Şeytanla işbirliyində olanlar kimlərdir?
Xəyanətkarlar
Dövlət Təhlükəsizlik Xidməti
(DTX) tərəfindən Vətənə
xəyanətdə iştirakları
olan şəxslərin
kimliyi ilə tanış olanda insanı təəccüb
bürüyür. Onların
bir çoxu otuz-qırx il yüksək vəzifələrdə
işləmiş adamlardır.
Təbii ki, zehinləri pas tutmuş ali təhsilli nadanlar vəzifələrindən gen-bol
istifadə edərək
xalqdan oğurladıqları
pulların hesabına
cənnət həyatı
yaşamış, hələ
nəvə, nəticə
və kötükcələrinin
də firavanlığı
üçün haram
milyonlar yığmışlar.
Görəsən dövlətdə ikinci-üçüncü
şəxs sayılan,
saysız-hesabsız sərvət
toplayan və yaşı doxsanı haqlayan Ramiz Mehdiyev daha nəyə
nail olmaq istəyirdi? Vaxtilə Ulu Öndərimiz Heydər Əliyevin etimad göstərərək
gətirib vəzifə
verdiyi Ənvəroviç
başına dəstə
yığıb Onun layiqli varisinə-dövlət
başçısına xəyanət
etdiyinə görə
utanmadımı? Boynundan
ən yüksək dövlət mükafatı-Heydər
Əliyev ordeni asılanda xəyanətindən
xəcalət çəkdimi?
Əlbəttə, yox.
Üzü bozarmış
“boz kardinal” xalqımızın ənənələrinə
həmişə həqarətlə
yanasıb. Bir faktı vurğulamaq lazımdır ki, o, Azərbaycan dilində danışmağı belə
özünə sığışdırmırdı.
Siz onun fotoşəkillərinə baxın.
Sanki hamını düşmən kimi görən şübhə
dolu gözlərini, buz kimi soyuq,
eqoist, qaradinməz, zəhrimar tökülən,
qansız, kinli sifətini görcəksiniz.
Baş nazirin
sabiq birinci müavini, bir ayağı Bakıda, o biri Moskvada olan
Abbas Abbasov da onun kimi.
O, Azərbaycanda haram yollarla əldə etdiklərinin hesabına Moskvada harın həyat yaşayaraq öz ölkəsinə düşmən kəsilənlərə
qoşulub.
Azərbaycanda siyasi proseslərə nüfuz etmək istəyən keçmiş
"Milyarderlər İttifaqı"nın
başçısı olub.
2007-ci ildən Rusiya paytaxtında maliyyə, sığorta və pensiya xidmətləri göstərən "İşgüzar
əməkdaşlıq" fondunun rəhbəridir.
2021-ci il iyulun 9-dan isə 10 faizlik payla Moskvada "Timoxino fermer təsərrüfatı” Məhdud
Məsuliyyətli Cəmiyyətinin
təsisçilərindən biridr. Təsərrüfatın
hüquqi ünvanı
Moskva vilayətinin Yeqorovsk şəhəri, Tİmoxino kəndi göstərilir. Təyinatına
görə, fermer təsərrüfatı dovşan
əti istehsalı ilə məşğuldur.
Bu adamların
məqsədi o olub ki, çevriliş edəndən sonra onlara nisbətən cavan olan Əli
Kərimlini dövlət
başına gətirsinlər.
AXCP sədri və çevrilişə cəhdin
digər iştirakçıları
“yuxarı”nın qarşısında öhdəlik
götürüblər ki,
çevrilişdən sonra
Azərbaycanı KTMT-yə
üzv etdirəcək,
onun müstəqilliyinin
taleyini ağalarının
ixtiyarına verəcəklər.
Əlbəttə, on-on
beş nəfərlə
şevriliş etməyi
mümkün olmadığını
yaxşı bilən mehdiyevçilər hələlik
sayı bilinməyən
adamlar cəlb ediblər. Onların bir sənədində 50 nəfərlik “dövlət
şurası”nın təşkil edildiyi deyilir. Ancaq çevriliş üçün
bu da yetərli
olmadığından fikir
var ki, “daş altında yatan” bir çox
şəxslər də
var.
