Dövlətimizin sülh quruculuğu missiyası

dünya üçün nümunəvi modeldir

 

Dövlət başçısı İlham Əliyev  2026-cı il üçün "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görüldü. Mükafatın Qafqazda onilliklər ərzində davam edən münaqişəyə humanitar əzablara son qoyan - "Azərbaycan Respublikası Ermənistan Respublikası arasında sülhün dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilməsi Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir. 2026-cı ilin mükafatçıları dialoq birgəyaşayış sahəsində tanınmış şəxslər mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.

Bu il "Zayed İnsan Qardaşlığı Mükafatı" Komitəsi Ermənistan Azərbaycan arasında tarixi sülh müqaviləsini seçdi. Bu müqavilə mükafatın dialoq birgəyaşayış mədəniyyətinin təşviqi inkişaf etdirilməsi sahəsindəki missiyasını məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ böyük diplomatik nailiyyət hesab olunur.

Qeyd edək ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" dünyada sülh, həmrəylik dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. Bu mükafatlar yalnız müstəsna xidmətləri olan şəxsiyyətlərə verilir. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi dövlətimizin qlobal miqyasda sülh quruculuğu prosesindəki artan roluna beynəlxalq səviyyədə verilən yüksək qiymətin göstəricisidir. Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirildi. Prezident İlham Əliyev mərasimdəki çıxışında "Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan ən uğurlu ölkələrindən birinə çevirmişdir" söyləyərək onu da əlavə etdi ki, əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi davamlı müasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə inamla baxan, sülh ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən bir çox ölkələr üçün nümunədir. Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarına  minnətdarlığını bildirən dövlətimizin başçısı vurğuladı ki, bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı  vurğulayıb ki,  Prezident İlham Əliyev çıxışında bir daha dünya ictimaiyyətinə çağırışı etdi. Bildirdi  ki,  bizim nümunəmiz öyrənilməli hələ müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu həmin proses dost ölkələr beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür. Bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirildi.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun, Prezident İlham Əliyevə böyük etimadın təqdimatı olan hər bir mühüm addım  dünənimizə bugünümüzə  baxış keçirməyi  bir zərurət kimi qarşıya qoyur. Tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpasından sonra bu kimi mühüm addımlar, qərarlar davamlılığı ilə diqqətdədir. Otuz il işğal altında qalan torpaqlarını 44 gündə işğalçılardan təmizləməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməsi Azərbaycanın malik olduğu imkanların, ən əsası ədalətə beynəlxalq hüquqa söykənən məqsədyönlü siyasətinin  nəticəsidir. Azərbaycan hər zaman dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edib bunu sözdə deyil, əməldə təsdiqləyir. Yerləşdiyi coğrafi məkana görə ölkələri, xalqları bir araya gətirən Azərbaycan, eyni zamanda, beynəlxalq arenada qlobal problemlərin həllinə böyük töhfələr verən ölkə kimi tanınır.

Milli Məclisin deputatı bildirib ki, tarixi Zəfərimizdən dərhal sonra ölkəmiz regionda dayanıqlı sülhün təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini etdi. Lakin Ermənistan müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasından yayındı, prosesin  uzanması üçün cəhdlər göstərdi. Məlumdur ki, 2023-cü il  sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzində rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu, bütün ərazilərimizdə suverenliyimiz tam bərpa edildi. Tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir.

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət döyüş meydanında qazanılan qələbənin uzaqgörən diplomatik səylərlə  möhkəmləndirilməsinin vacibliyini bir daha sübut etdi. Dövlətimiz tarixi qələbə qazanmaq, ərazi bütövlüyünü suverenliyini tam bərpa etməklə yanaşı, həm regionda yeni geosiyasi reallıq yaradaraq uzunmüddətli sülhün təməlini qoydu. Azərbaycan son beş ildə tarixi Zəfərimizin reallıqlarının beynəlxalq səviyyədə təqdimatı qəbul etdirilməsi istiqamətində səylər göstərdi buna nail oldu. Ötən ilin 8 avqust tarixində dövlət başçısı İlham Əliyevin  ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri bütün məqamlara işıq saldı. Prezident İlham Əliyevin Vaşinqtona səfəri yalnız Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycanın mövqeyinin güclənməsi diplomatik sahədə əldə etdiyi növbəti uğur kimi dəyərləndirildi. Bu səfər Azərbaycanın regional qlobal siyasətdə prinsipial, müstəqil mövqeyini təsdiqləməklə yanaşı, illərdir ölkəmizə qarşı yönəlmiş siyasi təzyiqlərə, informasiya manipulyasiyalarına verilmiş qəti mükəmməl diplomatik cavab oldu. Vaşinqtonda əldə edilən diplomatik qələbə göstərdi ki, Azərbaycanın hərbi sahədəki qətiyyəti artıq beynəlxalq hüquqi sənədlərdə öz əksini tapan reallığa çevrilib.

