Orqan donorluğu:

İMKANLAR, ÇƏTİNLİKLƏR

VƏ GƏLƏCƏK HƏDƏFLƏR

 

Yeganə Abbasova: Bir insan ölümdən sonra səkkiz insana həyat bəxş edə bilər

 

Müasir tibb elminin insan həyatının xilasında mühüm rol oynayan istiqamətlərindən biri orqan transplantasiyasıdır. Bu sahə minlərlə xəstə üçün yalnız tibbi prosedur deyil, eyni zamanda, yeni bir həyat şansı deməkdir. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da orqan donorluğu transplantasiya sahəsində həyata keçirilən ardıcıl islahatlar, hüquqi bazanın təkmilləşdirilməsi müasir tibbi texnologiyaların tətbiqi xidmətlərin keyfiyyətini əlçatanlığını əhəmiyyətli dərəcədə artırıb. Orqan donorluğu humanizm, sosial məsuliyyət cəmiyyət həmrəyliyinin ən ali nümunələrindən biri kimi dəyərləndirilir.

Səhiyyə Nazirliyinin Orqan Donorluğu Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri, anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasovaİki sahil”ə müsahibəsində mövzu ilə bağlı bir sıra mühüm məqamları diqqətə çatdırdı, orqan donorluğunun cəmiyyət üçün əhəmiyyətini bu sahədə görülən işlərin insan həyatının xilasında oynadığı rolu xüsusi vurğuladı.

-2025-ci ildə donorların sayı transplantasiya əməliyyatlarının statistikasında hansı artımlar müşahidə olunur?

-Ölkəmizdə son dövrlərdə ölümündən sonra könüllü donor olmağa razılıq verən şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, transplantasiya əməliyyatlarının da sayı xeyli çoxalıb. Bu artım həm vətəndaşların orqan donorluğuna olan marağının məlumatlılığının yüksəlməsi, həm transplantasiya sahəsində həyata keçirilən ardıcıl maarifləndirmə tədbirləri müasir texnologiyaların tətbiqi ilə bağlıdır.

-Sizcə, dünya təcrübəsi ilə müqayisədə, ölkəmizin transplantasiya sahəsində üstünlükləri, çətinlikləri, qarşıya çıxan əsas problemlər hansılardır?

-Transplantasiya sahəsində ölkəmiz qısa zamanda real müsbət addımlar atıb, konkret nəticələr əldə edib. 2022-ci ildə Səhiyyə Nazirliyinin tabeliyində Orqan Donorluğu Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin yaradılması ilə ölkəmizdə bu sahə üzrə vahid idarəetmə nəzarət mexanizmi formalaşdırılıb. Mərkəzin fəaliyyəti çərçivəsində müvafiq hüquqi baza təsis olunub, bütün prosedurların şəffaf qanunvericiliyə uyğun aparılması üçün hüquqi sənədləşmə sistemi qurulub. Bu sənədləşmə mexanizmi orqan donorluğu prosesində hər hansı alqı-satqı, maddi maraq ya sui-istifadə hallarını tamamilə istisna edir. Beləliklə, həm donorların, həm resipiyentlərin hüquqları qorunur, orqan köçürülməsi yalnız könüllülük, tibbi uyğunluq etik prinsiplər əsasında həyata keçirilir.

Nəticə olaraq,  deyə bilərik ki, Azərbaycanda transplantasiya sahəsi möhkəm təməl üzərində qurulub.  Ölkəmizin bu sahədə əsas üstünlüklərindən biri yaxşı formalaşmış qanunvericilik bazasıdır. Bu addımlar transplantasiya proseslərinin daha şəffaf, səmərəli təhlükəsiz aparılmasına imkan verir.

Azərbaycanda artıq yalnız canlı donordan deyil, həm meyit donordan orqan götürülür. Bu, çox vacib bir məqamdır. Regionda meyit donordan orqan götürülməsi ilk dəfə ölkəmizdə həyata keçirilib. Eləcə ürək transplantasiyası kimi mürəkkəb əməliyyat regionda ilk olaraq ölkəmizdə icra olunub. Digər mühüm üstünlük isə peşəkar həkimlərimizin olmasıdır.

