Bakıda tramvay şəbəkəsinin bərpası:

Sürət, ekoloji təmiz çoxsərnişinli həll

 

Ekspert: Tramvay xətlərinin avtobus metro ilə əlaqələndirilməsi sərnişinlər üçün real inteqrasiya imkanı yaradacaq

 

Bakıda avtomobil sıxlığının sürətlə artması, ictimai nəqliyyatın mövcud imkanlarının artıq yükü tam qarşılaya bilməməsi paytaxt üçün yeni davamlı nəqliyyat həllərini zəruri edir. Məhz bu reallıq fonunda tramvay nəqliyyatının Bakıya qaytarılması strateji bir qərar kimi gündəmə gəlib. Sözügedən məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiBakı şəhərində ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Proqrama əsasən, tramvay nəqliyyatının mərhələli şəkildə tətbiqi 2027–2029-cu illəri əhatə edir icraçı qurum kimi Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi müəyyənləşdirilib.

Eyni zamanda Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planda da tramvay metrobus kimi yeni ictimai nəqliyyat növlərinin yaradılması nəzərdə tutulur. Bu yanaşma paytaxtda nəqliyyat sisteminin yalnız genişləndirilməsini deyil, onun daha dayanıqlı, ekoloji inteqrasiya olunmuş modelə keçidini hədəfləyir. Xüsusilə şəhərdaxili hərəkətin sürətləndirilməsi, tıxacların azaldılması ictimai nəqliyyatın avtobusmetro çərçivəsindən çıxarılaraq çoxşaxəli bir şəbəkəyə çevrilməsi baxımından tramvay layihəsi uzunmüddətli urbanistik strategiyanın əsas tərkib hissələrindən biri kimi qiymətləndirilir.

 

Layihə hansı mərhələdədir?

 

Dövlət proqramlarında əksini tapan bu hədəflərin praktiki icra mərhələsində hansı istiqamətdə reallaşacağı, layihənin texniki iqtisadi əsaslarının necə formalaşdırıldığı isə mütəxəssis rəyləri fonunda daha aydın görünür.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlıİki sahil”ə açıqlamasında bildirdi ki, hazırda Mehdiabad–28 May istiqamətində tramvay xəttinin texniki-iqtisadi əsaslandırılması hazırlanır, paralel olaraq layihələndirmə işləri davam etdirilir: “Layihə çərçivəsində tramvay xətlərinin ictimai nəqliyyatın əsas seqmentləri olan avtobus metro ilə əlaqələndirilməsi nəzərdə tutulur. Eyni zamanda, artıq Bakı ətraf ərazilərin nəqliyyat sistemində köməkçi rol oynayan dəmir yolu şəbəkəsinin bu tramvay xəttinə inteqrasiya olunması istisna edilmir. Bu halda sərnişinlər tramvaydan metroya, qatar avtobuslara birbaşa keçid imkanları əldə edəcəklər.

Hazırda beş tramvay xətti üç deponun layihələndirilməsi planlaşdırılır. Proses hələlik dizayn iqtisadi əsaslandırma mərhələsindədir. Layihə ilə bağlı müstəqil ekspertlərin nəqliyyat sahəsi üzrə mütəxəssislərin rəyləri alınır, geniş təhlillər aparılır. Tramvay sistemi Bakı kimi iri sıx məskunlaşmış şəhərlər üçün olduqca əlverişli nəqliyyat vasitəsi hesab olunur. Şəhərdə avtomobil sıxlığı artıq pik həddə çatıb bu problem vaxtında həll olunmasa, geri dönüşü çətin olan bir vəziyyət yarana bilər. Məhz bu baxımdan tramvayın əhəmiyyəti xüsusi vurğulanır”.

