Ramazanda düzgün və balanslı
qidalanma necə olmalıdır?
On bir
ayın sultanı
Azərbaycanda
Ramazan ayı başlayır.
Bəs
Ramazan ayında düzgün qidalanma necə olmalıdır?
Mövzu ilə bağlı Operativ Media-ya
qida mütəxəssisi Asim Vəliyev danışıb.
Onun sözlərinə görə, Ramazan
ayında düzgün və balanslı qidalanma həm fiziki, həm
də mənəvi sağlamlıq üçün
böyük əhəmiyyət kəsb edir:
"Oruc tutan şəxslərin enerjisini
qorumaq, bədənini su və qida ilə düzgün şəkildə
təchiz etmək, həmçinin
sağlamlığını uzun müddət ərzində təmin
etmək üçün iftar və imsakı diqqətlə
planlaşdırmaq vacibdir. İmsakdan iftara qədər uzun bir
müddət olduğu üçün qidalanma müddətini
iki mərhələyə bölmək daha məqsədəuyğundur”.
O bildirib ki, iftarda ağır yeməklərdən
qaçınmaq, əvəzində yüngül və
faydalı qidalar seçmək tövsiyə olunur:
“Tərəvəzlər, quru meyvələr və
yüngül salatlar bu dövr üçün ideal
seçimlərdir. Ramazan ayında qidaların balanslı
olması əsasdır. Bədənə lazım olan proteinlər,
karbonhidratlar, yağlar, vitaminlər və minerallar
düzgün şəkildə tənzimlənməli və
müxtəlif olmalıdır.
Oruc tutanlar üçün ən vacib amil su qəbuludur.
İftardan imsaka qədər suyun kiçik hissələr
halında içilməsi bədənin su balansını
qoruyur. Eyni zamanda çox şəkərli və qazlı
içkilərdən uzaq durmaq lazımdır, çünki
bunlar qan şəkərini sürətlə yüksəldərək,
tez bir zamanda aşağı sala bilər və oruc tutanlara zərər
verə bilər. Həmçinin, şəkərli içkilər
qarın şişkinliyinə və həzm problemlərinə
yol aça bilər.
Ağ çörək və yüksək
karbohidratlı məhsullar oruc tutanların enerjisinin sürətlə
azalmasına səbəb ola bilər. İftara 1-2 ədəd
xurma və bir stəkan su ilə başlamaq ideal olacaq.
Sonrasında isə, axşam namazından sonra mədəni
yormadan sıx deyil, daha yüngül yeməklər qəbul
edilə bilər.
İmsakda, yumurta, pendir, kəsmik, zeytun, yulaf əzməsi
kimi qidalar yaxşı seçimlərdir. Çox duzlu və
yağlı yeməklər gün ərzində mədənin
narahatlıq yaratmasına səbəb ola bilər. Həmçinin,
yağlı yeməklər həzm sistemini yorar və oruc
tutanların bədənini ağırlaşdırır.
Konservləşdirilmiş və yüksək duzlu məhsullar
da bədənin su balansını pozur, yorğunluğa səbəb
ola bilər.
Lifli qidalar həzm sistemini
asanlaşdırır və uzun müddət toxluq hissi təmin
edir. Yüngül tərəvəzlər və meyvələr
zəngin vitamin və minerallarla bədəni dəstəkləyir,
xüsusən C vitamini və minerallar oruc tutanların enerji tələblərini
qarşılayır. Xurma isə təbii şəkər tərkibi
ilə bədəni tədricən enerji ilə təmin edir.
Yüngül tərəvəz salatları, toyuq və balıq kimi yeməklər yaxşı seçimlərdir. Karbohidrat olaraq isə, yulaf və kətan toxumu kimi alternativlərdən istifadə edilə bilər. Şirniyyat istəyi olduqda, şəkərli və ağır desertlərdən qaçınmaq, əvəzində şəkərsiz meyvə şirniyyatları və təbii şəkər ilə hazırlanmış alternativlər təklif edilə bilər”.
Nigar
Orucova
İki
sahil.-
2026.- 18 fevral, ¹12.- S.8.