XOCALI SOYQIRIMINDAN 34 İL ÖTÜR

 

Xocalı soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib bu istiqamətdə ardıcıl addımlar atılır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışXocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.

Burada Xocalının həlak olmuş sakinlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bəzi epizodlar barədə danışmaq istərdim. Belə ki,  2018-ci ilin fevral ayında Goranboy rayonu ərazisində fəaliyyət göstərən Xocalı rayonunun Meşəli kənd tam orta məktəb kollektivinin   təşəbbüsü ilə Xocalı soyqırımında şəhid olmuş 63 uşağın xatirəsinə məktəbin qarşısındakı ərazidə 63 ədəd həmişəyaşıl ağac əkilmişdir. Bu sətirlərin müəllifi qeyd olunan tədbirdən bir il sonra  məktəbin direktoru Alğış Alışovun dəvəti ilə həmin məktəbdə olmuş məktəblilərin müəllimlərin ağaclara necə qayğı ilə qulluq etdiklərinin qoruduqlarının şahidi olmuşdur. Bu gün ağaclara yaşıllıq sahəsinə müntəzəm olaraq  aqrotexniki qulluq  göstərilir, ağacların dibləri şumlanır, təbii gübrələr verilir, həmçinin qurumuş budaqlar budanır, yaşıllıq sahəsi yabanı otlardan təmizlənir.

Başqa bir epizod, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşan xocalılar Çexiyanın Lidiçe şəhərində Xocalıda həlak olan günahsız insanların xatirəsinə abidə ucaldıblar. Qeyd etmək yada salmaq lazımdır ki, Lidiçedə 1942-ci ilin iyununda alman faşistlər tərəfindən kütləvi qırğın törədilib, 340 insanın, o cümlədən, 88 uşağın həyatına son qoyulub.

2012-ci ilin 13 iyununda Aşağı Ağcakənd qəsəbəsində Çexiya Respublikanın Azərbaycandakı səfiri Radek Mutullanın, Milli Məclisin deputatı Elman Məmmədovun, Xocalı Rayon İcra  Hakimiyyətinin başçısı Şahmar Usubovun rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu abidələrin açılışı olmuşdur. Bundan sonra həmin qəsəbənin Lidiçe küçəsində yerləşən Xocalı şəhər 4 saylı orta məktəbində Lidiçe Xocalı faciələrinə həsr olunmuş sərgiya baxış oldu. Qəsəbənin Mədəniyyət evində Lidise şəhərində Xocalıda  törədilmiş faciələrlə  bağlı sənədli filmlər nümayiş etdildi.

Yeri gəlmişkən bildirmək lazımdır ki, 2013-cü ildə Çexiyanın Xarici işlər üzrə komitəsinin deputatlar Palatasının Qərarı ilə Xocalı genosidini pisləyən qətnamə qəbul etmişdir.

Xocalı faciəsi qədər ağır olsa da, Azərbaycan xalqının iradəsini qıra bilmədi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü suverenliyi tam təmin olunub, Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də dövlətimizin  başçısı İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Bu gün Xocalı şəhidlərinin ruhları şaddır.  Hal-hazırda Xocalıda da geniş quruculuq bərpa işləri aparılır. Xocalı yenidən qurulur, abadlaşdırılır, xocalılar öz doğma yurdlarına qayıdırlar. Xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Xocalı şəhərində bütün quruculuq işlərində yaxından iştirak edir. Belə ki, 2024-cü il fevralın 26-da o, Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Eləcə 2024-cü il mayın 28-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva qızları Arzu Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. İyulun 5-də isə Prezident İlham Əliyev Xocalı Hava Limanında olub.

2024-cü il sentyabrın 19-da Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə işlərlə tanış olan dövlət  başçısı 2025-ci ilin fevral ayının 18-də yenidən Xocalıya səfər edib. Bu səfər çərçvəsində Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar. Növbəti gün dövlət başçısı Xocalının Ballıca kəndində fərdi evlərin infrastrukturun bərpası sahəsində görülən işlərə baxış kecirdi, kənd sakini Əvəz Orucovun evində yaradılan şəraitlə tanış oldu. Daha sonra Ballıca kənd sakinləri ilə görüş oldu. Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində 2024-cü ilin mayında Xocalıya ilk köç baş tutub. Qeyd etmək lazımdır ki, indiyədək 144 ailənin (651 nəfərin) Xocalı şəhərinə Xocalının 7 kəndinə - dogma yurdlarına qayıdışı təmin olunub. Son köç bu ilin fevralın 16-da olub, respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya inzibati binalarda müvəqqəti məskunlaşmış 30 ailə - 149 nəfər Xocalı şəhərinə köçürülüb.

