Qida məhsullarının etiketində şəffaflıq:

AQTA bu prosesi NECƏ YOXLAYIR?…

 

İstehlakçı hüququ

 

Müasir dövrdə qida məhsullarının etiketləri yalnız məhsulun kimliyini göstərən bir vasitə deyil, həm istehlakçının sağlamlığı məlumatlı seçimi üçün həyati önəm daşıyan bir informasiya mənbəyidir. Etiketlərdəki məlumatların dəqiqliyi şəffaflığı istehlakçıların qida təhlükəsizliyinə olan inamını gücləndirir eyni zamanda qanunvericiliyə uyğun istehsalın təmin edilməsinə xidmət edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bu sahədə aparılan nəzarət tədbirləri, qanun pozuntularının qarşısının alınması istehlakçıların məlumatlandırılması istiqamətində görülən işlər istehlakçı hüquqlarının qorunmasında mühüm rol oynayır.

Bu baxımdan mövzu ilə bağlı əsas nüanslara işıq tutmaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq.

AQTA-dan sorğumuza cavab olaraq bildirildi ki, həyata keçirilən planlı plandankənar yoxlamalar, həmçinin dövri olaraq aparılan monitorinqlər çərçivəsində qida məhsullarının üzərindəki etiket məlumatlarınınQida təhlükəsizliyi haqqındaAzərbaycan Respublikasının Qanununu 17-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılır. Uyğunsuzluq aşkar edildiyi hallarda sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati məsuliyyət tədbirləri görülür. Həmçinin etiket məlumatlarında uyğunsuzluq aşkar edilmiş məhsullar satışdan çıxarılır qanunvericiliyin tələblərinə uyğunlaşdırılması istiqamətində icrası məcburi göstərişlər verilir.

Sorğumuz çərçivəsində ortaya çıxan vacib məqam isə etiket məlumatlarının sağlamlıq baxımından əhəmiyyətidir. Bu kontekstdə AQTA-yaQida məhsullarının etiketlərində allergen maddələrin göstərilməsi hansı normativ sənədlərlə tənzimlənir bu tələblərə əməl olunmaması istehlakçı sağlamlığı üçün risk kimi qiymətləndirilirmiməzmununda sual verdik. Qurumdan sorğumuza gələn cavab belə oldu: “Qida təhlükəsizliyi haqqındaAzərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, istehlakçılara təqdim olunan bütün qida məhsulları barədəonların tərkibi, miqdarı, enerji qida dəyəri, saxlanma şəraiti, mənşəyi, istehsal tarixi, yararlılıq müddəti xüsusilə tərkibində mövcud olan allergen maddələr barədə dolğun şəffaf məlumat verilməlidir. Etiketləmə zamanı bu məlumatlar dəqiq, aydın istehlakçılar üçün başa düşülən formada təqdim olunmalıdır. Məqsəd isə istehlakçının məlumatlı təhlükəsiz seçim etməsinə şərait yaratmaqdır. Qanunvericiliyə əsasən, qida məhsullarının tərkibində olduğu halda aşağıdakı allergenlər etiketdə mütləq göstərilməlidir: − qlüten ehtiva edən taxıllar (buğda, arpa, çovdar, yulaf onların hibrid növləri); − xərçəngkimilər; − mollyusklar; − yumurta; − balıq; − yer fındığı; − soya; − süd süd məhsulları (laktoza daxil olmaqla); − qərzəkli meyvələr (badam, fındıq, qoz, keşyu, pekan, braziliya qozu, fıstıq, makadamiya); − kərəviz; − xardal; − küncüt; − kükürd dioksid sulfitlər; − acıpaxla”.

Əlavə olaraq o da diqqətə çatdırıldı ki, bu maddələrdən əldə edilən məhsullar da ayrıca qeyd olunmalıdır. Allergenlərin etiketdə düzgün göstərilməməsi istehlakçılar üçün ciddi sağlamlıq risklərinə gətirib çıxara bilər. Xüsusilə allergiyası olan şəxslərdə allergik reaksiyalar, anafilaktik şok digər təhlükəli nəticələr yarana bilər. Buna görə allergen məlumatının təqdim edilməsi istehlakçının məlumatlı təhlükəsiz seçim etməsi üçün vacib şərtdir.

