Süni intellektli gələcəyə baxış

 

Prezident İlham Əliyevin sədrliyi iləAzərbaycanın yeni rəqəmsal arxitekturasıadlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə ölkənin rəqəmsal inkişaf strategiyası informasiya-kommunikasiya texnologiyaları sahəsində gələcək prioritetlər müzakirə olunub. Dövlətimizin başçısı bu sahədə atılacaq addımlarla bağlı tapşırıqlar verib.

Bəllidir ki, XXI əsrin əsas resursu məlumat, əsas gücü isə süni intellektdir. Bu müşavirə məhz ölkənin inkişaf modelində keyfiyyətcə yeni istiqaməti müəyyənləşdirdi. Dövlətimizin başçısının sözləri ilə desək, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Bu, sadəcə texnoloji yenilənmə deyil, həmçinin strateji seçimdir.

Bu fikirlər texnika üzrə fəlsəfə doktoru Nizami NovruzovunSüni intellektli gələcəyə baxışsərlövhəli məqaləsində yer alıb. Məxsusi olaraq AZƏRTAC üçün hazırlanmış məqaləni təqdim edirik:

Azərbaycanın coğrafi mövqeyi - Asiya ilə Avropanın kəsişməsində yerləşməsi indiyədək nəqliyyat enerji dəhlizləri üçün strateji üstünlük yaradıb. İndi isə həmin üstünlüklərə rəqəmsal infrastruktur daxil olmalıdır. Rəqəmsal arxitekturanın əsas şərtlərindən biri enerji təminatıdır. Süni intellekt iri data mərkəzləri böyük enerji gücü tələb edir. Prezident İlham Əliyev müşavirədə vurğuladı ki, son 20 ildə Azərbaycanın generasiya gücü iki dəfə artaraq 10 min meqavata çatıb hazırda ən azı 2 min meqavat istifadə edilməyən potensial mövcuddur. Bu göstərici region üçün nadir üstünlükdür. Üstəlik, bərpaolunan enerji sahəsində imzalanmış müqavilələr gələcəkdə əlavə güc yaradacaq. Bu isə Azərbaycanın yaşıl enerji əsaslı data mərkəzləri qurmaq imkanını genişləndirir Avropanın karbon neytrallığı siyasəti ilə uzlaşır.

Onu da qeyd edək ki, dövlət başçısının hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırığı beynəlxalq idarəetmə təcrübəsinə uyğun sistemli yanaşmadır. Prezident İlham Əliyevin süni intellekti rəqəmsal infrastrukturu prioritet elan etməsi həm daxili idarəetmə islahatı, həm beynəlxalq tərəfdaşlara yönəlmiş strateji mesajdır. Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt, data mərkəzləri rəqəmsal infrastruktur üzrə əməkdaşlığın ayrıca əksini tapması, eyni zamanda, Avropa İttifaqına üzv ölkələr Çin Xalq Respublikası ilə mövcud strateji tərəfdaşlıq formatları bu sahədə çoxtərəfli birliyi imkanlarını genişləndirir. Azərbaycanın mövcud enerji generasiya gücü, tranzit fiber-optik bağlantılar, eləcə sabit investisiya mühiti süni intellekt data mərkəzi layihələri üzrə beynəlxalq texnologiya şirkətləri maliyyə fondları üçün ölkəmizin həm praktiki, həm iqtisadi cəhətdən cəlbedici platforma olduğunu göstərir.

Prezident İlham Əliyev, həmçinin regionların rəqəmsal imkanlarının genişləndirilməsinin vacibliyini vurğuladı. Bildirdi ki, paytaxtla bölgələr arasında rəqəmsal fərqin aradan qaldırılması sosial ədalətin təmin olunmasına iqtisadi fəallığın artmasına xidmət edəcək. Bu məqsədlə genişzolaqlı internet şəbəkəsinin əhatə dairəsinin artırılması, regionlarda elektron xidmətlərin əlçatanlığının təmin edilməsi rəqəmsal savadlılığın yüksəldilməsi prioritet vəzifələr sırasındadır. Onun sözlərinə görə, investisiya mühiti rəqəmsal transformasiya üçün əlverişlidir. Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard dollardan artıq sərmayə qoyulub. Xarici investisiyaların qorunması, uzunmüddətli neft-qaz müqavilələrinin sabit icrası transmilli şirkətlərlə etibarlı tərəfdaşlıq modelini formalaşdırıb.

Qeyd etmək lazımdır ki, süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə məktəblərdə uşaqlara yalnız akademik biliklərin deyil, həm yumşaq bacarıqların öyrədilməsi daha da vacib hal alır. Nəticə etibarilə, süni intellekt dövründə məktəblərin əsas vəzifəsi şagirdlərə yalnız bilik deyil, həm öz emosiyalarını idarə etmək, başqaları ilə əməkdaşlıq qurmaq mürəkkəb problemlərə yaradıcı yanaşmaq bacarıqlarını öyrətməkdir. Ən vacib bacarıq işi süni intellektə tapşırmadan əvvəl onu özün bacarmağı öyrənməkdir. Beləliklə, “Azərbaycanın yeni rəqəmsal arxitekturasıüzrə müşavirə onu göstərdi ki, ölkəmiz artıq rəqəmsallaşmanı ayrı-ayrı xırda layihələr kimi yox, vahid plan idarəetmə ilə icra etmək mərhələsinə keçir.

 

Nizami Novruzov

 

İki sahil.- 2026.-  18 fevral, ¹12. - S.5.