ASAN: İnnovasiya ilə gələcəyi qurur,

XİDMƏT KEYFİYYƏTİNİ İNKİŞAF ETDİRİR

 

ASAN İnnovativ İnkişaf Mərkəzi dövlət özəl sektorda insan kapitalının inkişafı, idarəetmə xidmət mədəniyyətinin gücləndirilməsi sahəsində aparıcı platformadır. Mərkəzin rəhbəri Aysel Cəbrayılovaİki sahil”ə müsahibəsində qurumun fəaliyyəti, əldə etdiyi uğurları gələcək hədəfləri barədə danışır, strateji məqsədləri oxucularla paylaşır.

 

-ASAN İnnovativ İnkişaf Mərkəzi məqsədlə yaradılıb?

-ASAN İnnovativ İnkişaf Mərkəzi 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir. Mərkəzin yaradılmasında əsas məqsəd “ASAN xidmətmodelinin formalaşdırdığı peşəkarlıq, yüksək xidmət keyfiyyəti, şəffaflıq vətəndaşyönümlü idarəetmə prinsiplərini dövlət özəl sektorda insan kapitalının inkişafına sistemli şəkildə tətbiq etməkdir.

Bu məqsədlə ASAN İnnovativ İnkişaf Mərkəzi kadrların idarəetmə, liderlik, kommunikasiya xidmət mədəniyyəti sahələrində bilik bacarıqlarının artırılmasına, müasir idarəetmə yanaşmalarının təşviqinə institusional potensialın gücləndirilməsinə yönəlmiş fəaliyyət həyata keçirir. Eyni zamanda, Mərkəz innovativ təlim proqramları, inkişaf yönümlü layihələr peşəkar platformalar vasitəsilə dövlət özəl sektor arasında bilik təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verir.

 -Mərkəz yaradıldıqdan sonra ölkədə hansı sahələrdə uğurlara imza atıb indiyə qədər hansı layihələri təlimləri həyata keçirib?

 -ASAN İnnovativ İnkişaf Mərkəzi fəaliyyətə başladığı dövrdən etibarən ölkədə insan kapitalının inkişafı, peşəkar idarəetmə mədəniyyətinin təşviqi xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə edib. Bu müddət ərzində Mərkəz tərəfindən 30 000-dən artıq iştirakçını əhatə edən 650-dən çox təlim inkişaf yönümlü proqram həyata keçirilib.

Təlim proqramları əsasən şəxsi peşəkar inkişaf, idarəetmə liderlik bacarıqları, effektiv kommunikasiya, vətəndaş məmnuniyyəti, xidmət keyfiyyəti, emosional intellekt, stressin idarə olunması dəyişikliklərin effektiv idarə edilməsi ilə yanaşı, süni intellekt savadlılığı, rəqəmsal kompetensiyaların artırılması müasir texnoloji alətlərin praktiki tətbiqi  kimi istiqamətləri əhatə edib. Bu proqramlar həm dövlət, həm özəl sektor nümayəndələrinin bilik bacarıqlarının müasir dövrün tələblərinə uyğun şəkildə hərtərəfli inkişafına xidmət edib.

Mərkəzin əsas layihələri sırasında öncəlikləVətəndaş məmnuniyyətində ASAN modelitəlim proqramı, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə peşəkar idarəçilik irsinə həsr olunmuşPeşəkar 100 ilidarəçilik marafonu, “İnsan Resursları İdarəetmə Forumu”, eləcə Konstitusiya Suverenlik İliçərçivəsində həyata keçirilmiş “ZİRVƏ – Zəfər idarəçisinin rəhbərlik vizyonu ənənələrilayihəsi xüsusi yer tutur. Həmçinin Milli Mətbuat Günü münasibətilə təşkil edilmiş təlim xarakterli tədbirlər Mərkəzin fəaliyyət spektrini daha da genişləndirib. Qeyd olunan tədbir proqramlarda iştirakçı məmnuniyyətinin 96,4 faiz səviyyəsində ölçülməsi təqdim olunan təlimlərin yüksək keyfiyyətini praktik əhəmiyyətini təsdiqləyir.

