Qlütensiz qidalanma “dəbi”
Sağlamlıq adı ilə edilən ciddi səhvlər hansılardır?
Son illər
populyarlığı sürətlə
artan qlütensiz qidalanma bir çox
insanlar tərəfindən
daha sağlam seçim kimi qəbul edilir. Lakin mütəxəssislər
xəbərdarlıq edirlər
ki, tibbi zərurət olmadan bu cür pəhrizə
keçmək faydadan
çox zərər verə bilər. Çölyak ( buğda,
arpa və çovdarda olan qlüten adlı zülala qarşı orqanizmin immun sisteminin verdiyi reaksiyadan yaranan ömürlük bir nazik bağırsaq xəstəliyi) xəstəliyi
və ya tibbi cəhətdən təsdiqlənmiş qlüten
həssaslığı olmayan
şəxslərdə qlütenin
tamamilə rasiondan çıxarılması mühüm
vitamin və mineral çatışmazlıqlarına
səbəb ola bilər.
Qlütenin buğda,
arpa və çovdar kimi dənli bitkilərdə təbii şəkildə
mövcud olan zülal qrupu olduğunu bildirən türkiyəli dietoloq Yüksəl Esra Yetim qlütensiz qidalanmanın kimlər üçün uyğun olması və hansı hallarda tətbiqi ilə bağlı məlumat verib.
Hansı qidalarda qlüten var?
Dietoloq qeyd
edib ki, qlüten həssaslığı
çölyak xəstəliyi
və buğda allergiyası olmadan qlütenli qidalar qəbul edildikdə qarın ağrısı,
köp, ishal, baş ağrısı və yorğunluq kimi əlamətlərin yaranması ilə xarakterizə olunur. Onun sözlərinə görə, diaqnoz qoyulmazdan əvvəl çölyak və allergiya testlərinin mənfi nəticə verməsi vacibdir. Əksər hallarda diaqnoz həkim nəzarəti altında aparılan eliminasiya və yenidən yükləmə mərhələləri
ilə qiymətləndirilir.
Qlütenin xəmrə
elastiklik verdiyini və çörəyin yaxşı qalxmasını
təmin etdiyini deyən Yüksəl Esra Yetim bildirib
ki, buğda unu, bulqur, irmik,
makaron, çörək,
piroq, biskvit kimi əsas qida məhsulları qlüten ehtiva edir. Bundan əlavə,
bəzi souslarda, emal olunmuş ət məhsullarında və hazır qidalarda da “gizli
qlüten” ola bilər.
Hər kəs üçün vacib deyil
Dietoloq vurğulayıb
ki, qlütensiz qidalanma yalnız çölyak xəstələri
üçün məcburidir.
Bununla yanaşı, buğda allergiyası olan şəxslər və tibbi müayinədən
sonra qeyri-çölyak
qlüten həssaslığı
diaqnozu qoyulmuş insanlar bu pəhrizdən
fayda görə bilərlər. Lakin belə qərar mütləq həkim və dietoloqun birgə qiymətləndirməsi
əsasında verilməlidir.
Tibbi zərurət
olmadan qlütensiz qidalanmanın mənfi tərəflərinə toxunan
mütəxəssis bildirib
ki, qlütenli tam dənli məhsullar lif, dəmir, fol turşusu, B1, B2 və B3 vitaminlərinin əsas mənbəyidir. Zəruri
olmadığı halda
qlütensiz pəhriz bu qida maddələrinin
çatışmazlığına səbəb ola bilər. Bundan əlavə, bir çox qlütensiz məhsul lif baxımından kasad, emal olunmuş karbohidratlar baxımından
isə zəngin olur.
“Qlütensiz” etiketi sağlamlıq demək deyil
Dietoloq cəmiyyətdə
geniş yayılmış
yanlış fikrə
də diqqət çəkib. Onun sözlərinə görə,
məhsulun üzərində
“qlütensiz” yazılması
onun avtomatik olaraq sağlam olması anlamına gəlmir. Bəzi qlütensiz məhsullar daha çox şəkər, yağ və əlavə maddələr ehtiva edə bilər. Sağlam qidalanmanın əsas meyarı qlütenin olub-olmaması deyil, məhsulun nə dərəcədə
emal olunması və qida dəyəridir.
Arıqladıcı
təsiri yoxdur
Qlütensiz qidalanmanın
arıqlama ilə birbaşa əlaqəsi olmadığını bildirən
dietoloq deyib ki, çəki itkisi əsasən ümumi enerji qəbulunun azalması ilə bağlıdır.
Qlütensiz pəhrizə
keçən bəzi
insanlar qablaşdırılmış
və yüksək kalorili məhsulları azaltdıqları üçün
arıqlaya bilərlər.
Lakin bu nəticə qlütensiz qidalanmadan deyil, ümumi rasion dəyişikliklərindən qaynaqlanır.
Uşaqlar üçün yalnız
tibbi göstərişlə
tətbiq olunmalıdır
Uşaqlarda qlütensiz
qidalanmanın yalnız
tibbi diaqnoz olduqda tətbiq edilməli olduğunu vurğulayan dietoloq bildirib ki, zərurət
olmadığı halda
qlütensiz pəhrizə
keçmək böyümə
və inkişaf dövründə olan uşaqlarda enerji, lif və mikroelement
çatışmazlıqlarına yol aça bilər. Bu səbəbdən uşaqlarda
mütləq həkim
diaqnozu və dietoloq nəzarəti olmalıdır.
Bununla yanaşı,
yaş qupundan asılı olmayaraq uzunmüddətli və plansız qlütensiz qidalanan şəxslərdə
lif çatışmazlığı,
qəbizlik, B qrupu vitaminlərinin, eləcə
də dəmir və sink kimi
mineralların azlığına
səbəb ola biləcəyi bildirilib.
Hansı testlər aparılmalıdır?
Mütəxəssis sonda qeyd edib
ki, qlütensiz qidalanmağa başlamazdan
əvvəl mütləq
tibbi testlər aparılmalıdır. Çünki
qlüten qida rasionundan çıxarıldıqdan
sonra test nəticələri yanıldıcı
ola bilər. Adətən çölyak
üçün qan analizləri, zərurət
olduqda endoskopiya, biopsiya və allergiya şübhəsi varsa allergiya testləri aparılır.
Bütün nəticələr
həkim tərəfindən
qiymətləndirilməlidir.
İki sahil.- 2026.- 11 fevral, ¹10.- S.8.