Ramazanda kimlər

oruc tutmamalıdır?

 

Ramazan ayı müsəlman dünyasında mənəvi saflaşma, ibadət səbir dövrü kimi dəyərləndirilir. Lakin həm dini mənbələr, həm tibbi elmi araşdırmalar göstərir ki, oruc tutmaq hər kəs üçün uyğun təhlükəsiz hesab edilmir. İslam hüququnda insan sağlamlığının qorunması əsas prinsiplərdən biri sayılır bu səbəbdən müəyyən kateqoriyadan olan şəxslər orucdan azad edilir. Qurani-KəriminBəqərəsurəsinin 183-185-ci ayələrində xəstə səfərdə olan insanların sonradan qəza etmək şərtilə oruc tutmaya biləcəyi açıq şəkildə bildirilir. Bu yanaşma göstərir ki, dini baxımdan sağlamlığa zərər verə biləcək hallarda oruc tutmaq vacib hesab olunmur.

Mütəxəssislər bildiriblər ki, xüsusilə xroniki xəstəlikləri olan şəxslər Ramazan ayı başlamazdan əvvəl tibbi müayinədən keçməli həkimlə məsləhətləşməlidirlər. Beynəlxalq Diabet Federasiyasının (International Diabetes Federation) araşdırmalarına əsasən, şəkərli diabet xəstələrində uzunmüddətli aclıq susuzluq qanda şəkərin səviyyəsinin təhlükəli səviyyədə enməsi ya yüksəlməsi ilə nəticələnə bilər. Xüsusilə insulin qəbul edən ya ağırlaşma riski yüksək olan 1-ci tip diabet xəstələrinin oruc tutması ciddi risk daşıyır. Elmi müşahidələr göstərir ki, belə hallarda hipoqlikemiya (aşağı şəkər), hiperqlikemiya (yüksək şəkər) hətta ketoasidoz (bədən insulin çatışmazlığı səbəbindən qlükozadan istifadə edə bilmədikdə yaranır bədəndə turşuluğun artması ilə nəticələnir) kimi ağırlaşmalar baş verə bilər.

Kardioloqlar da ürək-damar sistemi xəstəlikləri olan şəxslərin diqqətli olmalı olduqlarını vurğulayıblar. Uzun müddət maye qəbul etməmək orqanizmdə susuzlaşmaya, elektrolit balansının pozulmasına arterial təzyiqin səviyyəsinin dəyişməsinə səbəb ola bilər. Xüsusilə ürək çatışmazlığı, ciddi aritmiya (sinədə sürətli nizamsız döyüntü, huşun itirilməsi, yorğunluqla müşahidə olunur) ya nəzarətsiz hipertoniya (nəzarətsiz təzyiq ürəyi zorlayır, struktur dəyişikliklərinə ritm pozğunluğu ilə nəticələnir) diaqnozu qoyulan xəstələr üçün oruc tibbi risk yarada bilər. Nefroloqlar isə xroniki böyrək xəstəlikləri olan insanlarda susuzluğun böyrək funksiyasını daha da zəiflədə biləcəyini bildiriblər. Araşdırmalar göstərir ki, ağır böyrək çatışmazlığı dializ müalicəsi alan şəxslər üçün uzunmüddətli aclıq susuzluq təhlükəlidir.

Hamilə süd verən qadınlarla bağlı məsələ fərdi yanaşma tələb edir. Tədqiqatlara görə, sağlam aşağı riskli hamiləlik zamanı bəzi qadınlar həkim nəzarəti ilə oruc tuta bilsələr , anemiya, inkişaf geriliyi riski ya digər tibbi problemlər olduğu halda oruc tutmaq həm ana, həm döl üçün təhlükə yarada bilər. Süd verən analarda isə maye çatışmazlığı südün miqdarına keyfiyyətinə təsir göstərə bilər. Bu səbəbdən mütəxəssislər belə hallarda tibbi rəyə əsaslanmağı tövsiyə edirlər.

İslam hüququna görə, yaşlı fiziki cəhətdən zəif şəxslər orucdan azad edilə bilərlər. Əgər insanın sağlamlıq vəziyyəti oruc tutmağa imkan vermirsə bunun gələcəkdə dəyişməsi gözlənilmirsə, dini qaydalara əsasən fidyə vermək yolu ilə bu vəzifə əvəz oluna bilər. Həmçinin mensturasiya zahılıq dövründə olan qadınların oruc tutması dini baxımdan doğru deyil onlar bu günləri sonradan qəza orucu tutaraq əvəz edə bilirlər. Uşaqlara gəldikdə isə, həddi-büluğa çatmayanlara oruc tutmaq vacib sayılmır pediatrlar inkişaf dövründə uzunmüddətli aclığın susuzluğun mənfi təsirlər göstərə biləcəyini qeyd ediblər.

Mütəxəssislər yekdil fikirlərinə əsasən, Ramazan ayında oruc tutmaq fərdi sağlamlıq vəziyyəti nəzərə alınaraq qərarlaşdırılmalıdır. Həm dini mənbələr, həm müasir tibbi araşdırmalar insan həyatının sağlamlığının qorunmasını prioritet hesab edir. Bu baxımdan risk qrupuna daxil olan şəxslərin özlərini təhlükəyə atmaması, qərarı emosional deyil, tibbi dini əsaslara söykənərək verməsi tövsiyə olunur. Ramazan ayının əsas məqsədi insanın mənəvi kamilliyə çatmasıdır bu yol sağlamlığa zərər hesabına seçilməməlidir.

 

Şahnigar Əhmədova

 

İki sahil.- 2026.- 25 fevral, ¹14.- S.8.