BANM ilə ADAU arasında birgə əməkdaşlıq

haqqında memorandum imzalanıb

 

Əməkdaşlıq

 

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi ilə görüşüb.

Görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov əməkdaşlıq perspektivlərindən danışıb qeyd edib ki, müasir texnologiyaların, mühəndislik həllərinin innovativ yanaşmaların aqrar sahəyə inteqrasiyası məhsuldarlığın artırılması dayanıqlı inkişafın təmin olunmasında əsas rol oynayır.

ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, müasir dövrdə ali təhsildə sənaye-universitet əməkdaşlığı dayanıqlı inkişafın əsas şərtlərindən biridir ADAU bu istiqamətdə BANM ilə qarşılıqlı faydalı əməkdaşlığa xüsusi önəm verir.

Daha sonra ADAU ilə BANM arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən, birgə konfrans, simpozium elmi seminarların təşkili, kadr potensialının inkişafı, ortaq layihələrin hazırlanması, hər iki universitetin professor-müəllim heyəti tələbələrinin iştirakı ilə qarşılıqlı master-klasların təşkili nəzərdə tutulub.

Görüşdən sonra BANM-in nümayəndə heyəti ADAU-nun laboratoriyaları, heyvandarlıq mərkəzi, maşın-traktor parkı Tələbə evində olub.

Səfər çərçivəsində, həmçinin Elmar Qasımov Universitetin onlayn televiziyası ADAU TV- müsahibə verib.

Daha sonra Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilib.

 

İki sahil.- 2026.-  13 fevral, №11.- S.4.