Etiketlərdəki sağlamlıq allergen məlumatlarından sonra növbəti diqqət mərkəzi qida məhsullarındatəbii”, “orqanik “GMO-suzkimi ifadələrin istifadəsi bu ifadələrə nəzarətdir. Bu istiqamətdə AQTA-ya verilən sorğuda istehsalçılardan hansı sübutedici sənədlərin tələb olunması nəzarətin necə həyata keçirildiyini dəqiqləşdirdik:“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları, elmi tədqiqat, sınaq sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsullarının ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağandır. Bu sahədə qanunun icrasının təmin edilməsi məqsədilə AQTA tərəfindən qanunamüvafiq tədbirlər görülərək, bu cür qida məhsullarının idxalına icazə verilmir belə halların qarşısı qətiyyətlə alınır. Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ekoloji təmiz kənd təsərrüfatı kimyəvi-sintetik maddələr tətbiq edilmədən kənd təsərrüfatı bitkilərinin becərilməsini heyvanların yetişdirilməsini, habelə ekoloji təmiz kənd təsərrüfatı qida məhsullarının istehsalı, emalı, dövriyyəsi sertifikatlaşdırılmasını əhatə edir. Ekoloji təmiz kənd təsərrüfatı qida məhsulları ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal emal olunan, eləcə satışa çıxarılan məhsullar hesab olunur. Bu sahədə uyğunluğun təmin edilməsi məqsədilə ekoloji müşahidə həyata keçirilir, istehsal emal prosesləri araşdırılır, müşahidə təhlillər aparılaraq müvafiq orqanlara təsərrüfat subyektlərinə məlumatlar təqdim olunur. Ekoloji təmiz kənd təsərrüfatı qida məhsulları yalnız müvafiq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən “EKO” ya “EKO-keçidsözləri göstərilməklə markalana bilər bu markalanma qida təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə uyğun həyata keçirilir”.

Bu məqamda diqqət yetirmək lazımdır ki, qida məhsullarının etiketlərinin düzgün tam Azərbaycan dilində təqdim olunması istehlakçı hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. “İdxal olunan qida məhsullarının etiketlərinin Azərbaycan dilində tərtib olunmaması ya natamam olması hallarında həmin məhsulların satışına icazə verilməməsi mexanizmi necə tətbiq edilirsualına AQTA-nın cavabı belə oldu: “Aparılan planlı plandankənar yoxlamalar, həmçinin dövri olaraq monitorinqlər zamanı qanunvericiliyə uyğun şəkildə Azərbaycan dilində markalanması aparılmayan idxal olunmuş qida məhsulları aşkar edildiyi hallarda həmin məhsulların satışı dayandırılır, sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati məsuliyyət tədbirləri görülür. Bundan əlavə, sahibkara icrası məcburi göstərişlər verilərək etiket məlumatlarının Azərbaycan dilinə tərcüməsi təmin edildikdən sonra məhsulların satışına icazə verilir”.

Gələcəyə baxışda isə AQTA qida məhsullarının etiketlənməsi istehlakçıların məlumatlandırılması sahəsində prioritet işlər müəyyən edir:”İstehlakçıların sağlamlığının maraqlarının daha yüksək səviyyədə qorunması məqsədilə qida məhsullarının etiketlənməsi istehlakçıların məlumatlandırılmasını əhatə edən yeni texniki-normativ sənəd hazırlanır. Hazırlanmaqda olan sənəd qida məhsulları haqqında təqdim edilən informasiyanın sağlamlıq, iqtisadi, ekoloji, sosial etik mülahizələri nəzərə alaraq istehlakçılara məlumatlı seçim etmək qida məhsulundan təhlükəsiz istifadə etmək imkanı yaradacaq. Bu yanaşma istehlakçıların sağlamlığının qanuni maraqlarının yüksək səviyyədə qorunmasına xidmət edir. Bununla yanaşı, etiketləmə zamanı məlumatların aydın, dəqiq istehlakçını çaşdırmayan formada təqdim edilməsi əsas prinsip kimi müəyyən olunur. Yeni texniki-normativ sənəd son istehlakçı üçün nəzərdə tutulan bütün qida məhsullarına, o cümlədən ictimai iaşə ketrinq müəssisələri tərəfindən istehlakçılara təqdim olunan qida məhsullarına, habelə ictimai iaşə müəssisələrinin təchizatı üçün nəzərdə tutulan qida məhsullarına tətbiq ediləcək. Sənədin qəbulu qida məhsullarının etiketlənməsi sahəsində vahid yanaşmanın formalaşdırılmasına, istehlakçıların düzgün məlumatlandırılmasına qida təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək”.

Həmçinin o da diqqətə çatdırıldı ki, AQTA tərəfindən istehlakçıların maarifləndirilməsi ilə bağlı davamlı olaraq tədbirlər görülür. Belə ki, istehlakçılara qanunsuz hallarla rastlaşdıqda dərhal Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyə edilir.

 

Y.Aslanova

 

İki sahil.- 2026.-  20 fevral, ¹13.- S.6.