Bu
yol niyə belə uzun oldu, İlahi!..
Ermənilərin
1988-ci il fevralın
13-də Xankəndidə “miatsum”
(birləşmək) bağırtıları
ilə başlanan xəyanət dosyesinə
1813-cü il
Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri kontekstində
baxış
Azərbaycanın Qarabağ bölgəsində
35 il sürən və tam əminliklə
söyləmək olar
ki, bəşər tarixində müsli görünməmiş faciələr,
tükürpədici soyqırımı
aktları, qətliamlarla
müşayiət olunan
qanlı-qadalı münaqişənin
əsasını qoyan
Xankəndidə ermənilərin
ilk mitinqinin başlanmasının 38-ci ildönümü
tamam olur. Düz 38 il əvvəl, 1988-ci il fevralın 13-də, qarlı-şaxtalı bir qış günündə
əllərində “Lenin,
partiya, Qorbaçov!” şüar və transparantları tutmuş bir qrup erməni
Xankəndinin ovaxtkı
Lenin meydanına (İkinci Qarabağ müharibəsində Azərbaycanın
şanlı Qələbəsi
şərəfinə adlandırılmış
bugünkü
Zəfər Meydanı)
toplaşaraq
“Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi”
tələbi ilə siyasi mitinqə başladılar.
Keçmiş Sovet İttifaqı məkanında ilk siyasi aksiya olan və Azərbaycanın kürəyinə qəfil sancılan xəncər effekti doğuran bu mitinqin ərəfəsində respublikamızın başqa bölgələrində həyat öz axarı ilə davam edirdi. Başqa sözlə, xalqımız keçmiş SSRİ-nin ovaxtkı avantürist rəhbəri Mixail Qorbaçovun “demokratiya”, “yenidənqurma” və “aşkarlıq” nağıllarının təsiri altında yaşamaqda idi. Belə bir bir dönəmdə birdən-birə məlum oldu ki, sən demə, Azərbaycanın bu gün artıq gorbagor olmuş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə tamam başqa proseslər cərəyan edirmiş. Ona görə “edirmiş” deyirik ki, həmin ərəfədə, necə deyərlər, evinin içində gedən təhlükəli proseslərdən bixəbər olan xalqımız Azərbaycanın başsız başçılarının başımızın altına qoyduqları yastığa söykənib qış yuxusunun ləzzətini yaşamaqda idi. Məhz həmin gün Azərbaycanın bivec rəhbərləri Bakıdakı komfort kabinetlərində qəflətən qış yuxusundan ayılıb gördülər ki, ay dadi-bidad, paytaxtdan təqribən 400 kilometr aralıda, muxtar vilayətin inzibati mərkəzi olan Xankəndidə (ovaxtkı qondarma “Stepanakert”) erməni separatçıları illərlə qapalı qaynatdıqları qazanın qapağını qaldıraraq Azərbaycanın mərkəzi hakimiyyətinə meydan oxumağa başlayıblar. Ən dəhşətlisi o idi ki, başsız “başçılarımız” bu hadisəni hər vəchlə xalqdan gizlətməyə çalışırdılar. Heç bir rəsmi informasiyanın verilmədiyi bir şəraitdə sözügedən mitinqlə bağlı yayılan qeyri-rəsmi xəbər, sözün əsl mənasında, aydın səmada şimşək çaxması effekti doğurdu.
13 fevralda başlayan hadisələrin inkişaf prosesi haqqında az sonra…
“Miatsum”la
başlayan xəyanətin tarixi kökləri
Əslində,
13 fevral xəyanətinin tarixi kökləri Azərbaycanın
Qarabağ bölgəsində separatizm dalğasının
leqal şəkildə start götürdüyü 38 il əvvələ
deyil, daha qədim çağlara gedib çıxır.
