Xocavənd
Böyük
Qayıdışın növbəti
ünvanı
Dövlət başçısı İlham
Əliyev Xocavənd və Xocalı rayonlarına səfəri
çərçivəsində Xocavənd şəhər
və Xocavənd kənd sakinləri ilə görüşündə
bir daha bildirdi ki, bütün
Azərbaycan xalqı,
siz də hər zaman inanırdınız ki, bu gün gələcək
və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşməni
torpaqlarımızdan qovacağıq
Dünya hərb tarixinə yeni səhifə yazan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasının yaratdığı reallıqlardan biri tarixi sahibinə qovuşan torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Bu reallığı hər zaman qeyd etməkdən böyük qürur hissi keçiririk ki, daim ilkləri ilə dünyanın diqqətində olan Azərbaycan müharibədən yeni çıxan ölkə olaraq dərhal bərpa-quruculuq işlərinə başlamaqla bu ilkə də imza atdı.
Azərbaycanın hərbi-siyasi Qələbəsinin,
Ermənistanın kapitulyasiyasının
təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli
Bəyanatın imzalanmasından
çox keçmədi
ki, 16 noyabr 2020-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına səfər etdilər. Prezident İlham Əliyev Füzuli şəhərində
Azərbaycan Bayrağını
ucaltdıqdan sonra çıxışında bu
çağırışı etdi ki, yeni
bir şəhərsalma
planı qurulacaq. Kəndlərin, şəhərlərin,
infrastrukturun, ekologiyanın
bərpası – bütün
bu planlar var. Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı
qaytardıq, düşməni
məhv etdik, bu üçrəngli Bayrağımızı ucaltdıq,
bütün qalan məsələləri də
həll edəcəyik.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Prezident İlham
Əliyevin Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə
bağlı göstərişi
azad edilmiş ərazilərimizdə görüləcək
işlərin başlanğıcı
oldu. Layihənin icrasının gedişi ilə tanışlıq zamanı “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa
avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən
təbrik edirəm. Bu yolun çox
böyük əhəmiyyəti
var. Çünki bu yol bizi
Qarabağın tacı
olan Şuşa şəhərinə aparır”
söyləyərək onu
da əlavə etdi ki, son
illər ərzində
ölkəmizdə bir
çox yollar inşa edilib. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi
əhəmiyyəti var.
Bu yol bizi
Şuşaya aparır.
Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.
Artıq o vaxtdan
5 ildən artıq zaman keçib. Bu gün qürurla
azad edilmiş torpaqlarımızın bərpası
ilə yanaşı, Böyük Qayıdış
Proqramına uyğun olaraq soydaşlarımızın
mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışından bəhs
edirik. Beş il zaman baxımından
az bir müddət
olsa da qayıdış
ünvanlarının say
tərkibinə diqqət
yetirdikdə görülən
işlərin miqyasının
nə qədər böyük olduğunu görürük. Bu ilin iki ayında
artıq iki şəhər-Xankəndi və
Xocavənd də sakinlərinə qovuşdu.
Sakinlərinə qovuşan
şəhərlərimizin ümumi sayı artıq 9-dur- Füzuli, Cəbrayıl, Laçın,
Şuşa, Kəlbəcər,
Xocalı, Ağdam, Xankəndi və Xocavənd. Təbii ki, bu, son
deyil. Soydaşlarımızın
qayıtdığı kənd
və qəsəbələrin
sayı isə onlarladı.
Otuz il xalqımız bu günləri böyük
səbirsizliklə gözlədi.
Ərazi bütövlüyümüzün
və suverenliyimizin tam bərpası doğma torpaqlarımıza
qayıdışımıza inamı artırdı və artıq bu reallıqların şahidiyik. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,
bu gün biz Azərbaycan xalqının əyilməz
ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında
görürük. Heç
vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar
bu gün Qarabağa qayıdırlar.
Bircə faktı
qeyd etmək kifayətdir ki, 2023-cü ilin sentyabr ayında
rəşadətli ordumuzun
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiteror tədbirləri nəticəsində suverenliyimizin
tam bərpasından ötən qısa müddətdə- iki ildən artıq zamanda Xocalı, Xankəndi və Xocavənd şəhərləri,
həmçinin bu rayonların bir çox kəndləri sakinlərinə qovuşub.
