AzInTelecom”: RƏQƏMSAL GƏLƏCƏYİN MEMARI

 

Bulud infrastrukturu, SİMA rəqəmsal həlləri beynəlxalq tərəfdaşlıqlar vasitəsilə dövlət biznes sektorunda təhlükəsiz, çevik innovativ rəqəmsal ekosistem formalaşdırılır

 

Azərbaycan Nəqliyyat Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərənAzInTelecom” MMC ölkədə rəqəmsal transformasiyanın aparıcı şirkətlərindən biridir. Müasir texnologiyalara innovativ yanaşmalara əsaslanan strategiyası sayəsində bu şirkət dövlət özəl sektora təhlükəsiz, etibarlı operativ rəqəmsal həllər təqdim edir.

Şirkətin xidmət portfeli güclü bulud infrastrukturlarından, yeni nəsil rəqəmsal imza identifikasiya sistemlərindən, biznesin idarə edilməsini asanlaşdıran rəqəmsal platformalardan, kibertəhlükəsizlik həllərindən, həmçinin informasiya texnologiyalarının (IT) konsultasiya monitorinq xidmətlərindən ibarətdir. Bu geniş spektr vasitəsiləAzInTelecommüştərilərinə rəqəmsal transformasiya, proseslərinin optimallaşdırılması innovasiya sahəsində etibarlı qabaqcıl tərəfdaş kimi dəstək verir.

Qurumun İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Amin Nəzərliİki sahilqəzetinə müsahibəsindəAzInTelecom”un strateji prioritetləri, dövlət özəl sektora təqdim etdiyi üstünlüklər, rəqəmsal innovasiyalara verdiyi töhfələr yaxın gələcək layihələri barədə ətraflı məlumat verir.

– “AzInTelecom” MMC-nin strateji fəaliyyət məqsədləri nələrdir şirkətin əldə etdiyi uğurların biznes dövlət sektoruna təsirlərini necə qiymətləndirirsiniz?

– “AzInTelecom” MMC-nin əsas məqsədi Azərbaycanın rəqəmsal inkişafına dəstək vermək ölkədə müasir, təhlükəsiz rəqəmsal infrastrukturun formalaşdırılmasında aparıcı rol oynamaqdır. ŞirkətHökumət Buludulayihəsi vasitəsilə dövlət qurumlarında IT xərclərinin optimallaşdırılmasına, resurslardan daha səmərəli istifadəyə məlumat təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir. Eyni zamanda, SİMA rəqəmsal həlləri bizneslərə xidmətləri kağızsız məsafədən təqdim etməyə imkan yaradır, bu isə əməliyyatların daha sürətli rahat həyata keçirilməsini təmin edir. Bu yanaşma şirkətlərə fiziki iştirak olmadan xidmət göstərməyə, müştərilərə isə istənilən yerdən xidmətlərə çıxış əldə etməyə şərait yaradır. Strateji prioritetlərimizə dövlət qurumlarının bulud xidmətlərinə keçidinin genişləndirilməsi, kiçik orta bizneslər arasında bulud texnologiyalarının tətbiqinin artırılması, etimad xidmətlərinin istifadəçi bazasının genişləndirilməsi beynəlxalq standartlara uyğun fəaliyyətin təmin edilməsi daxildir. Bu istiqamətdə görülən işlər ölkədə rəqəmsal transformasiyanı sürətləndirir dövlətlə biznes sektorunun daha çevik effektiv fəaliyyətinə imkan yaradır.

-Şirkətin təqdim etdiyi bulud həlləri biznes dövlət qurumlarına hansı üstünlüklər verir təhlükəsizlik necə təmin olunur?

