Rəqəmsal transformasiyanın

genişlənməsi nələr vəd edir?...

 

Müasir dövrdə sürətlə inkişaf edən mühitdə avtomatlaşdırma rəqəmsallaşmanın inteqrasiyası bir çox sahələrdə əsas amilə çevrilmişdir. Beynəlxalq DATA Korporasiyasının (IDC) hesabatına görə, rəqəmsal transformasiya üzrə qlobal xərclərin 2027-ci ilə qədər 3,9 trilyon dollara çatması gözlənilir. Hökumətlər, beynəlxalq təşkilatlar çoxmillətli korporasiyalar iqtisadiyyatlar arasında maneələri aradan qaldıraraq prosesləri optimallaşdırmaq üçün səylə çalışırlar.

Dünya İqtisadi Forumunun hesablamalarına görə, yaxın illərdə müxtəlif sənaye sahələrinin rəqəmsallaşdırılması qlobal ÜDM-ə 45 trilyon dollara qədər töhfə verə bilər. Bu isə rəqəmsal texnologiyaları mənimsəməyin iqtisadi dividendlərini ortaya qoyur. Bu sahədə daha böyük qarşılıqlı bağlantı naminə birgə səylər qlobal ÜDM-ni artırmaq potensialına malikdir ümumi iqtisadi inkişaf yolunda mühüm addımdır.

 

Azərbaycan təcrübəsi

 

Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili Koordinasiya Mərkəzi, eləcə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi (4SİM Azərbaycan) ölkənin 2024-2030-cu illər üçün rəqəmsal iqtisadiyyat strategiyasını formalaşdırmaq istiqamətində addımlar atılar. Texnoloji tərəqqi qlobal çağırışlara, eləcə Azərbaycanın inkişaf dinamikasına uyğun hazırlanmış bu strategiya iqtisadiyyatı biznes, cəmiyyət dövlət istiqamətləri üzrə hərtərəfli transformasiya etməyi hədəfləyir. Strategiyanın missiyası sahibkarlar, vətəndaş cəmiyyəti dövlət qurumları arasında əlaqəni möhkəmləndirməklə çağırışlara cavab vermək üçün birgə çevik qərar qəbuletməni təşviq etməkdir. Bundan əlavə, strategiya rəqəmsal iqtisadiyyata keçidi fonunda Azərbaycanın regional beynəlxalq mövqeyini gücləndirməyi hədəfləyir.

Rəqəmsal transformasiya iqtisadiyyat üçün yeni üfüqlər açır. Rəqəmsal hökumətə keçid konsepsiyasının əsas alətlərindən biri olan "mygov" rəqəmsal hökumət platforması üzrə istifadəçi bazası kəskin genişlənib. Platformaya həm veb, həm mobil tətbiq üzərindən qoşulan vətəndaşların sayı 2 milyon nəfəri ötüb. Təkcə ötən il 1 milyondan çox vətəndaş platformada qeydiyyatdan keçib ki, bu da əvvəlki ilin sonu ilə müqayisədə iki dəfədən artıq artım deməkdir. Müntəzəm olaraq sistemə daxil olan rəqəmsal xidmətlərdən istifadə edən aktiv istifadəçilərin sayı 800 min nəfərə çatıb. Platformada təqdim olunan rəqəmsal xidmətlərin sayı 400-ü ötüb. Onlardan 37-si tamamilə yenidən tərtib edilərək rəqəmsallaşdırılıb. Bu xidmətlərə müraciətlərin sayı ötən il 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox artaraq 220 minə yaxınlaşıb. Bu rəqəmlər rəqəmsal həllərin artıq alternativ deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyini göstərir.

Rəqəmsal etimad mühitinin formalaşmasında "SİMA" biometrik rəqəmsal imza sistemi mühüm rol oynayıb. Vətəndaşlar sahibkarlar "SİMA Token" elektron imzasını onlayn sifariş etmək imkanı qazanıb. Sənəd dövriyyəsində çevikliyi artırmaq məqsədilə tətbiq edilən yeni QR paylaşım funksiyası isə imza səlahiyyətlərinin təhlükəsiz şəkildə, birdəfəlik əsasda digər şəxslərə yönləndirilməsinə imkan yaradıb. "SİMA"nın İnternet Vergi İdarəsi ilə inteqrasiyası nəticəsində daha 30-a yaxın elektron vergi xidmətindən "SİMA İmza" vasitəsilə istifadə mümkün olub, vahid vergi bəyannaməsinin təqdim edilməsi prosesi sadələşdirilib. Dövlət qurumlarının informasiya sistemlərinin "Hökumət buludu"na ("G-cloud") miqrasiyası da davam etdirilir. Bir sıra qurumların İT sistemləri tam şəkildə, digərlərinin isə qismən "G-cloud"a köçürülüb. Bu addımlar informasiya təhlükəsizliyinin gücləndirilməsi xərclərin optimallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda rəqəmsallaşma sahəsində əldə olunan nəticələr beynəlxalq səviyyədə diqqətdən kənarda qalmayıb. BMT-nin 2025-ci il üzrə "Rəqəmsal davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı"nda Azərbaycan kağızsız ticarət üzrə 2015-ci illə müqayisədə 37 faiz bəndi, sərhədlərarası kağızsız ticarət üzrə isə 50 faiz bənd irəliləyib. Ölkə icra performansına görə 7-ci mövqedə qərarlaşıb regional təsnifat üzrə Şimal Mərkəzi Asiya, eləcə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında lider mövqe tutub.