Xocalı şəhəri
suverenliyimizin bərpasından
sonra bu sevinci yaşayan ilk şəhər oldu. Cənab İlham Əliyev
2024-cü ilin 26 fevral
tarixində Xocalı şəhərində Xocalı
Soyqırımı Memorialının
təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşdü. Həmin
ilin 28 may tarixində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə
köçən sakinlərlə
görüşdülər. Ötən il isə Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin
sakinləri ilə görüşdü. Göründüyü
kimi, azad edilmiş torpaqlarımıza,
o cümlədən Xocalı
şəhərinə və
kəndlərinə qayıdış
davamlıdır. Prezident
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı
və Xocavənd rayonlarına səfər çərçivəsində Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə
tanış oldular.
Qeyd edildi
ki, Xanabad Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd Silahlı Qüvvələrimizin
2023-cü ildə həyata
keçirdikləri antiterror
əməliyyatı nəticəsində
işğaldan azad edildi. İşğaldan əvvəl kənddə orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib.
Burada ölkə əhəmiyyətli XIII əsrə
aid kilsə və IX əsrə aid “Aslan qalası”
memarlıq abidələri
var. Kənddə ümumilikdə 276 ev var ki, onlardan
da 115-i yararsız,
161-i isə qismən yararlıdır. İndiyədək
120 ev təmir olunub. Bu ilin
sonunadək daha 41 ev istismara hazır
olacaq. Bir neçə gün əvvəl 38 ailə -
154 nəfər kəndə
qayıdıb. Xanabadda
bir sıra sosial layihələr icra olunub. Belə
ki, mövcud 3 transformator məntəqəsi,
elektrik və qaz xətləri bərpa edilib, eyni zamanda, yeni
elektrik, qaz və optik xətlər
çəkilib, subartezian
quyularında və su anbarında təmir işləri aparılıb, 2 yeni su anbarının qurulması işlərinə
başlanılıb. Kəndin
su təminatı üçün Əsgəran
qəsəbəsinin ərazisində
nasos stansiyası inşa edilib, kənddaxili yollar bərpa olunub. Kəndin girişində “Xanabad” kompozisiyası quraşdırılıb, Xanabad
gölünün sahilində
park salınıb, estakada inşa edilib və Dövlət Bayrağı
ucaldılıb.
Prezident İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı
Soyqırımı Memorialının
açılışında iştirak etdilər. Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşdülər.
Dövlətimizin başçısının Qarabağa
və Şərqi Zəngəzura mütəmadi
səfərləri bərpa-quruculuq
işləri ilə tanışlıqla bərabər,
yeni sosial obyektlərin açılışı
və təmləqoyma
mərasimlərinin keçirilməsi,
bu torpaqlara qayıdan sakinlərlə
görüşü ilə
də yadda qalır. Bu baxımdan Prezident İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xocavənd rayonunun Xocavənd kəndində,
həmçinin Xocavənd
şəhərində görülmüş
işlərlə tanışlığı
da diqqətdə oldu. Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxil olan bu kənd
2023-cü ilin sentyabrında
Silahlı Qüvvələrimizin
antiterror əməliyyatı
nəticəsində işğaldan
azad edilib. Burada ümumilikdə 278 fərdi ev var.
Onlardan 128-i yararsız,
150-si isə qismən
yararlıdır. Qismən
yararlı evlərin
20-si artıq təmir
olunub, bu il daha 130 evdə
təmir işləri
aparılacaq. Bu ilin fevralında Xocavənd kəndinə
20 ailə - 94 nəfər
qayıdıb. Cari ilin mart-dekabr aylarında kəndə daha 130 ailə - 533 nəfərin qayıtması
planlaşdırılır. Ötən müddət ərzində kənddə
bir sıra sosialyönümlü işlər
görülüb. Belə
ki, 5 kilometr uzunluğunda daşıyıcı
qaz xətti çəkilib, 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa, 2100 metr uzunluğunda 0,4 kV-luq mövcud xətlər və 2 transformator məntəqəsi bərpa
olunub. Kənddaxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda
bu istiqamətdə işlər davam etdirilir.
Xocavənd şəhəri
1992-ci ildə ermənilər
tərəfindən işğal
edilib. Şəhər
2023-cü ilin sentyabrında
Silahlı Qüvvələrimiz
tərəfindən həyata
keçirilmiş antiterror
əməliyyatı nəticəsində
işğaldan azad edildi. Həmin il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə
və Xocavənd şəhərlərində Azərbaycan
Bayrağını ucaltdı.
Xocavənd rayonunun
ərazisi 1,51 min kvadratkilometrdir. Əhalisinin sayı isə 12 min 500 nəfərdir.
