“SOCAR Türkiyə”: Güclü investisiyalar

strateji əməkdaşlıqlarla davamlı inkişaf xətti

 

Türkiyədə nəşr olunanEnerjimiz birjurnalında dərc edilən qardaş ölkənin ən böyük birbaşa xarici investoru ən iri inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadovun müsahibəsində 2025-ci ildə investisiyalardan enerji transformasiyasına qədər görülən işlərdən, sosial inkişafdan, eyni zamanda, gələcək hədəflərin geniş perspektivlərindən bəhs edilib.

Həmin müsahibəni təqdim edirik:

- SOCAR-ın Türkiyə iqtisadiyyatına bugünədək verdiyi töhfəni necə xarakterizə edərdiniz?

- Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın neft təbii qaz ehtiyatlarının axtarışı, hasilatı, istehsalı emalı ilə yanaşı, neft qazın nəqli, paylanması satışını həyata keçirən qlobal miqyaslı inteqrasiya olunmuş enerji şirkətidir. İştirakları birgə müəssisələri ilə 15-dən artıq ölkədə fəaliyyət göstərən SOCAR indiyədək ən böyük investisiyalarını məhz Türkiyədə reallaşdırıb.

Türkiyədəki fəaliyyətimiz 2008-ci ildəPetkim”in səhmlərinin 51 faizinin özəlləşdirmə yolu ilə alınması ilə başlayıb. Son 17 ildə “SOCAR Türkiyətəqribən 19 milyard ABŞ dolları həcmində investisiya portfeli ilə Türkiyənin ən böyük birbaşa xarici investoru ən iri inteqrasiya olunmuş sənaye qrupu kimi fəaliyyətini davam etdirir.

İnvestisiyalarımız enerji, sənaye, logistika, təbii qaz, elektrik enerjisi istehsalı, rəqəmsal infrastruktur sosial təsir sahələrində Türkiyənin inkişafına birbaşa töhfə verir. “Petkim”, “STAR” Neft Emalı Zavodu “SOCAR Terminal” kimi inteqrasiya olunmuş obyektlərimiz Türkiyənin sənaye istehsalını ixrac potensialını artırır, əsas tərəfdaşı olduğumuz TANAP vasitəsilə isə Türkiyənin regionun enerji təchizatı təhlükəsizliyinə uzunmüddətli töhfələr veririk.

Bütün bu yatırımlar Türkiyə ilə Azərbaycanın ortaq gələcəyini inşa edən, qarşılıqlı etimada strateji baxışa əsaslanan uzunmüddətli əməkdaşlığın məhsuludur. Qlobal hədəflərlə uzlaşan şəkildə iki qardaş ölkənin birgə gələcəyinə sərmayə yatırırıq.

İqtisadi məşğulluq sahəsində yaratdığımız dəyəri sosial investisiyalarımızla tamamlayır, təhsil, səhiyyə, ətraf mühit imkan bərabərliyi sahələrində həyata keçirdiyimiz layihələrlə davamlı dəyər yaratmağı prioritet hesab edirik.

- 2025-ci ili “SOCAR Türkiyə”nin fəaliyyəti baxımından necə qiymətləndirirsiniz?

- Dünya miqyasında ölkəmizdə iqtisadi dəyişənlərin ön plana çıxdığı, enerji sənaye sektorlarında transformasiyanın sürətləndiyi bir ili geridə qoyduq. Belə bir şəraitdə “SOCAR Türkiyəolaraq düzgün effektiv strateji planlaşdırmalarımız sayəsində investisiyalarımıza əməkdaşlıqlarımıza qətiyyətlə davam etdik.

Davamlı gələcək vizyonu ilə Türkiyə Azərbaycanın regional liderliyini qlobal miqyasda daha təsirli etmək məqsədilə fəaliyyətimizi davam etdirdik. Fəaliyyət göstərdiyimiz bütün sahələrdə yüksək ixtisaslı kadr potensialımız güclü baxışımızla bu gündən sabahın Türkiyəsi Azərbaycanın rifahı naminə istehsal etməyə davam edirik.

- İlin son günlərində Mərkəzi Anadolu Təbii Qaz Kombinə Edilmiş Dövrə Elektrik Stansiyasına sərmayə yatırdınız. Bu investisiyanın strateji əhəmiyyətini necə dəyərləndirirsiniz?

