Paytaxt Bakımız, azad Qarabağımız

Şərqi Zəngəzurumuz dünyanın diqqətindədir

 

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi  ölkəmizin ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək

 

Bu ilin 17-22 may tarixlərində  paytaxt Bakımız yenidən dünyanın diqqətini özünə cəlb edəcək. Azərbaycan  Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən birinə - Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibbliyi edəcək. Məzmununa əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm qlobal miqyasda şəhərsalma, dayanıqlılıq ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir.

Azərbaycan 2024-cü ildə COP29 iqlim konfransına yüksək səviyyədə ev sahibliyi etdi. Bakı COP-u ən möhtəşəm COP-lardan biri kimi tarixə yazıldı.  80 ölkənin dövlət hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29  Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatı oldu. Bu sayda iştirakçı həm tədbirin əhəmiyyətini, həm Azərbaycana olan inamı nümayiş etdirdi. Qlobal problemlərin həllinə davamlı töhfələri ilə diqqətdə olan Azərbaycanın bu tədbirdə  liderliyini bir daha təsdiqləməyi uğurlu nəticələrdə özünün aydın ifadəsini tapdı. “Yaşıl dünya naminə həmrəylik!” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu  inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırışlar edildi.  Həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar regionlar ilə həmrəylik nümayiş etdirildi. Azərbaycan inkişaf etmiş inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər hər zaman yüksək təşkilatçılığı uğurlu nəticələri ilə diqqətdə olur.

COP29 iqlim konfransınını ardınca Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyinə hazırlaşır. Ölkəmizin  şəhərsalma fəaliyyəti Prezident İlham Əliyevin  Sərəncaçı ilə tarixi Zəfərimizin reallıqları əsasında təsdiq edilən  Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunub. Hazırda bu istiqamətdə ardıcıl məqsədyönlü addımlar atılır, şəhərsalma urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə Bakıda respublikanın digər şəhərlərində gerçəkləşdirilən layihələr ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır. İşğaldan azad olunmuş Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında tamamilə dağıdılmış yüzlərlə kənd, qəsəbə şəhərin yenidən qurulması prosesi planlı şəkildə sürətlə davam etdirilir.

Bu reallığı da xüsusi qeyd etməliyik ki, Azərbaycan müasir şəhərsalma təcrübəsini 2022-2023-cü illərdə keçirilən milli şəhərsalma forumlarında geniş nümayiş etdirdi. Ağdamda, Zəngilanda Xankəndidə keçirilən bu tədbirlərin hər biri özündə mühüm çağırışları ehtiva etdi. Cənab İlham Əliyev ötən il Xankəndi şəhərində keçirilən Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində belə bir əminliyi ifadə etmişdir ki, bugünkü Forum 13-cü Ümumdünya Şəhərsalma Forumuna gedən yolda mühüm mərhələdir. Burada aparılan müzakirələr şəhərlərin planlaşdırılması, bərpası davamlı inkişafı sahəsində strateji təşəbbüslərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək, gələcək nəsillər üçün daha yaşıl, inklüziv firavan yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcək. O da qeyd edilmişdir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcəkdir.

Azərbaycanın ev sahibliyi etdiyi hər bir tədbir ölkəmizin bütün sahələrdə zəngin təcrübəyə malik olmasının, həmçinin beynəlxalq nüfuzunun göstəricisidir.  Ölkəmizin  hərtərəfli inkişafında kompleks tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilməsi Azərbaycanın bütün sahələrdə uğurlu inkişafını şərtləndirir. Azərbaycanın şəhərsalma təcrübəsinə gəldikdə isə bütün dünya paytaxt Bakımızın timsalında şəhərlərin necə  inkişaf etdirilməsinin aydın mənzərəsini görür. Qədimliyi ilə müasirliyin sintezini yaradan Bakımız gözəl şəhər statusunu qazanıb. Bakıda dünya standartlarına cavab verən  yeni magistral yolların,  yüksəkmərtəbəli binaların tikintisi, milli irsimizin qorunmasını özündə əks etdirən mədəni, dini abidələrimizin bərpası, yeni yaşıllıqların salınması, parkların genişləndirilməsi sair kimi işlər paytaxtımıza xüsusi gözəllik verir. Bu gün qürurla tarixi Zəfərimizdən sonra parklarımız sırasına daxil edilən  Hərbi Qənimətlər Parkından Zəfər parkından bəhs edirik. Dövlətimizin başçısı  İlham Əliyevin tapşırıq tövsiyələrinə əsasən, Bakının yaşıllaşdırılmasına, yeni park xiyabanların, istirahət guşələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Bakı parklar şəhəridir. Bakımızın özündə cəmləşdirdiyi qədimlik, müasirlik ölkəmizə gələn turistlərə, xarici qonaqlara Azərbaycan haqqında dolğun məlumatları çatdırır. Onu da qeyd edək ki, ölkəmizin turizm imkanları genişdir. Bu, turistlərin sayının ildən-ilə artmasında da öz təsdiqini tapır.   Ümumiləşdirilmiş şəkildə qeyd etsək, son illərdə paytaxt Bakıda həyata keçirilən kompleks abadlıq, infrastruktur yaşıllaşdırma proqramları Azərbaycanın şəhər planlaşdırılmasına dair uzunmüddətli baxışını əks etdirir. Qazanılan uğurlar, irəli sürülən təşəbbüslər ölkəmizin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına əhəmiyyətli töhfə verməyə tam hazır olduğunu göstərir.