Rayonun ərazi vahidinə 1 şəhər,
2 qəsəbə və
80 kənd daxildir. Prezident İlham Əliyevə
Xocavənd şəhərində
əsaslı təmirdən
sonra istifadəyə verilmiş fərdi evlər barədə məlumat verildi. Xocavənddə 980 fərdi
ev mövcuddur ki, onlardan da 133-ü yararsız,
847-si isə qismən
yararlıdır. Qismən
yararlı evlərdən
55-i artıq istismara hazırdır. Bu il ərzində
daha 792 ev təmir ediləcək.
Bir neçə gün
əvvəl Xocavənd
şəhərinə 50 ailə
- 194 nəfər qayıdıb.
Ötən ilin sentyabrından indiyədək
isə Xocavəndin 5 yaşayış məntəqəsinə
- Xocavənd şəhərinə
50 ailə (194 nəfər),
Qırmızı Bazar qəsəbəsinə
142 ailə (604 nəfər),
Sos kəndinə 85 ailə (360 nəfər),
Hadrut qəsəbəsinə 58 ailə (233 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) olmaqla, ümumilikdə 1485 nəfər
- 355 ailə qayıdıb.
Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir
ki, Qarabağ və Şərqi Zəngəzur
bölgələri nəinki
Azərbaycanın, Qafqazın,
dünyanın ən gözəl yerlərindən
biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri,
yaşıllıqlar, bulaqlar
müasir və eyni zamanda, ənənəvi
üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır
ki, hər birimiz, hər bir azərbaycanlı
bununla fəxr edəcək.
Qeyd etdiyimiz kimi, hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin
və kəndlərin
bərpası sürətlə
davam etdirilir. Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən Azərbaycanın əsas hədəfi Böyük Qayıdış Proqramının
icrasının birinci
mərhələsi başa
çatanadək 140 min keçmiş
məcburi köçkünün
qayıdışına nail olmaqdır. Bu fakt ölkəmizin ildən-ilə
artan iqtisadi gücünün daha bir göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş
məcburi köçkünlərlə
yanaşı, bu bölgələrdə reallaşdırılan
layihələrin icrasında
çalışan, həmçinin
ayrı-ayrı dövlət
qurumlarının yerli
bölmələrində xidməti
vəzifələrini yerinə
yetirən, yenidən fəaliyyətə başlamış
səhiyyə, təhsil,
mədəniyyət, turizm,
sənaye, energetika müəssisələrində işləyən on minlərlə
insan yaşayır.
Böyük Qayıdışdan bəhs
edərkən bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, bu qayıdış Cocuq Mərcanlıdan başladı.
Məhz Ulu Öndər
Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində 1993-cü ilin
dekabrından 1994-cü ilin
yanvarına qədər
davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə
yazılmış uğurlu
Horadiz əməliyyatı
nəticəsində Füzuli
rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin təhlükəsizlik
baxımından uzun müddət məskunlaşmanın
qeyri-mümkün olduğu
bu kənd 2016-cı ildə Prezident İlham Əliyevin qətiyyəti,
böyük səyləri
nəticəsində ikinci
həyatını yaşamağa
başladı. Buna 2016-cı ilin aprelində qəhrəman Azərbaycan
Ordusunun düşmənin
təxribatına layiqli
cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə
yüksəkliyini azad
etməsi nəticəsində
nail olundu. Ağdərənin,
Cəbrayılın, Füzulinin
işğaldan azad olunmuş ərazilərində
Azərbaycan Bayrağı
dalğalandı. Aprel
döyüşlərində qazanılan qələbədən
sonra Cocuq Mərcanlı kəndində
təhlükəsiz yaşayışın
bərpa edilməsinə,
məcburi köçkünlərin
öz ata-baba yurdlarına qaytarılmasına
əlverişli şərait
yarandı. Cənab
İlham Əliyev 2017-ci ildə
«Cəbrayıl rayonunun
işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında» Sərəncam imzaladı.
Ərazinin minalardan təmizlənməsindən sonra
bu kənddə böyük quruculuq işlərinə başlandı.
Dövlətimizin başçısının
xüsusi diqqət və qayğısı sayəsində həyata keçirilən bərpa işləri uğurla başa çatdı və Cocuq Mərcanlı
öz sakinlərini qarşıladı.
Son beş ildən artıq dövrdə Böyük Qayıdışa
doğru atılan addımların uğurlu nəticəsi göz önündədir. Bu ərazilərin
bərpası, yenidən
qurulması müasir tələblər səviyyəsində
həyata keçirilir,
soydaşlarımızın gələcəkdə burada
yüksək rifah şəraitində yaşayışı
üçün bütün
zəruri addımlar atılır. Dövlət
başçısı İlham Əliyev hər zaman hədəflərdən bəhs
edərkən bildirir
ki, bu ərazilərdə
yüksək yaşayışın
təmin edilməsi üçün bütün
zəruri olan addımlar atılacaq.