Xalqımızın faciələrinin, ərazilərimizin
işğalının səbəbləri ilə bağlı
materialları, arxiv
sənədlərini araşdırarkən belə
bir qənaətə gəlmək olur ki, tariximizin XIX əsrin
əvvəllərindən başlayan bütün qanlı səhifələrinin
kökünü Azərbaycan
torpaqlarının Rusiya ilə
İran arasında bölüşdürülməsinə gətirib
çıxarmış bədnam Gülüstan və
Türkmənçay “sülh müqavilələri”ndə
axtarmaq lazımdır. Məhz həmin sənədlərdən
məlum olur ki, son 200 ildə bütün faciələrimizin
baiskarları olan Çar və Sovet Rusiyalarının Azərbaycana
qarşı ekspansionist siyasətlərinin bünörəsi 1804-1813 və 1826-1828-ci illər
rus-İran müharibələrinin yekunlarına dair bu iki
dövlət arasında imzalanan məlum “sülh müqavilələri”
ilə qoyulub.
1813-cü
il oktyabrın 12-də Qarabağın
Gülüstan kəndində Rusiya ilə İran arasında
tarixə “Gülüstan müqaviləsi” adı ilə
düşən və bundan sonrakı bütün faciələrimizin
“təməl daşı” olan bədnam sülh sazişi imzalanır. Bu müqavilə
Çar Rusiyasının Azərbaycanın şimal hissəsini
işğal etdiyini rəsmən təsdiqləyir. Ümumiyyətlə,
Gülüstan müqaviləsi dünya tarixində özgə
torpaqlarının bölüşdürülməsi məqsədilə
bağlanılmış ən rüsvayçı və
antihumanist müqavilələrdən biridir. Bunun ardınca isə
əvvəlkindən də qat-qat rüsvayçı və antihumanist daha bir
saziş- 10 fevral 1828-ci il tarixli Türkmənçay “sülh
müqaviləsi” gəlirdi…
1828-ci
ilin 10 fevralı ilə 1988-ci ilin
13 fevralı arasında
bağlılıq varmı?..
Tarixi mənbələr
sübut edir edir ki, bəli, var. Özü də çox
böyük ölçüdə. Məsələ
burasındadır ki, iki mərhələdə davam edən Rusiya-İran
müharibəsinin yekun nəticəsi olaraq 1828-ci il
fevralın 10-da Təbriz yolunun üstündə yerləşən
Türkmənçay kəndində imzalanmış
müqavilə təkcə Azərbaycan ərazilərinin param-parça edilərək
Şimal hissəsinin Rusiyaya, Cənubunun
isə İrana birləşdirilməsi prosesini başa
çatdırmadı. Həm də, məcazi mənada ifadə
etməli olsaq, bu
bədnam “sülh müqaviləsi”
ilə qayçılanıb dağranmış Azərbaycan
torpaqlarının altına ötən 200 ildə
xalqımıza bitib-tükənməyən faciələr,
müsibətlər, tükürpədici qətliamlar,
soyqırımları yaşadan “gecpartlayan mina” qoyuldu.
Türkmənçay müqaviləsinin
ən ağrılı,
belə demək mümkünsə, ölümsaçan bəndi
olan 15-ci maddəsində vətənsiz Hindistan
qaraçıları olan erməni toplumunun Osmanlı
imperiyası və İran ərazilərindən tarixi Azərbaycan
torpaqlarına, o cümlədən rusların “Zaqafqaziya”
adlandırdıqları Cənubi Qafqazın dilbər guşəsi
Qarabağa
köçürülməsi məsələsi
tam dolğunluğu ilə əksini tapırdı. Ən
maraqlısı o idi ki, müqavilənin digər bəndlərindən
fərqli olaraq 15-ci maddənin çox qısa müddətdə reallaşdırılması nəzərdə
tutulurdu və belə də oldu. Tarixi mənbələrdə
yer alan məlumatlara görə, erməni köçlərini
bütün yol boyu Çar Rusiyasının mühafizə dəstələri
müşayiət edir, adambaşına pul və ərzaq
paylanır, köç üçün nəqliyyat
ayrılır, ən münbit Azərbaycan torpaqları onlara
verilir və haylar bütün vergilərdən azad olunurdular.