İnnovativ texnologiyalar sahəsində fəaliyyətin genişləndirilməsi məqsədilə Blokçeyn Təlim Mərkəzi yaradılıb. “İnnovasiyalar Mərkəzi”, “Bilişim Vadisi Bakı “PAŞA Bank” ASC-nin birgə təşəbbüsü ilə təsis olunan bu mərkəzin əsas məqsədi qabaqcıl blokçeyn texnologiyaları kriptovalyutalar üzrə təlimlərin təşkili, eləcə fərdlərin qurumların inkişafına dəstək məqsədilə müvafiq sahədə konsultasiya xidmətlərinin göstərilməsidir. Blokçeyn Təlim Mərkəzi eyni zamanda təcrübə mübadiləsi üçün aparıcı platforma rolunu oynayaraq bu sahəyə maraq göstərən həvəskarları peşəkarları müasir resurslar, şəbəkələşmə imkanları sənayenin ən son yenilikləri ilə təmin edir.

Eyni zamanda, rəqəmsal transformasiya istiqamətində ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən ölkədə süni intellekt sahəsində bilik bacarıqların artırılması məqsədilə “AI Zone” adlı praktik təlim məkanı yaradılıb. Bu çərçivədə keçirilən təlimlər müxtəlif sahələr üzrə peşəkarlar, media nümayəndələri, təhsil işçiləri, dövlət özəl sektor qurumlarının rəhbər məsul əməkdaşları, gənc mütəxəssislər, eləcə süni intellekt sahəsinə maraq göstərən bütün vətəndaşlar üçün açıq şəkildə həyata keçirilir.

Bakı Şuşa şəhərləri ilə yanaşı, Göyçay Şəki daxil olmaqla ölkənin müxtəlif regionlarında təşkil olunan təlimlər bu günədək 2000-dən çox vətəndaşı əhatə edib proqram iştirakçılar arasında yüksək maraq yaradıb.

Bununla yanaşı, ASAN İnnovativ İnkişaf Mərkəzi beynəlxalq əməkdaşlıq istiqamətində fəaliyyətini genişləndirir. Bu çərçivədə Mərkəzin fəaliyyəti Özbəkistan Pakistanın dövlət xidmətləri sahəsində fəaliyyət göstərən müvafiq qurumlarının nümayəndə heyətlərinə təqdim edilib, onlar üçün müasir liderlik mövzusunda xüsusi təlimlər təşkil olunub. Bu təşəbbüslər Mərkəzin formalaşdırdığı təcrübənin beynəlxalq səviyyədə paylaşılmasına qarşılıqlı bilik mübadiləsinin gücləndirilməsinə xidmət edir.

-ASAN təcrübəsinin innovativ yeni təlim metodları ilə birləşdirilməsi kadrların peşəkarlıq səviyyəsinə necə təsir edib?

 -ASAN İnnovativ İnkişaf Mərkəzi təlim yanaşmasında klassik passiv öyrənmə modellərindən kənara çıxaraqPoints of You”, “Boyatzismodeli, “LEGO Serious Play” “Body Game” kimi beynəlxalq səviyyədə tanınmış innovativ metodologiyalardan sistemli şəkildə istifadə edir. Bu metodlar ASAN təcrübəsinin formalaşdırdığı vətəndaşyönümlü, nəticə əsaslı yanaşma ilə birləşdirilərək təlim prosesinin daha dərin təsirli olmasını təmin edir.

Tətbiq olunan yanaşmalar iştirakçıların yalnız nəzəri bilik əldə etməsinə deyil, eyni zamanda özünüdərk, davranış dəyişikliyi, şüurlu qərarvermə situativ düşünmə bacarıqlarının inkişafına fokuslanır. Təlim prosesi iştirakçıları aktiv düşünməyə, mövcud yanaşmalarını sorğulamağa real mühitində qarşılaşdıqları çağırışlara uyğun praktik həllər formalaşdırmağa təşviq edir. Praktiki tapşırıqlar, interaktiv müzakirələr simulyativ fəaliyyətlər vasitəsilə komanda işi, ünsiyyət, liderlik strateji düşünmə bacarıqları real kontekstlərdə sınanır möhkəmləndirilir.

Eyni zamanda, beynəlxalq təcrübəyə əsaslanan bu müasir metodoloji alətlərin Mərkəzin fəaliyyətinə inteqrasiyası iştirakçıların yaradıcı potensialının üzə çıxarılmasına, çevik düşünmə vərdişlərinin formalaşmasına peşəkar davranış modellərinin inkişafına mühüm töhfə verir. Nəticə etibarilə, bu yanaşma təlimləri qısamüddətli bilik ötürülməsindən çıxararaq uzunmüddətli, dayanıqlı bacarıq davranış formalaşdıran effektiv inkişaf alətinə çevirir.

-Mərkəzin fəaliyyətinin dövlət özəl qurumlarda institusional bacarıqların gücləndirilməsinə konkret təsirlərindən nümunələr verə bilərsinizmi?

