Qrip yaddaşı zəiflədir?

 

Sağlamlıq

 

Cəmiyyətdə çox zaman adi qış xəstəliyi kimi qəbul edilən influenza (qrip) düşündüyümüzdən daha ciddi fəsadlara yol aça bilər. Son elmi tədqiqatlar qrip virusunun təkcə tənəffüs yollarını deyil, beynin yaddaş mərkəzi hesab olunan hipokampusu da təsir altına ala bildiyini göstərir.

Mövzu ilə bağlı açıqlama verən türkiyəli beyin sinir cərrahı, professor Tolqa Dündar qripdən sonra yarana bilən beyin iltihabı riskinə diqqət çəkərək, xüsusilə uşaqlara yaşlılara xəbərdarlıq edib: “Beyin keçirdiyimiz xəstəlikləri unutmur”. İnsan beyninin mürəkkəb çoxşaxəli sinir şəbəkəsini əməliyyatlar zamanı yaxından müşahidə etdiyini bildirən professor Dündar qeyd edib ki, beynimizdəki sinir əlaqələri təkcə genetik faktorlarla deyil, həyat boyu keçirdiyimiz infeksiyalarla da formalaşır. Onun sözlərinə görə, mikroqliya adlanan beynin müdafiə hüceyrələri normal halda qoruyucu rol oynasa da, bəzi hallarda yanlış reaksiya verərək sinir hüceyrələrinə zərər yetirə, beyində hüceyrə səviyyəsində uzunmüddətli izlər buraxa bilər.

 

Ağciyərdə başlayan infeksiya beyni necə təsir altına alır?

 

Professor Tolqa Dündar bildirib ki, qrip infeksiyasının təsirləri yalnız tənəffüs sistemi ilə məhdudlaşmır. Virus ağciyərlərə yerləşdikdən sonra orqanizmdə güclü immun reaksiyası yaranır. Bu proses zamanı ifraz olunan sitokinlər qan-beyin baryerini keçərək sinir sisteminə təsir göstərə bilər. Xüsusiləİnfluenza A” virusunun bəzi tədqiqatlarda beyin toxumasında uzunmüddətli dəyişikliklərlə əlaqələndirildiyini vurğulayan mütəxəssis qeyd edib ki, virus birbaşa beyinə çatmasa belə, sistemli iltihab nəticəsində mikroqliya hüceyrələri aktivləşir bu da beynin dərin sahələrində neyroiltihabi proseslərə zəmin yaradır.

Bu prosesin xəstəlik sağaldıqdan sonra da davam edə biləcəyini bildirən professor Dündar əlavə edib ki, immun sistemininhəyəcan vəziyyətidərhal sönməyə bilər. Nəticədə beyində bəzi sinir əlaqələri müvəqqəti zəifləyə ya yenidən qurula bilər. Klinik olaraq bu hal diqqətin azalması, zehnin geriləməsi beynin dumanlanmasıhissi ilə özünü göstərə bilər.

 

Hər virus eyni riski daşımır

 

Mütəxəssis vurğulayıb ki, bütün virus infeksiyaları beyin üçün eyni təhlükə yaratmır. Adi soyuqdəyməyə səbəb olan rinoviruslar əsasən lokal təsir göstərir beyinə keçmə ehtimalı aşağıdır. Lakinİnfluenza A” “SARS-CoV-2” kimi viruslar güclü təsirli immun reaksiyaya səbəb olaraq xüsusilə hipokampüs bölgəsində daha uzunmüddətli struktur dəyişikliklər yarada bilər.

 

Uşaqlar yaşlılar risk qrupundadır

 

Alim bildirib ki, beyin inkişafı davam edən uşaqlar iltihabi proseslərə qarşı daha həssasdır. Yaşlı insanlarda isə immun sisteminin zəifləməsi səbəbindən infeksiyadan sonra yaranan neyroiltihab, alzeymer kimi neyrodegenerativ xəstəliklərin gedişinə təsir göstərə bilər.

 

Qrip peyvəndi beyni qoruyur

 

Qrip peyvəndinin əhəmiyyətinə toxunan professor Tolqa Dündar qeyd edib ki, peyvənd yalnız xəstəliyin ağır keçməsinin qarşısını almır, eyni zamanda, beyinə zərər verə bilən nəzarətsiz sitokin ifrazını da məhdudlaşdırır. Elmi məlumatlara görə, peyvəndləmə infeksiyadan sonra yarana biləcək bəzi nevroloji fəsadların riskini azalda bilər.

 

Şahnigar Əhmədova

 

İki sahil.- 2026.-  11 fevral, ¹10.- S.8.