Ekran qarşısında böyüyən nəsil:

ONLARI NECƏ QORUYAQ?..

 

Hədəf qadağa tətbiq etmək deyil, uşaqlar üçün təhlükəsiz rəqəmsal mühit formalaşdırmaqdır

 

Rəqəmsal mühit artıq uşaqların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Smartfon, planşet kompüter vasitəsilə sosial şəbəkələrə çıxış imkanı məktəb yaşlı uşaqlardan tutmuş daha kiçik yaş qruplarınadək geniş yayılıb. Bu reallıq fonunda sosial medianın yaratdığı imkanlarla yanaşı, ortaya çıxardığı risklər daha açıq şəkildə müşahidə olunur.

Məhz bu kontekstdə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2025-ci il üzrə məruzəsində uşaqlarla bağlı sosial şəbəkələrdə məhdudlaşdırıcı addımların tətbiqi təklifinin yer alması təsadüfi deyil. Sənədin Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılması isə məsələnin artıq ictimai müstəvidən çıxaraq normativ-hüquqi çərçivəyə daşındığını göstərir.

Rəqəmsal platformalar informasiyaya çıxış imkanlarını genişləndirir, uşaqların dünyagörüşünün formalaşmasına, yaradıcılıq qabiliyyətlərinin inkişafına sosial bacarıqlarının artmasına töhfə verir. Lakin, eyni zamanda, zorakılığı təbliğ edən kontent, aqressiv davranış modelləri, təhlükəli çağırışlar, kibertəzyiq, onlayn asılılıq psixoloji manipulyasiya halları uşaqların psixikasına birbaşa təsir göstərir. Ombudsmanın məruzəsində xüsusi olaraq vurğulanan məqam zorakılığı təbliğ edən halların müəyyən edilməsi qarşısının alınması məqsədilə uşaqların daha çox istifadə etdikləri sosial şəbəkə platformalar üzrə davamlı monitorinqlərin aparılması  problemin sistemli xarakter aldığını ortaya qoyur.

 

Təhlükə yalnız bir platformada deyil

 

Burada əsas məsələ təkcə konkret bir platformanın fəaliyyəti deyil. Söhbət bütövlükdə rəqəmsal ekosistemdə uşaqlar üçün təhlükəsizlik standartlarının formalaşdırılmasından gedir. Sosial şəbəkələr, videopaylaşım platformaları, onlayn oyunlar, televiziya proqramları filmlər uşaqların şüuraltı qavrayışına təsir edən güclü informasiya mənbələridir. Xüsusilə erkən yaş dövründə təqdim olunan vizual emosional yüklü materiallar davranış modellərinin formalaşmasında mühüm rol oynayır. Əgər bu məzmun zorakılığı, aqressiyanı ya qeyri-etik davranışı normallaşdırırsa, bu, uşaqların sosiallaşma prosesində ciddi fəsadlara səbəb ola bilər.

Son illər dünya miqyasında aparılan tədqiqatlar göstərir ki, sosial mediada uzun müddət qalmaq uşaqlarda diqqət pozuntusu, yuxu problemləri, emosional qeyri-sabitlik özünəqapanma hallarını artırır. Xüsusiləçağırışformatında yayılan təhlükəli tendensiyalar bir çox ölkələrdə ağır nəticələrə gətirib çıxarıb.

Məhdudlaşdırıcı addımlar dedikdə birinci növbədə yaşa uyğun kontent filtrlərinin tətbiqi, platformalarda valideyn nəzarət alətlərinin gücləndirilməsi, yerli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması rəqəmsal təhlükəsizlik sahəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsi nəzərdə tutula bilər. Burada balans məsələsi xüsusi əhəmiyyət daşıyır. Uşaqların informasiya əldə etmək hüququ ilə onların təhlükəsizliyinin qorunması arasında optimal tarazlıq təmin edilməlidir. Həddindən artıq sərt qadağalar rəqəmsal mühitdən tam təcridə, nəzarətsiz istifadə isə psixoloji sosial risklərin artmasına gətirib çıxara bilər.

Davamlı monitorinq mexanizmlərinin yaradılması da vacib komponentdir. Bu monitorinqlər yalnız formal hesabat xarakteri daşımamalı, real vaxt rejimində riskli kontentin aşkarlanmasına yönəlməlidir. Süni intellekt əsaslı analiz sistemləri, açar söz filtrləri şikayət mexanizmlərinin operativ işləməsi uşaqların qarşılaşdığı təhlükələrin vaxtında müəyyən edilməsinə imkan yarada bilər. Eyni zamanda, yerli kontent istehsalçıları üçün etik kodekslərin hazırlanması tətbiqi aktuallıq kəsb edir.