– “AzInTelecomAzərbaycanın ən böyük bulud xidmət provayderi olaraq həm dövlət qurumları üçünHökumət Buludu”, həm özəl sektor üçün genişmiqyaslı bukud xidmətləri, həm fərdlər KOB-lar üçün AZINCLOUD platforması vasitəsilə müasir bulud həlləri təqdim edir. “Hökumət Bulududövlət qurumlarına IT sistemlərini vahid, təhlükəsiz mərkəzləşdirilmiş mühitdə yerləşdirməyə imkan verir ki, bu da xərclərin azalmasına, sistemlərin daha effektiv idarə olunmasına məlumat təhlükəsizliyinin gücləndirilməsinə şərait yaradır. AZINCLOUD platforması şirkətlərə əlavə avadanlıq böyük ilkin investisiya tələb etmədən qısa müddətdə öz IT infrastrukturunu qurmağa genişləndirməyə imkan verir. Bu isə xüsusilə kiçik orta bizneslər üçün çevik, sərfəli sürətli rəqəmsallaşma imkanı yaradır.

Bulud həllərimiz təşkilatlara resurslardan daha səmərəli istifadə etməyə, xidmətlərin fasiləsizliyini təmin etməyə məlumatlara istənilən vaxt təhlükəsiz çıxış əldə etməyə imkan verir. XidmətlərUptime Institute” tərəfindən müəyyən edilmiş TIER 3 standartlarına uyğun fəaliyyət göstərən müasir data mərkəzlərində təqdim olunur ki, bu da yüksək əlçatanlıq, davamlılıq məlumatların maksimum səviyyədə qorunmasını təmin edir. Eyni zamanda, çoxsəviyyəli təhlükəsizlik mexanizmləri daimi monitorinq vasitəsilə həm dövlət, həm özəl sektorun məlumatları etibarlı şəkildə qorunur. Bu yanaşma istifadəçilərə beynəlxalq standartlara uyğun, təhlükəsiz etibarlı bulud mühiti təqdim edir.

-Rəqəmsal imza identifikasiya xidmətləri əməliyyat proseslərini necə sadələşdirir?

– “AzInTelecomtərəfindən təqdim olunan SİMA İmza biometrik identifikasiya texnologiyasına əsaslanır istifadəçilərə heç bir fiziki müraciət etmədən xidmətlərdən yararlanmağa imkan verir. Bu texnologiya istifadəçilərin şəxsiyyətini uzaqdan təhlükəsiz şəkildə təsdiqləməyə imkan verir ki, bu da ənənəvi üsullarla müqayisədə daha sürətli rahatdır. İstifadəçilər sənədləri saniyələr ərzində rəqəmsal şəkildə imzalaya bilir bu proses tam məsafədən həyata keçirilir. Bu isə xüsusilə bank, sığorta digər xidmət sahələrində əməliyyatların sürətini əhəmiyyətli dərəcədə artırır müştəri məmnuniyyətini yüksəldir. SİMA artıq bank, maliyyə, sığorta telekommunikasiya sahəsində fəaliyyət göstərən 100-dən çox qurumla inteqrasiya olunub 200-dən artıq elektron portala giriş imkanı yaradır. Tətbiqin yüklənmə sayının 6 milyonu keçməsi bu xidmətin ölkədə geniş istifadə olunduğunu rəqəmsal transformasiyanın mühüm elementinə çevrildiyini göstərir. Bu göstərici vətəndaşların bizneslərin rəqəmsal xidmətlərə artan etimadının da göstəricisidir.

Kibertəhlükəsizlik sahəsində şirkətin strategiyası nədən ibarətdir?

– “AzInTelecom”un kibertəhlükəsizlik strategiyası beynəlxalq standartlara müasir təhlükəsizlik yanaşmalarına əsaslanır. Şirkətin Təhlükəsizlik Əməliyyatları Mərkəzi (Security Operations Center-SOC) xidməti müştərilərin IT infrastrukturunu real vaxt rejimində izləyir mümkün kibertəhdidləri operativ şəkildə aşkarlayaraq qarşısını alır. Bu monitorinq fasiləsiz aparılır istənilən şübhəli fəaliyyət dərhal analiz olunur. Nəticədə potensial risklər vaxtında müəyyən edilir onların təsirinin qarşısı alınır. Bu prosesdə SIEM/SOAR, EDR/XDR kimi müasir təhlükəsizlik texnologiyalarından “Zero Trust” prinsipindən istifadə olunur. Bu texnologiyalar sistemlərin daha dərindən qorunmasını təhlükələrin erkən mərhələdə aşkarlanmasını təmin edir. Məqsəd müştərilərin məlumatlarını qorumaq, xidmətlərin fasiləsizliyini təmin etmək ümumilikdə təhlükəsiz rəqəmsal mühit yaratmaqdır. Bu yanaşma həm dövlət, həm özəl sektor üçün etibarlı dayanıqlı IT infrastrukturu təmin edir.