Əsas çətinliklərdən biri meyit donorluğunun geniş icra olunmamasıdır. Bu səbəbdən orqan gözləyən xəstələrin sayı hələ yüksəkdir. Bir faktı deyək ki, Azərbaycanda 4 mindən çox insan dializ müalicəsi alır onların əksəriyyəti üçün böyrək transplantasiyası yeganə uzunmüddətli çıxış yoludur. Donor çatışmazlığı səbəbindən bir çox xəstələr illərlə dializdə qalır, bu isə həm həyat keyfiyyətini azaldır, həm həyatı itirmək riskini artırır. Unutmaq olmaz ki, bir insan ölümündən sonra 8 insana həyat bəxş edə bilər.

Avropa ölkələrində transplantasiyaların əksəriyyətitəxminən 70–80 faizi meyit donorlardan götürülən orqanlar hesabına həyata keçirilir, Azərbaycanda isə bu göstərici hələ çox aşağıdır. Amma Azərbaycan xalqı humanist başqasının dərdinə həssasdır, ona görə inanırıq ki, maarifləndirmə təcrübə artdıqca meyit donorluğu da getdikcə genişlənəcək.

-Ölkəmizdə transplantasiya sahəsində hansı yeni yanaşmalar müasir üsullar tətbiq olunur?

-2022-ci ildə vahid informasiya bazasının əsasnaməsi təsdiqləndikdən sonra orqan donorluğu transplantasiya proseslərini əhatə edən rəqəmsal sistemin qurulmasına başlanılıb. 2025-ci ildə Vahid İnformasiya Sisteminin yaradılması prosesi tam başa çatdırılıb sistem istifadəyə verilib. Koordinasiya Mərkəzinin əməkdaşları regionlara səfərlər edərək səhiyyə müəssisələrinin sistemə qoşulmasını təmin edib yerli personal üçün təlimlər keçiriblər. Sistemdə ölkədə reanimasiya şöbələrində süni nəfəs aparatları olan bütün xəstəxanalar, transplantasiya əməliyyatlarını icra edən tibb müəssisələri böyrək, qaraciyər, ürək, buynuz qişa digər transplantasiyaları gözləyən pasiyentlərin vahid gözləmə siyahıları yer alır.  Həmçinin sümük iliyi donorlarının reyestri (Kök Hüceyrə Bankı) sistemdə əks olunur.

Beyin ölümü diaqnozu üçün xüsusi protokol hazırlanıb. Eyni zamanda, transplantasiya əməliyyatlarının icbari tibbi sığortanın xidmətlər paketinə daxil edilməsi sahənin inkişafında mühüm addım olub. Azərbaycanda transplantasiya qanunlarla tənzimlənir, həkim etikası məxfilik qorunur, qanunsuz orqan ticarətinin qarşısı alınır, beləliklə, həm təhlükəsizlik, həm hüquq etik prinsiplər təmin edilir.

-Donor resipiyent hüquqlarının qorunması etik məsələlər üzrə hansı mexanizmlər mövcuddur?

-Əgər xəstənin uyğun canlı donoru varsa, o, gözləmə siyahısına daxil edilmir əməliyyata birbaşa yönləndirilir. Orqan transplantasiyası sahəsində etik hüquqi nəzarətin təmin edilməsi məqsədilə 2023-cü ilin fevral ayında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası yaradılıb. Qanunvericiliyə əsasən, yaxın qohum anlayışına ata, ana, nənə, baba, bacı, qardaş, həmçinin ər arvad daxildir. Canlı donor yaxın qohum olmadıqda, müvafiq sənədlər toplanaraq Etika Komissiyasına təqdim edilir təqdim olunan materiallar hərtərəfli araşdırıldıqdan sonra yekun qərar yalnız Komissiyanın səlahiyyətində verilir.

Meyit donorluqda isə vətəndaş sağlığında razılıq veribsə, beyin ölümü zamanı orqanların götürülməsi üçün ailənin razılığı tələb olunmur; əgər şəxs sağlığında razılıq verməyibsə, meyit donorluğu yalnız ailənin icazəsi ilə həyata keçirilir.

