Azərbaycan Karate Federasiyası:
UĞURDAN HƏDƏFLƏRƏ….
Azərbaycan Karate Federasiyası son illərdə ölkədə
karate idman növünün
inkişafı və beynəlxalq uğurların
artırılması istiqamətində
ardıcıl fəaliyyət
göstərir.
Azərbaycan Karate Federasiyası (AKF) prezidentinin köməkçisi,
Federasiyanın mətbuat
xidmətinin rəhbəri
Vüsal Abdullazadə
“İki sahil” qəzetinə müsahibəsində
ötən ilin nailiyyətləri, gənc
karateçilərin psixoloji
və fiziki hazırlıq sistemləri,
regionlarda və məktəb-lisey mühitində
həyata keçirilən
sosial və təhsil layihələri,
həmçinin qadın
idmançıların dəstəklənməsi
və 2026-cı il üçün
nəzərdə tutulmuş
strateji hədəflər
barədə ətraflı
söhbət açdı.
-Ötən il federasiya hansı uğurlara imza atdı və 2026-cı ilə hansı hədəflərlə qədəm
qoyub?
-Azərbaycan Karate Federasiyası
son illərdə ölkədə
karate idman növünün
inkişafı və beynəlxalq səviyyədə
uğurlarının artırılması
istiqamətində ardıcıl,
sistemli və nəticəyönümlü fəaliyyət
göstərir. 2025-ci il Federasiya
üçün yalnız
milli komandaların dünya
və Avropa çempionatlarında uğurla
çıxış etməsi
ilə yadda qalmayıb,
həm də ölkədə karate idmanının
vahid sistem üzrə inkişaf etdirilməsi, regionlarda infrastrukturun gücləndirilməsi,
gənc və qadın idmançıların
yetişdirilməsi və
məktəb-universitet mühitində
karate idmanının təşviqi
istiqamətində mühüm
addımların atıldığı
bir il olub.
AKF 1997-ci
ildən fəaliyyət
göstərən Azərbaycan
Karate Federasiyaları Assosiasiyasının
hüquqi varisi kimi formalaşmış,
27 iyul 2023-cü il tarixində
isə adı dəyişdirilərək rəsmi
olaraq Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyində dövlət
qeydiyyatına alınmışdır.
Bu status Federasiyaya ölkə
ərazisində karate idman
növü üzrə
yeganə tanınan və akkreditə olunmuş qurum kimi fəaliyyət göstərmək imkanı
verir. Dövlətin idman siyasətinə uyğun şəkildə
tətbiq edilən vahid idarəetmə modeli karate idmanının
ölkədə sistemli
inkişafını təmin
edir.
2025-ci ilin nəticələri: Dünya və Avropa çempionatlarında ümumilikdə
209 medal!
Beynəlxalq yarışlarda 2025-ci ilin nəticələri federasiyanın bu yanaşmasının uğurunu
göstərir. AKF millisi
dünya və Avropa çempionatlarında
ümumilikdə 209 medal qazanmışdır.
Bunlardan 112-si idman karatesinə (WKF) aiddir: 39 qızıl, 29 gümüş
və 44 bürünc.
Qalan medallar isə ənənəvi və kontakt üslublar üzrə əldə edilmişdir. Paralel olaraq, Federasiya dünyada qəbul olunmuş 20-dən
artıq karate üslubunu
vahid sistem daxilində inkişaf etdirərək ümumi
karate camiəsində koordinasiyanı
və intizamlı idarəetməni gücləndirmişdir.
2026-cı
ilə Azərbaycan
Karate Federasiyası bir
sıra hədəflərlə
qədəm qoyur. Bunlar arasında idman karatesi üzrə olimpik standartlara cavab verən idmançı hazırlığını daha
da gücləndirmək, uşaq-yeniyetmə
və gənclər üçün ehtiyat bazasını genişləndirmək,
seçim və hazırlıq mexanizmlərini
təkmilləşdirmək, beynəlxalq yarışlarda
sabit nəticə verən milli komanda modelini dərinləşdirmək,
regionlarda karate məktəbləri
və klubların fəaliyyətinin dayanıqlığını
artırmaq, həmçinin
hakimlik, məşqçilik
və idarəetmə
sahələrində keyfiyyət
standartlarını yüksəltmək
prioritet məqsədlər
kimi göstərilir.
-Gənc karateçilərin
inkişafı və psixoloji hazırlıqda Federasiya hansı proqram və yenilikçi metodları tətbiq edir?
