Son 5 ildə gömrük orqanları tərəfindən

narkotika ilə bağlı 428 fakt aşkar edilib

 

Narkomaniya ilə mübarizə

 

Müasir dövrdə Azərbaycan Respublikası üçün əsas təhdidlərdən birini narkotik vasitələrin psixotrop maddələrin qaçaqmalçılığı təşkil edir. Narkotik maddələrdən sui-istifadə insanların normal həyatına mane olur, onların sağlamlıqlarına ağır zərər vurur, ailə şəxsi həyatlarında bir sıra ciddi problemlərin üzə çıxmasına səbəb olur.

Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə beynəlxalq ictimaiyyət qarşısında qoşulduğu beynəlxalq konvensiyalar digər beynəlxalq sənədlərə uyğun olaraq öz öhdəliklərini daim sadiq olduğunu hər zaman nümayiş etdirir. Narkotiklərlə mübarizə Azərbaycanın müstəqilliyinin ilk illərindən möhkəm siyasi iradə əsasında ümumdövlət vəzifəsi elan edilmiş hüquq mühafizə orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Bu məsələyə gömrük sahəsi nöqteyi-nəzərindən baxarkən ilk öncə bir sıra mühüm məqamları vurğulamaq lazımdır. Ölkəmizin ərazisindən beynəlxalq nəqliyyat kommunikasiyaları keçir onlar gündən-günə daha da genişlənir, buna uyğun olaraq yük daşınmaları da artmaqda davam edir. Ölkəmizin iqtisadi təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanan Azərbaycan Respublikası gömrük orqanları özünün  əsas vəzifələrindən biri kimi qaçaqmalçılıq hallarına, eləcə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində, hüquq-mühafizə fəaliyyətini gücləndirməklə məqsədyönlü tədbirlər həyata keçirir. Dövlət Gömrük Komitəsi tərəfindən gömrük infrastrukturunun müasir dövrün tələbləri səviyyəsində qurulması istiqamətində işlər davam etdirilmiş, xüsusilə cənub istiqamətindən artan narkotəhdidlər nəzərə alınmaqla sərhəd keçid məntəqələrində son texnologiyalara cavab verən stasionar tipli yoxlama baxış sistemləri  quraşdırılmışdır.

Bundan əlavə, Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən məlumatların öncədən emalı hesabına yük nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, biznes subyektlərinin əməliyyat xərclərini azaldan süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən ünikal imkanlara malik Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) hazırlanıb 2024-cü ilin yanvar ayından tətbiqinə başlanılmışdır.

Narkotiklərin yaratdığı potensial təhlükənin qarşısını almaq bu sahədə sistemli, qətiyyətli işlərin görülməsi məqsədilə ölkə rəhbərliyi tərəfindən ardıcıl proqramlar qəbul edilərək uğurla icra olunmuşdur.

Ölkə başçısının 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmişNarkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının qanunsuz dövriyyəsinə narkomanlığa qarşı mübarizəyə dair   2025-2030-cu illər üçün Dövlət Proqramının icrasını təmin etmək, həmçinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarəti əməliyyat-axtarış fəaliyyəti gücləndirilmiş, risklərin idarə olunması sisteminin yeni texnologiyaların tətbiqi genişləndirilmiş, kadrların peşəkar hazırlığı artırılmış digər kompleks tədbirlər həyata keçirilmişdir.

Qeyd etmək yerinə düşər ki, gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində son 5 il cari ilin müvafiq dövrü ərzində narkotik vasitələr, psixotrop maddələr onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 428 fakt aşkar olunmuşdur. Bu faktlar üzrə  ümumilikdə 6 ton 986 kiloqramdan artıq narkotik vasitələr,  psixotrop maddələr onların prekursorları qanunsuz dövriyyədən götürülmüşdür.

Götürülmüş narkotiklərin 60.8 %-ni daha təhlükəli ağır narkotiklər olan heroin metamfetamin təşkil etmişdir.

Müvafiq olaraq 3 ton 658  kq  qram heroin, 595 kq metamfetamin,  762 kq tiryək, 165 kq həşiş, 1 ton 802 kq marixuana digər  maddələr qanunsuz dövriyyədən çıxarılmışdır.

Əgər nəzərə alsaq ki, 1 kq heroindən 10000 doza almaq olar ya 100 qram heroin kifayət edir ki, 170 nəfər şəxs narkomanlıq xəstəliyinə düçar olsun, o zaman 3 ton 658 kq heroinin təhlükəli nəticələrinin miqyasını təsəvvür etmək belə dəhşətlidir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar aşkar edilmiş iri faktlar üzrə istifadə olunan əsas marşrutlar kimi İran-Ukrayna, İran-Türkiyə İran-Rusiya qeyd edilməlidir.

Həmçinin, Avropa dövlətlərinə (Niderland, Polşa, Almaniya, Bolqarıstan, Belçika, Avstriya sair) göndərilən iri partiya narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılmışdır.

Əsas diqqət çəkən məqamlardan biri son illər (2024-2025-ci il 2026-ci ilin müvafiq dövrü) ərzində Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada keçməklə Rusiya Federasiyasına narkotik vasitə olan marixuananın iri partiyalarla daşınmasına cəhd edilməsidir. Narkotik vasitələr meyvə-tərəvəz yüklərində (kahı, alma, gavalı, üzüm, qarpız) gizlədilərək İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyası oradanda avropa ölkələrinə çatdırılması nəzərdə tutulurdu.