- 2025-ci ilin birinci rübündəBursagazKayserigazqazpaylayıcı şirkətlərimizin satış proseslərini uğurla tamamladıq. Bu proses Təbii Qaz Biznes Bölməmizin uzunmüddətli hədəfləri çərçivəsində portfelimizin yenidən strukturlaşdırılmasına imkan yaratdı. Bu kontekstdə ilin son günlərində “Gas to Power” strategiyamızı reallaşdırmaq məqsədilə mühüm investisiya qərarı qəbul etdik təbii qazdan elektrik enerjisi istehsal edəcək Mərkəzi Anadolu Kombinə Edilmiş Dövrə Elektrik Stansiyasının satınalmasını yekunlaşdırdıq. 870 MVt gücündə olan bu stansiya Türkiyənin strateji enerji mərkəzlərindən biri sayılır.

Sözügedən investisiya Türkiyənin elektrik təchizatı təhlükəsizliyinə töhfə verməklə yanaşı, inteqrasiya olunmuş dəyər zəncirimizin gücləndirilməsi baxımından mühüm addımdır. Bu yeni mərhələ sayəsində enerji təchizatından istehsala qədər olan prosesdə daha çevik, rəqabətqabiliyyətli davamlı struktur formalaşdırmağı hədəfləyirik.

- Bir müddətdir həyata keçirdiyiniz “Master Plan” hansı mərhələdədir?

- Türkiyə iqtisadiyyatı üçün strateji əhəmiyyətə malik, ölkənin ilk yeganə inteqrasiya olunmuş petrokimya kompleksi olanPetkim”ə 2 milyard 40 milyon ABŞ dolları məbləğində özəlləşdirmə haqqına əlavə olaraq bu günədək 1,7 milyard dollar həcmində təkmilləşdirmə investisiyası həyata keçirmişik.

Sektordakı bilik təcrübəmizi yeni investisiyaların reallaşdırılması üçün istifadə etməyə davam edirik. Qlobal miqyasda petrokimya sektorunun artan əhəmiyyəti Türkiyəyə olan güclü inamımız fonunda başladığımızPetkim” “Master Plan” layihəsi təkcəPetkimüçün deyil, Türkiyənin petrokimya transformasiyası baxımından da mühüm mərhələdir.

2025-ci ilin yanvar ayından etibarən ilkin mühəndislik – pre-FEED mərhələsinə başlamışıq. 2026-cı ilin ikinci yarısında bu işlərin yekunlarına əsasən növbəti addımlarla bağlı qərarlarımızı dəyərləndirəcəyik.

- “SOCAR Terminal”da həyata keçirdiyiniz yeni tərəfdaşlıq barədə deyə bilərsiniz?

- “SOCAR Terminal” Egey bölgəsinin ən böyük konteyner terminalı olmaqla yanaşı, Türkiyə üzrə xarici ticarətin səmərəliliyinə logistika infrastrukturunun inkişafına töhfə verən strateji investisiyadır. Bu günədək terminala 133,6 milyon ABŞ dolları məbləğində investisiya qoymuşuq. Bu güclü infrastrukturu daha da inkişaf etdirmək məqsədilə dünyanın ən böyük konteyner daşıma şirkətlərindən biri olan MSC-nin liman operatoru TIL ilə strateji tərəfdaşlıq qurduq. Bu əməkdaşlıq terminalımızın beynəlxalq ticarət şəbəkələrinə inteqrasiyasını sürətləndirəcək. MSC-nin qlobal təcrübəsi sayəsində gözləmə müddətlərinin azaldılması, gəmi qəbul gücünün artırılması, qabaqcıl texnologiyalara əsaslanan giriş sahə idarəetmə sistemlərinin tətbiqi kimi mühüm nəticələr gözləyirik. Eyni zamanda, Şərqi Aralıq dənizi Egey bölgəsinin artan ticarət həcminə çevik səmərəli cavab verən terminal strukturu formalaşdırmağı hədəfləyirik.

- 2025-ci ildə həyata keçirdiyiniz digər strateji layihələr hansılardır?

