Gənclər arasında psixoz

halları niyə artır?

 

Araşdırma

 

Aparılan genişmiqyaslı yeni araşdırma göstərib ki, gənclər arasında psixoz pozuntulara daha tez yaşda əvvəlki nəsillərlə müqayisədə daha yüksək səviyyədə diaqnoz qoyulur. Bu artımın səbəbləri isə hələ dəqiq müəyyən edilməyib.

Kanadada aparılan 12 milyondan çox insanı əhatə edən tədqiqat zamanı 1960-2009-cu illər arasında Ontario əyalətində doğulan 12,2 milyon şəxsdən 152 min 587-nə şizofreniya da daxil olmaqla psixoz pozuntu diaqnozu qoyulduğu müəyyən edilib.

Araşdırmanın həmmüəllifi, Kanadanın Şimali York Ümumi Xəstəxanasının həkimi Daniel Myran bildirib ki, psixoz pozuntusu olan şəxslər ağır xəstəlik yükü erkən ölüm riski ilə üz-üzə qalır adətən ciddi tibbi müdaxiləyə sosial dəstəyə ehtiyac duyurlar.

Araşdırma qrupu mümkün amillər sırasında əksər valideynlərin yaşlı olmasını, sosial-iqtisadi çətinlikləri, miqrasiya ilə bağlı stresləri, eləcə gənc nəsillər arasında bəzi mənfi uşaqlıq təcrübələrini göstərib. Narkotik maddələrin istifadəsinin bu prosesdə rol oynaya biləcəyi istisna edilmir. Həkim Daniel Myran bildirib: “Bu dəyişikliklərə nəyin səbəb olduğunu hələ dəqiq bilmirik bunun tək bir səbəblə izah edilməsi ehtimalı azdır. Bu meylin arxasında duran amilləri anlamaq erkən müdaxilə profilaktika baxımından son dərəcə vacibdir.”

Həkimin sözlərinə görə, ən ciddi ehtimallardan biri narkotik maddələrdən istifadə ilə bağlıdır. Marixuana, stimullaşdırıcı maddələr, halüsinogenlər sintetik narkotiklərin xüsusilə gənc yaşlarda istifadəsinin psixoz pozuntuların yaranması ağırlaşması ilə əlaqəli olduğu bildirilir. Qeyd olunur ki, Kanadada son 20 ildə gənclər arasında narkotik maddə istifadəsi əhəmiyyətli dərəcədə artıb.

Araşdırmanın nəticələrinə görə, 14-20 yaş aralığında olan şəxslər arasında yeni psixoz halları 1997-2023-cü illər arasında 60 faiz artıb. Xüsusilə 1980-ci ildən sonra doğulan nəsillərdə bu göstəricilərin yüksəlməyə başladığı müşahidə olunur. 2000-2004-cü illərdə doğulan şəxslərin 1975-1979-cu illərdə doğulanlarla müqayisədə psixoz  pozuntu diaqnozu alma ehtimalının təxminən 70 faiz daha yüksək olduğu bildirilir. Ümumilikdə, 30 yaşına qədər psixoz pozuntu diaqnozu alanların sayı 1990-1994-cü illərdə doğulanlarda 1975-1979-cu illərdə doğulanlarla müqayisədə 37,5 faiz artıb.

Psixoz pozuntulardakı nəsillərarası dəyişikliklərə dair geniş tədqiqatların az olmasına baxmayaraq, alimlər Danimarka Avstraliyada aparılan gənclər arasında şizofreniya hallarının artdığını göstərən son araşdırmalara diqqət çəkiblər. Yeni nəticələr bu tendensiyanın bir neçə ölkədə eyni vaxtda müşahidə olunduğu ilə bağlı narahatlıqları gücləndirir.

Canadian Medical Association Journal” adlı elmi jurnalda dərc olunan tədqiqatın müəllifləri psixoz hallarının artım səbəblərini risklərin nəsillər arasında niyə fərqləndiyini müəyyən etmək üçün daha geniş dərin araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.

 

Şahnigar Əhmədova

 

İki sahil.- 2026.-  11 fevral, ¹10.- S.8.