Azad edilmiş ərazilərimizə
qayıdışın miqyası
genişləndikcə bu
torpaqların malik olduğu
iqtisadi imkanlardan səmərəli istifadənin
prioritetliyi məsələsi
daha da aktuallaşır.
Sakinlərin məşğulluq
problemlərinin həlli
əsas hədəflər
sırasındadır. Regionda
iqtisadi inkişafın
və məşğulluğun
təmin edilməsi məqsədilə sənaye
parkları, iqtisadi zonalar yaradılır. Bütün bunlar yerli istehsal imkanlarının genişləndirilməsi
və yeni iş yerlərinin açılması
ilə yaşayış
məntəqələrinin dayanıqlı inkişafına
töhfə verir. Eyni zamanda salınan
yeni yol infrastrukturu sayəsində Qarabağ və Şərqi Zəngəzurun Bakı və ölkənin digər əraziləri ilə birbaşa əlaqələndirilməsi bu
regionların sürətli
iqtisadi və sosial inkişafına xidmət edir. Azad edilmiş ərazilərimizin
hər biri özünəməxsus imkanlara
malikdir. Onlardan səmərəli istifadə
etməklə həm bu ərazilərdə yaşayan soydaşlarımızın
sosial müdafiəsini
gücləndirmək mümkündür,
eyni zamanda, Azərbaycanın dayanıqlı
inkişafına davamlı
töhfələrin veriləcəyi
qaçılmazdır. Çıxışlarında
“Qarabağ və Şərqi Zəngəzur
bizim iqtisadi inkişafımızın yeni bir
dayaq nöqtəsi olacaq” söyləyən cənab İlham Əliyev
onu da vurğulayır
ki, o bölgələrdə həm kənd təsərrüfatı, həm
bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək.
Tarixi Zəfərimizdən sonra
iqtisadi rayonların bölgüsünün yenidən
aparılması ilə
bağlı Fərman
imzalanmasında, «Azərbaycan
2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər»in
təsdiqlənməsi və
sair kimi biri-birindən mühüm
addımların atılmasında
da məqsəd bu bölgənin imkanlarından
səmərəli istifadə
etməkdir. Milli
Prioruetlərdə bu çağırışlar xüsusi
qeyd edilir ki, işğaldan azad edilmiş ərazilərin ölkənin
ümumi iqtisadiyyatına
reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika
dəhlizlərinin imkanlarından
faydalanmaq Azərbaycanın
inkişafına böyük
təkan verəcək.
Bu çərçivədə
regionda təhlükəsizliyin,
sabitliyin, rifahın və qarşılıqlı
faydalı əməkdaşlığın
formalaşması, eləcə
də iqtisadi və ticarət əlaqələrinin inkişaf
etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi
arxitekturasının müəyyən
edilməsində rolunu
daha da möhkəmləndirəcək.
İqtisadi artımın
sürətlənməsi, azad
edilmiş ərazilərə
əhalinin qayıdışının
təmini Azərbaycanın
yeni inkişaf yolunun ideoloji nüvəsini təşkil
edir. Ölkəmizin uzunmüddətli davamlı
və sürətli inkişafı üçün
cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu
əlaqəsi möhkəmləndiriləcək.
Göründüyü kimi, dövlətimizin həyata keçiridyi iqtisadi siyasətin əsasında azad edilmiş ərazilərimizin
bərpası, soydaşlarımızın
bu torpaqlara qayıdışı və
yeni həyatın başlanması dayanır.
Qısa müddətdə
bu torpaqlara qayıdışı reallışdırmaq
böyük iqtisadi gücün, xalqımızın
yenilməzliyinin təqdimatıdır.
Dövlət başçısı
İlham Əliyevin yeni dövrə qədəm qoyan Azərbaycanın reallıqlarından
bəhs edərkən
böyük qürur hissi ilə qeyd etdiyi kimi,
biz bu gün
Ağdamdayıq, Füzulidəyik,
Laçındayıq, Cəbrayıldayıq,
Zəngilandayıq, Qubadlıdayıq,
Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq,
Xocalıdayıq, Ağdərədəyik,
Əsgərandayıq, Xankəndidəyik!