Millət vəkili vurğulayıb  ki, Azərbaycanın ədalətə beynəlxalq hüquqa söykənən müstəqil siyasəti qarşıya qoyduğu hədəflərə ardıcıllıqla nail olmasını şərtləndirir. Bölgədə dayanıqlı sülhün təmin edilməsi  dünyanın müxtəlif dövlətləri ilə iqtisadi əlaqələrin qurulmasına, yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş imkanlar açacaq. Regionumuzda artıq geriyə dönməz xarakter alan sülh gündəliyinin müəllifi Prezident İlham Əliyevdir. Bu gün dövlətlər arasında münasibətlərin inkişafında qarşılıqlı etimad mühitinin qorunması möhkəmləndirilməsi əsas çağırışlardandır. Tarixi Zəfərimizdən sonrakı dövrün reallığı budur ki, sülh quruculuğu, regional əməkdaşlıq kommunikasiya xətlərinin açılması ölkəmizin xarici siyasətinin əsas prioritetlərdən birinə çevrilib. Azərbaycanın coğrafi mövqeyi, tranzit imkanları, enerji resursları dünyanın müxtəlif dövlətləri ilə yeni əməkdaşlıq əlaqələri qurulmasını şərtləndirir. Zəngəzur dəhlizinin açılması Azərbaycana iqtisadi siyasi dividend qazandıracaq. Azərbaycan yalnız sülh gündəliyini təqdim etmir, buna nail olmaq üçün  sistemli, qətiyyətli konkret addımlar atır.

Bu fikirlər "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciətlərində öz əksini tapdı. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan  davamlı sülhün bərqərar olması yolunda  dövlətimizin başçısı İlham Əliyevin  atdığı cəsur addımları, Ermənistanın baş naziri Nikol  Paşinyanın ortaya qoyduğu qətiyyətli iradəni son dərəcə əhəmiyyətli hesab etdiyini xüsusi vurğulayaraq bu inamı ifadə etdi ki, məqsədi, əhatə dairəsi, məzmunu ruhu üzərində iki tərəfin razılıq əldə etdiyi razılaşmanın qüvvəyə minməsi ilə Qafqazın gələcəyində yeni bir səhifə açılacaq. Türkiyə olaraq bölgəmizdə dünyada əmin-amanlıq, sülh, rifah sabitliyə yönələn bütün təşəbbüsləri səmimiyyətlə dəstəkləyirik. Qafqazda davamlı sülhün bərqərar olması üçün üzərimizə düşürsə etməyə, ədalətə əsaslanan dostluq körpülərinin qurulmasında fəal şəkildə çalışmağa, inşallah, davam edəcəyik.

Videomüraciətlərdə sülh sazişi istiqamətində Azərbaycanın Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsi kimi dəyərləndirildi. O da qeyd edildi ki, bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir. Prezident İlham Əliyevə nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı"nın verilməsi münasibətilə ən səmimi təbriklərini çatdırmaqdan  məmnunluğunu ifadə edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirdi ki, parçalanma münaqişələr məngənəsində olan dünyada Prezident Əliyevin qətiyyətli cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri kənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında sülhə yolun açılmasında, əmin-amanlığın gücləndirilməsində özünü büruzə vermişdir. Həmin olduqca mühüm razılaşma təxminən dörd onillik sürən münaqişəyə son qoydu beləliklə, Zayed Mükafatının dərindən təşviq etdiyi insan qardaşlığının, həmrəyliyin, mərhəmətin, ortaq insani dəyərlərin əsl nümunəsini təcəssüm etdirir. Azərbaycanın sülh siyasətinə dəstəyi ifadə edən bu fikirlər digər ölkələrin liderlərinin təbrik videomüraciətlərində xüsusi vurğulandı.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri aydındır. Azərbaycan daim böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət qarşılıqlı maraqlar əsasında münasibətlər qurur. Azərbaycan regional inkişafın aparıcı qüvvəsidir. Prezident İlham Əliyevin yürütdüyü siyasət   bütün region dövlətlərinin inkişaf perspektivlərini özündə ehtiva edir.  Bu isə  regional sülh əməkdaşlıq perspektivlərinin reallığa çevrilməsi üçün ən təkmil  modeldir. Dövlət başçısı İlham Əliyevin 2026-cı il üçün "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərinin təqdimatında mühüm rol oynayır.  Prezident İlham Əliyevin layiq görüldüyü bu mükafat Azərbaycanın sülh quruculuğu prosesinin dünya üçün nümunəvi model olduğunun təsdiqidir.

 

Vüqar Rəhimzadə

 

İki sahil.- 2026.-  6 fevral, ¹9.- S.5.