 

Avtomobilə alternativ, şəhərənəfəs

 

Eldəniz Cəfərov qeyd etdi ki, tramvay xətlərinin istifadəyə verilməsi ictimai nəqliyyatın şaxələndirilməsinə alternativlərin artmasına şərait yaradacaq: “Tramvay xüsusi rels üzərində, maneəsiz hərəkət etdiyi üçün sürət dəqiqlik baxımından üstünlüyə malikdir. Eyni zamanda, ekoloji cəhətdən təmiz nəqliyyat növü sayılır, atmosferə zərərli qazlar buraxmır daha çox sərnişin daşımaq imkanına malikdir. Bu müsbət xüsusiyyətlər tramvay marşrutlarının sayının artmasının Bakı ətraf ərazilərdə tıxacların azalmasına real töhfə verəcəyini göstərir.

Mövcud yol nəqliyyat infrastrukturunun tramvay üçün uyğunlaşdırılması məsələsinə gəldikdə, xətlərin əsasən texniki baxımdan əlverişli ərazilərdən keçirilməsi nəzərdə tutulur. İnfrastrukturun tramvay xətlərinin çəkilməsi üçün ciddi maneə yaradacağı düşünülmür. Layihələr təsdiqlənərsə, seçilmiş istiqamətlər üzrə müvafiq yenidənqurma işləri aparılacaq. Bu proses bəzi ərazilərdə daha mürəkkəb ola, əlavə yol ötürücüləri, tunellər körpülərin inşasını zəruri edə bilər. Məqsəd tramvayların sürətli, rahat maneəsiz hərəkətini təmin etməkdir. Çünki tramvayın sürəti avtomobil avtobusla rəqabət apara bilməzsə, bu nəqliyyat növü sərnişinlər üçün kifayət qədər cəlbedici olmayacaq. Buna görə tramvayların ayrıca zolaqda hərəkəti əsas prinsip kimi götürülür.

Tramvayın elektrik enerjisi ilə işləməsi onun ekoloji üstünlüklərini daha da artırır. Atmosferə karbon qazı buraxmaması, səs-küyün, çirkliliyin azalmasına töhfə verməsi bu nəqliyyat vasitəsini müasir şəhər üçün ideal edir. Bir tramvay reysi bir neçə avtomobili, hətta bir neçə avtobusu əvəz edə bilir ki, bu da həm nəqliyyat sıxlığının, həm ətraf mühitə düşən yükün azalması deməkdir. Tramvay sistemi şəhərin estetik funksional görünüşünə müsbət təsir göstərir, yaşıl davamlı şəhər modeli ilə tam uyğunlaşır”.

 

Keçmiş təcrübə müasir yanaşma

 

Ekspert vurğualdı ki, Bakının tramvayla bağlı əvvəlki təcrübəsi Sovet dövrünə təsadüf edir: “Həmin dövrdə tələblər, sürət istifadə edilən nəqliyyat vasitələri bugünkü standartlardan tamamilə fərqli idi. Müasir tramvaylar 40 il əvvəl istifadə olunan nəqliyyat vasitələrindən köklü şəkildə fərqlənir. Onlar daha sürətli, daha təhlükəsiz, daha səssizdir daha çox sərnişin daşımaq imkanına malikdir.

Yeni tramvay xətlərinin əsasən insanların yaşadığı işlədiyi, metro, avtobus ya qatarla nəqliyyat əlaqəsinin nisbətən çətin olduğu əraziləri əhatə etməsi planlaşdırılır. Müasir Bakı tramvayları ictimai nəqliyyatın bütün əsas köməkçi alətləri ilə inteqrasiya olunacaq. Hazırda şəhərdə əsas ictimai nəqliyyat növləri avtobus metro hesab olunur, taksi dəmir yolu isə köməkçi vasitə kimi çıxış edir. Tramvayın sistemə daxil olması ilə avtobus, metro, tramvay dəmir yolu arasında vahid şəbəkələşmə formalaşacaq. Beləliklə, əvvəl üçbucaq şəklində qurulan nəqliyyat sistemi dördbucağa çevriləcək, taksi isə köməkçi rolunu qoruyub saxlayacaq”.

 

Nigar Orucova

 

İki sahil.- 2026.-  13 fevral, ¹11.- S.7.