Əvvəldə qeyd etdiyimiz kimi, bu gün paytaxt Bakımız ilə yanaşı, işğaldan azad edilmiş şəhərlərimizin, kənd qəsəbələrimizin müasir çağırışlara  uyğun bərpa edilməsi   diqqətdədir. Böyük Qayıdış Proqramına uyğun olaraq bütün işlər ardıcıllıqla həyata keçirilir. Artıq azad edilmiş şəhərlərimizdən səkkizi-Füzuli, Laçın, Cəbrayıl, Şuşa, Kəlbəcər, Ağdam, Xocalı Xankəndi sakinlərinə qovuşub. Hər bir şəhər, kənd qəsəbəağıllı şəhərağıllı kəndlayihələri üzrə bərpa edilir. Azərbaycanın dünyaya təqdim etdiyi yeniliklər sırasında bu layihənin yer alması beynəlxalq səviyyədə təqdir edilir. Həmçinin azad edilmiş ərazilərimizdə müasir idarəçilik sistemi tətbiq edilir. Hər bir yeni layihə gələcəyə çağırışdır.   

Qarabağ Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində işlər sistemli ardıcıl şəkildə həyata keçirilir. Tarixi Zəfərimizdən ötən dövrdə bu ərazilərimizdə beynəlxalq statusa malik 3 yeni hava limanı tikilib istifadəyə verilib. Qürurvericidir ki,  ölkəmizə səfər edən bu ya digər ölkələrin rəsmilərini Prezident İlham Əliyev azad edilmiş ərazilərimizdə inşa edilən Beynəlxalq Hava limanlarında qarçılayır. Bu hava limanları azad edilmiş ərazilərimizin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Bu gün bu torpaqlarımız diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Şuşada, Xankəndidə, Ağdamda, Zəngilanda, Laçında keçirilən beynəlxalq tədbirləri xüsusi qeyd etmək istərdik.  Bu ərazilərdə müasir tələblərə cavab verən avtomobil magistral yollar, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları digər sosial infrastrukturun tikintisi davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl enerji zonasıelan edilmiş 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ Şərqi Zəngəzurda Günəş külək enerjisi layihələri sürətlə həyata keçirilir. Azərbaycan Milli Şəhərsalma forumlarının mövzuları kimi, keçirilmə məkanlarının  dəyişməsi özündə mühüm məqamları ehtiva edir.  Ötən il Xankəndidə keçirilən Forumda 60-dan çox ölkədən 200-dən artıq xarici qonağın, ümumilikdə 400-ə yaxın nümayəndənin iştirakı həm ölkəmizə olan etimadın dostluğun, həm şəhərsalma istiqamətində ortaq məqsədlər naminə həmrəyliyimizin göstəricisi kimi dəyərləndirildi. Azad edilmiş hər bir ərazimiz 30 illik işğal dövrünün reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında mənbədir. Bu torpaqlar artıq dağıntı mərhələsini arxada qoyub quruculuq dövrünü yaşayır. Bu forumlar şəhərsalma sahəsində milli, regional beynəlxalq tərəfdaşları bir araya gətirərək təcrübə mübadiləsi aparmaq, yeni təşəbbüslər formalaşdırmaq əməkdaşlığı gücləndirmək üçün mühüm platforma rolunu oynayırlar. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyimiz isə bu coğrafiyanın genişləndirilməsində, yeni əməkdaşlıq formatlarının yaradılmasında öz sözünü deyəcək. Azərbaycan bir daha əməkdaşlıq məkanı, bütün sahələrdə körpülərin qurulması üçün zəruri imkanlara malik olduğunu təsdiqləyəcək. Sülh, təhlükəsizlik, əməkdaşlıq, tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir.

Onu da qeyd edək ki, 2022-ci ildə  Ümumdünya Şəhərsalma Forumu Polşanın Katovitse şəhərindəDaha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirəkdevizi ilə reallaşdırılıb.  Forum bundan əvvəl Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur digər şəhərlərdə baş tutub. 2024-cü ildə isə Ümumdünya Şəhərsalma Forumunun 12-ci sessiyası  Misirin paytaxtı Qahirədə  reallaşdırılıb. 2022-ci il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhərsalma ForumununDaha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirəkmövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki,  Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır buna hazırdır.

Prezident İlham Əliyevin daxili xarici siyasətinin başlıca məqsədi Azərbaycanı daha da  müasirləşdirmək, dünyanın inkişaf etmiş ölkələri ilə bir səviyyəyə yüksəltmək, beynəlxalq aləmdə söz sahibliyini artırmaqdır. Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi daha aydın görünür. Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi  nüfuz qazanıb. Güclü lider düşünülmüş siyasət uğurlarımızın əsasıdır.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2026.-  4 mart, ¹16.- S.3.