Çar Rusiyasının özünün ekspansionist siyasətində
dönük və xəyanətkar ermənilərə
böyük önəm verməsini sübut edən ən
maraqlı və təkzibolunmaz tarixi faktlardan biri də
tanınmış rus rəssamı Vladimir Maşkovun 1828-ci
ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə
ayrıca rəsm əsəri həsr etməsidir.
Beləliklə, ermənilərin bizim
torpaqlarımıza
köçürülməsi ilə Çar Rusiyası XIX əsrin
əvvəllərindən başlayaraq əzəli Azərbaycan
torpaqlarında yeni bir vəhşi etnos məskunlaşdırdı.
Bu faktı görkəmli rus tarixçiləri və tədqiqatçıları
öz əsərlərində dönə-dönə qeyd
etmişlər. Məsələn, tanınmış tədqiqatçı
Nikolay Şavrovun hesablamalarına görə, təkcə
1826-1828-ci illərdə Yelizavetpol və İrəvan
quberniyalarının ən məhsuldar torpaqlarına
İrandan 40 mindən çox, Türkiyədən
isə 84.600 nəfər
erməni köçürülmüşdür. Bu təkzibolunmaz
faktdan bir daha məlum
olur ki ruslar hələ Türkmənçay müqaviləsi
qüvvəyə minməmişdən öncə öz sadiq
köpəklərini tarixi Azərbaycan torpaqlarında məskunlaşdırmağa
başlamışlar və çox qısa müddətdə
köçürülənlərin sayı milyonu ötüb
keçmişdr. Şavrov 1911-ci ildə bununla bağlı yazırdı: "Hazırda
Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan
çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz
köçürüb gətirmişik."
13
fevral 1988-ci il: Sonun başlanğıcımı?..
Sual
ritorik görünə bilər. Amma bu sualın dərin
qatlarında gizlənən tarixi məqamların
bugünkü məntiqi sonluğu sübut etdi ki, həmin
vaxtadək məskunlaşmalarından ötən 160 ildə
(1828-1988) ağalarının dəstəyi ilə
Qarabağın dağlıq hissəsində, necə deyərlər,
at oynatmalarından vəcdə gələrək “miatsum” niyyətlərinin
ilk açıq ifadəsi kimi üzə çıxan 13 fevral mitinqi vandal xislətli haylar üçün həqiqətən
də sonun başlanğıcı imiş. Axı, “gəmidə oturub gəmiçi
ilə dava edən”in son aqibətinin dənizin və ya
okeanın dərinliklərinə gömülmək olduğunu tarix dəfələrlə
sübuta yetirib.
Bu kontekstdə qayıdaq
yazının əvvəlində vəd etdiyimiz ermənilərin 38 il əvvəl
Xankəndidə 13 fevral xəyanəti ilə
başlatdıqları qanlı-qadalı hadisələrin səbəbləri,
prosesin gedişi və nəticələri ilə
bağlı mülahizələrimizin
davamına.
Həmin
vaxt mən Yevlaxda nəşr olunan “Təşəbbüs”
qəzetində redaktor müavini vəzifəsində
çalışırdım. İlk günlər camaat
arasında dolaşan qanqaraldıcı xəbər Sovet
İttifaqının, o cümlədən bizim qəzetimiz də
daxil Azərbaycanın heç bir kütləvi informasiya vasitəsində
dərc olunmadığına görə informasiya
blokadasında olan insanlar çaş-baş
qalmışdılar. Hər kəsin narahatlıq yağan çöhrəsindən
eyni məzmunlu sual oxunurdu: Dağlıq Qarabağda nə
baş verir? Orada ermənilərin küçələrə
çıxaraq Azərbaycandan ayrılıb Ermənistana birləşmək
tələbi ilə mitinq keçirmələri barədə
ara-sıra sızan qeyri-rəsmi məlumatlara isə heç
kim inanmaq istəmirdi. Axı, üzdəniraq Mixail
Qorbaçovun aşkarlıq, demokratiya, yenidənqurma sayıqlamalarına baxmayaraq, o dövrdə SSRİ ərazisində
hər hansı xalqın siyasi tələblərlə mitinq
keçirməsi və hakimiyyət orqanlarının bu
cür qeyri-konstitusion hərəkətlərə biganə
qalması heç cür inandırıcı
görünmürdü.