-Gənc nəsil idmançıların inkişafı
Azərbaycan Karate Federasiyasının
əsas prioritetlərindən
biridir. Müasir idman tələbləri göstərir ki, yalnız
fiziki hazırlıqla
kifayətlənmək mümkün
deyil; uğurlu nəticələr üçün
texnika, taktika, psixoloji dayanıqlıq, bərpa və yarış idarəetməsi
bir sistem daxilində həyata keçirilməlidir.
Bu məqsədlə Federasiya
mərhələli hazırlıq
modelini tətbiq edir. Bu model çərçivəsində
uşaqlarda baza motor bacarıqları, yeniyetmələrdə
texniki-taktiki sistem, gənclərdə isə
yarış performansı
mərhələli şəkildə
inkişaf etdirilir. Döyüşlərin video-analizi
və rəqəmsal müşahidə vasitəsilə
səhvlər müəyyənləşdirilir,
rəqiblərin taktiki
modelləri öyrənilir
və təhlil olunur.
Psixoloji
hazırlıq blokunda
yarış həyəcanının
idarə olunması, motivasiya və özünənəzarət bacarıqlarının
inkişafı, psixoloji
davamlılığın artırılması,
komanda ruhunun formalaşdırılması və
liderlik bacarıqlarının
gücləndirilməsi nəzərdə
tutulur. Eyni zamanda, bərpa və sağlamlıq yanaşması çərçivəsində
yüklənmənin balanslaşdırılması,
zədələrin profilaktikası,
bərpa məşqləri
və düzgün qidalanma vərdişlərinin
formalaşdırılması xüsusi diqqət mərkəzində saxlanılır.
Federasiya,
həmçinin gənc
idmançıların beynəlxalq
təcrübə mübadiləsini
təmin etmək üçün təlim-məşq
toplanışları təşkil
edir. Məsələn,
Azərbaycan və Gürcüstan yığmalarının
birgə toplanışları
kimi düşərgələr
onların bacarıqlarını
və yarış hazırlığını artırır.
Bütün bu proqram və mexanizmlər Azərbaycan Karate Federasiyası
tərəfindən vahid
idarəetmə prinsipləri
əsasında tətbiq
olunur və gənc idmançıların
“yarışa hazır”
modelini formalaşdırmaq
məqsədini daşıyır.
- Federasiya regionlarda, xüsusilə kiçik şəhər və kəndlərdə karatenin
inkişafı üçün
hansı sosial və təhsil layihələrinə üstünlük
verir?
-Regionlarda karate infrastrukturunun
inkişafı Azərbaycan
Karate Federasiyasının strateji
prioritetlərindən biridir.
Federasiyanın məqsədi
yalnız yarış
nəticələri əldə
etmək deyil, həm də ölkə miqyasında sağlam həyat tərzinin təşviqi, gənclərin idmana cəlb olunması, sosial inteqrasiyanın təmin edilməsi və vətənpərvərlik
dəyərlərinin gücləndirilməsidir.
Bu istiqamətdə Federasiya bir sıra mühüm
addımlar atır.
Bir çox bölgələrdə
beynəlxalq və respublika səviyyəli turnirlər təşkil edilir, regionlarda yarışların keçirilməsi
yerli idmançıların
inkişafına stimul
verir. Eyni zamanda, paytaxtda deyil, bölgələrdə
də məşqçi
və hakimlər üçün təlim-seminarlar
keçirilir, bu da bölgələrdə peşəkar
kadrların hazırlanmasını
təmin edir.
Federasiya
sosialyönümlü layihələrə
də xüsusi diqqət yetirir. Məsələn, “Daun xəstəlik deyil, fərqlilikdir” təşəbbüsü
vasitəsilə parakarateyə
cəlb edilmə və inklüziv idman mühitinin genişləndirilməsi həyata
keçirilir. Həmçinin
məktəblərdə tanıtım
günləri, valideynlərlə
görüşlər və
uşaqların idmana təhlükəsiz cəlb
olunması ilə bağlı maarifləndirici
tədbirlər təşkil
olunur.Bu fəaliyyət nəticəsində
regionlarda karate klublarına
maraq artır, yeni istedadların aşkarlanması
prosesi sürətlənir
və ümumi idman mədəniyyəti daha geniş kütlələri əhatə
edir.
-Federasiya yerli məşqçilərin peşəkarlığını
artırmaq üçün
hansı təlim və seminarlar təşkil edir?