 

Kibertəhlükəsizlik rəqəmsal dünyanın əsas çağırışına çevrilir

 

Rəqəmsallaşma sürət götürdükcə onun kölgə tərəfi böyüyürkibertəhdidlər gündəlik reallığa çevrilib. Bu risklər hər il daha mürəkkəb daha təhlükəli xarakter alır. Əgər 2024-cü ildə Azərbaycana qarşı əsasən "Ransomware" tipli hücumlar üstünlük təşkil edirdisəyəni sistemlərin fəaliyyəti bloklanaraq onların bərpası üçün pul tələb olunurdusa – 2025-ci ildə mənzərə dəyişib. İndi daha çox APT (Advanced Persistent Threat), yəni dövlət dəstəkli, uzunmüddətli hədəflənmiş kiberhücumlar ön plana çıxır.

APT qrupları adətən dövlət qurumları, iri müəssisələr strateji əhəmiyyət daşıyan təşkilatları hədəf alır. Yüksək peşəkarlığa, ciddi maliyyə resurslarına ən müasir texnoloji vasitələrə malik bu qruplar çox vaxt müəyyən ölkələrin maraqlarına xidmət edir. Onların məqsədi təkcə sistemləri sıradan çıxarmaq deyil, həm kritik informasiyaları ələ keçirmək, məlumat axınlarını manipulyasiya etmək hətta subliminal mesajlar vasitəsilə psixoloji təsir göstərməkdir.

Bu gün kibercinayətkarlar hücumların təsir gücünü artırmaq üçün süni intellektdən fəal şəkildə istifadə edirlər. Daha inandırıcı fişinq məktubları, hiper-realistik saxta audio video materiallar – "deepfake" texnologiyaları artıq kiberhücumların adi alətinə çevrilib. Süni intellekt zərərli proqram təminatının hazırlanmasında da demək olar ki, inqilab yaradıb. Öz kodunu mühitə uyğunlaşdıran, "mutasiya" edə bilən canlı orqanizm kimi təkamül edən proqramlar artıq reallıqdır. Belə təhdidlərə qarşı effektiv mübarizə isə paradoksal olaraq yenə süni intellekt əsaslı həllərdən keçir. Süni intellekt kibertəhlükəsizlik sistemlərinin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir, hücumların daha erkən mərhələdə aşkarlanmasına onlara daha sürətli, daha dəqiq reaksiya verilməsinə şərait yaradır.

Bu kontekstdə ötən il Azərbaycanda atılan ən mühüm addımlardan biri "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası"nın təsdiq edilməsi olub. Strategiya çərçivəsində ölkədə süni intellekt üzrə kadr potensialını formalaşdırmaq rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Süni İntellekt Akademiyası ("AI Academy") yaradılıb. Akademiyanın tədris proqramları beynəlxalq standartlara uyğun hazırlanıb dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanır. Qlobal elmi mühitə inteqrasiya bu qurumun əsas prioritetlərindəndir. Bu məqsədlə MIT, Kaliforniya Universiteti, Karnegi Mellon, Harvard Stanford universitetlərinin professor alimlərinin akademiyada qonaq mühazirəçi qismində iştirakı nəzərdə tutulur.

Süni intellektin tətbiqi dərinləşdikcə proseslər daha mürəkkəbləşir bu, daha böyük hesablama güclərinə olan tələbatı artırır. Məhz bu ehtiyacı qarşılamaq məqsədilə ötən il ölkədə Superkompüter Mərkəzi yaradılıb. Mərkəz əsasən innovasiya subyektləri, biznes strukturları dövlət layihələri üçün nəzərdə tutulub. Burada "NVIDIA H200 GPU" çipləri əsasında qurulmuş, adi kompüterlərdən dəfələrlə güclü olan yüksək performanslı hesablama sistemləri yerləşdirilib. GPU əsaslı bu infrastruktur böyükhəcmli məlumatların emalını süni intellekt modellərinin yüksək sürətlə işləməsini təmin edir. Nəticədə yerli süni intellekt layihələrinin xarici resurslardan asılı olmadan ölkə daxilində inkişaf etdirilməsi mümkün olur. Hazırda Mərkəzin imkanlarını genişləndirmək üçün yeni GPU çiplərinin alınması istiqamətində işlər davam etdirilir.

 

Sevinc Azadi

 

İki sahil.- 2026.-  13 fevral, ¹11.- S.3.