Lakin çox keçmədən
bütün məsələlərə
aydınlıq gətirildi. Bir neçə gündən sonra
SSRİ-nin, o cümlədən Azərbaycanın sərt
dövlət senzurası altında olan mətbuat orqanları həqiqətən
ermənilərin Xankəndidə fasiləsiz mitinq keçirmələrini
anlaşıqsız, mücərrəd cümlələrlə
etiraf etməyə məcbur oldular. Amma bu olay kütləvi
informasiya vasitələrində elə formada təqdim edilirdi
ki, ümumiyyətlə, Xankəndidə, bütövlükdə
Qarabağın dağlıq hissəsində nələrin
baş verdiyini ayırd etmək mümkün olmurdu.
Hadisələrin sürətli və
gözlənilməz (sonralar məlum oldu
ki, əslində gözlənilən) inkişafı
yavaş-yavaş Xankəndidə baş verənlərin əsl
mahiyyətini ortaya qoymuş oldu. Tezliklə o da məlum oldu
ki, tarixçilərin “Türkmənçayın
övladları” adlandırdıqları ermənilər tərəfindən
mitinq üçün fevralın 13-ü günü təsadüfən seçilməyibmiş.
Əvvəlcədən müəyyənləşdirilmiş
plana uyğun
olaraq mitinq qəsdən yuxarıda haqqında bəhs
etdiyimiz bədnam Türkmənçay müqaviləsinin 160
illiyi ərəfəsində
gizli surətdə, İrəvan hava limanı vasitəsilə Moskvaya Azərbaycandan şikayətə
getmiş və orada yüksək
çinli Sovet rəhbərləri tərəfindən qəbul
edilmiş “Dağlıq Qarabağın erməni
ziyalılarının” geri qayıtması gününə təyin
edilibmiş. Heç də təsadüfi deyildi ki, mitinq
iştirakçıları qarşısında ilk
çıxış edən də elə sözügedən
“şikayətçilər dəstəsi”nin
başçısı, aktrisa Janna Qalstyan olmuşdu. Onun erməniləri
Azərbaycana qarşı mübarizəyə səsləyən
qısa və bəlağətli çıxışında ucadan bəyan edilən
“Qarabağlılar (o vaxt hayların sonradan “səxavətlə”
dövriyyəyə buraxdıqları qondarma “artsax” ifadəsinin
nəinki özü, heç izi-tozu da yox idi-Ə.Q.) bu meydana
çıxmaqla öz daxillərindəki qul
psixologiyasını öldürdülər”
çağırışına mitinq
iştirakçıları “miatsum”
bağırtıları ilə cavab verirlər. Bu
bağırtılardan sonra meydanın hərəkətə gəlməsinə
baxmayaraq, sonralar məlum oldu ki, sən demə, mitinqin təşkilatçılarının
dabanlarına tüpürüb qaçmaları
üçün bircə işarə kifayət imiş. O
işarə isə nə Moskvadakı mərkəzi hakimiyyətdən, nə də
onun Bakıdakı vassallarından verilmədi...