-Şirkətin rəqəmsal innovasiyalara töhfəsini beynəlxalq əməkdaşlıqlarını necə qiymətləndirirsiniz?

– “AzInTelecombeynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq edərək qabaqcıl texnologiyaları Azərbaycana gətirir yerli bazarda tətbiq edir. Bu əməkdaşlıqlar ölkədə texnoloji infrastrukturun inkişafına innovasiyaların daha sürətli tətbiqinə imkan yaradır. Bunun mühüm nümunələrindən biri “Lenovo” şirkətininThinkSystemserverləri əsasında qurulmuş Superkompüter Mərkəzidir. Bu mərkəz süni intellekt, böyük verilənlərin analizi elmi tədqiqatlar üçün yüksək hesablama gücü təqdim edir ölkənin elmi texnoloji potensialını gücləndirir. Bundan əlavə, şirkət Avropanın öndəgedən texnologiya şirkəti – “Gcoreilə əməkdaşlıq edərək AZINCLOUD platformasını yaradıb burada istifadəçilərə daha müasir bulud xidmətləri təqdim edilir. Bu əməkdaşlıq sayəsində yerli istifadəçilər beynəlxalq səviyyəli texnologiyalara ölkə daxilində çıxış əldə edirlər. “AzInTelecom”un TIER 3 sertifikatına malik olması isə şirkətin regionda etibarlı texnologiya tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir. Bu, şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.

Əsasən, Asiya Afrika bazarında məhsul xidmətlərimizin tətbiq olunması ilə bağlı planlar var. Bundan başqa, şirkətinOpenAI”, “Meta”, “IBM”, “Google”, “NVIDIA”, “Amazon” kimi qlobal texnologiya şirkətləri ilə təmasları mövcuddur. Ötən ilin sonlarında şirkət rəhbərinin ABŞ-a səfəri çərçivəsində adıçəkilən şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər zamanı süni intellekt, bulud infrastrukturu, innovasiya ekosisteminin inkişafı kibertəhlükəsizlik kimi istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

-Yaxın gələcək üçün planlaşdırdığınız əsas layihələr hansılardır?

-Hazırda Abşeron Hacıqabul rayonlarında yeni data mərkəzlərinin tikintisi planlaşdırılır bu layihələr ölkənin rəqəmsal infrastrukturunun gücləndirilməsində mühüm rol oynayacaq. Yeni mərkəzlər artan tələbatı qarşılamaq daha geniş miqyasda xidmət göstərmək üçün nəzərdə tutulub. Bu data mərkəzlərində Bakı Yevlax Data mərkəzlərində olduğu kimi, eynilə yüksək etibarlılıq təmin ediləcək. Eyni zamanda, SİMA İmza xidmətinin imkanları genişləndirilir xarici vətəndaşların beynəlxalq pasport vasitəsilə sistemdə qeydiyyatdan keçməsi mümkün olacaq. Bu yenilik xarici istifadəçilərə Azərbaycanın rəqəmsal xidmətlərindən rahat şəkildə istifadə etmək imkanı yaradacaq.

Eyni zamanda, SİMA rəqəmsal həllər platformasının məhsulları olanbiometrik identifikasiya ilə sürətli ödəniş imkanı yaradan SİMA Pay üztanıma texnologiyası vasitəsilə binalara təhlükəsiz girişi təmin edən SİMA Access həllərinin bazara təqdim edilməsi planlaşdırılır. Artıq SİMA Pay dəmir yollarında, SİMA Access isə bir neçə bağçada uğurla sınaqdan keçirilib.

Bu addımlarAzInTelecom”un regional rəqəmsal mərkəz kimi mövqeyini daha da gücləndirməyə xidmət edir. Həmçinin ölkənin beynəlxalq rəqəmsal ekosistemə inteqrasiyasına əlavə töhfə verir.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2026.-  4 mart, ¹16.- S.6.