oynadığını
sübut edir. O, Azərbaycan xalqına, xüsusilə dinc əhaliyə qarşı
çoxsaylı cinayətlərin,
terror aktlarının
törədilməsində iştirak etməklə yanaşı, qeyd edilən əməllərini
sosial şəbəkələr
vasitəsilə dünyaya
çatdırmaqdan da
çəkinməyib. Bir
sözlə, insanlıq
əleyhinə müharibə
cinayətlərinin hamısında
Arutyunyanın və onun “silahdaşlarının”
iştirakı sənədlərlə
sübut olunub.
Onu da vurğulayaq ki, üç ilə yaxın bir müddətdə bəzi
qərəzli Qərb
təsisatlarının separatçıların
həbsi ilə bağlı məsələdə
riyakarlığı müşahidə
edilirdi. Ancaq onların bu çirkin davranışları
heç nəyi dəyişdirmək iqtidarında
olmadı. Azərbaycan
dövləti həmin
terrorçuları beynəlxalq
hüquq və qanunlar çərçivəsində
mühakimə etdi. Qondarma rejimin rəhbərlərinin cinayət
məsuliyyətinə cəlb
edilməsi ilə bağlı məsələ
ölkəmizin daxili işidir və heç zaman sülh gündəliyinin predmeti olmayıb. Əliqanlı separatçılar,
bir zamanlar Qarabağda at oynadan qondarma qurumun təlxək “prezidentləri”, “deputatları”,
“nazirləri” törətdikləri
cinayət əməllərinin
layiqli cəzasını
aldılar.
Sevinc Azadi
İki sahil.- 2026.- 6 fevral, ¹9.- S.7.