Bu günlərdə
DTX-nın yaydığı
məlumatda bəzilərinin
adları açıqlanıb.
Sən demə, bunlar xərçəng xəstəliyi kimi artıblar. Onlar kimlərdir? Rüstəm İbrahimbəyov, Qənimət
Zahidov, Fuad Qəhrəmanlı, Məmməd
İbrahim və s. Yəqin ki, qalanların adları ona görə hələ açıqlanmır
ki, ölkədən qaçmağa cəhd etməsinlər. Yəni, hər kəs öz zamanını gözləməkdədir. Bunların
hamısı uzun illər Ramiz Mehdiyevin “şayka”sında
gizli “fəaliyyət”
göstəriblər. Görəcəkləri
işlər əvvəlcədən
planlaşdırılıb və hər kəs üzərinə qoyulan vəzifəni yerinə yetirməli olub. Məsələn, Əli Kərimli ölkə daxilində qarışıqlıq salmalı,
əhalini itaətsizliyə,
mövcud hakimiyyətə
qarşı qaldırmalı
imiş. Onların sırasına xaricdəki
söyüş müxalifətini
əlavə etməliyik.
Belə çıxır
ki, bunlar Azərbaycan hakimiyyətinə
qarşı geniş hücum taktikası yeridirmişlər. Abbas Abbasov və Ramiz Mehdiyev paytaxtın mərkəzində
dövlət əleyhinə
keçirilən aksiyaları
və xaricdəki başıpozuqlar təbliğatçıları
maliyyələşdirmək məsələsini həll
ediblər.
İllərlə xarici ölkədə oturub Azərbaycan iqtidarını gözdən
salmağa cəhd edən Qənimət Zahid bu günlərdə
işlədiyi telekanalda
bildirib ki, guya Rusiyanın rəhbər şəxslərindən
biri ilə telefon əlaqəsi yaratmağa nail olub. Qənimət efirdə ona Azərbaycan hakimiyyətini
devirməyi təklif etdiyini deyib. Yəni, bu, o deməkdir ki, ölkəmizin əleyhinə
işləyən Zahidov
Azərbaycan üzrə
mətbuat agenti vəzifəsini yerinə yetirir.
O, xaricdə oturub ölkə daxilindən elə danışırdı ki,
sanki Prezident Adminstrasiyasında imiş.
Sonra özü gülə-gülə etiraf
edir ki, məlumatları elə oradan verirlər. İndi anlaşılır
ki, sənədləri
göndərənlər yüksək
vəzifələrdə işləyənlər
olub. Təbii ki, “boz kardinal”ın tapşırığı
ilə.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı istintaqa
verdiyi ifadədə etiraf edir ki,
Əli Kərimliyə
partiya üzvlərinin
yürüşə qatılması,
kütlənin diqqətini
hakimiyyətə qarşı
yönəltmək və
parlamentin, eləcə
də Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin inzibati binalarını ələ keçirmək
tapşırığı verilib. Prosesə “ağsaqqal” Ramiz Mehdiyev xeyir-dua verib. Yaxşı xatırlayırıq ki, həmin günlərdə
insanların vətənpərvərlik
şüarları ilə
keçirilən yürüşündə
dağıdıcı müxaliflər
kütlənin içərisinə
sızaraq istiqamətini
dəyişə bilib.
Onda qəfil təxribat xarakterli hallar baş verdi. Hətta aldanıb onlara qoşulan bir qrup şəxs parlamentin binasına daxil olaraq ali
qanunverici orqanı ələ keçirməyə
çalışıb. Arada
dolaşan məlumatlara
görə Əli Kərimli və komandası buna görə külli miqdarda pul alıblar.
Onlar həmişə
pul düşkünü
olduqları üçün
lap şeytanla da işbirliyinə gediblər. Göstərdiyimiz
kimi, Mehdiyevin “şayka”nın əhatə dairəsi Azərbaycan sərhədlərini
keçir.