Bu qətiyyətsizliyin əsl
mahiyyəti Azərbaycanın ozamankı
siyasi rəhbərliyinin mərkəzi hakimiyyətə tabe
olmadıqlarını açıq-aşkar bəyan edən
separatçıları dostluğa, qardaşlığa səsləyən
yalvarışlarından daha da ruhlanan ermənilərin bir həftə
keçməmiş atdıqları növbəti qanunsuz
addımdan sonra tam çılpaqlığı ilə üzə
çıxdı. Fevralın 20-də Dağlıq Qarabağ
Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Soveti o vaxtadək SSRİ məkanında
misli görünməmiş qanunsuzluğa əl atdı.
Muxtar vilayətin Xalq Deputatları Sovetinin həmin gün
keçirilən sessiyasında faktiki olaraq “Dağlıq Qarabağın
dövlət müstəqilliyinə və öz müqəddəratını
təyin etmək hüququna əsaslanan” olduqca absurd bir qərar
qəbul edildi. Belə bir antikonstitusion qərarın qəbul
edilməsi nəinki Azərbaycana, bütövlükdə
SSRİ rəhbərliyinə meydan oxumaq idi.
Açığını deyim ki, o vaxt Azərbaycanın
muxtar qurumunda cərəyan edən prosesləri həyəcanla izləyən
milyonlarla insan kimi bu sətirlərin
müəllifində də tezliklə Qarabağda baş
qaldıran separatizmin kökünün kəsiləcəyinə
dərin inam və ümid vardı. Axı, ermənilərin
konstitusiyaya və qanunlara zidd seperatçı hərəkətlərinin
qarşısının alınmaması çoxmillətli
Sovet İttifaqının hər yerində analoji hadisələrin
təkrarlanmasına şərait yaratmaq demək olardı. Bu
məntiqə söykənərək həmin dövrdə biz
jurnalistlər problemin çözülməsi
üçün öz yazılarımızda həm erməniləri
ağlın, zəkanın səsinə qulaq asmağa
çağırır, həm də Qarabağda gedən
prosesləri işıqlandırmaq məqsədilə Moskvadan
gələn həmkarlarımızı Qarabağın qapısı sayılan Yevlaxda
qarşılayıb münaqişə regionuna yola salarkən
onları Azərbaycanın bu bölgəsində baş verənlərin
əsl mahiyyəti haqqında məlumatlandırmağa
çalışırdıq. Lakin sonralar mərkəzi mətbuatda,
xüsusilə “Trud”, “Komsomolskaya pravda”, “İzvestiya” və digər qəzetlərdə
ermənilərin separatçı hərəkətlərinə
haqq qazandıran yazıları oxuyarkən dərin məyusluq hissi keçirməkdən
başqa əlimizdən heç nə gəlmirdi.
İttifaq hökumətinin və
onun yerdəki vassalı olan Azərbaycan rəhbərliyinin
artıq Qarabağda gedən prosesləri dayandırmaq
iqtidarında olmamaları DQMV Xalq Deputatları Sovetinin sessiyasının
məlum qərarından təxminən bir həftə sonra,
fevralın 27-28-də, sonralar məlum olduğu kimi, SSRİ
Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən
Sumqayıtda təşkil olunan “erməni talanları”nın
nəticələri ilə sübuta yetirildi. Bundan sonra baş
verənlər Azərbaycan cəmiyyətində SSRİ rəhbərliyinin
erməni separatçılarını yerində
oturdacaqlarına qalan az-çox inamı da tamamilə
öldürdü. Hadisələrin sonrakı inkişafı
sübut etdi ki, əvvəlcədən beynəlxalq erməni
mafiyası tərəfindən ələ alınmış
Mixail Qorbaçov nəinki Qarabağda baş qaldıran
separatizmi dayandırmaq iqtidarında deyil, əksinə
özü bu məkrli planın müəlliflərindən
biridir.
