Azərbaycan Mədəniyyəti – 2040”

Konsepsiyasında dil milli kimlik məsələsi

 

Müasir dövrdə qloballaşma prosesləri milli dövlətlərin mədəni mənəvi dayaqları qarşısında yeni çağırışlar formalaşdırır. İnformasiya axınlarının sürətlənməsi, transmilliləşmə rəqəmsal kommunikasiya imkanlarının genişlənməsi milli dillərin milli kimliklərin qorunması məsələsini strateji səviyyəyə yüksəldir. Bu baxımdan mədəniyyət dil siyasəti artıq yalnız humanitar sahə deyil, eyni zamanda ideoloji təhlükəsizlik milli davamlılıq məsələsi kimi çıxış edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasəti bu reallıqları nəzərə alan, milli-mənəvi dəyərlərin qorunmasını dövlətin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi kimi müəyyənləşdirən konseptual yanaşmaya əsaslanır. “Azərbaycan Mədəniyyəti–2040” Konsepsiyası məhz bu baxışın ifadəsi olaraq milli kimliyin əsas sütunlarından biri olan dil məsələsini, xüsusilə ön plana çıxarır.

 

Prezident İlham Əliyevin dövlətçilik baxışında mədəniyyət milli kimlik

 

Cənab Prezident İlham Əliyev 2025-ci il ərzindəki müsahibələrində 2026-cı ilin yanvar ayında yerli telekanallara geniş müsahibəsində, eləcə təsdiq etdiyiAzərbaycan Mədəniyyəti–2040” Konsepsiyasında kimlik məsələsi ilə bağlı dövlətin mövqeyini ictimaiyyətin nəzərinə çatdırdı. Qeyd etmək lazımdır ki, müasir dövrdə arxasında dövlət təşkilatlanması olmayan bir millətin varlığından bəhs etmək çox da mümkün deyil. Prezidentin lazımi məqamda milli kimliklə bağlı açıqlamalarına bu çərçivədən baxmaq lazımdır. Xatırlatmaq yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyevin milli kimliklə bağlı açıqlamaları, xüsusilə ana dili ilə bağlı cəsur qərarlı mövqeyi ölkədə ana dilinə dair təqdirəlayiq addımların atılmasına xidmət etmişdir. Daha doğrusu, sovet dövründə rus dili tərəfindən sıxışdırılan Azərbaycan dilinin ana dilində oxuyub yazanların sosial status qazanmalarını asanlaşdırmışdır.

Tarixi qaliblər yazır. Belə olan halda Azərbaycan milli kimliyinin varlığı üçün zəfər, ərazi bütövlüyünün təmini zəruri şərt olaraq siyasət institutunun gündəliyində birinci sırada durmaqda idi. Cənab İlham Əliyevin müsahibəsində kimliklə bağlı fikirlərinin əsas məğzi  2025-ci ildə Səudiyyə ƏrəbistanınınƏl-Ərəbiyyətelekanalına müsahibədən gətirilən sitatda aydın şəkildə ifadə olunmuşdur: “Bizim üçün, ilk növbədə, milli, etnik kimlik gəlir. İkincisi vətəndaşlıqdır. Yaxud ola bilər ki, vətəndaşlıq birinci, etnik kimliklə yanaşıdır. Azərbaycanlıların mütləq əksəriyyəti üçün məzhəb məsələsinin, ümumiyyətlə, yeri yoxdur, heç 100-cü yerdə deyil. Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən ibarətdir. Lakin biz hamımız etnikliyimizlə, dilimizlə dövlətimizlə birləşmişik. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri özlərini eyni cür hiss edirlər. Müstəqillik dövründə bu sahədə gördüyümüz işlər həmin müsbət tendensiyaları gücləndirməkdən ibarət olub. Azərbaycan şiə sünni müsəlmanların eyni vaxtda, eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq. Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə məzhəblərə ayrılmaqdır”.

Ümumiyyətlə, Prezident İlham Əliyevin siyasi fəaliyyətində mədəniyyət amili milli dövlətçilik ideologiyasının mühüm komponenti kimi təqdim olunur. Onun çıxış nitqlərində Azərbaycan mədəniyyəti xalqın tarixi yaddaşını, milli şüurunu mənəvi bütövlüyünü qoruyan əsas vasitə kimi xarakterizə edilir. Bu kontekstdə milli kimliyin formalaşmasında dilin rolu xüsusi vurğulanır.

Cənab Prezident dəfələrlə qeyd etmişdir ki, Azərbaycan dili milli varlığımızın əsas göstəricisidir onun qorunması dövlətin prioritet vəzifələrindən biridir. Bu yanaşma azərbaycançılıq ideologiyasının mahiyyəti ilə səsləşir milli kimliyin yalnız etnik deyil, mədəni-sivilizasion məzmun daşıdığını göstərir.