 -ASAN İnnovativ İnkişaf Mərkəzinin həyata keçirdiyi təlim proqramları nəticəsində həm dövlət, həm özəl sektorda rəhbər mütəxəssislərin idarəetmə intizamı, strateji düşünmə qərarvermə bacarıqları əhəmiyyətli dərəcədə güclənib. Xüsusilə son dövrdə keçirilən süni intellekt mövzulu təlimlər iştirakçıların texnoloji yenilikləri yalnız nəzəri səviyyədə deyil, gündəlik proseslərində tətbiq etmək bacarıqlarını artırıb. Bu təlimlər nəticəsində məlumatla işləmə, proseslərin optimallaşdırılması qərarvermədə analitik yanaşmalar daha geniş şəkildə istifadə olunmağa başlayıb.

Praktik nümunə olaraq, süni intellekt təlimlərində iştirak etmiş bəzi qurumlarda hesabatların hazırlanması, məlumatların təhlili daxili kommunikasiya proseslərinin daha çevik səmərəli təşkil edildiyini müşahidə etmək olar. Xidmət göstərən strukturlarda isə vətəndaş müraciətlərinə yanaşmada daha operativ fərdi ehtiyaclara əsaslanan yanaşmalar formalaşıb ki, bu da ümumi xidmət keyfiyyətinə müsbət təsir göstərib.

Sevindirici haldır ki, süni intellekt mövzulu təlimlərdən sonra iştirakçılar tərəfindən bu texnologiyaların doğru istiqamətdə məqsədyönlü istifadəsinə dair müsbət rəylər daxil olur. İştirakçılar qeyd edirlər ki, əldə etdikləri biliklər süni intellekt alətlərindən etik çərçivədə, təhlükəsizlik prinsipləri nəzərə alınmaqla real ehtiyaclarına uyğun şəkildə istifadə etməyə imkan yaradır. Bu yanaşma gündəlik proseslərinin daha səmərəli təşkili, məlumatların təhlilində çevik qərarvermə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli rol oynayır.

Bütövlükdə, ASAN İnnovativ İnkişaf Mərkəzinin həyata keçirdiyi təlim inkişaf proqramları həm dövlət, həm özəl sektorda yalnız bilik bacarıqların artırılması ilə məhdudlaşmır, eyni zamanda idarəetmə yanaşmalarının, təşkilati mədəniyyətin işgüzar davranış modellərinin yenilənməsinə real töhfə verir. Komanda işi, əməkdaşlıq dəyişikliklərə adaptasiya kimi mühüm institusional dəyərlərin möhkəmlənməsi bu fəaliyyətlərin uzunmüddətli dayanıqlı təsirini aydın şəkildə nümayiş etdirir. Bu yanaşma Mərkəzin insan kapitalının inkişafına strateji baxışla töhfə verən etibarlı platforma kimi formalaşdığını bir daha təsdiqləyir.

-İctimaiyyət sahibkarlarla əməkdaşlıq sahəsində hansı uğurlu təşəbbüslər həyata keçirilib onların nəticələri necə qiymətləndirilir?

 -ASAN İnnovativ İnkişaf Mərkəzi fəaliyyətində ictimaiyyət sahibkarlarla açıq inklüziv əməkdaşlığa xüsusi önəm verir. Bu istiqamətdə Mərkəz müxtəlif dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri, sahibkarlar, təhsil müəssisələrinin rəhbərləri müxtəlif peşə sahibləri üçün açıq tədbirlər, tematik təlimlər ustad dərsləri təşkil edib. Xüsusilə geniş auditoriyanı əhatə edən bu tədbirlərdə minlərlə iştirakçının iştirakı təmin olunub. Bu təşəbbüslər Mərkəzin formalaşdırdığı təlim inkişaf modelinin daha geniş auditoriyaya çatdırılmasına, xidmət mədəniyyətinin peşəkar yanaşmaların cəmiyyətə yayılmasına mühüm töhfə verib.

İctimaiyyət üçün həyata keçirilən təşəbbüslər sırasında hər kəs üçün açıq ödənişsiz ustad dərsləri, eləcə süni intellekt mövzusunda təşkil olunan təlimlər xüsusi yer tutur. Bu təlimlər vətəndaşların müasir texnologiyaları daha yaxşı anlamasına, süni intellektdən doğru məsuliyyətli şəkildə istifadə bacarıqlarını formalaşdırmasına onları gələcəyin mühitinin tələblərinə indidən hazırlamağa xidmət edir. Açıq formatda təşkil olunan bu proqramlar cəmiyyətdə ömürboyu öyrənmə mədəniyyətinin təşviqinə mühüm töhfə verir.