Zənnimizcə, 13 fevral olayından
sonra Azərbaycanın üzləşdiyi faciələr barədə
ətraflı söhbət açmağa ehtiyac yoxdur. Təkcə
onu qeyd etmək kifayətdir ki, 1988-ci il fevralın 13-də
Xankəndidə “miatsum” bağırtıları ilə
başlanan erməni xəyanəti nəticəsində 32 il
Azərbaycan öz tarixi torpaqlarının beşdə
bir hissəsindən məhrum oldu. “Miatsum” bağırtılarının dalğasında çox qısa müddətdə
bu gün Ermənistan adlanan tarixi Qərbi Azərbaycan
torpaqlarından 250 min nəfərdən çox soydaşımız misli
görünməmiş ağrı-acılarla deportasiya edildi.
Bir milyona yaxın azərbaycanlı Qarabağdan, Şərqi
Zəngəzurdan kütləvi qətliamlar, analoqsuz
soyqırımı aktları ilə müsayiət olunan ən
vəhşi üsullarla qovularaq
öz doğma Vətənində qaçqına,
köçkünə çevrildi. 1988-ci il fevralın 13-də
“miatsum” bağırtıları ilə Xankəndidə start
götürən separatism dalğası bizə 20 noyabr 1991-ci il vertalyot qəzası,
Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər,
Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan ...
itkiləri yaşatdı.
Çar Rusiyasının “10 fevral
direktivi” ilə gəlmişdilər,
Sovet Rusiyasının “13
fevral direktivi” ilə getdilər…
Bəşəriyyətin
yaşı milyon illərə söykənən tarixi dəfələrlə
sübut edib ki, heç bir cinayət cəzasız qalmır.
Sadəcə, bunun, necə deyərlər, geci, tezi var.
Bütöv bir xalqa
qarşı bəşəri cinayətlər
törətmiş dövlətlərin və ya dövlətlər
qrupunun etdiklərinə görə layiqli cəzalarını
almaları üçün bəzən illər, qərinələr,
hətta yüz illər tələb olunur. Amma əsas olan odur
ki, gec və ya tez İlahi ədalət zəfər
çalır. Zaman-zaman beynəlxalq güclər tərəfindən
hörülən xəyanət torunun məngənəsində
sıxılan Azərbaycan
məhz özünün çoxəsrlik tarixində dəfələrlə
belə bəşəri cinayətlərin arı-acısını
yaşamışdır. Bu
güclər min bir fitnə-fəsadla tarixi
torpaqlarımızda məskunlaşdırdıqları, hərbi,
siyasi, maliyyə dəstəyi verib başımıza
çıxardıqları vandal xislətli hay toplumunun əli
ilə hər fürsətdə
torpaqlarımızı kəsib doğrayaraq Azərbaycanı böyük
coğrafi ərazidən kiçik məmləkətə
çevirmişlər.
Yuxarıda qeyd etdiyimiz kimi, iki əsr əvvəl-1828-ci il fevralın
10-da Rusiya-İran müharibələrinin yekunu olaraq bu
dövlətlər arasında imzalanmış və Azərbaycan
torpaqlarının bölüşdürülməsi prosesini
başa çatdıran bədnam Türkmənçay
“sülh müqaviləsi”, xüsusilə onun 15-ci maddəsi
növbəti dəfə bu alçaq niyyətin
reallaşmasının “təməl daşı” oldu.
Obrazlı ifadə etməli olsaq, sonrakı faciələrimizin
icraçıları olan haylar Çar
Rusiyasının, necə deyərlər, “10 fevral direktivi” əsasında tarixi torpaqlarımıza, o cümlədən cənnət
Qarabağımızın axarlı-baxarlı dağlıq hissəsinə sahibləndilər.
Aradan 160 il keçəndən sonra,
1988-ci il fevralın 13-də yenə də bu dəfə
saxta “qardaş xalqların vahid ailəsi” libasına bürünmüş Sovet Rusiyasının vassallarına
Azərbaycan torpaqlarını
peşkəş etmək
siyasətinin əhatə
dairəsini daha da genişləndirmək niyyəti güdən “13
fevral direktivi” əsasında Xankəndidə
növbəti erməni
xəyanəti start götürdü.