-Beynəlxalq transplantasiya təşkilatları ilə əməkdaşlıq necə qurulub bunun praktiki əhəmiyyəti nədir?

-Beynəlxalq əməkdaşlıqla bağlı layihələrdən biriTürkTransplant”ın yaradılması ilə bağlı Niyyət Protokolunun imzalanmasıdır. Bu sistem Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstanı əhatə edir. Əməkdaşlığın əsas praktiki əhəmiyyəti sümük iliyi köçürülməsinə ehtiyacı olan xəstələr üçün uyğun donorların daha tez tapılmasıdır. Genetik yaxınlığa görə Türkiyənin TürkKök Donor Bankında bizə uyğun donor tapmaq ehtimalı daha yüksəkdir. Donoru olmayan uşaqlar üçün uyğun donor axtarışı TürkKök İlik Bankı vasitəsilə aparılır donor müəyyən edildikdən sonra əməliyyat "sümük iliyi transplantasiyası xidmətlərinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində dövlət proqramı ilə Türkiyədə icra olunur.

Gələcəkdə isə bu əməkdaşlıq çərçivəsində canlı donor orqanlarının kəsişən əməliyyat prinsipi ilə köçürülməsi mümkün olacaq ki, bu da transplantasiya imkanlarını daha da genişləndirəcək.

-Xalq arasında orqan donorluğuna marağı artırmaq üçün hansı innovativ təşviqat maarifləndirmə metodlarından istifadə olunur?

-Bu sahədə son illərdə müşahidə olunan müsbət dinamika ardıcıl maarifləndirmə tədbirlərinin nəticəsidir. İctimaiyyətin orqan donorluğuna marağını artırmaq üçün müxtəlif təşviqat məlumatlandırma üsullarından istifadə olunur. Mərkəz tərəfindən ardıcıl maarifləndirici tədbirlər seminarlar təşkil edilir, yerli beynəlxalq konfranslarda məruzələr təqdim olunur, ali məktəblərdə təqdimatlar çıxışlar keçirilir. Orqan donorluğu ilə bağlı məlumatlar KİV sosial media vasitəsilə geniş ictimaiyyətə çatdırılır.

Eyni zamanda, Səhiyyə Nazirliyinin Media kommunikasiya şöbəsi tərəfindən ardıcıl maarifləndirmə işləri aparılır. Ötən il ərzindəSağlam Radio”nun efirində, müxtəlif televiziya kanallarında informasiya saytlarında müsahibələr məlumatlandırıcı materiallar yayımlanıb, nazirliyin rəsmi sosial şəbəkə hesablarında maarifləndirici posterlər videoçarxlar paylaşılıb. Bu fəaliyyətlər cəmiyyətdə orqan donorluğuna müsbət münasibətin formalaşmasına ölümdən sonra donor olmaq istəyən vətəndaşların müraciətlərinin artmasına səbəb olub.

-Gələcəkdə transplantasiya sahəsində hansı strateji məqsədlər planlaşdırılır?

-Gələcəkdə transplantasiya sahəsində əsas strateji məqsədlər bu sahənin davamlı inkişafını əlçatanlığını təmin etməyə yönəlib. Orqan donorluğunun genişləndirilməsi, meyit donorluğunun təşviqi, rəqəmsal idarəetmə sistemlərinin daha da təkmilləşdirilməsi transplantasiya əməliyyatlarının sayının artırılması da hədəflərimizə daxildir. Eyni zamanda, tibb personalının bilik bacarıqlarının artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, etik hüquqi nəzarət mexanizmlərinin gücləndirilməsi, ictimai maarifləndirmənin davam etdirilməsi planlaşdırılır. Məqsədimiz odur ki, insanlar donorluğun olduğunu bilsinlər bir insanın həyatını xilas etməyin qədər böyük bir hədiyyə olduğunu dərk etsinlər.

 

Yeganə Abbasova

 

Müsahibəni apardı:

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2026.-  11 fevral, ¹10.- S.7.