- 2025-ci ildə rəqəmsal infrastruktur sahəsində mühüm əməkdaşlığı qrup şirkətimiz “SOCAR Fiber” vasitəsilə reallaşdırdıq. Asiya İnfrastruktur İnvestisiya Bankının vəsaiti hesabına TSKB ilə bağladığımız razılaşma çərçivəsində “SOCAR Fiber” üçün 10 milyon ABŞ dolları məbləğində, 4 il müddətli kredit təmin etdik. Türkiyəni şərqdən qərbə uzanan 1850 kilometrlik fiber-optik şəbəkəmizin daha müasir dayanıqlı hala gətirilməsini nəzərdə tutan bu maliyyələşmə “SOCAR Fiber”i regional məlumat trafiki üçün etibarlı quru alternativi kimi mövqeləndirir. Məqsədimiz Türkiyəni Avropa, Asiya Yaxın Şərq arasında etibarlı məlumat marşrutu mərkəzinə çevirməkdir.

Aviasiya yanacaqları sahəsində isə İstanbul Hava Limanında müstəsna reaktiv yanacaq təchizatçısı olan TFS Akaryakıt Hizmetleri A.Ş.-nin 25 faiz səhmini portfelimizə daxil etdik. Bundan əlavə, SOCAR qrupunun Aralıq dənizi bölgəsində mövqelərinin gücləndirilməsi məqsədilə İtaliyadaItaliana Petroli S.p.A.” “MIP S.p.A.” şirkətlərinin nəzarət paketlərinin alınmasına dair razılaşma imzalanması qrup üzrə inteqrasiya sinerji baxımından mühüm addım oldu.

- Sosial inkişaf bilik paylaşımı sahəsində yanaşmanız necədir?

- “SOCAR Türkiyəolaraq təkcə sərmayə yatıran deyil, həm bilik yaradan paylaşan qurum olmağa önəm veririk. Bu yanaşmanın konkret nəticəsi kimi hazırladığımız “SOCAR Türkiyə” 2020–2024 Sosial Təsir Hesabatısosial investisiyalarımızın ölçülə bilən təsirlərini ortaya qoydu Beynəlxalq Ətraf Mühit Kommunikasiya Zirvəsində Türkiyənin ticarət naziri Ömər Bolat tərəfindən təqdim olunan mükafatla təltif edildi.

Enerjidə Qadın EnerjisiproqramımızDünyaqəzetinin Sosial Fayda Mükafatına layiq görüldü. “Cib Kitablarılayihəsi Platin Biznes Kitabları Mükafatlarında xüsusi mükafat aldı. Rəhbərliyimizlə hazırlanan “A Practical Guide to Project Finance” kitabı korporativ biliklərimizin beynəlxalq miqyasda paylaşılmasına töhfə verdi. “SOCAR Energy Məktəbiisə Sabancı Universitetinin EDU bölməsi ilə əməkdaşlıq çərçivəsində enerji sahəsində nüfuzlu sertifikat proqramına çevrildi.

- “SOCAR Türkiyə”də əməkdaşların inkişafı korporativ mədəniyyət sahəsində hansı addımlar atılıb?

- Yaradıcılıq, məhsuldarlıq davamlı uğurun əsasında insan kapitalı dayanır. “SOCAR TürkiyəAkademiyası, CPD proqramı, “İşdə Tercihİşdə Təqdirtətbiqləri ilə əməkdaşlarımızın inkişafını dəstəkləyirik. “Əvvəl İnsan “Bir Komandadəyərlərimiz əsasında əməkdaşların rifahını mərkəzə alan 120-dən artıq daxili tədbir həyata keçirmişik.

- 2026-cı il üçün əsas mesajınız nədir?

- “SOCAR Türkiyəolaraq enerji sənayedə transformasiyaya liderlik edən, iqtisadi sosial dəyəri birlikdə yaradan, Türkiyə ilə Azərbaycanın ortaq gələcəyinə uzunmüddətli töhfə verən qurum olmaq hədəfimizi qətiyyətlə davam etdiririk. Bu fürsətdən istifadə edərək bütün əməkdaşlarımıza, tərəfdaşlarımıza maraqlı tərəflərimizə təşəkkür edir, 2026-cı ildə dəyər yaratmağa davam edəcəyimizi vurğulamaq istəyirəm.

 

Elçin İbadov

 

Müsahibəni apardı:

Orxan Vahidoğlu

 

İki sahil.- 2026.-  11 fevral, ą10.- S.5.