Amma 13 fevral xəyanəti
bir qərinədən
də artıq müddətdə xalqımıza
müsli görünməmiş faciələr,
müsibətlər, qandonduran
qətliamlar, soyqırımı
aktları yaşatsa
da 200 ilə yaxın tarixi Azərbaycan torpaqlarında at oynadan erməni separatizmi üçün
sonun başlanğıcı
oldu.
Qurtaran dahi odur…
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer
üzünü…
XX əsr
Azərbaycan ədəbiyyatının sönməz Günəşi,
böyuk Hüseyn
Cavid 1918-ci ildə qələmə aldığı bu
misraları sanki bugünkü
Azərbaycanın alternativsiz Lideri İlham Əliyevi nəzərdə
tutaraq yazıb. Məhz qətiyyətli Prezident, yenilməz Sərkərdə,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin
Liderliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin
44 günlük Vətən müharibəsində və
2023-cü ilin birgünlük lokal antiterror tədbirlərində
şanlı Qələbə qazanmaqla erməni quldur dəstələrinin
200 ilə yaxın müddətdə tarixi Azərbaycan
torpaqlarında axıtdıqları qan izini birdəfəlik kəsdi.
Qarabağ Fatehi erməni vandalizminin tökdüyü
günahsız azərbaycanlıların “qan izini kəsməklə”
bütövlükdə Cənubi
Qafqazı erməni taunundan “qurtaran dahi” zirvəsinə
yüksəldi! Başqa sözlə, nəhayət, gec də
olsa İlahi ədalət Zəfər çaldı!
Sən tarixin ironiyasına bax ki…
Azərbaycanın bu tarixi Zəfəri təkcə
ötən iki əsrdə ərazilərimizə sahiblənmək
naminə xalqımızı qan gölündə boğan vandal erməni toplumu deyil, bütövlükdə
özgə torpaqlarını işğal etmək niyyətinə
düşənlər üçün ibrətamiz faktdır.
Sən tarixin ironiyasına bax ki, 13 fevral xəyanətinin
ildönümü ərəfəsində Ermənistanın ölkəmizə qarşı 35 il sürən hərbi
təcavüzünün təşkilatçılarından və iştirakçılarından bir
qrupu Azərbaycanın ədalət məhkəməsinin
hökmü ilə layiqli cəzalarını aldılar. Fevralın 5-də Bakı Hərbi
Məhkəməsində ötən il yanvar ayının 17-də
başlamış və bir ildən çox davam edən məhkəmə
prosesinin yekununda insanlıq əleyhinə
cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları
olan separatçılar Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan,
Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan,
Madat Babayan, Melikset Paşayan, Qarik Martirosyan, Davit Allahverdiyan,
Vasili Beqlaryan, Qurgen Stepanyan, Levon Balayan, Erik Qazaryan
ömürlük və ya uzunmüddətli həbs cəzasına
məhkum edildilər.
Yuxarıda “Müzəffər Ali Baş Komandan İlham Əliyev erməni quldur dəstələrinin
200 ilə yaxın müddətdə tarixi Azərbaycan
torpaqlarında axıtdıqları qan izini birdəfəlik kəsdi”
cümləsini təsadüfən işlətmədik. Bəli,
adlarını çəkdiyimiz terrorçu -
separatçıların aqibəti (inşallah belə bir aqibət
Xocalı qatilləri Robert Koçaryanı, Serjik
Sarkisyanı, Seyran Ohanyanı və digər yanları da
gözləyir) bir daha sübut etdi ki, min illər bundan sonra da heç bir erməni
Azərbaycan ərazilərinə nəinki hərbi təcavüz
etmək, hətta daş atmaq xəyalına belə
düşməyəcək. Əgər yenə də yolunu
azıb belə bir alçaq niyyətdə bulunsa unutmasın
ki, “Dəmir yumruq” yerindədir!..
Əhməd Qurbanoğlu
İki sahil.- 2026.- 18 fevral, ¹12.- S.6.