Bakıda imzalanan Xartiya Azərbaycan-ABŞ
münasibətlərinin inkişafına dair strateji baxışı
əks etdirir
Bu gün
yeni mərhələyə
qədəm qoyan Azərbaycan-ABŞ münasibətlərinin
strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlməsi,
əlaqələrin bütün
istiqamətlərdə uğurlu
inkişafı istiqamətində
hər iki tərəfin göstərdiyi
səylər dünyanın
diqqət mərkəzindədir.
Ötən ilin avqustunda Prezident İlham Əliyevin
ABŞ-a işgüzar səfəri
çərçivəsində Prezident Donald Tramp üçtərəfli
Zirvə Görüşünə
ev sahibliyi etdi.
Həmin Zirvə
Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflandı, həmçinin
Birgə Bəyannamə
imzalandı. Prezident Tramp şahid qismində həmin sənədi imzaladı və bununla da 30 il davam
edən münaqişəyə
son qoyuldu. Dövlətimizin başçısı
İlham Əliyevin vurğuladığı kimi
Vaşinqton Zirvə Görüşündən sonrakı
altı ay tərəfdaşlıq, əməkdaşlıq
və uzunmüddətli,
dayanıqlı sülhə
doğru irəliləyiş
ayları oldu. Prezident İlham Əliyev Azərbaycan-ABŞ
münasibətlərinin kontekstində
2025-ci ili tarixi il kimi də
dəyərləndirir.
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
O, 2001-ci ildə ABŞ-da baş verən
terror aktının rəsmi Vaşinqtonun xarici siyasətində dəyişikliyi şərtləndirməsindən,
rəsmi Vaşinqtonda
Azərbaycana qarşı
münasibətin dəyişməsindən
də bəhs edib. Vurğulayıb ki, bu hadisədən
sonra ABŞ Administrasiyası
907-ci düzəlişin ədalətsiz
qərar olduğunu etiraf etməklə yanaşı, onun fəaliyyətini bir illik dondurması barədə qərar qəbul etdi. Azərbaycan-ABŞ münasibətlərində
mərhələ-mərhələ baş verən dəyişikliklər fevralın
10-da ölkəmizdə səfərdə
olan Amerika Birləşmiş Ştatlarının
Vitse-prezidenti Cey. Di. Vensin dövlətimizin
başçısı ilə
keçirdiyi görüşlərdə
də diqqət göstərilən məsələlər
sırasında oldu.
ABŞ rəsmisi mətbuata
bəyanatında səsləndirdiyi
fikirləri ilə Azərbaycanın əməkdaşlıqda
nə qədər səmimi, dövlətlərarası
münasibətlərdə əsas amil olan qarşılıqlı
etimad mühitinin qorunmasında və möhkəmləndirilməsində maraqlı olmaqla yanaşı, bunu real addımları ilə təsdiqlədiyini
etiraf etdi.
İkitərəfli
əməkdaşlıq üçün
yeni imkanlar
Hər iki
ölkənin prezidentlərinin
rəhbərliyi ilə
daha güclü münasibətlərin qurulacağına
əminliyini ifadə edən Vüqar Rəhimzadə deyib: “Donald Trampın Prezident seçilməsindən
sonra bu münasibətlərin yeni
mərhələyə qədəm
qoyması üçün
real perspektivlər yaranıb. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında
qarşılıqlı anlaşma
və əməkdaşlıq
iki ölkənin strateji tərəfdaşlığı
üçün güclü
zəmin yaradır. Enerji təhlükəsizliyi,
regional sabitlik, iqtisadi əməkdaşlıq
və terrorizmə qarşı mübarizə
sahələrində ortaq
maraqlar liderlər səviyyəsində aparılan
dialoqun səmərəliliyini
və gələcəyə
yönəlmiş mahiyyətini
bir daha təsdiqləyir. Dövlətimizin
başçısının ötən ilin avqustunda ABŞ-a işgüzar
səfəri zamanı
prezidentlər Azərbaycan
ilə Amerika Birləşmiş Ştatları
arasında Strateji Tərəfdaşlıq Xartiyasının
hazırlanması məqsədilə
Strateji İşçi
Qrupunun yaradılması
haqqında Anlaşma Memorandumunu imzalamışdılar.
ABŞ-ın Vitse-prezidenti
Cey. Di. Vensin ölkəmizə səfəri zamanı isə “Azərbaycan Respublikası Hökuməti
ilə Amerika Birləşmiş Ştatları
Hökuməti arasında
Strateji Tərəfdaşlıq
Xartiyası”nın imzalanma mərasimi keçirilib. Dövlətimizin
başçısı mətbuata
bəyanatında bildirib
ki, Strateji Tərəfdaşlıq haqqında
Xartiyanın imzalanması
mərasimi heyətlərimizin
altı ay ərzində gördüyü
çox gərgin işin təzahürüdür.
Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında
Xartiyanın tərtib
edilməsi üçün
İşçi Qrupunun
yaradılması haqqında
sənədin imzalanması
ikitərəfli əməkdaşlıq
üçün yeni imkanlar yaratdı”.
Azərbaycan-ABŞ
əməkdaşlığının beynəlxalq
təhlükəsizliyin
möhkəmləndirilməsində rolu
Deputat onu
da vurğulayıb ki, ABŞ lideri Donald Tramp hələ
birinci prezidentliyi dövründə Azərbaycanla
dostluğun və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirib. O dövrdə formalaşan qarşılıqlı
etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi
üçün əsaslı
zəmin rolunu oynayır. İkitərəfli
əlaqələrin irəli
aparılması üçün
birgə səylər,
xüsusilə enerji və təhlükəsizlik
sahələrindəki təşəbbüslər
tərəfdaşlığın praktik nəticələrə
yönəldiyini və
qarşılıqlı fayda
prinsipinə əsaslandığını
göstərir. Bu kontekstdə həm liderlərin iradəsi, həm də xalqlarımız arasında
dostluq ənənələri
Azərbaycan-ABŞ münasibətlərinin
yeni mərhələdə
daha da dərinləşəcəyinə
ümidləri artırır.
Qarşılıqlı səfərlər,
imzalanan sənədlər,
müxtəlif tərkibdə
heyətlərin görüşləri,
əməkdaşlığın istiqamətlərinin müzakirəsi
gələcək münasibətimizin
aydın mənzərəsini
təqdim edir. İkitərəfli gündəlik
zəngindir. Gündəliyə
daxil olan məsələlər həm
Prezident İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə
məhdud və geniş tərkibdə görüşlərində, həm
də dövlətimizin
başçısının fevralın 9-da ABŞ Ticarət
Palatasının beynəlxalq
üzvlərlə əlaqələr,
Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul edərkən geniş müzakirə edildi. Prezident İlham Əliyev həmin qəbulda Azərbaycanın
beynəlxalq əlaqələrinin
coğrafiyasının genişlənməsindən,
malik olduğu iqtisadi potensialdan səmərəli istifadə
edərək dünyanın
enerji təhlükəsizliyinin
təmin olunmasına töhfələrindən, hazırda
16 ölkəyə qaz
ixrac etməsindən,
iqtisadiyyatın şaxələndirilməsi
istiqamətində atdığı
addımlardan, hazırda
malik olduğu bərpaolunan enerji potensialının yeni əməkdaşlıq formatlarının
yaradılmasına yol
açmasından geniş
bəhs etdi. Bu reallıqlar fonunda vurğulandı ki, əlaqələrimizin
hərtərəfli inkişafı
üçün böyük
potensial var. Prezident İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə
mətbuata birgə bəyanatında isə bu reallığa diqqəti yönəltdi ki, Tramp-Vens administrasiyasının regionumuzdakı
səylərinin mühüm
nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın
iki hissəsini birləşdirəcək, o cümlədən
Azərbaycan, Ermənistan
və digər qonşuların ərazisi
vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox
etibarlı, təhlükəsiz
və böyükmiqyaslı
daşımalar dəhlizidir.
Regionda sülh sahəsində əldə
olunmuş nəticələr
gücləndirilir. Bu
gün Birləşmiş
Ştatlarla Azərbaycan
arasında münasibətlər
tamamilə yeni mərhələyə qədəm
qoyur. İmzalanan Xartiyada əməkdaşlığımızın
müxtəlif istiqamətləri
əks olunur.
Vüqar Rəhimzadə
bu ümumiləşdirməni
ifadə edib ki, strateji tərəfdaşlıq
səviyyəsinə yüksələn
Azərbaycan-ABŞ əməkdaşlığı
beynəlxalq təhlükəsizliyin
möhkəmləndirilməsində önəmli rol oynayacaq. İki ölkə fəal və səmərəli birgə iş, qarşılıqlı inam
və etimada əsaslanan tərəfdaşlığı
bundan sonra da qətiyyətlə davam etdirəcək. İmzalanan Strateji Tərəfdaşlıq Xartiyası
Azərbaycan-ABŞ münasibətlərinin
gələcək inkişafına
dair strateji baxışı əks etdirir.
Vüqar Rəhimzadə
İki sahil.- 2026.- 13 fevral, ¹11.- S.3.