Qarabağ və
Şərqi Zəngəzurdakı
bütün yaşayış
məntəqələri vahid
Baş plan əsasında qurulur. Bu, bir nümunədir.
Cənab İlham Əliyevin çağırışlarında
bu məqam xüsusi vurğulanır ki, sonra biz
bunu ölkəmizin digər bölgələrinə
də tətbiq edəcəyik. Yəni, orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerji layihələri bütün ölkəni əhatə edəcək.
Bax, bizim planlarımız bundan ibarətdir.
Sözügedən səfər çərçivəsində
Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Xocavənd
şəhər və
Xocavənd kənd sakinləri ilə görüşü xüsusi
diqqətdə oldu və hər birimizdə böyük qürur hissi yaratdı. Xocavənd Böyük Qayıdışın
növbəti ünvanı
oldu. Prezident İlham Əliyev sakinlərlə söhbət
zamanı bildirdi ki, siz məndən
bir qədər tez, bir meçə
gün əvvəl gəlmisiniz. Doğma Qarabağ torpağına qayıtmağınız münasibətilə
sizi ürəkdən
təbrik edirəm. Əminəm ki, burada rahat, xoşbəxtlik
içində, sülh,
əmin-amanlıq içində
yaşayacaqsınız. Uzun
illər əzab-əziyyət
içində yaşamısınız.
Köçkün həyatı
ağır həyatdır,
həm mənəvi əzablar, həm fiziki çətinliklər,
öz doğma torpağını tərk
edib başqa yerə, hətta Azərbaycanın içində
olsa belə getmək və əzab-əziyyət içində
yaşamaq böyük
sınaqdır. Siz bu sınaqdan şərəflə çıxmısınız:
“Əminəm ki, bütün Azərbaycan xalqı, siz də hər zaman inanırdınız ki, bu gün
gələcək və
bu torpaqları biz azad edəcəyik,
ədaləti bərpa
edəcəyik, düşməni
torpaqlarımızdan qovacağıq.
Bildiyiniz kimi, vaxtilə işğal edilmiş torpaqların böyük hissəsi beş il bundan
əvvəl Vətən
müharibəsi zamanı
azad olunsa da, Xocavənd hələ də işğal altında qalmışdı və xocavəndlilər də hesab edirdilər ki, nə vaxtsa
vəziyyət dəyişəcək.
Əminəm, cəmiyyətdə
inam var idi ki, bir
qarış torpaq da düşmənin tapdağı altında qalmayacaq və biz buna da
nail olduq. Artıq iki ildən çoxdur ki, bütün əraziyə - Azərbaycan
dövlətinin suveren
ərazisinə biz nəzarət edirik. Düşmənin sonuncu yuvasını da dağıtmışıq, separatçıları
da qovmuşuq, onları da məhkəmə qarşısında
cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa etmişik.” Dövlətimizin
başçısı bildirdi
ki, artıq o ağır dövr arxada qaldı, bir daha qayıtmayacaq.
Bu gün dövlətimiz, ordumuz güclüdür və xalqımız bu illər ərzində artıq bütün dünyaya öz böyüklüyünü göstərmişdir.
Son 80 il ərzində Azərbaycan
qədər belə tam və mütləq
qələbə qazanan
ikinci ölkə olmamışdır. İndi
isə quruculuq vaxtıdır. Evlərin bəziləri bərpa edilib, yenidən qurulub. Bu proses
davam etdiriləcək.
On minlərlə Azərbaycan
vətəndaşı artıq
azad edilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə yaxını keçmiş
köçkünlərdir.
Cənab İlham
Əliyev sakinlərlə
görüşündə bu torpaqlarda infrastruktur layihələrinin
uğurlu icrasından,
iş yerlərinin yaradılmasından geniş
bəhs etdi. Vurğuladı ki, burada yaşayan insanların əksəriyyəti
vaxtilə kənd təsərrüfatı ilə
məşğul idi. Bu bölgənin çox gözəl təbiəti, münbit torpağı, suyu, bulaqları var. Əsas odur ki, insanlar artıq
burada rahat yaşasınlar və tam əmin olsunlar
ki, bir daha
xalqımızın başına
belə fəlakətlər
gəlməyəcək. Bunun
üçün də
hər zaman güclü, ayıq olmalıyıq, keçmişi
unutmamalıyıq və
gələcəyə inamla
baxmalıyıq. Necə
ki, inamla baxırıq və yaşayırıq. Bundan sonra xalqımız sülh içində yaşayacaq.
Yeganə Əliyeva
İki sahil.- 2026.- 27 fevral, ¹15.- S.4.