Bəli, Xocalıya ədalət bərpa olundu. Bununla belə, Xocalını unutmadıq, unutdurmadıq heç vaxt unutmayacağıq. Xocalı soyqırımının unudulmaması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu mənada Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyi xüsusi diqqətə layiqdir. Bu muzeyin Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş digər cinayətlər barədə həqiqətlərin geniş kütlələrə çatdırılması, xüsusən gənc nəslin bu barədə məlumatlandırılması yolu ilə soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət etməsi nəzərdə tutulur. Zəngin tarixi sənədlər, foto video materiallar, hərbi cinayətlər barədə xarici Azərbaycan müəlliflərinin kitablarından ibarət ədəbiyyat fondu muzeyin hər kəsə erməni qəsbkarlarının qəddar cinayətləri barədə dolğun məlumat vermək missiyasının yerinə yetirilməsində əhəmiyyətli rol oynayır.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalının Ballıca kəndinə köçən bir qrup sakinlə görüşü. 19 fevral 2025-ci il.

Gənc nəslin bu tarixi həqiqətlər barədə məlumatlandırılması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə bu sahədə təbliğat işlərinin davam etdirilməsi zərurətini nəzərə alaraq, təhsil müəssisələrinin şagirdlərinin muzeyi ziyarət etməsi barədə təklif irəli sürülmüşdür.

Artıq qeyd olunan təklif həyətə keçirilməsi başlanıb. Belə ki, Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində Bakı şəhəri Abdulla Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbinin bir qpup şagirdi Memorial Soyqırımı Muzeyinə ekskursiya edib. Tədbirin əsas məqsədi şagirdlərə Xocalı soyqırımı barədə ətraflı məlumat vermək, onların tarixi yaddaşını möhkəmləndirmək milli-mənəvi dəyərlərə bağlılıq hissini gücləndirmək olmuşdur.

Şagirdlər muzeydə nümayiş etdirilən zəngin tarixi sənədlər, arxiv materialları, foto video sübutlarla yaxından tanış oldular. Ekspozisiya vasitəsilə şagirdlər həmin dövrdə baş vermiş hadisələr haqqında daha dolğun təsəvvür əldə etdilər.

Ekskursiya çərçivəsində muzeyin kinozalında Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirildi. Film şagirdlərə faciənin miqyasını, dinc əhaliyə qarşı törədilən vəhşilikləri xalqımızın keçdiyi ağır sınaqları bir daha xatırlatdı. Onlar şəhidlərimizin xatirəsini ehtiramla yad etdilər, vətənə sədaqət milli həmrəylik hisslərinin daha da möhkəmləndiyini ifadə etdilər.

Tədbirdə iştirak edən məktəbin direktoru Sitarə Abbasova bildirmişdir ki, belə tədbirlər gənc nəslin tariximizi dərindən öyrənməsi, milli kimliyini dərk etməsi vətənpərvərlik ruhunda formalaşması baxımından böyük əhəmiyyət daşıyır. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, bu faciə heç zaman unudulmayacaqdır. Tariximizi unutmadıqca gələcək nəsillərə doğru şəkildə çatdırdıqca milli yaddaşımız daha da möhkəmlənəcəkdir. Tədbirin sonunda muzeyin əməkdaşları ilə birgə xatirə fotosu çəkdirilib.

Ekskursiyanın yekunu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Sevda Ramazanova bildirmişdir ki, şəhərin digər məktəblərinin şagirdlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinin fəaliyyəti ilə tanış olması  təşkil olunacaqdır.

Yekun söz əvəzi. Xocalı soyqırımının xalqımıza qarşı törədilən bir çox cinayətlərin təşkilatçıları rəhbərləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla zamanın tələblərinə uyğun olaraq davam etdirdiyi düşünülmüş siyasət nəticəsində həbs olunaraq Bakıya gətiriliblər onlar törətdikləri cinayətlərə, vəhşiliklərə görə məhkəmə qərarı ilə layiqli cəzalarını aldılar.

 

Rövşən Ağayev

 

İki sahil.- 2026.-  25 fevral, ¹14.- S.7.