Rusdilli bir
qadınla Ramiz Ənvəroviçin telefon
danışıqlarından məlum olur ki, bakılı rezident o qadına hesabat verir və
ondan xahiş edir ki, sənədləri
lazımi yerə göndərsin, ondan da tapşırıqlar alır. Sonra başqa birisi ilə də rus dilində danışır. Onlara internetlə sənədlər
göndərdiyini, onu
götürüb lazımi
yerə çatdırmağı
xahiş edir. Artıq duman seyrəldikcə bir çox hadisələrin və proseslərin izahı tapılır. Məsələn, necə
olur ki, boş-boş danışmaqdan
savayı əlindən
bir iş gəlməyən Əli Kərimli mitinqlər, küçə yürüşləri
və piketlər keçirir? Artıq üzə çıxır
ki, mitinq iştirakçılarının sayını süni surətdə çoxaltmaq
üçün Ramiz
Ənvəroviç özünə
sadiq vəzifəli şəxslərdən rüşvət
alıb yığdığı
milyonlardan “muzdlu etirazçılar” toplamaq
üçün AXCP sədrinə
müəyyən miqdarda
pul verirmiş. Nankorluğa baxırsınızmı?
Prezident Administrasiyasında
oturub hakimiyyəti devirmək planları cızır, onları həyata keçirmək üçün ölkə
xaricindən təlimat
alırmış. “Boz
kardinal” telefon danışıqlarında konspirasiyaya
dəqiq əməl edərək ad çəkməmiş, artıq
ifadər işlətməmişdir.
Yüksək mənsəbindən sui-istifadə
edən Ənvəroviç
seçkili-seçkisiz orqanlara
yerləşdirdiyi şəxslərdən
külli miqdarda rüşvət alıb. Onun yaramaz əməllərindən-külli
miqdarda pul alaraq özünə sadiq komanda düzəltməyindən
xəbəri olmayan yox idi. Aydın
məsələdir ki,
illərlə toplanmış
sərvətin heç
də hamısı nağd valyutalar şəklində, daş-qaş,
zinət əşyaları
halında saxlanmır.
Buraya işləyən
və hər gün gəlir gətirən ticarət, iaşə, xidmət, istehsal müəssisələri,
daşınmaz əmlaklar-paytaxtda,
ölkənin səfalı
guşələrində, Qəbələdə,
Şabranda, Xaçmazda,
Goranboyda tikilmiş, bağışlanmış villalar,
restoranlar, istirahət
mərkəzləri, bahalı
lüks avtomobillərdən
ibarət qarajlar və s. daxildir. Ailə üzvlərinin və yaxınlarının
adına paytaxtda və rayonlarda mülklərinin və yüz hektarlarla torpaq sahələrinin olduğu deyilir ki, bu da
yüz milyonlarla pul deməkdir. Bakıda yüzlərlə
mənzilə sahiblik edən Mehdiyev istədiyi şəxslərə
üç-dörd otaqlı
mənzillər bağışlayırmış.
Nümunə üçün
deyək ki, onlardan biri də
hakimiyyətdən narazı
Gültəkin Hacıbəylidir.
Həmin mənzillər
paytaxtın mərkəzində,
prestijli yerlərdədir.
Beləliklə, onların
hamısının real
bazar qiymətini cəmləsələr, evdən
çıxan 17 milyonun
min qatını edər. 17 milyon isə olsa-olsa Ənvəroviçin ya “kəfən pulu”, ya da ona
xidmət edən dağıdıcı müxalifət
rəhbərlərinə verəcəyi
“nökər pulu” ola bilər.
DTX-nın açıqladığı
faktlar Azərbaycanın
müstəqil siyasi iradəsinə qarşı
yönəlmiş, onilliklər
boyu incəliklə hörülmüş toru
gün işığına
çıxarmış oldu.
Bu, bir daha
təsdiqlədi ki, Azərbaycan dövləti
öz daxilindəki heç bir xəyanət yuvasına aman verməyəcək qədər güclüdür
və müstəqilliyimizə,
suverenliyimizə uzanan
hər bir əl, kimliyindən və keçmiş vəzifəsindən asılı
olmayaraq qanunun sərt üzü ilə qarşılaşacaqdır.
Saxta filosof bilməli idi ki, min beş
yüz illik dövlətçilik tariximizdə
xalqımız ona xəyanət edən minlərlə Ramiz kimi ünsürləri süpürüb atmışdır.
Vəli İlyasov
İki sahil.- 2026.- 18 fevral, ¹12.- S.7.