-Məşqçi peşəkarlığı
idman nəticələrinin
əsas təməlidir
və buna görə
də AKF məşqçi
və hakim heyətinin
inkişafına xüsusi
diqqət ayırır.
2025-ci il ərzində Federasiya
müxtəlif istiqamətlər
üzrə seminarlar, ustad dərsləri və imtahanlar təşkil etmişdir.
Bu fəaliyyət çərçivəsində
Ümumdünya Karate Federasiyası
(World Karate Federation – WKF) metodikası üzrə təlimlər
keçirilib, burada texnika, taktika və məşq planlaması üzrə biliklər gənc və təcrübəli məşqçilərə ötürülmüşdür.
Eyni zamanda, hakimlik seminarları və imtahanlar təşkil edilərək
qaydaların vahid tətbiqi və yarışlarda intizamın
qorunması təmin edilir. Müxtəlif üslublar üzrə texniki seminarlar isə karate üslublarının
vahid sistemə uyğun koordinasiyasını
gücləndirir. Həmçinin
beynəlxalq ustadların
iştirakı ilə
keçirilən seminarlar
və ümumrespublika
texniki imtahanlar məşqçilərin bilik
və bacarıqlarını
daha da artırır.
Federasiyanın rəsmi məlumatına
görə, hazırda
ölkə üzrə
354 lisenziyalı məşqçi
fəaliyyət göstərir
və onların sayının artması ilə yanaşı, peşəkarlıq və
keyfiyyət meyarlarının
yüksəldilməsi əsas
məqsəd olaraq qalır.
-Qadın karateçilərin
inkişafı üçün
hansı təşəbbüslər
həyata keçirilir?
- Son illərdə qadın karateçilərin beynəlxalq
arenada qazandığı
nəticələr həm
kəmiyyət, həm
də keyfiyyət baxımından nəzərəçarpacaq
dərəcədə artmışdır
ki, bu da görülən
işlərin səmərəsini
göstərir. Federasiya
qadın idmançıların
inkişafını təmin
etmək üçün
bir sıra təşəbbüslər irəli
sürür. Qadın
milli komandasının hazırlıq
proqramları genişləndirilir,
qız idmançılar
üçün xüsusi
təlim-məşq toplanışları
və seçim mexanizmləri təşkil
olunur. Eyni zamanda, regionlarda qızların idmana cəlb olunması məqsədilə maarifləndirici
layihələr həyata
keçirilir, qadın
məşqçi və
hakimlərin hazırlanması
və idman prosesinə inteqrasiyası
istiqamətində də
işlər aparılır.
-Federasiya Azərbaycan karateçinin beynəlxalq
arenada mövqeyini gücləndirmək üçün
hansı strateji addımlar planlaşdırır?
-Azərbaycan karateçilərinin
beynəlxalq arenada mövqeyinin gücləndirilməsi
Azərbaycan Karate Federasiyası
üçün əsas
strateji prioritetlərdən
biridir. Federasiyanın
başlıca məqsədi
Azərbaycan Respublikasının
dövlət bayrağının
nüfuzlu beynəlxalq
yarışlarda layiqincə
təmsil olunmasını
təmin etməkdir. Qurum Ümumdünya Karate Federasiyasının (World Karate Federation -WKF) üzvü kimi fəaliyyət göstərərək
hazırlıq, idarəetmə
və yarış standartlarını beynəlxalq
tələblərə uyğun
şəkildə tətbiq
edir.Bu istiqamətdə
həyata keçirilməsi
planlaşdırılan əsas
addımlar beynəlxalq
turnirlərdə iştirak
coğrafiyasının genişləndirilməsi,
Premyer Liqa, A Seriya və gənclər liqalarında
davamlı iştirakın
təmin olunması, seçim və hazırlıq mexanizmlərinin
təkmilləşdirilməsi yolu ilə ehtiyat
heyətin gücləndirilməsi,
təlim-məşq toplanışlarının
sayının artırılması
və beynəlxalq düşərgələrdə fəal iştirakın təşkili, eləcə
də elmi-metodik yanaşmanın — analitika,
psixoloji hazırlıq
və bərpa proseslərinin — daha da dərinləşdirilməsindən ibarətdir. Bu kompleks strateji yanaşma nəticəsində federasiya
2026-cı ildə daha
çox final mərhələsinə
yüksəlməyi, medal sayını
artırmağı və
sabit, davamlı idman nəticələri əldə etməyi hədəfləyir.
Yaqut Ağaşahqızı
İki sahil.- 2026.- 20 fevral, ¹13.- S.8.