Ombudsmanın məruzəsində televiziya proqramları, filmlər oyunların da monitorinq obyektinə daxil edilməsi məsələyə kompleks yanaşmanın göstəricisidir. Çünki uşaqlar üçün təhlükəli təsir yalnız sosial şəbəkələrlə məhdudlaşmır. Televiziya məkanında yayımlanan bəzi proqramlarda zorakılıq səhnələrinin normallaşdırılması, yaş kateqoriyasına uyğun olmayan filmlərin əlçatanlığı reytinq sistemi ilə bağlı boşluqlar mövcuddur. Bu isə media tənzimlənməsi sahəsində daha sistemli mexanizmlərin formalaşdırılmasını zəruri edir.

Nəticə etibarilə sosial şəbəkələrlə bağlı məhdudlaşdırıcı addımların tətbiqi təklifi rəqəmsal dövrün çağırışlarına verilən sistemli cavab kimi qiymətləndirilə bilər. Bu təşəbbüs uşaqların psixikasının, sağlamlıq durumunun davranış modelinin qorunmasına yönəlmiş preventiv siyasətin tərkib hissəsidir. Göründüyü kimi, uşaqların rəqəmsal təhlükəsizliyi artıq dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi formalaşır.

 

Rəqəmsal mühitin tənzimlənməsi

artıq qlobal tendensiyaya çevrilib

 

Sosioloq Rəvan Əliyev mövzu ilə bağlıİki sahil”ə açıqlamasında bildirdi ki, uşaqların sosial şəbəkələrdə zorakılıq psixoloji zərərli kontentlə qarşılaşma riskinin artması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin qanunvericiliyin təkmilləşdirilməsinin təklif olunması müsbət vaxtında atılmış addımdır: “Hədəf qadağa tətbiq etmək deyil, uşaqlar üçün təhlükəsiz rəqəmsal mühit formalaşdırmaqdır. Bu gün uşaqların internetə çıxışı erkən yaşdan başlayır onların əksəriyyəti gündəlik olaraq sosial platformalardan istifadə edir. Beynəlxalq tədqiqatlar göstərir ki, yeniyetmələrin böyük hissəsi onlayn zorakılıq, təhqir, manipulyativ kontent psixoloji risk yaradan materiallarla qarşılaşır. Xüsusilə alqoritmik tövsiyə sistemləri uşaqları yaşlarına uyğun olmayan məzmunla daha tez üz-üzə qoya bilir”.

Sosioloq qeyd etdi ki, Avropa təcrübəsi göstərir ki, bu sahədə tənzimləmə artıq qlobal tendensiyaya çevrilib: “Avropa Parlamenti sosial şəbəkələr üçün minimum yaş həddi ilə bağlı müzakirələr aparır platformaların məsuliyyətini artırmağı tələb edir. Fransa Almaniya kimi ölkələrdə yaş təsdiqləmə mexanizmləri valideyn razılığı sistemi tətbiq olunur. Portuqaliya isə azyaşlıların sosial mediaya çıxışı ilə bağlı konkret məhdudlaşdırıcı qanunvericilik təşəbbüsü ilə çıxış edib. Bundan əlavə, Avropa İttifaqı çərçivəsində qəbul edilmişRəqəmsal Xidmətlər Aktı” (DSA) platformalara azyaşlıların təhlükəsizliyini təmin etməyi hüquqi öhdəlik kimi müəyyənləşdirir.

Elmi baxımdan məsələ çox aydındır. Belə ki, uşaqların psixoloji nevroloji inkişafı 18 yaşa qədər davam edir. Bu dövrdə zorakı, aqressiv ya manipulyativ məzmunla intensiv təmas onların emosional sabitliyinə, özünə inamına sosial davranışına mənfi təsir göstərə bilər. Erkən yaşda rəqəmsal asılılıq riski ayrıca problemdir. Yaş təsdiqləmə valideyn nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir. Rəqəmsal savadlılıq maarifləndirmə prosesinin aparılması da diqqətdə olmalıdır. Burada balans vacibdir. Məqsəd uşaqları rəqəmsal dünyadan təcrid etmək deyil, onları qorumaqdır. Rəqəmsal mühit artıq həyatın ayrılmaz hissəsidir, lakin bu mühitdə təhlükəsizlik standartları formalaşdırılmadan uşaqların sağlam inkişafından danışmaq mümkün deyil”.

R. Əliyev sonda diqqətə çatdırdı ki, təklif olunan məhdudlaşdırıcı tənzimləyici addımlar uşaqların sağlam psixoloji inkişafı təhlükəsiz rəqəmsal ekosistemin qurulması baxımından zəruri strateji əhəmiyyət daşıyır. Bu, gələcək nəslin sosial mənəvi rifahına yönəlmiş uzunmüddətli investisiyadır.

 

Nigar Orucova

 

İki sahil.- 2026.-  4 mart, ¹16.- S.7.