Azərbaycan Mədəniyyəti–2040” Konsepsiyası uzunmüddətli strateji sənəd kimi milli mədəni inkişafın əsas istiqamətlərini müəyyənləşdirir. Konsepsiyanın əsas məqsədi Azərbaycan mədəniyyətinin qlobal mədəni məkan daxilində rəqabətqabiliyyətli davamlı inkişafını təmin etməklə yanaşı, milli özünəməxsusluğun qorunmasıdır.

Bu sənəddə mədəniyyət yalnız keçmişin mirası kimi deyil, gələcəyə yönəlmiş canlı dinamik proses kimi təqdim olunur. Konsepsiya milli irsin mühafizəsi ilə yanaşı, onun müasir texnologiyalar innovativ yanaşmalar vasitəsilə inkişaf etdirilməsini nəzərdə tutur. Bu kontekstdə dil siyasəti mədəni strategiyanın əsas dayaqlarından biri kimi çıxış edir.

 

Dil milli kimliyin əsas göstəricisi kimi

 

Dil milli kimliyin formalaşmasında qorunmasında həlledici rol oynayan fundamental amildir. “Azərbaycan Mədəniyyəti–2040” Konsepsiyasında Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, milli-mənəvi dəyərlərin daşıyıcısı tarixi yaddaşın qoruyucusu kimi qiymətləndirilir.

 

Konsepsiyada dilin aşağıdakı funksiyaları ön plana çəkilir:

 

milli kimliyin qorunması möhkəmləndirilməsi;

mədəni irsin nəsildən-nəslə ötürülməsi;

gənc nəslin milli şüurunun formalaşdırılması;

rəqəmsal qlobal mühitdə dilin mövqeyinin gücləndirilməsi.

Prezident İlham Əliyevin dil siyasəti ana dilinin saflığının qorunması, onun dövlət idarəçiliyində, təhsildə, mediada elmi mühitdə aparıcı mövqeyinin təmin edilməsinə yönəlmişdir. Bu siyasət qloballaşma şəraitində dilin assimilyasiya təhlükəsindən qorunmasına xidmət edir.

 

Qloballaşma şəraitində milli dil mədəni təhlükəsizlik

 

Qloballaşma milli mədəniyyətlər üçün həm imkanlar, həm risklər yaradır. Bir tərəfdən, milli mədəniyyətlərin beynəlxalq miqyasda tanıdılması üçün geniş platformalar açılır, digər tərəfdən isə milli dillərin funksional sahələrinin daralması təhlükəsi meydana çıxır.

Azərbaycan Mədəniyyəti–2040” Konsepsiyası bu ziddiyyətli prosesi balanslaşdırılmış şəkildə tənzimləməyi hədəfləyir. Konsepsiyada qloballaşmaya inteqrasiya milli kimlikdən imtina kimi deyil, milli dəyərləri qoruyaraq dünya mədəni məkanında iştirak modeli kimi təqdim olunur. Bu baxımdan Azərbaycan dilinin müasir informasiya-kommunikasiya texnologiyalarında geniş tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

 

Təhsil media mühitində dil siyasəti

 

Dil siyasətinin effektivliyi onun təhsil media mühitində tətbiqi ilə bilavasitə bağlıdır. Konsepsiyada təhsil sistemində ana dilinin yüksək səviyyədə tədrisi, elmi publisistik diskursun Azərbaycan dili əsasında inkişaf etdirilməsi əsas prioritetlər sırasında göstərilir.

Media sahəsində isə dil mədəniyyətinin qorunması, normativ dil qaydalarına əməl olunması milli leksik fondun zənginləşdirilməsi xüsusi vurğulanır. Bu istiqamətdə dövlətin tənzimləyici istiqamətləndirici rolu ön plana çıxır.

Nəticə etibarilə Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlananAzərbaycan Mədəniyyəti–2040” Konsepsiyası dil milli kimlik məsələsini strateji dövlət siyasəti səviyyəsinə qaldıran mühüm konseptual sənəddir. Bu konsepsiya Azərbaycan dilini milli varlığın əsas dayağı kimi qorumağı onu müasir çağırışlara uyğun inkişaf etdirməyi hədəfləyir.

Dil siyasətinin mədəni təhlükəsizlik kontekstində təqdim olunması Azərbaycanın gələcək inkişaf modelində milli kimliyin qorunmasının prioritet olduğunu bir daha təsdiqləyir. “Azərbaycan Mədəniyyəti–2040” Konsepsiyası bu baxımdan milli mədəni inkişafın ideoloji xəritəsi kimi dəyərləndirilə bilər.

 

Əbülfəz Quliyev,

AMEA-nın müxbir üzvü

 

İki sahil.- 2026.-  11 fevral, ¹10.- S.7.