Cari ilin müvafiq dövrü ərzində 4 fakt üzrə 124 kq 800 qram marixuana,1 fakt üzrə 39 kq 315 qram heroin ölkəmizdən tranzit keçirilərkən saxlanılmışdır.

Narkotik maddələrin qanunsuz olaraq ölkə ərazisinə daxil olmasının keçirilməsinin qarşısını almaq üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşları tərəfindən bir çox uğurlu tədbirlər həyata keçirilmişdir.

01.02.2026-cı il tarixində külli miqdarda narkotik vasitəCənub-Astaragömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyayagöyərtiyükü aparan nəqliyyat vasitəsində aşkarlanıb. Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən gömrük nəzarətindən gizlədilən, ümumi çəkisi 44 kiloqram 430 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

30.01.2026-cı il tarixində Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Narkotik vasitəCənub-Astaragömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyayatəzə qarpızyükü aparan nəqliyyat vasitəsində aşkarlanıb. Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.  Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən 92 ədəd paletdə gömrük nəzarətindən gizlədilən, ümumi çəkisi 50 kq 575 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsindəCulfagömrük postunda ölkəmizdən tranzit keçməklə İrandan Polşaya "plastik üzlük lövhələryükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı nəqliyyat vasitəsindəki plastik üzlük panellərin içərisinə malların aşkarlanmasını çətinləşdirən üsullardan istifadə edilməklə yerləşdirilərək sıxışdırılmış 780 ədəd paketdə, ümumi təmiz çəkisi 39 kiloqram 315 qram narkotik vasitə - heroin aşkar edilib.

13.11.2025-ci il tarixində Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış nəzarət tədbirləri nəticəsində Avropaya daşınması nəzərdə tutulan xüsusilə külli miqdarda narkotik vasitə - heroin Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Estoniya Respublikasınakafel yapışdırıcısıyükü aparan vaqonAstara Dəmir Yolugömrük postunda saxlanılıb yükə stasionar rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı şübhəli cizgilər müşahidə olunduğundan yükə kinoloji xidmət iti vasitəsilə əsaslı gömrük yoxlaması tətbiq edilib. Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı 3250 ədəd kisədən 44-də külli miqdarda, 450 kiloqramdan artıq narkotik vasitə - heroin aşkar edilib.

Qeyd edək ki, aşkar edilən narkotik vasitənin Avropa qara bazarında təqribi pərakəndə satış qiyməti 90 milyon ABŞ dollarından yuxarıdır.

Yanvarın 30-da Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun təşkilatçılığı dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 25 cinayət işi üzrə ümumilikdə 858 kiloqram 631,927 qram müxtəlif xassəli narkotik vasitə psixotrop maddə yandırılaraq məhv edilib. Məhv edilən narkotik vasitələrin 453 kq 924,517 qramı heroin, 394 kq 224,36 qramı marixuana, 2 kq 245,25 qramı tiryək, 5 kq 224,72 qramı həşiş qətranı olub, bundan əlavə, 3 kq 13,08 qram, 26884 həb psixotrop güclü təsir edən maddələr məhv edilib.Məhv edilmiş narkotiklərin qara bazarda ümumi dəyəri 52 milyon manatdan artıqdır.

Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə digər dövlət orqanları, təşkilatlar, başqa ölkələrin gömrük digər səlahiyyətli dövlət orqanları, beynəlxalq təşkilatlarla əməkdaşlıq çox vacibdir. Sadə dillə desək "tək əldən səs çıxmaz". Bunu nəzərə alaraq bu sahədə əməkdaşlıq genişləndirilir bu proses yeni templərlə davam etdirilməkdədir. Azərbaycan Respublikası gömrük orqanları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı digər məsələlər barədə məlumatlar bir sıra dövlət orqanları ilə beynəlxalq səviyyədə mübadilə edilmişdir.

Narkoqaçaqmalçılıq cinayətlərinin iki daha artıq ölkələrin ərazisində hazırlanıb həyata keçirilməsi nəzərə alınmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi beynəlxalq əməkdaşlığa xüsusi önəm verərək bu sahədə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görmüşdür. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər Cinayətkarlıq üzrə İdarəsi, Ümumdünya Gömrük Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsi, Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi, Ümumdünya Gömrük Təşkilatı BMT-nin Narkotiklər Cinayətkarlıq üzrə İdarəsinin Konteyner Nəzarət Proqramı, Rusiya Federal Gömrük Xidməti, Türkiyə Respublikası Ticarət Nazirliyi bir sıra başqa beynəlxalq  regional təşkilatlar, xarici ölkələrin gömrük müvafiq səlahiyyətli dövlət orqanları ilə əməkdaşlıq həyata keçirilərək məlumat təcrübə mübadiləsi aparılmış, işçi görüşlər keçirilmişdir.

Həmçinin gömrük əməkdaşlarının bilik bacarıqlarının, təcrübələrinin artırılması məqsədilə Ümumidünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsinin Akademiyasında mütəmadi olaraq təlimlər seminarlar keçirilmişdir.

Bütün yuxarıda qeyd olunanlar gömrük orqanlarının narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əzmini nümayiş etdirməklə yanaşı gömrük xidmətinin bundan sonra daha böyük səylə xalqımızın sağlamlığının firavan həyatının təmin edilməsi uğrunda çalışacağını bir daha təsdiq edir. 

 

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi

Əməliyyat İdarəsinin Narkotiklərlə müabrizə şöbəsi

 

İki sahil.- 2026.-  13 fevral, ¹11.- S.6.