Sahibkarlarla əməkdaşlıq istiqamətində isə ASAN TV- yayımlananİnkişafdasanverilişi xüsusi qeyd olunmalıdır. Veriliş çərçivəsində müxtəlif sahələri təmsil edən ekspertlərlə sahibkarlıq, idarəetmə, innovasiya inkişaf mövzularında təcrübə mübadiləsi aparılıb bu müzakirələr sosial media platformaları vasitəsilə geniş auditoriyaya təqdim olunub. Nəticə etibarilə, “İnkişafdasanlayihəsi 1 milyon 500 min nəfərdən artıq izlənmə əldə edərək sahibkarlar geniş ictimaiyyət arasında böyük maraqla qarşılanıb.

Bütün bu təşəbbüslər nəticəsində ASAN İnnovativ İnkişaf Mərkəzinin yanaşması yalnız müəyyən auditoriya ilə məhdudlaşmayan, ictimaiyyət mühiti tərəfindən qəbul edilən, etibarlı davamlı bir inkişaf təlim modeli kimi möhkəmlənib.

 -Mərkəzin təqdim etdiyi ödənişsiz təlim paketləri iştirakçılar təşkilatlar üçün real fayda göstəribmi? Bu təcrübəni necə ölçürsünüz?

 -ASAN İnnovativ İnkişaf Mərkəzinin təqdim etdiyi ödənişsiz təlimlərin effektivliyi sistemli yanaşma əsasında qiymətləndirilir. Bu proses iştirakçı rəylərinin toplanması, məmnunluq göstəricilərinin ölçülməsi, eləcə təlimlərdən sonra təkrar müraciətlərin sayının təhlili yolu ilə həyata keçirilir. Aparılan ölçmələr göstərir ki, bu proqramlar yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmır, eyni zamanda həm fərdi səviyyədə peşəkar bacarıqların inkişafına, həm təşkilati səviyyədə proseslərinin təkmilləşdirilməsinə real ölçülə bilən töhfə verir.

 Burada xüsusi olaraq vurğulanmalıdır ki, təlimlərin ödənişsiz əsasda təşkil olunması onların keyfiyyətinə heç bir şəkildə təsir etmir. Təlim məzmunu, tətbiq edilən metodologiyalar, praktiki yanaşma ekspert heyəti baxımından bu proqramlar ödənişli təlimlərdə təqdim olunan keyfiyyət standartları ilə tam uyğunluq təşkil edir. Bu yanaşmanın ən bariz göstəricilərindən biri təlimlərdən sonra qurumların Mərkəzə yenidən müraciət etməsi, eləcə minlərlə iştirakçının proqramlardan davamlı şəkildə yararlanmasıdır. Sevindirici haldır ki, elə vətəndaşlar var ki, ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətində daimi iştirak edirlər müxtəlif mövzular üzrə təşkil olunan ödənişsiz təlimlərdə mütəmadi şəkildə iştirak etməyə üstünlük verirlər. Bu fakt bir daha göstərir ki, təlimlər real ehtiyaclara cavab verir iştirakçılar əldə etdikləri bilik bacarıqlardan praktik fayda görürlər. Ümumilikdə, davamlı maraq təkrar iştirak göstəriciləri Mərkəzin əsas prinsipini aydın şəkildə təsdiqləyir: keyfiyyət ödənişlə deyil, düzgün yanaşma, peşəkar məzmun real dəyər yaratmaqla ölçülür.

-Fəaliyyətiniz müddətində qarşılaşdığınız əsas çətinliklər nələr olub onları necə aradan qaldırmısınız?

-Ölkədə təlim ənənəsinin geniş yayılması fonunda fəaliyyətin ilkin dövrlərində təqdim olunan yanaşmanın keyfiyyət real nəticə yaradacağına dair auditoriyada tam inamın formalaşdırılması müəyyən çətinliklər yaradırdı. Lakin zamanla əldə olunan praktik nəticələr, iştirakçı məmnuniyyətinin yüksək səviyyədə olması qurumların Mərkəzə təkrar müraciətləri ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə xüsusi etibarın formalaşmasına səbəb olub. Bu gün artıq Mərkəzin təqdim etdiyi təlimlər nəticəyönümlü, etibarlı praktik dəyər yaradan bir model kimi qəbul edilir.

Hazırda əsas çətinliklərdən biri ənənəvi, daha çox nəzəri yanaşmalara öyrəşmiş auditoriyanın innovativ təlim metodlarına ilkin adaptasiyası olub. Xüsusilə ilk mərhələdə iştirakçıların yeni formatlara, interaktiv tapşırıqlara, müzakirə əsaslı yanaşmaya praktiki tətbiqlərə alışması müəyyən vaxt tələb edib. Bu çətinlik təlim məzmununun mərhələli şəkildə yenidən qurulması, real situasiyalarına əsaslanan praktiki nümunələrin artırılması, iştirakçıların prosesə aktiv şəkildə cəlb edilməsi geribildirim mexanizmlərinin gücləndirilməsi ilə ardıcıl olaraq aradan qaldırılıb. Nəticədə auditoriyanın yeni yanaşmalara adaptasiyası sürətlənib təlimlərin effektivliyi nəzərəçarpacaq dərəcədə yüksəlib.

Digər əsas çətinlik isə geniş müxtəlif profilli auditoriya üçün vahid keyfiyyət standartının qorunması olub. Fərqli bilik səviyyəsinə, təcrübəyə institusional mühitə malik iştirakçılar üçün eyni dərəcədə effektiv faydalı təlim təmin etmək xüsusi yanaşma tələb edib. Bu məsələ peşəkar, sahə üzrə ixtisaslaşmış vahid metodologiya əsasında çalışan təlimçi komandası formalaşdırılmaqla həll olunub. Təlimçilər arasında məzmun uyğunluğu, metodiki ardıcıllıq keyfiyyətə nəzarət mexanizmləri yaradılaraq bütün proqramlar üzrə stabil yüksək standart təmin edilib. Bu yanaşma nəticəsində həm kütləvi, həm hədəfli auditoriyalar üçün eyni səviyyədə keyfiyyətli nəticəyönümlü təlim mühiti formalaşıb.

 -Gələcəkdə Mərkəzin yeni layihələri hansı sahələrdə innovasiyaya xidmət edəcək 5 illik fəaliyyətinizdən əldə etdiyiniz dərslər bu planlarda necə nəzərə alınacaq?

 -Son beş illik fəaliyyətimiz göstərdi ki, təlim inkişaf sahəsində real nəticə yalnız praktikaya əsaslanan, ölçülə bilən konkret ehtiyaclara cavab verən yanaşmalarla əldə olunur. Bu müddət ərzində müxtəlif sektorları təmsil edən minlərlə iştirakçı ilə işləmək bizə kadr ehtiyaclarını, institusional boşluqları dəyişən mühitinin real tələblərini daha dəqiq görməyə imkan verib. Eyni zamanda, formalaşmış etibar mühiti davamlı maraq Mərkəzin fəaliyyətinin düzgün istiqamətdə qurulduğunu təsdiqləyir.

Məhz bu təcrübəyə əsaslanaraq, qarşıdakı dövrdə ASAN İnnovativ İnkişaf Mərkəzi yeni layihələrini idarəetmədə innovativ yanaşmaların tətbiqi, liderlik dəyişikliklərin idarə olunması, süni intellekt rəqəmsal həllərin proseslərinə düzgün inteqrasiyası, eləcə xidmət keyfiyyətinin ölçülməsi davamlı təkmilləşdirilməsi istiqamətlərində formalaşdırmağı planlaşdırır. Yeni təşəbbüslərdə əsas diqqət nəzəri biliklərdən daha çox, real mühitində tətbiq oluna bilən bacarıqların inkişafına yönələcək. Eyni zamanda, fəaliyyət müddətində əldə etdiyimiz dərslər bizə göstərdi ki, effektiv təlim modeli yalnız məzmunla deyil, yanaşma ilə ölçülür. Bu səbəbdən gələcək layihələrdə daha çevik formatlara, açıq inklüziv platformalara, fərqli auditoriyalar üçün uyğunlaşdırılmış inkişaf proqramlarına üstünlük veriləcək. Həm fərdi, həm institusional səviyyədə ölçülə bilən nəticə yaradan modellər əsas prinsip olaraq qorunacaq. Bu yanaşma nəticəsində işgüzar şəxsləri, gənc mütəxəssisləri şəxsi inkişafında maraqlı olan bütün vətəndaşları yeni layihələr, silsilə tədbirlər daha interaktiv inkişaf imkanları gözləyir.

Geniş formalaşmış auditoriyamız sayəsində əminik ki, qarşıdakı mərhələdə hər bir işgüzar şəxsin vətəndaşın inkişafına real şəkildə toxunan, uzunmüddətli dəyər yaradan bir fəaliyyət ortaya qoyacağıq.

 

Aysel Cəbrayılova

 

Müsahibəni apardı:

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2026.-  13 fevral, ¹11.- S.6.